©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

İdarə - İRƏvan türkləRİNİN ƏDƏBİ MƏtbuat abiDƏSİ


                  İdarə 

 

       Bizə qalırsa otağları  məktəbdənkənar bir yerdə dutsalar daha gözəldir. Çünki bu hisli cavanlara 



çox da  xatircəm olmaq olmaz. Bəlkə  birdən də eylə itifağ düşdü  ki; dəli cinləri bunlara əmr etdi ki, 

ğızların dərslərini artırmağ üçün məktəbi böyütmək lazımdır. Onda heç kəs ianə  verməz, ama indidən 

gərək heç kəs xam düşməsün ki, bu  otağlar məktəbə  məxsus olmayacağ . Ona görə ayrı  yerdə olmaği 

məsləhətdür. 

 

 

PUL TAPILMIR 



 

 Cümə, bazar, braznik, bayram ittifaği, tətillər  İrəvan  əsnafilərin nəhayət dərəcədə xoşnud və 

rahət ediyor. Ələlxüsus da ki, bu may ayında . Ama bircə  mətləb çox yamandır ki.  Bunların 

xəcalətliginə  səbəb olur mömünlər , məşhədilər, ruzəçi və  mərsiyə  məclisləri;  ğumarbaazlar  ğumar 

məclisləri; və şərab içənlər də  içki məclislərində, sadlarda , duxanlarda çox utanırlar. Çünki; ya ehsan 

edin, ya uduzmağ istəyin və yaxud keflənüb, gen-boluna səpmək istəyən cənablar  əllərini ciblərinə 

atırlar,  pul  tapulmur. 

 


 55

 



Yaxalaşmiş 



 

 

Mən bu gecə yeni pərvaz  olduğimə görə söyündüyümdən özümi saxlaya bilmüyüb 



pərvazlandım. Ancağ ğaranlığda  gözüm görmüyüb yolların ağaclarına ilişüb, bu ağcə , o ağacə dəgə-

dəgə düşdüm ğanadları üstünə. Onda gördüm ki, hər ğanadım bir dığanın və hər tüküm bir xanımın 

əlündə ğalıb. Özimi şaşdırdım. Yarəb, bu nə ğaza idi düşdüm, bulvarda da adamı bu hala salarlarmı? 

Nə edəcəyimi bilmirdim, onda  gördüm bır səs gəlir,  ədə, o degil, budur, vuurun, ğoymayın, gup 

vurun, gup vurun!.... 

         Xülasə, baxdım, xeyr, yaxalaşmış  işlər,  bu    ayrı  təhəriymiş, bir az  özümə  gəlüb bildim ki,  

məndə  işləri yoxuymuş. Qulağ verdim ki, dərzi Kazimın qardaşı Ələkbərin naləsi göyə ğalxıb. Ayə, 

vallah, billah mən elə bildim ki, ayrı  dğadır. Mən buna bənd olmayacağ idim. Ğələt eylədim, 

bilmədim, baxdım.  Ğərəz baxdım həngamə böyükdür, əgər uzağdan baxan uşağbazlar da  buna 

koməgə qassələr dünya bir-birinə dəgəcətir. Əl-ayağımı yığışdırıb yuva dibinə düz ğaçdım. Imdi hələ 

də tüklərimin dibi cəyriyir. Amma  səgrisə yakşılaşnaz valla  işim yaş olardı.  Ətcənə lək- lək. 

 

Taqqıltı 

 Rahət nəfrəgimə... 

 

Nəfsuyun  istəcək şərabə qarşu, 



 

Ğızlar nəsə ğədər ke qalmazlər qarşu. 

 

Bir söz deyəmməm hicaba qarşu da 



  

 

            

Şeytan

 



 



                  Poçta qutusu 



 



Buxarada- Cənnət (quşuna) kağızlar yüksək iki yüzü də yazılı idi.  Bir yüzünü  yuyurduğ 



ki, təmizlənsin. Iki yüzü də  getdi. Indi səbət malı olub. Hamı yazmalı və lazımlı  məsələ olsa yaz! 



A ma bir yüzündə və aydın olnalıdır. 



 



İrəvanda – (yazanların adlarını soruşanlara  və mən ölüm deyən cənablara) hər yetənə sir 



verin mərsiyəxan olar. 

   Müdir 

və naşirlər:  

Mir Mahmud Mirfətullayev, Cabbar Əsgərzadə (Aciz) 

 

   



 



 



Elan 



İstanbulda hər on gündə  nəşr olunan elmi , ədəbi və    məsmur “Şahbal”məcmuəsi  əcnəbi 



məmləkətlərə yeki: 10 manat 24 nüsxə  və altı aylığı 5 manat 12 nüsxədən ibarət. Xahişmənd 



olanlar bu adresə rcuh buyursunlar.  (İstanbulda iki pustxana ğarşısında Fərəc Bəy xanda nömr  



9 , 10, 12) . Bu məcmuəyə nəhayət  mətin bir məcmuəyə olub və hər kəscə ğiraəti arzu  edilər. 



Dərcə nəfisdir, fayda bərdar olmağ üçün  abunə  hər kəsə tövsiyə ediriz 



İrəvan, “Luyis” mətbəəsi. 

 

 



12 IYUN 1914-cü il, No 10. 

Lək-lək türk dilində həftəlik məzhəkəli məcmuədir. 

Hər nüsxəsi 7 qəpikdir.

 

 

Mündəricat 



 

Ədəbiyyat. 

Hərdəmxəyal.

 

Hüququ qanmağ. 

Ənqa

 . 

Bir dəfəyə baxmadan .

 Şeytan.

 

Şəhər aralığında  

Ədəbiyyat.

 Şeytan

 

Lal, kar, lat, lüt. 

Həpənd.

 

 56

Axtar  


Elanlar  

 

 



 

 

Ədəbiyyat 

 

Millət, niyə bilməm bu qədər  xam idim əvvəl?! 



Heyvan  idik, ağ başlara çox ram idik əvvəl. 

 

Xonçamdakı bu nemət əlvanın idin sən, 



Bir yanım aydın səhradakı nanım idin sən, 

Lap tərki gərgidi tövləmdəki heyvanım idin sən, 

Saldıqda “şitil” boyinuna aram idin əvvəl, 

Nadan edən ama bizə çox ram idin əvvəl. 

 

Bu sadə olan qabağkı dövranmı , dəyişdi? 



Aldatdı sənnən qabağkı şeytanmı dəyişdi? 

Eynəkli, qraxmallı müsəlmanım dəyişdi? 

Xamlığda bütün nadir əyyam idin  əvvəl, 

Nadir idin  ağ başlara çoğ ram idin  əvvəl. 

 

“Nəmrud” bilirdiniz məni övrət kişi yeksər, 



Etdim bütün islami cəhalətlə məxməsər, 

Imdisə varam bir mən özüm, bir ğuri mənbər, 

Hər bedətə yabıh olan islam idin əvvəl, 

Nadan idin  ağ başlara çoğ  raha idin əvvəl. 

  

Xəzəlim varidi sizləri təkfir eyləməkdən, 



Bir fəsli oturur min kərə təğrir eyləməkdən, 

Mən besər də çığırıb sizləri təhqir eyləməkdən, 

Mömin xərafətiylə bədnam edik əvvəl, 

Nadan idin ağ başlara çox ram idik əvvəl. 



Hərdəmxəyal 

 

 HÜQUQU  QANMAQ 



 

 Bu ləfzənin çox mənaları var , yəni hüquqları qanmaq. Bu da curəbə curədir. Bunun bir cürəsi 

belədir ki, iki qardaş olur, bir yerdə qazanır, bir yerdə çalışır, bərabər əlləşir və vuruşur, bir tikə çörək 

çıxanda da hər ikisi bərabərcə ailələri iylə yeyurlər. 

İttifağ düşür , bunlardan biri tutulur, birinin yerində yadigar olan xırda oğulu qalır böyük 

qardaşın umuduna. Böyük qardaş da buna abiğon olur... 

Yəni həmi əmi, həmi abiğon, həm də ki ata əvəzi. Bu qardaş balasına baxırsan yekəlir, baxır ki, 

əmisi oğlu çox  sahib şüur, elmli, ğurs ğurtarmış  bir adam , ama bu bişuvur, cahil, əmisinə də möhtac. 

Adə birdən bunun fikrinə  gəlir ki, əmim oğluyla mən; ikimiz də bir toxmdən  əmələ  gəlmiş  nəhalən 

zümrəsiyik.  Əcaba bu elmli. Mən cahil ? Ikimiz də bir xəzinə sahibi ola-ola niyə bu zəngin, mən 

yoxsul? Yəqin bunda bir hikmət var. Bəs böylə olanda  yəqinən əmimin öz oğlu ilə qardaşı oğluna eyni 

gözlə yanaşmaması  hələ  bəlkə bunun qismətilə  də öz oğlunu tərbiyələndirib. Özününkünə  əl də 

vurmayıb. Onda bu cavan başlar çığır-bağıra, əmisinin ehtiramını aparmağa, beş nəfər də əyan-əşxas , 

molla, mömin çağrılıb bir azdan oğlan məzəmmət edilib, hacını boş əstəkanda çaynan başı ağriyandan 

sonra, oğlanın da ğolundan dutub atarlar eşigə ki, bəs hələ sən adam degilsən. Indiyə kimi yediklərin 

çörəkləri də itirirsən. 

Ama yalan-doğruluğunu bilməyirəm, bu oğlan deyirdi mən hüququmu qanmışam və öz 

hüququmu istəyirəm. Adə, bəs bilirsiniz niyə, atdılar eşigə sualını verəndə , düyür, çünki mən yetim 

olub onun ümidinə qalmışdım. Ona görə də hüğuğum itdi. 

 57

Ama bu yaxınlarda bir nəfər şapğalı cavanu da  (palitsa)da gördüm dedim, a kişi, nə həngamədir? 

Dedi bir şəni yoxdur, bu günlərdə gördüm oğlan ulağını minib bağa getdigi halda bir afsər yanındakı 

adama o oğlanın məzhəbiylə ulağının təfavütü olmadığını dedi. Nə isə  mən baxdım hər kəsin 

müsəlman məzhəbində   dursa, hökmən adı  Həsən, Hüseyn, Cəfər, Əsgər, Əli olmuşdur. Baxdım xeyir 

suvarın da adı müsəlman adıdır. Mənim də.  Əma  mənim məzhəbim təhğirə layiğ degil. Insanlığ 

məzhəbidir. Mən bu afiserdən təvəqqə etdim ki, sözünü geri alsın, ama baxdım kı, sözümü iki eləsəm 

afserin tapançası düz durmayacağ.  Labüd mən palitsaya getməyə razı oldum. 

Ama indi mən bilmirəm bu Əsgər Axundof məhgəmədə atalı  sırasında olacağ, yainki yetimlər 

sırasında qalacağ. 

Ğərəz, mətləbdən kənar olmayağ, hüğuq  ğism-ğisimdir, ancağ tul qalam olmamağ  üşün bir-iki 

məsəl gətirdim,  ğarinlər məni başa salmurlər görək  hüğuğu tanımağ  nədir? Hansı hüğuğdur görən 

adam alacağıni almağ deyirlər, ya  məzhəbi təhqir ediləndə, səbəbi soruşmasına , yainki ata-övladının 

birilə yaxşı-pis rəftar eylyəndə hüğuğu istədiyini ğanmışam.  



Ənğa 

 

Bir dəfə baxmadan 



 

 Bid dəfə baxmadan dövran nə etdi pisə, 

Aləmdə keşdisə insan nə  etdisə 

 

Yatdın şirin-şirin, ay millət nəzif, 



Kəm başın üstünü kəsdi yaman hərif. 

Taladın, kəsalətə oldun kəsif 

Hər ğız utanmadan dizdən nə etdisə, 

Sel gəldi basdısa, tufan nə istəsə 

 

Ğalsun keçənlərin bax tazə işlərə, 



Bildirki  hallarə ğanlı dögüşlərə, 

Düşdünmü töhmətə, dözdün gülüşlərə, 

Bibadən adın ğoyan insan nə etdisə? 

Vicdanlı Yevropa, Balkan nə etdisə. 

 

Farsın, Mərakeşin gəlməz xəyalına, 



Olmaz Trablis bais məlalına, 

Verməz qədir sənin İran bu halına, 

Yaxma o ğatmani o bir  an  nə etdisə, 

Xaric və daxili olan nə etdisə. 

 

Minlərcə xalğını salmış əzaba, 



Bu nanlar! Eyləmiş məcbur hicrətsə, 

Hansı sel ğalub bunca çıxartsa? 

Bir dönəmə baxmasan, tonnan nə istədisə, 

 Mən zalım “iftira”,  böhtan nə istədisə.  



Durna. 



 



ŞƏHƏR ARALIĞI  



 

Ölülərdən məktub  

 

 Cənab Lək-lək, təğəqqə edirik, bu neçə kəlmə ərzimizi dərc edəsiniz. 



Guya  İrəvan cəmatı bizim halımıza rəhm edib bizim yerimiz gen olmağdan ötrü dağın 

ətəyindəki yoncalığ yerinin yanini alub bizə  hədiyyə etmişdilər ki, əgər müsəlman  ğardaşların 

duxanlarda, bazarlarda, sadlarda , küçələrdə mübarizələri olanda bizlərdən ötürü nagahani gələn 

 58

ğonağlar çox olub ,yerimizi dar etsələr yavaş-yavaş bu tazə yerlərdə ğonağlar üçün yer verilsin. Burası 

layiğ təşkirdir. Allah İrəvan cəmaətindən razi olsun, ama bu yerə bir (mal adlamaz) divar yapdırsınlar 

ki, axır bir ğədər öküz, inək, eşşək, yabı gəlüb nişangahlarımizi pozurlar, bizə azar verirlər. 



 



Böyüklük? 

  

Deyirəm insana yekəlmək  çox yaxşı deyildir, Səfindir yekəliyini bişöhrət tapmağ,  şöhrət 



tapmağ,  yekəlik yerini bilməkdir. Yəni böyüyə, o qədər böyük ola ki, insan şöhrəti ilə hamiya dayağ 

ola.  Deməyəsən ki , bu  nəyimin böyüyüdür? Böyüklük  abır, həya, ar  deməkdir... 

Demirəm  göylərindən  ucalığı  heç xatirimə də gəlməz .  Ancağ beylə hayəni adamın şanı böyük 

olunaca Hacı Səməd xan, necə İranın bir çoğ xanları. Adam, boyüyə yəni ibarəti budur ki, şani ucalıb 

ola bir böyük xan, özü də gedə doyunca içib lül piyan ola (Hamparsum) hamamının qabağında bir 

maladoy oğlanin ətəgindən duta.  Ona iltifat eyliyə, deyə ki, gəl, gəl ğadan alım. Deyəsən sənin üz- 

gözün çox çirklənib. Bir, beş-on  şaha mayə    ğoyum çim, təmizlən!  Ərməni, müsəlman da yığışa 

adamın başına  və bu səxavətinə təəccüb eliyələr, deyələr doğurdan da afərin.  Hələ bu kefli vağtində 

ki, bu ğədər maladoy oğlanları himayət eyləyür. Görəsən, ayığ zamanda nə  ğədər uşağı    məktəbdə 

oğudur.... 

Ğərəz, xalğ eylə bu nəşədə ğala, ondan oyana heç bir xeyir işə  bir qəpik də xərcləmiyə . Ondan 

ötrü oyana gün-gün şanın artar, olarsan Məmmədəli Şah!... 

Çünki, Məmmədəli özü də  vələhdlik vaxtında Təbrizdə  beylə cayətlərdən az eyləməzdi ki, 

axırda  mərtəbəsi gördügiz ki, marsa çatdı. 

 

Açığ məktub 



 

Idarəmizə bu gün bir ağır məktub gəlib və  məzmunundan belə anlaşılır ki, filan aşpaz  şirədən 

çaxır alır... Pişirdigi xörəklərin  ətini erməni  ğəssabından, biz nə  ğədər  İrəvan xəbəri yazsaydığ 

özümüzə söz vermişdik ki, hər kəsin eybini aşkar yazağ. Ama bu dəfəyə baxırığ olmayacağ.  Əgər 

ərmənidən ət alan aşpazların adlarıni aşkar yazsağ onların evləri yıxılar , daha heç kəs onlardan xörək 

pəməz və  ələlxüsus Hacı Kazım çur keçixanasına nə  ğədər zərər dəgər. Çünki: bu aşpazların lap 

ağsaqqalı, namaz ğlanı o cür keçixanənin üstə  dəgən    açub və alverdə  ğomşusi olan Hacı Kazım 

dükaniyləd. Əgər bu aşpaz dükanı bağlansa,  çur keçiyə də zərər dəgər, buna görə biz hələlik aşpazlar 

barəsində gələn məktubi adiylə dərc etmirik ki, aşpazlara ziyan dəgməsin və bunlar gedə xətrinə innən 

sonqra olan əhvalati adııyla dərc etmiyəcəyik. Məgər  yekə bir, iki , üç olunca o zaman bizim 

işimizdir.  Hələ aşpazların cabirəsindəkı kağızı gözləyirik, görək necə etdilər. Ya,yu, x. 

       


 

 Ədəbiyyat    



Ana və qız 

 

                Sözümü mənim yaxşı dinlə ,qızım, 



                Sənə bir gözəl, nazlı ər tapmışam. 

             -Ana , getmirəm, getmirəm, getmirəm! 

             Özüm ki mənim elimli bir qızam, 

                        Özümə də bir alim nər tapmışam 

-

 

Qzüm vermirəm, vermirəm, vermirəm!  



-

 

Bu çox pulludur, mallıdır, ballıdır, 



        Yağun salıbdır, şivə saqqallıdır. 

-

 



Ana ,uymaram ,uymaram, uymaram! 

       Məktəb görübdür mənim sevdiyim, 

       Həkimdir, təbibdir, qıraxmallıdır, 

-

 



Qızım, qoymaram, qoymaram, qoymaram! 

       Gərək hacı olsun sonra hökmən nər, 

      İmanlı və mömindir Hacı Səfər 

          - Ana, bilmərəm, bilmərəm, bilmərəm! 



 59

O hər gündə beş dəfə arvad dögər. 

O, çox canlıdır zəyi kimi nərə zər 

O nərə getmirəm, getmirəm, getmirəm! 

-

 

Qızım, məktəbə getməmiş sən hələ, 



Yüzünmə gəlməzidin belə 

Necə bilmədim, bilmədim, bilmədim... 

Gedən vaxt səni qoymayam məktəbə 

Hələ bu dilə bax, dilə bax dilə! 

-

 

Ana, neylədim? Neylədim? Neylədim? Neylədim? 



Şəriətdə zor ilə getmək ərə 

Əgər varsa, söylə bir kərə. 

Anam madərim! Madərim ! Madərim! 

-

 



Qərəz sən məgər degilsən, qızım, 

Qalaydı görüm məktəbin andıra. 

Yazığ doxtərim, doxtərim. 

Çıxıb ağıldan lap olub kafirə. 

-

 

Nə etdim ki? Çıxdım , ana, şəriətdən, 



Özümlə degil, sevmirəm, sevmirəm!... 

-

 



Məni eylədin sanki bəxti qarə 

Daha imdidən sonqura nə sən, nə mən. 

Özün bil, daha getmə heç, getmə heç. 

 

Şeytan 

 

 

LAL, KAR, yaxud



 

 LAT və LÜT

 

  

Necə ki, hər bir sadə olmuş insana məlumdur ki, hər millətin əlifbasında hər bir hərfdən bir dənə 



vardır. Məgər inki, bircə Fransuz və  İngilisdə 2-ci (V) vardır ki, birinə (v ) və  digərinə ( v yo)  

deyirlər: xəyalıma gələn öz əlifbamıza, yəni müsəlman əlifbasına ki, bu əlifbada  hər hərifdən yalnız 

bir dənədir. Yəni hürufatımızın nöqsanı çoxdur.  Bu hərflər ilə  yazıb-oxumaq  çox  müşküldür. Yəni  

bunu bir mən demirəm. Hamı ümumən  uruslar , hətta bir para əqli nəğş müsəlmanlar da təsdiğ edir ki, 

müsəlman hürufatiylə iş görülməz!. Dilimizin eyni sövti-ləhcəmizin şivəsi gözlə ki, məhv olar. Qərəz, 

bizim bu hürufatımızın üstyndə çox böyük davadır, hələ indi necə ola, keçmişlərdə Mirzə  Fətəli 

Axundov bu bəd bnanı ğoyanda elə bu çalhaçal var, var, var. Ama çox  şükür ki, heç  eylə bir  ədib 

çıxmayıbdır ki, bizim bir (v) mzı 3 eyləsin .  Müxtəsəri ki, qədim vaxtlarda bizim  hürufatın barəsində  

genə bir böyük mübahisə    əmələ  gəlmiş ki, bir ədib-şair  millətlərilə mübahisə    edərkən  bizim 

hürufatımızın kamil bir hürufat olduğini nişan vermək üçün (m)hərfini götürüb (lt)n başına yapışdurub  

hərf(ən)  şəkli əmələ gətürdü ki,  o da olsun müsəlman, yəni ğeyrətli, şücaətli, səxavətli, elm, fəzl bir 

tayfa ki, o zamandan  bizim hürufat alğışlanıb. Bu  günə kimi yaşayıb. Ama bu neçə illərdir ki, genə 

tazədən hürufat odur kı, oni yazmağla heç yoxdan bir şey əmələ gəlsün... allaha şükür keçən gün  bu 

barədə yenidən açılmış bir mübahisə    məclisində bunun da isbatını gördüm ki(bi nam) adlı bir ədib 

(LA) ki ərəbdə yuxa deyirlər  ki, heç vücudi olmasa bən həmin  millətin başındakı (m)ni 

götürüb(LA)nın başına yapışdırdı, oldu(molla), yəni dolu, yaxud Hacı Mirzə Həsən Ağa müctehid və 

Hacı Mirzə Kazım Ağa  İmam cəmi  əziz oğlanları    ilə yainki,  Ğubada molla yava və ya İrəvanda 

(Əbulla məsələ), Arıx  Ğəzər, (molla eynək), nağalza qörün, xaxanalza qoruyun, satan və  əyriləri 

mənim bunlarda işim  yox və bu hürufat ki  yarayırığ; heç bir ədibə məsləhət  görmürəm ki, bu barədə 

bir söz  yazsun  ki, çox da gözəl  hürufatımız  var. Ama  millətin(M )ni götürüb(La)dən bir molla 

yapan cənab xəbəri olmadı ki, genə millət nət ğaldı. 

Həpəid 

.  

  

Axrtar  



 



İttifaği səbəblərdən tulantı bu nömrə  vaxtından gec nəşr edildi. 



 60

 

 



“Lək-lək” can verir  

 

Ay cocuğlar, gəlin bir az danışağ, 



Tanış olağ , gəzək, gülək, danışağ. 

Istəmərəm sizi mən ğəmgin görəm, 

Ona görə istəyirəm güldürmək. 

Mən hacı lək-ləkəm , haca getmişəm, 

 Gögdən uçub daha uca getmişəm. 

Yalan demək, yaman demək bilmirəm, 

Xalqa azar vermirəm, incitmirəm, 

Hacı lək-ləkəm  var uzun dimdiyim, 

Ilan-qurbağadır tutub yedigim. 

Bir yerə yığılsa əgər otuz qaz, 

Mənim kimi uzun boğazı olmaz. 

Neşə ki qış idi, çovğun getmişdim, 

Uzaq şəhərlərə mənzil etmişdim. 

Yaz açılıb, indi yenə gəlmişəm , 

Uca ağaclarda yuva tikmişəm. 

Hər sabah, hər axşam vaxtı ahəstə, 

Heç kəs bilməz durram bir qıçam üstə. 

Dimdiyimi çallam birdən taqhataq, 

Kəndə küy salaram onda  şaqhaşaq. 

Çünki mən hacıydım, özüm də mömün. 

Xəyalıma şəni gəldi beylə bir gün, 

Dedim öz yoldaşım hacı lək-ləkə, 

Gəl kömək eylə bu bacı lək-ləkə. 

Irəvanda bir məcmuə çıxarağ, 

Hamı xalqı doğru yola çağırağ. 

Adam öldürəni yazıb pisləyək, 

Öz gözünə ğara sürtüb hisləyək. 

Adam öldürməklən  axır yamandır, 

Yazıxdırlar, axır onlar da candır. 

Bir pıçax adamın əlin kəsəndə, 

Tağət qalmır onda canda, bədəndə. 

Inciyir, sızlayır adamın canı, 

Rəngi qaçar axsa bir misqal qanı. 

Birisini öldürmək əgər istəsən, 

Öldürməzsən bir az əgər düşünsən. 

Əgər cavandırsa, anası ağlar, 

Bacısı sızıldar, atası ağlar. 

Əgər böyük olsa o ölən adam, 

Öyündə olacağ bir böyük matəm. 

Yetim qalar “Sadiği”, həm “Səfəri”, 

Olmaz üstlərində ata nəzəri. 

Oxumağdan, məktəbdən məhrum olar , 

Küçələri veyil-veyil gəzib dolanar. 

Heç bir işi dutmaz o cocuğ doğru, 

Onda olar ya yol kəsən, ya oğru. 

Şərab içənlərin qulağın burağ, 

Şərab şüşəsini bir-bir sındıraq. 

Şəriətdə çünki şərab haramdır, 



 61

Ələlxüsus ki, cana çox ziyandır. 

Bir adam kı, gedib içir, keflənir, 

Küçələrdə səmə-səmə veyllənir. 

Gəlib-gedənlərə yaman söz deyir, 

Özün xalq içində bihörmət edir. 

Qumarbaza çox eyləyək məzəmmət, 

Bu pis işə bəlkə etməsin adət. 

Aparıb var-yoxun uduzdurmasın, 

Əyalını evdə ac-suz qoymasın. 

Uduzduğu pulu versin libasa , 

Aparsın, geydirsin oğlu Abbasa. 

Aparsın məktəbə, qoysun, oxusun, 

Oğlu təhsil edib bir alim olsun. 

Tiryək çəkənlərin pisliyin yazaq , 

Onların eybini birbəbir açağ. 

Tiryək onlara bir görün neyləmiş, 

Can əriyib qalıb qupquru qəmiş. 

Nə qolda qüvvət bar, nə canda şirə, 

Hamısının gözü düşüb çuxura.    

Yüzlərinə baxan yəqin irgənər, 

Rəhimi  gəlir, ona qoçu söylənir. 

O  kəslər ki, olub sahibi dövlət , 

Istədik  onları edək məzəmmət. 

Yoxsula,fağıraəl dutsun onlar, 

Yetim uşağları oxutsun onlar. 

O bir başa hər ağ dolayanlar, 

Adlarını axund, molla qoyanlar. 

Altı şaha kəbin pulu almaq üçün , 

Əlindən kəsməsin gündə yüz kəbin. 

Yoldaşım Hacı Lək-lək, dedim sözümü, 

Dübarə yüzinisə dikdüm gözümü. 

Bir ah çəkib dedim, o sahibi Lək-lək. 

Çox gözəl söylədin , ay bacı Lək-lək. 

Əgər biz bir belə ayığ baş qatsaq, 

Etsən çətinliyi olar , toy ansan,  

Çaxır içən , yol kəsən , tiryək çəkən. 

Xəsis, dövlətli: hamı adam etdirən. 

Hamısı tazə işindən əl çəkən bunlar, 

Qumarbazlar xamı oynamaz qumar. 

Onda hər kəs öz əynini düşünər, 

Peşiman olub öz işindən əl çəkər. 

Mollalar bir hədyan, yalan söyləməz. 

Gözləyiriz müftəni, töləb eyləməz. 

Hamı millət onda verər əl-ələ, 

Aralıqda bir lək gəlir həsulə. 

Müsəlmanıq, indi olar həğiği 

Gözün açıb millət tapar tərəqqi, 

Onda olmaz bizdə nə yoxsul, nə ac. 

Heç kim daha olmaz çörəgə möhtac. 

Bizdən olar razı Allah, Peyğəmbər, 

Camaət də bizə təğidır eylər. 

Bu iş eylə ki, gördük məsləhət, 

Mətbuata çıxarmağa eylədik qeyrət. 

Çox zəhmətiylə taa ixtiyar aldıq, 

 62

Lək-Lək adlı bir məcmuə çıxardıq. 

Bütün bizi düşmən oldu cəmaət, 

Harda gördülərsə etdilər nəshət. 

Çaxır içən, adam kəsən, dam dələn, 

Tiryək çəkən, qaz-baz oldu düşmən. 

Burunladı bizi əyan, ağalar. 

Təpik atdı bizə qırçı bu qədər 

Yalançıq haymalı kafir ad qoydu. 

Qara cəmaətdə o nəslərə uydu. 

Xanlar, bəylər, ümmətimiz atılmaq. 

Qaldı  dedilər, həm qışqırıq, paslanmaq 

Qərəz məcmuəmiz yaşadı, çoxaldı. 

Borcumuz gəldikcə artdı-çoxaldı. 

Lək-lək naxoşlayıb qızdırma tapdı, 

Zəmidən çıxammadı, palçığa batdı. 

Daha Lək-lək şağildəməğ bilmədi, 

Qanadı yanına düşdü, titrədi. 

Deyirdi ki, sallandı bu yerlər əkindi, 

Bir qanadı azaldı, biri gödəldi. 

Naxoşladı yazığ zəmidə qaldı, 

Vayhavay naləsi göyə ucaldı. 

Zəyiflədi, daha qalmadı taqət, 

Ilan –qurbağa dutmağa etmədi cürət. 

Qanadı bulaşıb palçığa batdı, 

Qurbağalar gəlıb üstündə yatdı. 

Lək-lək öldü, ay cocuğlar, lap, 

Bugün, sabah nə olar ğalıb. 

Nə yoluxan var yazığa, nə su verən, 

Nə təbib aparan var, nə dərman veürən. 

Lək-ləkin xətirni istəyirsiniz, 

Ata, qardaş, qızdan xahiş ediniz. 

Əfraf xuçlarından bir azca yüfsun, 

Sylı  3 manat yarımdır Lək-lək  yazdırsın. 

Oxumalı, gülməli məcmuədir, 

Oxumasaniz da adama fayda verər. 

Eləki müştəri oldi  alanız, 

Əfşaliki saxladar sizin dövrünüz. 

Təbib gələr lək-ləkə dərman verər, 

Canə gəlib Lək-lək yenə dirilər. 

 Ondan sonra sizin üçün ayda bir  

Lək-lək sizə bir hədiyyə göndərər. 

Oxuyub göndərsəniz bəhrə bularsınız, 

Oxumağa huş edib alim olarsınız. 

Çalışan Lək-lək dirilib şağğıldasın, 

Keyni maz olub gülsün, ğağıldasın. 


?


elmi-redaktor-sakit-13.html

elmi-redaktor-sakit-18.html

elmi-redaktor-sakit-22.html

elmi-redaktor-sakit-27.html

elmi-redaktor-sakit-31.html