Daşqınlar, ekomiqrasiya və əhaliyə dəyən zərərin azaldılması yolları

tarix18.04.2018
ölçüsü53.07 Kb.

International Scientific Journal “Internauka”  http://www.inter-nauka.com/  International Scientific Journal “Internauka”  http://www.inter-nauka.com/ 

Географические науки 

УДК 364.25 

Məmmədli Aynur Allahqulu  

Magistr  Coğrafiya Fakültəsi  Bakı Dövlət Universiteti 

Маммедли Айнур Аллахгулу  

магистр  Географического факультета  Бакинского государственного университета 

Memmedli Aynur Allahqulu  

Master of the   Faculty of Geography

  of the 

Baku State University 

 

AZƏRBAYCANDA DAŞQINLAR, EKOMIQRASIYA VƏ ƏHALIYƏ 

DƏYƏN ZƏRƏRIN AZALDILMASI YOLLARI 

НАВОДНЕНИЯ, ЭКОМИГРАЦИЯ И ПУТИ СНИЖЕНИЯ УЩЕРБА 

НАСЕЛЕНИЮ В АЗЕРБАЙДЖАНЕ 

FLOODS, ECOMIGRATION AND WAYS TO REDUCE THE DAMAGE 

TO THE POPULATION IN AZERBAIJAN 

 

Xülasə.

  Məqalədə  Azərbaycanda  baş  verən  daşqın  hadisələri  və  onların 

vurduğu  zərərlər,  onlara  qarşı  görülən  müdafiə  tədbirləri  ətraflı  xarakterizə  olunub. Gələcəkdə daşqınların baş verəcəyi təqdirdə müəllif tərəfindən ona qarşı  əsaslandırılmış müdafiə tədbirlərinin görülməsiylə bağlı təkliflər verilmişdir. 

Açar sözlər:

 təbii fəlakət, daşqın, ekomiqrasiya, sığorta. 

 

Аннотация.

 В статье характеризуются происходящие наводнения в 

Азербайджане, их наносившийся ущерб и защитные меры принятых против 

International Scientific Journal “Internauka”  http://www.inter-nauka.com/  International Scientific Journal “Internauka”  http://www.inter-nauka.com/  них. В дальнейшем случае от автора предложены защитные меры против  наводнений. 

Ключевые  слова:

  стихийное  бедствие,  наводнение,  эко  миграция,  страхование. 

 

Summary.

 The flood in Azerbaijan and its losses, the protection measures 

taken against them was summarised in the article. If the floods occur in the future  the protection measures against it has been proposed by the author. 

Key words:

 natural disasters, flood, eco migration, insurance.   

Dünya  təsərrüfatına  zərər  vuran  daşqın  hadisələrinin  elmi  baxımdan 

öyrənilməsi,  qabaqcadan  xəbər  verilməsi  və  onun  vurduğu  ziyanın  qarşısının 

alınması  alimləri  narahat  edən  mühüm  problemlərdən  biridir.  Son  20  ildə 

dünyanın  iri  çay,  göl  və  digər  su  sahələrində  məskunlaşan  əhalinin  və  burada 

yerləşən  təsərrüfatların  daşqına  məruz  qalması,  bu  hadisədən  ziyan  çəkməsi 

halları  xeyli  artmışdır.  Hesablara  görə,  hər  il  dünya  iqtisadiyyatına  daşqın 

nəticəsində  21,6  mlrd  ABŞ  dolları  həcmində  zərər  dəyir  [1].  Bəzi  illərdə  zərər 

daha çox, tələfat daha böyük olması ilə seçilir. Məsələn, 1931-ci ilin iyun ayında 

Çinin  Xuan  əyalətində  Xuanxe  çayının  daşması  nəticəsində  1  milyondan  çox 

adam həlak olmuşdur. 2002-ci ildə baş vermiş daşqınlar nəticəsində isə dünyanın 

80  ölkəsində  17  mln  adam  zərər  çəkmiş,  dünya  iqtisadiyyatına  40  mlrd  ABŞ 

dolları  həcmində  zərər  dəymişdir.  Azərbaycanda  isə  2010-cu  il  daşqını  zamanı 

iqtisadiyyata 1mlrd. ABŞ dolları həcmində zərər dəymişdir [2]. 

Dünya  ölkələrində  olduğu  kimi  Azərbaycanda  da  daşqınlar  vurduğu 

zərərlərə  görə  təbii  fəlakətlər  içində  xüsusilə  seçilir.  Respublikada  daşqın 

hadisələrinin baş verməsinə görə Kür və Araz çaylarının aşağı axınları fərqlənir. 

Daşqın 


hadisəsi  Azərbaycanda  əsasən  yaşayış  məntəqələrinə,  əhali 

məskunlaşmasına, əhalinin sağlamlığına, torpaq örtüyü və kənd təsərrüfatına daha 

çox ziyan vurur [2]. 

International Scientific Journal “Internauka”  http://www.inter-nauka.com/  International Scientific Journal “Internauka”  http://www.inter-nauka.com/ 

Daşqınlar 

nəticəsində 

qrunt 


sularının 

səviyyəsi 

yer 

səthinə 


yaxınlaşdığından  torpaqların  tərkibi  yüksək  dərəcədə  minerallaşır  və  bunun 

nəticəsində  şoranlaşma  baş  verir.  Şoranlaşma  nəticəsində  əvvəllər  əkinə  yararlı 

olan  torpaq  sahələri  uzun  müddət  dövriyyədən  çıxır.  Göstərilənlərlə  bərabər 

daşqın,  subasma,  su  sızma  nəticəsində  Kür  və  Araz  çayları  boyunca 

məskunlaşmış əhali arasında müxtəlif xəstəliklərin, o cümlədən malyariya, mədə 

bağırsaq  xəstəlikləri  və  s.  baş  verməsinə  səbəb  olur.  Digər  təbii  fəlakətlərin 

dağıntı  və  zərərlərini  aradan  qaldırmaq  üçün  bir  neçə  ay,  il  tələb  olunursa, 

daşqınlarda bu proses daha uzun müddət tələb edir [1]. 

Araşdırmalar  göstərir  ki,  Kür  və  Araz  çaylarında  daşqınların  yaranma 

səbəbləri aşağıdakı təbii və antropogen amillərdən ibarətdir: 

1.

  Çayların  hövzələrində  yağmurların  kəskin  surətdə  artması,  çayın 

mənbələrində qar və buzlaqların vaxtından əvvəl əriməsi (təbii amil), 

2.

 

Kür- Araz çaylarının qollarının sululuğunun hədsiz çoxalması (təbii amil), 

3.

 

Kür çayının mənsəb aşağı hissəsində mailiyin az olması hesabına deltanın 

lillənməsi ( təbii ve antropogen amil), 

4.

  Çaylar  boyunca  təbii  subasarların  və  axmazların  təyinatının  dəyişməsi, 

onların olmaması və ya ləğv edilməsi ( antropogen amil), 

5.

 

Sahil  mühafizə  bəndlərinin  torpaq  və  digər  tez  yuyulan  materiallardan 

olması (antropogen amil) və digər amillər [5]. 

2010-cu  il  daşqını  zamanı  Kürboyu  ərazilərdə  gərgin  vəziyyət  ümumi 

sahəsi  9min850ha  olan  Sarısu  gölü  ətrafında  olmuşdur.  Bu  gölün  sahəsi  daşqın 

sularının  hesabına  genişlənərək  20min  ha-ya  yaxın  ərazini  tutmuşdur.  Nəticədə 

gölün sahil boyunda yerleşen bəndlər bu hala dözməyib dağılmış və ətraf ərazi və 

kəndləri su basmışdır. 

Kür çayına nisbətən Araz çayında daşqın hadisələri və bəndlərin dağılması 

az baş versə də, Araz çayında olan daşqınların 70%-i Arazın sağ sahilində daha 

çox zərərlərə səbəb olur. Bunun 33%-i filtryasiyanın, 15%-i isə sahil və bəndlərin 

yuyulmasının payına düşür. Belə bir vəziyyətdə torpaq bəndlər daşqının qarşısını 

International Scientific Journal “Internauka”  http://www.inter-nauka.com/  International Scientific Journal “Internauka”  http://www.inter-nauka.com/ 

tam ala bilmədiyindən Kür çayının dağətəyi ərazilərində və Araz çayı üzərində su 

anbarlarının tikilib istifadəyə verilib və gələcəkdə də yeni su anbarlarının tikintisi 

nəzərdə  tutulub.  Kür  çayında  Mingəçevir,  Şəmkir,  Yenikənd,  Araz  çayında  isə 

Araz  su  qovşağı  tikilib  istifadəyə  verilmişdir.  Göstərilən  su  anbarlarının 

inşasından  sonra  1953-2000-ci  illər  ərzində  daşqın  hadisələrinin  sayı  nisbətən 

azalmışdır.  2005-2010-cu  illər  ərazində  su  təsərrüfat  sisteminin  qurulması  və 

idarə olunması ilə bağlı 750 mln manat dövlət büdcəsindən, 200 mln manat xarici 

kredit  şəklində  olmaqla,  cəmi  950  mln  manat  vəsait  ayrılmasına  baxmayaraq 

daşqınlara qarşı əsaslı müdafiə tədbirləri görülməmişdir [3]. 

Son 10 ildə daşqınların baş verməsi nəticəsində Azərbaycan iqtisadiyyatına 

təqribən  1,5  mlrd  ABŞ  dollar  ziyan  dəymişdir.  Əgər  2003-cü  ildə  ölkə 

iqtisadiyyatına 30 min, 2006-cı ildə 70min dollar ziyan dəymişdisə, 2010-cu ildə 

bu 1mlrd dollar təşkil etmişdir. 2010-cu ilin may ayının birinci ongünlüyündə baş 

verən,  əhatə  dairəsinə  görə  daha  çox  əraziləri  əhatə  edən  daşqın  son  114  ildə 

(1896-2010) ən dağıdıcı daşqın hesab edilə bilər. Ölkədə inzibati rayonların 33%-

i,  yaşayış  məntəqələrinin  8,4%-i,  əhalinin  20%-i,  sənaye  müəssisələrinin  3%-i, 

kənd  təsərrüfatı  müəssisələrinin  12%-i,  avtomobil  yollarının  14%-i  fasilələrlə 

daşqınlara məruz qalır [8]. 

Kənd  təsərrüfatı  və  onun  əsasında  inkişaf  edən  yeyinti  sənayesi  daşqın 

hadisəsinə  məruz  qalma  dərəcəsinə  görə  daha  həssasdır.  Kənd  Təsərrüfatı 

Nazirliyinin məlumatlarına əsasən 2003-cü ildə 48 min ha payızlıq taxıl əkinləri 

daşqın  nəticəsində  yararsız  hala  düşməklə  taxılçılığa  5,5  mln  manat  həcmində 

ziyan  dəymişdir  [7].  Əhalinin  una  olan  tələbatının  15-20%-ə  qədəri  daşqın 

nəticəsində  ödənilməmişdir.  Respublikada  olan  taxıl  əkinlərinin  38%-i  və 

istehsalının 4%-ə qədəri daşqınların yayıldığı düzən ərazilərin payına düşmüşdür. 

2010-cu  ildə  Kürün  aşağı  axınında  baş  verən  daşqın  zamanı  yeyinti  sənayesinə 

məxsus  müəssisələrin  60%-dən çoxunun  iş  ahəngi pozulmuş  və  bu sahəyə  külli 

miqdarda zərər dəymişdir. Neftçaladakı nərə balıq yetişdirilən zavoda və Bankə 

qəsəbəsindəki  balıq-kürü  konserv  zavoduna  dəyən  ziyan  100min  manatdan  çox 



International Scientific Journal “Internauka”  http://www.inter-nauka.com/  International Scientific Journal “Internauka”  http://www.inter-nauka.com/ 

olmuşdur.  Dəyirmanlarda  yığılmış  10  tonlarla  taxıl  və  hazır  un  məhsulları 

tamamilə  yararsız  hala  düşmüşdür.  Azərbaycanda  əhalinin  stabil  olaraq  ərzaq 

təhlükəsizliyinin  təmin  olunması  üçün  yeyinti  sənayesinin  daşqın  hadisəsindən 

qorunmasına dövlət səviyyəsində xüsusi diqqət yetirilməlidir.  

Azərbaycan Respublikası əhalisinin  20%-ə yaxını daşqın təhlükəsi altında 

yaşayır. 1900-2003-cü illərdə ve 2010-cu ilde əsasən Kür və Araz çaylarında 150-

dək daşqın hadisəsi baş vermişdir [4]. Daşqınlardan qorunmaq üçün əhalinin bir 

qismi öz təsərrüfatlarını və evlərini tərk edərək təhlükəsiz ərazilərə köçmüşlər. Bu 

zaman ekoloji miqrant adlanan əhali qrupu meydana gəlmiş, onların yeni yaşayış 

yerlərinə  adaptasiyası,  reabilitasiyası,  sosial  və  məişət  problemlərinin  həll 

edilməsi kimi vəzifələr qarşıya çıxmışdır.  

Ekomiqrantlar  üçün  yeni  şəraitin  yaradılması  məsəsləsində  problemin 

sosial-demoqrafik  aspektlərinin  nəzərə  alınması  zəruridir.  Onlar  üçün  yaşayış 

məntəqələrinin  tipinin  əvəzlənməsi,  yəni  kənddən  qəsəbəyə  çevrilməsi  həmişə 

birmənalı qarşılanmır.  Adaptasiya  və  reabilitasiya  işlərinin  aparılmasında həmin 

rayonun mədəni xüsusiyyətləri nəzərə alınmalıdır [6]. 

2010-cu  il  daşqını  zamanı  zərər  çeken  insanlar  üçün  Şirvan  şəhərində 

müvəqqəti  daşqın  şəhərciyi  yaradıldı.  Daşqını  zamanı  miqrantların  fəlakət 

zonasından  evakuasiyasının  ilk  günlərində  daşqına  məruz  qalan  əhali  qida  və 

ərzaqla  təmin  olundu.  Səhiyyə  Nazirliyinin  əməkdaşları  çadır  düşərgəsində 

əhalinin  sağlamlığına  nəzarət  edirdilər.  17  tibb  məntəqəsi  yaradılmışdı,  tibbi 

ləvazimatlarla təchiz edilmiş 20-dən artıq səyyar tibbi briqada fəaliyyət göstərirdi. 

Su  təchizatı  və  çirkab  sularının  kənarlaşdırılması  üzrə  sanitar-epidemioloji 

nəzarət  təmin  edilmişdir.  İnsanların  kütləvi  zəhərlənməsi  hallarının  baş  vermə 

ehtimalının  aradan  qaldırılması  üçün  işlər  görülürdü.  İstifadə  olunmuş  su 

mənbələrinə  laboratoriya  nəzarət  həyata  keçirilirdi.  Zərər  çəkmiş  uşaqların 

avtobuslarla  məktəbə  gediş  gəlişi  təşkil  edilmiş,  tərk  edilmiş  orta  məktəblərin 

müəllimləri işlə təmin olunmuşdur.  

International Scientific Journal “Internauka”  http://www.inter-nauka.com/  International Scientific Journal “Internauka”  http://www.inter-nauka.com/ 

 “2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii 

fəlakətin  nəticələrinin  aradan  qaldırılmasına  dair  əlavə  təkliflər  haqqında”  ölkə 

prezidentinin  2012-ci  il  29  mart  tarixli  sərəncamına  uyğun  olaraq  fərdi  yaşayış 

evlərində,  sosial  və  infrastruktur  obyektlərində  tikinti  və  təmir-bərpa  işlərinin 

aparılması və zərər çəkmiş ailələrin sosial müdafiəsi tədbirləri üçün 50mln manat 

həcmində  vəsait  ayrıldı  [8].  2010-cu  il  daşqınının  mənfi  nəticələrinin  aradan 

qaldırılması  tədbirləri  çərçivəsində  5  yeni  qəsəbə  salınmış,  3  mindən  artıq  ev, 

100-ə  yaxın sosial  və  infrastruktur obyekti  inşa və  ya  təmir  edilmiş, 5  min  evdə 

təmir işləri aparılmışdır. 

Müasir  dövrdə  əhalinin  təsərrüfat  fəaliyyətinin  təbii  fəlakətlərdən 

sığortalanması  beynəlxalq  təcrübədə  geniş  tətbiq  olunur.  Nəinki  inkişaf  etmiş, 

hətta  inkişafda  olan  ölkələrin  çoxunda  da  bu  fəaliyyət  geniş  yayılmışdır.  Əksər 

dünya  ölkələrində  təkrarlanan  dağıdıcı  təbii  fəlakətlərdən,  o  cümlədən 

daşqınlardan  sığortalanma  işi  tələb  olunan  səviyyədə  qurularaq,  dəymiş  ziyanın 

70-80%-i sığorta edilənlərə ödənilir.  

Azərbaycanda  daşqın  eləcə  də  digər  təbii  fəlakətlər  riski  olan  rayonların 

sığortalanma  baxımından  öyrənilməsi  böyük  əhəmiyyət  kesb  edir.  Təbii  fəlakət 

şəraitində  əhalinin  sığortaya  cəlb  edilməsinin  iqtisadi-coğrafi  və  sosial  tədqiqi 

kompleks xarakter daşıyır [3]. 

Azərbaycanda  “  Sığorta  haqqında  qanun”  1993-cü  ildə  qəbul  edilmiş, 

2013-cü  ildə  həmin  qanuna  dəyişikliklər  edilmişdir.  Həmin  dövrdən 

Azərbaycanda  sığorta  fəaliyyəti  ilə  məşğul  olan  Dövlət  Sığorta  Kommersiya 

Şirkəti  və  30-a  yaxın  özəl  sığorta  şirkətləri  tərəfindən  əhaliyə  dəymiş  ziyanın 

ödənilməsi  işi  həyata  keçirilir.  Lakin  Azərbaycan  Respublikası  müstəqillik 

qazandıqdan sonra ölkədə  və  onun  regionlarında  təbii  fəlakətlərin təkrarlanması 

intensivləşib,  əhatə  dairələri  genişlənib  və  onların  vurduqları  zərərlər  kəskin 

surətdə artsa da, kəndlərdə və inzibati rayonlarda təbii fəlakətlərdən sığortalanma 

işi  teleb  olunan  seviyyede  deyildir.Daşqınların  dəqiq  proqnozlaşdırılması 

sisteminin  yaradılması  ona  qarşı  mübarizədə  vacib  məsələlərdəndir.Həmçinin 



International Scientific Journal “Internauka”  http://www.inter-nauka.com/  International Scientific Journal “Internauka”  http://www.inter-nauka.com/ 

çayla bənd arasında olan ərazilərin bu və ya digər məqsədlər üçün istifadəsi tam 

qadağan olunmalıdır. Xəzər dənizinin səviyyəsinin yüksək olduğu dövrlərdə Kür 

çayının  aşağı  axarında  çayın  yatağının  gətirmə  materiallardan  vaxtaşırı 

təmizlənməsi daşqınların qarşısının alınmasında müsbət əhəmiyyət kəsb edə bilər. 

Eyni zamanda daşqınlara qarşı xüsusi dövlət proqramı qəbul olunmalıdır. 

 

Ədəbiyyat

 

1.

 

Осипов  В.И.  Природные  катастрофы  на  рубеже  ХХI  века.  Вестник 

РАН Том №24. – 2001 г. 

2.

  Бабаханов Н.А. Стихийные бедствия: их проявления в Азербайджане, 

наносимые ущербы, меры защиты от них. Баку, 2013. – 253 с.  

3.

 

Musayeva  M.R.  Daşqınların  təsərrüfatın  inkişafı  və  ərazi  təşkilinə  təsiri. 

Bakı, 2014. – 192 s. 

4.

  Musayeva  M.R.  Qlobal  iqlim  dəyişikliklərinin  Kür  və  Araz  çaylarında 

daşqınların  baş  verməsində  rolu.  BDU,  Azərbaycan  Coğrafiya 

Cəmiyyətinin BDU filialının əsərləri, III cild, Bakı, 2010. – S. 206-210. 

5.

  Qurbanov E. - Daşqınlar və ətraf mühit. Bakı, 2014. – 34 s. 

6.

 

Kərimov  R.,  Nəcəfova  Q.  -  Iqlim  dəyişmələri,  daşqınlar  və  ekomiqrasiya. 

Bakı, 2016. – 48 s. 

7.

 

http://www.agro.gov.az  

8.  

www.president.az  

:

uploads -> public
uploads -> İnsan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında
uploads -> Biblioqrafiya
uploads -> Affektive Störung Diagnose Affektive Störungen sind durch Störungen der Stimmungslage, des Antriebs
uploads -> Kolleg-14 juni-zch-affekt
public -> Thomas reilly


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


elmi-redaktor-ryilr-58.html

elmi-redaktor-ryilr-62.html

elmi-redaktor-ryilr-67.html

elmi-redaktor-ryilr-71.html

elmi-redaktor-ryilr-76.html