1 2 3 4 5 6 7 8 9 10 11

DİAQRAM 2.5. STASİONAR MÜƏSSİSƏLƏRİNDƏ

səhifə8/11
tarix26.03.2018
ölçüsü281.14 Kb.

 

 

21

DİAQRAM 2.5. STASİONAR MÜƏSSİSƏLƏRİNDƏ 

SAXLANMA MÜDDƏTİ (il ərzində günlərlə)

31

65

0

10

20

30

40

50

60

70

STASİONAR ŞÖBƏLƏRİ

PSİXİATRİYA

XƏSTƏXANALARI

 

 

Pasiyentlər ən uzun müddət psixiatriya xəstəxanalarında saxlanırlar, onun ardınca isə ümumi 

təyinatlı xəstəxanaların psixiatriya şöbələri gəlir. 

 

DİAQRAM 2.6. PSİXİATRİYA MÜƏSSİSƏLƏRİNDƏ 

PSİXOTROP DƏRMANLARIN MÖVCUDLUĞU

0%

20%

40%

60%

80%

100%

120%

Ambulator

müəssisələr

Stasionar şöbələri

Psixiatriya

xəstəxanalarI

Dərmanların

mövcudluğu

 

 

Qeyd:

 diaqramdakı  məlumatlar faizlə verilmişdir; zəhmət olmasa, rəqəmlərdən sonra % 

işarəsini göstərməyi unutmayın.  

 

 

 

22

DİAQRAM 2.7. STASİONAR MÜALİCƏSİ İLƏ 

AMBULATOR MÜALİCƏSİNİN MÜQAYİSƏSİ 

370277

592135

0

100000

200000

300000

400000

500000

600000

700000

AMBULATOR MÜALİCƏSİ  STASİONAR MÜALİCƏSİ

 

Ambulator qəbul üzrə pasiyent/günlər və bütün stasionar müəssisələrində (psixiatriya 

xəstəxanaları  və ümumi xəstəxanalardakı  şöbələr) keçirilmiş günlər arasında olan 

nisbət ictimai qayğının nə  dərəcədə olmasının göstəricisidir: ölkədə bu nisbət 1:1,6 

kimidir. 

 

 

İLKİN

 

SƏHİYYƏ

 

SİSTEMİNDƏ

 

 

PSİXİ

 

SAĞLAMLIQ

 

XİDMƏTLƏRİ 

 

İlkin səhiyyə işçilərinə psixiatriyanın tədrisi 

 

Həkimlərin tibbi təhsilinin 1% hissəsi psixiatriyanın tədrisinə həsr olunur. Müqayisə 

üçün qeyd etmək lazımdır ki, tibb bacılarında bu göstərici 5%-ə bərabərdir. Təhsilin 

ikinci ilində  həkimlərə Tibbi psixologiya (psixi sağlamlıq üzrə  təlimlərin 16%-i), 

dördüncü və beşinci illərində isə Psixiatriya (psixi sağlamlıq üzrə  təlimlərin 84%-i) 

tədris olunur.    Tibb bacıları üçün psixiatriyanın tədrisi də iki bölmədən ibarətdir: 1) 

Psixonevroloji pozğunluqlar (psixi sağlamlıq üzrə  təlimlərin 82%-i) – bu  bölmə 

əsasən psixiatrik pozğunluqlardan daha çox nevroloji pozğunluqların öyrənilməsinə 

həsr olunmuşdur;  2) Tibbi psixologiya (psixi sağlamlıq üzrə  təlimlərin 16%-i). 

Həkim və tibb bacılarından başqa digər ilkin səhiyyə  işçilərinə psixi sağlamlıq 

mövzularında təlimlər keçilmir. Nə ilkin səhiyyə həkimləri, nə də tibb bacıları üçün 

psixi sağlamlıq sahəsində biliklərin təzələnməsi məqsədilə heç olmasa iki günlük 

məşğələlər aparılmır. Psixiatriya sahəsində ixtisaslaşmaq istəyən həkimlər bir illik 

internatura keçirlər, bu isə lazımi dərəcədə təlim üçün kifayət deyil. 

 

İlkin səhiyyə sistemində psixiatriya 

 

Ölkədə  həm həkimlərin çalışdığı, həm də yalnız orta tibb işçilərinin çalışdığı ilkin 

səhiyyə xidməti (İSX) klinikaları mövcuddur. Bu klinikaların heç birində  əsas psixi 

vəziyyətlər üçün qiymətləndirmə  və müalicə protokolları yoxdur. Psixiatriya üzrə 

mütəxəssisin qəbuluna hər ay orta hesabla heç olmasa bir pasiyent göndərən ilkin 

 

 

23

səhiyyə həkimləri haqqında informasiyanı hesablamaq mümkün olmamışdır, çünki bu 

cür informasiya qeydiyyata alınmamışdır. 

 

Eyni zamanda, orta tibb işçilərinin çalışdığı ilkin səhiyyə xidməti klinikalarının 

təxminən 21-50%-i daha yüksək səviyyəli tibb müəssisələrinə göndərişlər edir. Son 

bir il ərzində mütəxəssis-psixiatrla heç olmasa bir dəfə  əlaqə yaratmış ilkin səhiyyə 

həkimləri haqqında informasiyanı  əldə etmək mümkün olmamışdır, çünki belə 

informasiya da qeydiyyata alınmamışdır. Həkimlərin və yaxud yalnız orta tibb 

işçilərinin çalışdığı  İSX klinikalarının və psixiatriya müəssisələrinin işçiləri qida 

əlavələri (bioloji aktiv əlavələr) təyin edən, alternativ və ya ənənəvi praktikalarla 

məşğul olan şəxslərlə qeyri-rəsmi əlaqələr yaradırlar, lakin bu cür informasiya qeydə 

alınmadığı üçün əldə edilməsi mümkün olmamışdır. 

 

Psixi sağlamlıq sahəsində göstərilən xidmətlərin böyük əksəriyyəti ixtisaslaşmışdır və 

təşkilatlar tərəfindən təmin edilir. Pasiyentlər birbaşa psixiatriya müəssisələrinə 

müraciət etməli olurlar, çünki İSX səviyyəsində psixi sağlamlıq xidmətləri zəif inkişaf 

etmişdir. 

 

İlkin səhiyyədə dərmanların təyini 

 

Bütün ixtisaslardan olan həkimlərin, o cümlədən İSX həkimlərinin istənilən şəraitdə, 

məhdudiyyət qoyulmadan reseptlə psixotrop dərmanlar təyin etməyə ixtiyarı vardır. 

Tibb bacılarının və digər  İSX işçilərinin belə bir hüququ yoxdur. Psixotrop 

dərmanların  əldə edilməsi imkanına gəldikdə, həkimlərin və yaxud yalnız orta tibb 

işçilərinin çalışdığı bütün (100%) İSX klinikaları  hər müalicə kateqoriyası üzrə    

(neyroleptik, antidepressant, əhval-ruhiyyəni tənzimləyən, trankvilizator və             

antiepileptik dərmanlar) heç olmasa bir psixotrop preparatla təmin edilmişdir.  İSX 

müəssisələrində psixotrop dərmanların rasional istifadəsi üzrə hər hansı  rəhbərlik və 

ya protokol yoxdur. Digər tərəfdən, burada psixotrop preparatların aqressiv reklamını 

həyata keçirən farmasevtik şirkətlər vardır və bu şirkətlər, öz istehsalları olan 

psixotrop preparatların təyin edilməsi üçün həkimləri maddi cəhətdən 

şirnikləndirməyə çalışırlar. 

 

 

KADR

 

RESURSLARI

 

 

 

Psixi sağlamlıq xidmətlərində mövcud kadr resurslarının sayı  

 

Dövlət psixiatriya müəssisələrində çalışan və özəl praktika ilə məşğul olan bütün kadr 

resurslarının ümumi sayı  hər 100 000 nəfər  əhali üçün 22,2-yə  bərabərdir. Onların 

peşəyə uyğun bölgüsü aşağıdakı kimidir: 5,2 psixiatr, 0,8 digər ixtisaslardan olan 

həkimlər (psixiatriya üzrə ixtisaslaşmamış), 8,4 tibb bacısı, 0,2 psixoloq, 0,3 sosial 

işçi, 7,4 digər səhiyyə  və ya psixi sağlamlıq sistemi işçiləri, o cümlədən yardımçı 

personal və tibbi köməkçilər. Peşə  həkimləri, həkim və ya tibb bacısı olmayan İSX 

işçiləri, səhiyyə köməkçiləri, peşəkar və ya yarımpeşəkar psixososial məsləhətçilər 

kimi psixi sağlamlıqla əlaqəli digər ixtisasların sahibləri ölkədə mövcud deyildir. 

 

Psixiatrların 92%-i yalnız dövlət psixiatriya müəssisələrində  işləyir, yalnız QHT-

lərdə, özəl psixiatriya müəssisələrində çalışan və ya xüsusi praktika ilə  məşğul olan 



Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


elmi-redaktor-ryilr-80.html

elmi-redaktor-ryilr-85.html

elmi-redaktor-ryilr-9.html

elmi-redaktor-ryilr-94.html

elmi-redaktor-ryilr-99.html