1 ... 13 14 15 16 17 18 19 20 21

Daraq - MiRZƏLİyev zaur natiQ

səhifə17/21
tarix02.01.2018
ölçüsü0.55 Mb.

54 

 

Daraq 

parçanın eni boyunca əriş saplarının yerləşməsini tənzim etməklə əriş 

üzrə  1  dm-də  lazım  olan  saplar  sayını  təmin  edir  (şəkil  11,  v.).  daraq  paralel 

yerləşdirilmiş  yastı  metal  lövhələrdən  (9)  yığılır.  Daraq  arğac  saplarının  parça 

başlığına  vurulmasını  həyata  keçirir.  O  eyni  zamanda  əsnək  içərisində  məkliyin 

istiqamətləndiricisi rolunu oynayır. 

Sapkeçirmə üç üsulla həyata keçırılır: əl ilə, yarımmexaniki və mexaniki.  

 

Əl  ilə

  sapkeçirmə  biri-birilə  üzbə-üz  dayanan  iki  fəhlə  (sap  verən  və 

sapkeçırən) tərəfindən yerinə yetirilir. Belə sapkeçirmə ilə məhsuldarlıq 1000-1500 

sap/saat təşkil edir.  

 

Yarımmexaniki

  sapkeçirmə  ilə  əmək  məhsuldarlığı  artırılır.  Belə  ki, 

sapverənin işi avtomatlaşdırılır.  

 

Mexaniki

 sapkeçirmə  maşın ilə yerinə yetirilir. Bu zaman sapın keçirilməsi 

qanunauyğunluğu  proqramlaşdırılır.  Belə  sapkeçirmə  ilə  məhsuldarlıq  5000 

sap/saat təşkil edir. 

 

7.ARĞAC SAPLARININ TOXUCULUĞA   

HAZIRLANMASI 

 

 

Arğac sapları toxucu  fabriklərinə  müxtəlif  bağlama  formalarında daxil olur. 

Arğac  sapları  əksər  hallarda  qıçalarda  və  babinlərdə  yerləşdirilir.  Məkikli  toxucu 

dəzgahlarını arğac sapları ilə qıdalandırmaq üçün baölama forması kimi qıçalardan 

istifadə  olunur.  Məkikli  dəzgahlarda  qıçanı  məkikdə  yerləşdirirlər.  Məkiyin 

hərəkəti  zamanı  sap  açılaraq  əsnəkdə  yerləşdirilir.  Babinlər  isə  məkiksiz 

dəzgahlarda  istifadə  edilir.  Dəzgahların  babinlə  qidalandırılması  zamanı  arğac 

babindən açılaraq mikroməkiklər, xüsusi tutucular, rapirlər, yaxud digər vasitələrlə 

əsnəkdə yerləşdirilir.  

 

Əgər  toxucu  fabriklərinə  qəbul  olunan  arğac  saplarının  yerləşdiyi  bağlama 

forması  burada  işləyən  toxucu  dəzgahlarının  qəbulu  etdiyi  bağlama  formasına 

uyğun deyilsə, bu zaman həmin saplar uyğun bağlama formasına təkrar sarınır. 

 

Arğac  saplarını  arğac  sarrıyıcı  avtomatlarda  təkrar  sarıyırlar.  Əgər  arğac 

sapları dəzgaha babinlərdə verilməlidirsə, bu zaman əriş sapları üçün tətbiq olunan 

55 

 

təkrar  sarımça  maşınlarında  arğac  babinlərini  hazırlayırlar.  Əğər  arğac  sapları 

dəzgaha  qıçalarda  verilməlidirsə,  onda  arğac-sarıyıcı  avtomatlarda  onları  təkrara 

qıçalara sarıyırlar.   

 

Məkikli  dəzgahlar  üçün  arğac  saplarının  təkrar  sarınması  zamanı  onların 

xassələri  yüksəldilir.  O  zibillərdən  təvizlənir,  qismən  əyirmə  qüsurlarından  ayrılır 

və  nəticədə  arğac  saplarında  baş  verən  qırılmaların  azaldılması  hesabına  toxucu 

dəzgahlarının  məhsuldarlığının  artırılmasına  şərait  yaradır.  Bundan  başqa  arğac 

saplarının  təkrar  sarınması  zamanı  sarınmanın  xüsusi  sıxlığı  artırılır  ki,  bu  da 

bağlamaya daha cox sapın sarınmasına şəpait yaradır. 

 

Əksər  hallarda  arğac  saplarını  ağac  şpullara  və  daha  çox  kağız  patronlara 

təkrar sarıyırlar. 

 

Pambıq  parça  istehsalatlarında  çoxsaylı  arğacsarıyıcı  avtomatlardan  istifadə 

edilir. Bunlara misal olaraq keçmiş ittifaqda hazırlanan UA-300-3, UA-300-4, UA-

300-3M,  ATP-290  və  s.  çexosiovakiyanin  “Xakoba”,  Almaniyyanın  “Sever”  və 

“Şlyafqorst”,  İngiltərənin  “Lissan  və  “Savio”  firmalarının  və  s.  hazırladıqları 

avtomatları  göstərmək  olar.  Bütün  arğac-sarıyıcı  avtomatlarda  işlənmiş 

bağlamaların  dəyişdirilməsi,  yeni  bağlamaların  və  ilk  sarımanın  qoyulması 

əməliyyatları avtomatik həyata keçirilir. 

 

Əl  ilə  yalnız  maqazinin,  yaxud  bunkerin  boş  şpullarla  doldurulması,  qırılan 

sapın bərpası və işlənmiş babinlərin dəyişdirilməsi əməliyyatları yerinə yetirilir. 

 

UA-300-4 arğac-sarıyıcı avtomatı 

 

 

Arğac  sapları  apğac  sarıyıcı  avtomatlarda  təkrar  sarınır.  Toxucu 

fabriklərində  ən  geniş  olunan  UA-300-4  tipli    apğac  -sarıyıcı  avtomatlara  saplar 

adətən  çarpaz  sarınmış  babinlərdə  daxil  olur.  Arğac  sapı  babindən  1  (şəkil  12) 

açılaraq  balonsöndürən  prəkdən  2  keçid  dartıcı  cihazın  disklərinin  3  üzərilə 

əvvəlcə  istiqamətləndirici  rolikə  4,  buradan  isə  əyilərək  özüsaxlayan  qarmağın 

farfor  gözlüyündən  5,  və  sapgəzdiricinin  gğzlüyündən  8  keçərək  şpula  10  sarınır. 

56 

 

Şpul  fırlanan  şpindellə  11  aparıcı  şpindel  9  arasında  yayala  sıxılmış  vəziyyətdə 

yerləşdirilir. 

Fırlanan  val  7  üzərində  yerləşdirilən  yumruq  mexanizmi  6  vasitəsilə 

sapgəzdiriciyə  8  irəli-geri  hərəkəti  verir.  Bundan  başqa  sapgəzdirici  öpula  paralel 

olaraq onun oturacağından uc hissəsinə qədər aramla yerdəyisir. Sarınıb qurtarmiş 

şpul  sıxaclardan  avtomatik  azad  olaraq  yeşiyə  düsür,  onun  yerinə  isə  sarıyıcı 

başlığın maqazinindən boş şpul ötürülür. Şpulların dəyişilməsi zamanı sapdəzdirici 

ilkin  vəziyyətinə  qayıdır.  Yeşiyə  atılan  sarının  qurtarmış  şpuldan  sapgəzdiriciyə 

gedən sap boş şpulun gövdəsinə bənd edilir və kəsilir. Bundan sonra sarıyıcı başlıq 

isə salınır. Bütün göstərilən əməliyyatlar avtomatik yerunə yetirilməklə təqribən 7 

san.  ərzində  başa  çatır.  Növbəti  şpula  sapın  sarınması  onun  gövdəsində  ehtiyat 

sarğı əmələ gəldikdən sonra başlanır. 

 

Şək.12.Arğac sarıyıcı avtomatın texnoloji sxemi 

 

 

Eytiyat sarğının uzunluğunu 2,5-dən 9 m-ə qədər tənzimləmək olar. 

 

Bu  avtomatlarda  məkikli  toxucu  dəzgahlar  üçün  saplar  uzunluğu  160-dan 

240  mm-ə  qədər  olan  arğac  şpullarına  sarınır.  Sonuncu  buraxılış  avtomatlarda 

bunkerlər  olur  ki,  onlardan  bo.  Şpullar  avtomatik  olaraq    başlığın  maqazinə  daxil 

olur. Şpulların  fırlanma tezliyi 6000-12000m dəq

-1

-dir. Təkrar sarıma sürəti  (300-

dən  500  m/dəq-ə  qədər)  təkraar  sarınan  sapların  növündən  və  onların  xətti 

sıxlığından asılı olur.  



:

application -> uploads -> 2015
2015 -> Mövzu İstehlakçi davranişinin təDQİQİ İstehlakçı davranışı nəzəriyyələri
2015 -> Biznesdə İŞGÜzar üNSİYYƏT imtahan sualları(QIŞ2016)
2015 -> 4 İstehlakçının davranış reaksiyası və onun növləri Koqnitiv reaksiyanın öyrənilməsi Emosional reaksiyanın ölçülməsi
2015 -> Mövzu logiSTİkanin nəZƏRİ-metodoloji Əsaslari plan
2015 -> İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq
2015 -> Ekonometriya” ixtisası üzrə suallar
2015 -> Mövzu Alıcının davranış reaksiyasının tədqiqi İstehlakçının davranış reaksiyası və onun növləri
2015 -> B axiş Testlər /3723#01#Y15#01 500/Baxış t est : 3723#01#Y15#01 500


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


elmi-redaktorlar-ziz-220.html

elmi-redaktorlar-ziz-225.html

elmi-redaktorlar-ziz-23.html

elmi-redaktorlar-ziz-234.html

elmi-redaktorlar-ziz-239.html