1 ... 16 17 18 19 20 21 22 23 ... 77

Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol - səhifə 20

səhifə20/77
tarix13.11.2017
ölçüsü2.64 Kb.

61


Bizə məlumdur ki, bizi əhatə edən aləmdəki hər bir mövcudluq, 
o cümlədən insan bədəncə maddidir. İnsan bədəni hər an üçün xa-
ricdən müəyyən təsirlərə məruz qalır və hər an üçün insan bədəni-
nin öz tələbatı müəyyən hissiyyat yaradır. Nəticədə hər iki təsirdən 
birlikdə insanda hər an üçün müəyyən bir hal yaranır. İnsanın hər 
an üçün yaranan halı da bizi əhatə edən aləmin qanunlarına tabe 
deyildir. Həm də qeyd edək ki, insan bədəni xarici təsirlər vasitəsi 
ilə  bir-biri  ilə  birləşə  bilən  bəsitliklər  qəbul  edir  və  haradasa  öz 
halına uyğun bəsitliklər itirir. 
İnsanın  mövcudluq  müddətində  təxminən  bunlar  eyni  nisbətə 
malik olurlar, həm də bu mühitə uyğunlaşma prosesidir. Ruh isə 
insanın halı ilə uyğun yekcinsliyə malik olduğundan bu halın ləz-
zətini və iztirabını yaşaya bilir. 
Yəni ruh bu halla birləşib maddilik əmələ gətirə bilməsə də belə 
yekcinslik  onun  mühitinə  uyğundur,  yəni  bu  halın  təmizliyi  onu 
rahatlandırır, qaralığı isə onu sıxır. Ruhun mayası insan bədənində 
qərarlaşıb onun halını yaşayır. İnsan bədəninin müəyyən ətrafları 
öz hissiyyatını təmiz itirərsə, o hissələrdə xarici fiziki təsirlərdən 
yaranan halı, daxili tələbatdan doğan hissiyyat ümumi hala ötürə 
bilməz və ruh o varlığın o hissəsini qəbul etməz. Ruhun mayası 
mövcudluğun bir növ xassəsindən başqa imkanı olmayan mövcud-
luqdur. Ruhun mayasının gücü ondadır ki, o özü-özü ilə birləşib 
daha böyük ola bilər. Ona görə də mövcudluğun bir növ xassəsinə 
malik olub, digər birnövlülərlə birləşə bilən mövcudluqlara təsir 
edə bilir. Çünki bu növ mövcudluqlar yekcins olmamaqları ilə öz 
potensial imkanlarını çox vaxt itirmiş olurlar. 
Ruhun  əbədiliyi  ölümdən  sonrakı  həyat  haqqında  çox  maraq 
oyadır. Çünki ruh hər hansı bir mövcudluğun doğumla ölüm ara-
sındakı vaxtında onunla daimi yoldaşlıq edir. Yəni əslində ruhsuz 
mövcudluq məhv olmaq deməkdir ki, deməli, mövcudluq öz məz-
mununu ancaq ruhla birgə daşıyır. Buradan belə nəticə çıxır ki, hər 
hansı bir mövcudluq öz mövcudluğunu qoruyub saxlaya bilmirsə, 
onda  ruh  da  onu  tərk  edir.  Ancaq  mövcudluğun  həyatla  müba-
rizəsində onun daxili tələbatlarından doğan halını yaşaya-yaşaya 

62


həm də ruh onun vəziyyətindən nəticə çıxarıb ağılla o hissiyyatı 
istiqamətləndirə bilmək imkanına malik olduğundan mövcudluğun 
həyatının yekununda onu tərk edən ruh özü ilə birlikdə onu halə 
kimi əhatə etmiş bir hal da daşıyır. Bu hal ruhun tərk etdiyi məhv 
olmuş mövcudluğun həyatı boyu qazandığı əməllərin ruhu bürüyən 
haləsidir ki, bu da ya parlaq nur şəklində (yaxşı əməl sahibini), ya 
da qara zülmət şəklində (pis əməl sahibini) ruhu əhatə edir və onu 
öz məkanına dartır. 
Parlaq  nur  daha  böyükdürsə,  ruh  bu  maddilikdən  çıxır  onun 
daha az olan qara əməllərini maddilik özündə saxlayır, qara zülmət 
daha böyükdürsə, ruhu daha aşağı pillələrə, yəni onun əməllərindən 
yaranan haləsinin tarazlıq yarada bildiyi səviyyəyədək endirir. O, 
ya heyvan, bitki və ya mineralların mövcudluğu səviyyəsinə enir, 
ya da onun əməllərində təxminən bərabərlik varsa təzədən insan 
kimi sınağa çəkilir. Həm də bütün bunlar ruhun nüfuz etdiyi möv-
cudluqların xarakterinə onların halı vasitəsilə təsir edir. Ən böyük 
ruh isə ən ali varlıqdır. 
İnsanların fiziki quruluşunun imkanları haradasa müəyyən hədd 
daxilində məhdudlaşsa da onlar özünü və dünyanı dərk etmək üçün 
çox  böyük  üstünlüklərə  malikdirlər.  İnsanın  bədən  quruluşunun 
imkanları ona şüurlu olmaq şəraiti yaradıb ki, öz səyi və zəhməti 
ilə istənilən qədər həyat təcrübəsi qazansın və dünyaya nüfuz etsin. 
Bundan əlavə insan bəşəriyyətin uzun illərdən bəri topladığı həyat 
təcrübəsindən – yəni biliklər toplusundan səmərəli istifadə etməklə 
özünü və kainatı daha dərindən dərk etmək imkanına malikdir. 
Düzdür,  insan  ömrü  haradasa  hər  şeyi  öyrənmək  mümkünlü-
yünə sərhəd qoyur, ancaq biz insanlar öz fiziki quruluşumuzun im-
kanlarından tam istifadə edə bilirikmi?.. 
Əlbəttə ki, xeyr. Bütün bunlar çox vaxt öz həyatımızı düzgün 
bilməməkdən irəli gəlir. Ya vaxtımızı düzgün bölüşdürə, ya da özü-
müzü müxtəlif mənfi təsirlərdən yaxşı qoruya bilmirik ki, bədəni-
miz müxtəlif mənfi təsirlərə məruz qalır. Digər tərəfdən, bədənə bu 
kimi mənfi təsirlərin də yeganə bir səbəbi olur, biz daha az həyat 
təcrübəsi  və  biliklər  toplusu  öyrənirik.  Üstəlik  belə  bir  şərait  də 

63


qeyd edilməlidir ki, müasir insanlar elm öyrənmək üçün bir sıra 
qayğılarla əhatə olunmuşlar. Məsələn, onların ixtiyarına geniş ki-
tabxanalar verilmiş, məktəblər və universitetlər fəaliyyət göstərir 
və sairə. Ancaq bir qeyd olunmalı cəhət də maraq doğurur ki, Yer 
kürəsində uzun müddət ən ali varlıq olaraq qalmaq mümkün olma-
yacaq. 
Bunun bir neçə səbəbi var. Birincisi və ən böyük səbəb odur 
ki, kainatda irəliyə doğru daimi təkamül prosesi gedir. Bu proses 
haradasa ən müxtəlif tərzlərdə Yer kürəsinə təsir edir ki, bunun nə-
ticəsində də Yer kürəsində ardıcıl bir təkamül prosesi gedir və bu 
prosesin nəticəsi bizi ən ilkin varlıqlardan tutmuş insana kimi olan 
varlıqları  müəyyən  qruplara  bölməyə  məcbur  etmişdir.  Nəhayət, 
Yer kürəsi elə anlar yaşayacaqdır ki, o anlarda meydana gələn var-
lıqlar insandan əmələ gəlməsinə baxmayaraq, tədricən öz mühiti-
nin məhsulu olmağı ilə insandan daha mükəmməlliyi ilə seçiləcək-
dir. Yeni yaranan daha mükəmməl varlıq isə öz mühitinin məhsulu 
olacaqdır və həmin yeni yaranan varlıq haradasa öz duyum qabi-
liyyətinin üstünlükləri ilə insandan seçiləcəkdir. İnsanla insandan 
yaranan o varlıq arasında fərq ondan ibarət olacaq ki, insan öz nəsil 
mövcudluğunu qorumaq üçün mühitə uyğunlaşma və digər yollar 
seçəcəkdir. 
Yeni yaranıb öz mühitinin məhsulu olan varlıq isə materiyanın 
bizə aid olan növünün ən sonuncu pillələrində dayanacaqdır. Yəni 
o varlıqlarda insandan fərqli olaraq maddilik az, ruhilik çox ola-
caqdır. Qeyd etmək lazımdır ki, bu proses artıq müəyyən şəkildə 
canlı varlıqların yaşaması üçün şərait olan bir çox planetlərdə baş 
vermişdir. Onlar Yer kürəsinə uçan boşqablar dediyimiz cihazlarda 
gələn varlıqlardır, onlarda ruhilik daha böyük, maddilik isə azdır. 
Ona görə də onların daha az maddi olanları ən müxtəlif formalara 
düşə bilir, sanki bizim hava okeanından seçilən bir qaz topasıdır, 
axın halında uzanır, sıxılır, seyrəkləşir və sairə. 
İnsanlarda intuisiya ən aşağı səviyyədə özünü göstərir, onlar-
da isə daha güclüdür, lakin tam intuisiyaya malik deyillər. Əsasən 
insanlarda beş duyğu üzvi vardır ki, biz ətraf aləmi bu duyğu üzv-

:

Kitab -> 2017
2017 -> []
2017 -> Dövlətin intuitiv təfəkkürlə idarə olunması
2017 -> İnsan və təbiət silsiləsindən
2017 -> Mehdi Calal


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


bayram-ahami---mkayil-mfq.html

bayram-kramyes-uygulamasi-2.html

bayram-namazlari---kitabs.html

bayramlama-treninde-birlk.html

bayramov-mbariz.html