1 ... 31 32 33 34 35 36 37 38 ... 124

darlıq hissi ilə qeyd etməliyik

səhifə35/124
tarix01.07.2018
ölçüsü2.38 Mb.

~ 141 ~

darlıq hissi ilə qeyd etməliyik. 

Sonrakı 70 il ərzində Azərbaycan sovet hakimiyyəti 

dövrünü yaşamışdır. Biz bu gün yəqinliklə deyə bilərik ki, 

o dövrdə Azərbaycan xalqı kütləvi surətdə maariflənmiş, 

savadlanmış, respublikamızda hər bir adamın təhsilə  cəlb 

olunması  məsələsi həll edilmişdir. Azərbaycanda savad-

sızlıq qısa bir zamanda ləğv olunmuşdur, respublikamızda 

güclü, zəngin təhsil potensialı, təhsil ocaqları  və gözəl 

müəllimlər ordusu yaranmışdır.” 

Həmin qurultayda xalqımızın təhsilinin təkmilləşdiril-

məsi və yüksəklərə qaldırılması sahəsində xidmətlərinə görə 

Ulu Öndərimizə  

Xalq müəllimi adı  və diplomu 

təqdim 

edilmişdir. 

1945-ci ilin noyabr ayında yaranmış, Fransanın Paris 

şəhərində  fəaliyyət göstərən

, BMT-nin təhsil, elm və  mədə-

niyyət sahəsinə baxan ixtisaslaşdırılmış hökümətlərarası 

təşkilatı-YUNESKO XXI əsri təhsil əsri adlandırmışdır. 

Təhsilin inkişafı  cəmiyyətin inkişafı deməkdir. Bu 

ümumxalq işi ilə  təkcə  məktəb müəllimləri deyil, respub-

likamızın bütün ictimai qüvvələri məşğul olmalıdır. Lakin bu 

mənim müəllif fikrimdir: Təhsilin səviyyəsi mükəmməl təlim 

və tərbiyənin nəticəsindən çox-çox asılıdır. 

RƏVAYƏT: 

Deyirlər ki, qədim zamanlarda bir müəllim 

məktəbdə imtahanlar tam başa çatdıqdan sonra öz şagirdinə 

verdiyi elm və  təhsilin qiymətini müəyyən etmək qərarına 

gəlib. Bu məqsədlə şagirdini yanına çağırıb ona bir bahalı daş 

verərək deyib : “Mən bu bahalı daşı sənə bazarda satmaq üçün 

deyil, qiymətini öyrənmək üçün verirəm. Qiymətini öyrən-

dikdən sonra onu mənim özümə qaytaracaqsan ”. 

Şagird bahalı daşı müəllimdən alıb bazara yollanıb. 

Marağı ona güc gəlib.  Əvvəlcə onu ilk rast gəldiyi bir 

dilənçiyə göstərib. Dilənçi daşı görən kimi heyrətini gizlədə 

bilməyib deyib: “Çox gözəl daşdır. Pulum olsaydı iki dirhəm 

~ 142 ~

verib onu alardım. Heyif ki, pulum yoxdur”. Sonra şagird 

həmin daşı bazardakı varlı bir qəssaba göstərib. Qəssab daşa 

baxan kimi onu bəyənib. Deyib ki: “Çox bəzəklidir, dörd 

dirhəmə  mənə satsaydın, onu alıb evə aparardım, uşaqlarım 

oynadardılar”.  

Daha sonra şagird həmin daşı bazarda böyük dükanı olan 

varlı  və  məşhur zərgərə göstərib. Zərgər daşı görən kimi az 

qalıb ki, dəli olsun. Tez durub şagirdi qucaqlayıb və deyib: 

“Çox nadir daşdır. Bunun qiyməti həddən ziyada çoxdur. Mən 

evimi, bütün var-dövlətimi satıb pula çevirsəm də onu almağa 

mənim gücüm çatmaz “. 

Şagird bu minvalla bazarda daşın qiymətini öyrənən kimi 

düz müəlliminin yanına qayıdıb. Ona əmanət verilmiş bahalı 

daşı müəlliminə qaytarıb. Müəllim şagirdindən daşın qiymətini 

necə öyrəndiyini soruşduqda  şagirdin qısa cavabı belə olub: 

“Zər qədrini zərgər bilər ”. 

Deməli,  

mükəmməl elm, təhsil və  tərbiyə almaq, 

bacarıqlı müəllim və  tərbiyəçidən çox-çox asılıdır. Elmin, 

təhsilin və  tərbiyənin  ən qabaqcıl və yaxşı nümunələrini 

öyrənmək və tam mənimsəmək misilsiz dəyərə malikdir. 

Bu işin qiyməti isə ölçüyə gələn məsələ deyildir. 

Eyni zamanda təhsili ürəkdən sevən, ona qəlbində 

məhəbbət bəsləyən, təhsilin irəli getməsinə qayğı göstərən və 

hər cür köməklik, maliyyə yardımı etmək arzusunda olan 

bütün insanlar bir araya gəlməlidirlər. Kifayət qədər imkanlı 

və  vətənpərvər insanlar həmişə  təhsilimizin inkişafına dəstək 

verməlidirlər. 

 

 

 



~ 143 ~

RESPUBLİKAMIZDA TƏHSİL 

 

TƏHSİLİM 

 

Dünyamızı arxasınca aparan, 

İldən-ilə yaşa dolan təhsilim. 

Ölkəmizi nadanlıqdan qurtaran, 

Yolumuza işıq salan təhsilim. 

 

Cəhaləti yolumuzdan itirdin, 

Savadsızlıq dövranını bitirdin, 

Ömrümüzə yeni həyat gətirdin, 

İlahidən qüvvət alan təhsilim. 

 

Günlərimi ilə düzdüm səninlə, 

Çox cəfaya, zülmə dözdüm səninlə, 

Hər elmdən xəbər üzdüm səninlə, 

Amalıma hakim olan təhsilim. 

 

“Güclə qüdrət təhsildədir”- deyiblər, 

Kitablara hörmətlə baş əyiblər, 

Çox alimlər elmindən don geyiblər, 

Deyilənlər deyil yalan təhsilim. 

 

İnsanların ən son sözü səndədir, 

Altı yaşdan daim gözü səndədir, 

Yaşamağın məğzi, özü səndədir, 

Nəsillərdən nəslə qalan təhsilim. 

 

Sən Zakirlə birgə ömür yaşadın, 

Sərvətini xəzinəmə daşıdın, 

Elmin ilə həyatımı oxşadın, 

Mənə ən xoş nəğmə çalan təhsilim. 

~ 144 ~

Azərbaycanda təhsilin tarixi kökləri çox qədimdir.

 

Tarixi qaynaqlardan məlumdur ki, hələ III-V əsrlərdə 

Azərbaycanda Səsanilərin hökmranlığı dövründə ibtidai təhsil 

verən məktəblər mövcud idi. Artıq V-VII əsrlərdə ana dilində 

təhsil verən məktəblər fəaliyyət göstərirdi. Bu mərhələdə 

aramı qrafikalı alban əlifbası yaranmışdı. 

Həmin illərdə Nizamiyyə mədrəsəsi şərqin ən nüfuzlu və 

qabaqcıl universitetlərindən biri idi. Azərbaycanın bir çox 

alimləri, o cümlədən Mahmud Ərdəbili, Xətib Təbrizi, 

Mahmud Zəncani,  İsmayıl Təbrizi, Qivaməddin  Şirvani və 

digərləri bu mədrəsədə müəllimlik etmiş  və yüzlərlə 

azərbaycanlının bu elm ocağında ali təhsil almasında yaxından 

iştirak etmişlər. 

VII əsrin ortalarında Ərəb xilafəti Azərbaycanı işğal etdi. 

Azərbaycanın  ərazisi, yəni keçmiş Albaniya və Adurbadan 

zorla xilafətin tərkibinə daxil edildi. Bu isə islam dininin güc 

hesabına ölkədə yayılmasına səbəb oldu. 

İşğaldan  əvvəlki təhsil sistemi dağıdıldı. VII əsrin 

ortalarında ölkədə islam dini kütləvi yayılmağa başlayanda 

işğalaqədərki məktəblərin yerinə  məscidlər nəzdində 

Azərbaycanda islam mədəniyyətini və qayda- qanunu yaymaq 

məqsədilə yeni məktəb və  mədrəsələr  şəbəkəsi yaradılmağa 

başladı. 

 Təxminən həmin vaxtdan 200 il keçdikdən sonra, yəni X 

əsrin  əvvəllərində Azərbaycanda dini təhsilin təkmilləşdiril-

məsi proqramı  həyata keçirildi. Bu məqsədlə dini təhsilin 

təkmilləşdirilmiş yeni forması olan ibtidai və orta, bəzi 

yerlərdə isə ali təhsil verən mədrəsələr yaradılmağa və 

fəaliyyət göstərməyə başladı. 

Əgər XI-XII əsrə  qədər Azərbaycan  əhalisi ali təhsil 

almaqdan ötrü Türkiyəyə,  İrana, Suriyaya, Maxaçkalaya və 

başqa ölkələrə gedirdisə, XI-XII əsrlərdə artıq Şamaxı,Təbriz, 

Gəncə, Həmədan, Naxçıvan və digər  şəhərlərdə  mədrəsələr 


:

Kitab -> 2017
2017 -> []
2017 -> Dövlətin intuitiv təfəkkürlə idarə olunması
2017 -> İnsan və təbiət silsiləsindən
2017 -> Mehdi Calal


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


elmi-srlr--2017--6-87-85.html

elmi-srlr--2017--6-87-9.html

elmi-srlr--2017--6-87-94.html

elmi-srlr--2017--6-87-99.html

elmi-srlr--2017--7-88---12.html