1 2 3 4 5 6 7 8 9 ... 15

Darvin dnt-ni BİLSƏYDİ - səhifə 5

səhifə5/15
tarix17.01.2018
ölçüsü0.98 Mb.

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.  (Həşr surəsi, 24)

Həmçinin, bu mövzuda molekulların şüursuz atomlardan meydana gəlməsini unutmamaq, bu səbəbdən bu sualları soruşmaq lazımdır. Ağıl, şüur sahibi olmayan bir maddə, necə olur ki, bir başqa şeyi nəzarət etmə, işlərə müdaxilə etmə kimi qabiliyyətlərə sahib ola bilər? Əmrlər göndərib, müəyyən məqsədyönlü çox sistemli bir şəkildə necə hərəkət edə bilər? Darvinist təlimin təsiri altına düşən kəslər məhz bütün bunların kor və şüursuz təsadüflərin əsəri olduğunu iddia edərlər.

Ancaq hüceyrələrin varlığından xəbərsiz bu molekulların, onların ehtiyacları olan zülalları çıxarmağı, öz-özlərinə vəzifə qazanmaları, bunun üçün qərar vermələri qeyri-mümkündür. Şübhəsiz, buradakı üstün ağıl, məlumat və şüur tələb edən vəzifələri, şüursuz atomların təyin etməsi mümkün deyil. Onlar yalnız özləri üçün təyin olunmuş vəzifəni əskiksiz və qüsursuz bir şəkildə yerinə yetirərlər və onlara bu vəzifəni verən, onları bu sistemin bir hisəsi olaraq yaradan Allaha boyun əyərlər.

Bir Quran ayəsində belə bildirilir:

Sizin məbudunuz yalnız Özündən başqa heç bir məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir”. (Taha surəsi, 98)

7-Cİ HİSSƏ

DÜNYANIN ƏN QABAQCIL KÖÇÜRMƏ TEXNOLOGİYASI

 Bütün bir gün ərzində siz heç fərqində olmadan, həyatınıza sağlam davam etmək üçün hüceyrələrinizdə fövqəladə bir dəqiqlik və məsuliyyət anlayışı ilə saysız əməliyyat reallaşır. Bu əməliyyatlardan biri də insanın inkişafını, toxumalarının bərpasını təmin edən hüceyrə bölünməsidir. DNT-nin köçürülə bilmə xüsusiyyəti sayəsində hüceyrələrin bölünərək çoxalması, köhnələn toxumaların bərpa edilməsi və bu əsnada hər yeni hüceyrəyə genetik məlumatın ötürülməsi mümkün olur.

İnsan bədənindəki bütün hüceyrələr bölünərək çoxalır. Hər bölünmə əsnasında hüceyrə nüvəsindəki DNT-nin köçürülmə əməliyyatı insanı heyrətə salacaq qədər qüsursuz bir təşkilat və intizam içində reallaşır. İnsan bədəni hələ tək bir hüceyrə ikən ikiyə bölünər və bu bölünmə 2-4-8-16-32 ... nisbətiylə çoxalaraq davam edir. Hüceyrə bölünərkən yeni hüceyrə üçün DNT-nin bir surəti alınmalıdır. Necə ki, DNT hüceyrənin bölünməsindən qısa bir müddət əvvəl özünün surətini çıxarır və bunu yeni hüceyrəyə köçürür.

Hüceyrənin bölünməsi ilə əlaqədar edilən müşahidələrə görə hüceyrə bölünmədən əvvəl müəyyən bir böyüklüyə çatmaq məcburiyyətindədir. Bu müəyyən böyüklük sərhədini keçdiyi anda isə bölünmə müddəti proqramlaşdırılmış bir şəkildə başlayır. Hüceyrənin şəkli bölünməyə uyğun olaraq böyüməyə başlayanda DNT də özünü köçürür.

Bunun mənası budur: Hüceyrə bir bütün olaraq bölünməyə "qərar verməkdə" və hüceyrənin içindəki fərqli hissələri bu bölünmə qərarına uyğun olaraq davranmağa başlayırlar. Hüceyrənin belə kollektiv bir işi bacaracaq qabiliyyətə öz başına sahib olmadığı açıqdır. Bölünmə əməliyyatı, Allahın əmri ilə başlayır və başda DNT olmaq üzrə hüceyrənin bütün parçaları buna görə hərəkət edər.

İçində 3 milyard hərflik bir məlumat bankı olan DNT molekulu spiral şəklində bir nərdivana bənzəyir. Köçürmə əməliyyatı başladıqda ilk olaraq "DNT helikaz" adlı ferment hadisə yerinə gəlir və DNT-nin spiral şəklini bir zəncirbənd kimi açmağa başlayır. Bunun nəticəsində DNT-nin heliks şəklində bir-birinə dolanan qolları ayrılır. "DNT helikaz" hər zaman tam vaxtında vəzifə başındadır və vəzifəsini qüsursuzca, çaşmadan və DNT-yə heç bir zərər vermədən yerinə yetirir.

DNT molekulu, artıq iki lent halında bölünmüşdür. İndi sıra "DNT polimeraz" fermentindədir. Bu fermentin vəzifəsi DNT-nin iki yerə ayrılan qollarını yeni bir lentlə tamamlamaqdır. Bunun üçün DNT-nin hər bir xəttini meydana gətirən hər məlumatın qarşısına, uyğun olan məlumatı tapıb gətirər. Bu son dərəcə fövqəladə bir vəziyyətdir. Atomlardan meydana gəlmiş, şüur və ağıldan məhrum bir ferment, DNT-nin yarım qolunu tamamlamaq üçün lazım olan məlumatları təsbit edə bilir, onları hüceyrə içindəki əlaqədar yerlərdən təmin edərək yerlərinə yerləşdirir. Bu əməliyyat əsnasında ən kiçik bir səhv belə etmir, 3 milyard hərfi ən doğru şəkildə tək-tək təsbit edərək tamamlayır. Bu əsnada başqa bir polimeraz fermenti də DNT-nin digər yarısını bənzər şəkildə tamamlayır. Bütün bunlar baş verən zaman DNT spiralının ayrılan iki parçasının bir-birinə təkrar dolanmaması üçün "heliks sabitləşdirən fermentlər" DNT-ni uclarından sabit tutarlar.

Beləcə hər iki DNT zolağının əskik olan yarıları mühitdə hazır olan vəsaitlərlə tamamlanır və iki yeni DNT molekulu əmələ gəlir. Əməliyyatın hər addımında ferment adlanan və sanki inkişaf etmiş robotlar kimi işləyən mütəxəssis zülallar vəzifəsini yerinə yetirir. Xüsusilə bu mərhələlər əsnasında reallaşan bir çox kompleks ara əməliyyatlar vardır ki, bunlar ayrıca bir kitab mövzusu olacaq qədər genişdir.

Çıxarmaq əsnasında ortaya çıxan yeni DNT molekulları nəzarətçi fermentlər tərəfindən dəfələrlə nəzarət edilir. Edilmiş bir səhv varsa ki, bu səhvlər son dərəcə həyati ola bilər, dərhal müəyyən edilir və düzəldilir. Xətalı şifrə qopardılıb yerinə doğrusu gətirilər və üzərinə örtülür.

DNT-nin quruluşunu kəşf edən elm adamları James Watson və Francis Crick 1950-ci illərdə "Əla bioloji prinsip" olaraq ortaya atdıqları köçürmə müddətini çox sadələşdirmişdilər. Halbuki, bu gün məlumdur ki, DNT-nin özünü köçürməsi elm adamlarını heyrətə salan bir komplekslik daşıyır. DNT-nin ən kiçik zolağının köçürülməsi üçün belə iyirmi ayrı zülal və ferment mütləq mövcud olmalıdır.(88) Prof. Werner Gitt köçürmədəki qüsursuzluğu belə dilə gətirir:

DNT elə bir quruluşa malikdir ki, hüceyrə hər ikiyə bölündükdə DNT də özünü köçürür. Bölünən hüceyrələrin hər ikisi də bölünmə və köçürmə əməliyyatından sonra qəti olaraq eyni genetik məlumata malikdir. Bu köçürmə qüsursuzdur.(89)

DNT köçürülməsindəki ən möcüzəvi istiqamətlərdən biri də bütün bu izah edilənləri yerinə yetirənlərin atomlardan ibarət olan molekullar olmasıdır. Şüursuz atomların birləşməsindən ibarət olan fermentlər DNT spiralının əskik hissələrini təsbit edir, əskikləri əlaqədar yerlərdən təmin edər və ən uyğun yerlərə əlavə möcüzəvi fəaliyyətlər həyata keçirirlər. Şüursuz, ağıl və məlumat sahibi olmayan kiçik strukturların bu qədər kompleks, informasiya, şüur və ağıl tələb edən əməliyyatları qüsursuz yerinə yetirmələri Allahın yaratmasındakı bənzərsizliyi sərgiləyir. Bütün bu işçilər Allahın əmri ilə hərəkət edir, Allahın onlara verdiyi istedadı ilə, belə qüsursuz və insan həyatı üçün həyati bir əməliyyatı reallaşdırır. Allah Quranda insanın yaradılışındakı nizamı belə bildirir:

İnsan öz başına və məsuliyyətsiz qalacağınımı güman edir? Məgər o, tökülən bir qətrə nütfə deyildimi? Sonra laxtalanmış (embrion) oldu və (Allah) onu yaratdı və bir surət verdi. Beləcə ondan, kişi və dişi olmaqla iki cift yaratdı. (Qiyamət surəsi, 36-39)

Köçürmədəki bənzərsiz sürət

DNT köçürülməsi əsnasındakı bütün bu əməliyyatlar elə təəccüblü bir sürətlə həyata keçirilir ki, dəqiqədə 3.000 pillə nukleotid istehsal olunur, saniyədə isə 50 əsas cütlük köçürülür.(90) Bu əsnada bütün pillələrə vəzifəli fermentlər tərəfindən dəfələrlə nəzarət edilir və lazım olan düzəlişlər edilir.

DNT-nin çoxalması əməliyyatının nə qədər böyük bir sürətdə reallaşdığını daha yaxşı anlamaq üçün bu məlumatlar daha da açıqlayıcı olacaq: Bir hüceyrə bölünməsi 20 ilə 80 dəqiqə arasında davam edir və bu əsnada DNT-dəki məlumatın da surətini çoxaltmalıdır. Yəni DNT-dəki 3 milyard məlumat 20 ilə 80 dəqiqə arasındakı bir müddətdə heç bir səhv, unutma və ya əskiklik olmadan köçürülə bilməlidir. Bu bir kitabxana dolusu məlumatın və ya 1.000 kitabın və ya bir milyon səhifəlik yazının bu qədər qısa müddətdə heç səhv və əksiklik olmadan çoxaldılması qədər möcüzəvi bir hadisədir. Üstəlik bu əməliyyatı reallaşdıranlar texnoloji alətlər üstün xüsusiyyətli fotosurət maşınları deyil, bəzi atomların bir-birinə əlavə olunmasıyla ibarət fermentlərdir.

Böyük bir sürətlə çıxarılan yeni DNT molekulunda xarici təsirlər nəticəsində normal şərtlərə görə daha çox səhv edilə bilər. Bu dəfə hüceyrədəki ribosomlar, DNT-dən gələn əmr istiqamətində DNT təmir fermentləri çıxarmağa başlayırlar. Beləcə, DNT öz-özünü mühafizə edir.

Hüceyrələr də insanlar kimi doğulur, çoxalır və ölürlər. Ancaq hüceyrələrin ömrü meydana gətirdikləri insanın ömründən daha qısadır. Məsələn, altı ay əvvəl bədəninizi təşkil edən hüceyrələrin bu gün böyük bir əksəriyyəti həyatda deyil. Lakin vaxtında bölünərək yerlərinə yenilərini buraxdıqları üçün siz bu anda həyatdasınız. Buna görə hüceyrələrin çoxalması DNT-nin köçürülməsi kimi hadisələr insanın varlığını davam etdirməsi baxımından ən kiçik bir səhvə yer verilməməsi lazım olan həyati əməliyyatlardır.

Buradakı təəccüblü bir istiqamət də DNT-nin həm istehsalını təmin edən, həm də quruluşuna nəzarət edən bu fermentlərin, yenə DNT-də qeydli məlumatlara görə, DNT-nin əmr və idarəsində yaranan zülallar olmalarıdır. Ortada iç-içə keçmiş elə möhtəşəm bir sistem vardır ki, belə bir sistemin addım-addım ibarət təsadüflərlə bu hala gəlməsi heç bir şəkildə mümkün deyil. Çünki fermentin olması üçün DNT-nin olması, DNT-nin olması üçün də fermentin olması, hər ikisinin olması üçün isə hüceyrənin də bütün orqanları ilə əskiksiz var olmalıdır.

Bura qədər yekunlaşdırılan məlumatlarda da göründüyü kimi, bədəninizdəki bütün işçilər vəzifələrini əskiksiz olaraq və müvəffəqiyyətlə yerinə yetirirlər. Allah ən böyüyündən ən kiçiyinə qədər saysız atomu və molekulu, həyatımızı sağlam bir şəkildə davam etdirmək üçün ram etmişdir. Allah bir ayədə belə bildirir:

... Həqiqətən, Allah insanlara qarşı (sərhədsiz) bir fəzl sahibidir. Ancaq insanların çoxu şükür etmir. (Mömin surəsi, 61)

Hər hüceyrə bölündükdə DNT-nin bir surətinin alınmalı olduğunu düşünən, DNT-nin ən sürətli və ən qüsursuz şəkildə köçürmə əməliyyatını icra edən, səhv əməliyyatların dərhal düzəldilməsi üçün müdhiş bir təşkilat edən güc, ağıl, iradə və elm kimə aiddir? Belə kompleks və qüsursuz bir nizamın təsadüfən inkişaf etdiyini söyləmək qəti olaraq ağıl və məntiq xaricidir. Kainatdakı bütün atomları və lazımlı bütün şərtləri bir yerə yığsanız, DNT-nin köçürülməsini reallaşdıran sistemi təsadüfən meydana gətirə bilməz. Çox aydındır ki, bu qədər qüsursuz bir sistemi yaradan və milyonlarla ildir yaratmağa davam edən, sonsuz elm, ağıl və güc sahibi olan Allahdır. Bu həqiqət bir Quran ayəsində belə bildirilir:

Göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Allah, hər şeyi əhatə edir. (Nisa surəsi, 126)

Köçürmədə səhvlərin düzəldilməsi

Bir hüceyrə bölündükdə xromosomlar özlərini köçürərkən bəzən səhvlər ortaya çıxır. Genetik məlumatdakı səhvlərin sonrakı nəsillərdə yığılaraq çoxalmasını önləmək üçün hər canlıda bu səhvlərin böyük əksəriyyətini təsbit edib düzəldən bir mexanizm vardır. Əgər bu mexanizm olmasaydı, canlıların genetik quruluşu pozulacaq və nəsilləri tükənəcəkdi.

Bəhs olunan səhvləri azaltmaq üçün hüceyrə eyni zamanda düzəltmək olaraq da vəzifə yerinə yetirər. Lakin bu düzəlişdən sonra da bir-iki səhv qala bilər. Bu səhvlər qəbul edilə biləcək səviyyədədir. Hüceyrədəki bu nəzarət mexanizmi sayəsində köçürmə əsnasında bir milyardda bir ilə yüz milyardda bir arasında çox aşağı bir səhv nisbəti tutulur. Yüz milyardda bir səhv 50 milyon səhifə sırasında edilən tək bir səhvə oxşayır. 50 milyon səhifə isə ancaq 100 professional nizamlayıcı tərəfindən həyat boyu heç dayanmadan yazıldıqda tamamlana biləcək bir miqdardır.(91) Nüvə fiziki Gerald L. Schroeder hüceyrənin içində keyfiyyətə nəzarət sistemi ilə sərgilənən ağıla belə diqqət çəkir:

"Bu sistemdəki ağıl çox ustacadır. Mən yalnız bir zülalın bir heliksi açmağı necə öyrəndiyini və ya DNT polimeraz necə meydana gəldiyindən, ya da dövrəyə girməli olduğunu necə bildiyindən və doğru vəzini tapıb ona necə bağlandığından bəhs etmirəm. Bunlarda bir sehrbazlıq nümayişini xatırladan və izah edilməyi gözləyən fövqəladə şeylər vardır. Amma mənim "çox ağıllı" deyərkən əsl nəzərdə tutduğum şey budur: Hər yeni lent köçürülür, köçürülən lentə spiral olaraq bağlanar və bunun sayəsində keyfiyyətli idarədən məsul olan zülallar yeni köçürülən lentdə, valideynlər gələnlə birbaşa müqayisədə nəzarət etmə imkanına sahib olurlar. Çox ağıllıdır! Əgər yeni yaranan iki lent bir-birinə bağlansaydılar və iki valideyn lent də orijinal duruşlarına qayıtsaydılar, edilən keyfiyyətə nəzarət sistemi daha çətin və daha səmərəsiz olardı."(92)

Açıq görünür ki, DNT-də və DNT təlimatları ilə çalışan bütün sistemlərdə heç bir təsadüfi müddətlə açıqlanmayacaq təəccüblü dərəcədə ağıllı, tədbirli hadisələr reallaşır. Bunların bir nizam içində proqramlaşdırılması isə ancaq hər şeyin məlumatına sahib hər şeyə hakim bir Yaradıcının varlığı ilə açıqlana bilər. Bu Yaradıcı rəhmətiylə bizə həyat verən, elmi ilə hər yeri qucaqlayıb əhatə edən Uca Allahdır.

Həyati vəzifəyə sahib DNT fermentlər

Fermentlər bir reaksiyaya təsir etdikdə, bir topu yoxuşda aşağı yuvarlamaqla, yoxuş yuxarı yuvarlama arasındakı fərqə bənzər bir təsir meydana gələr. Fermentlər biokimyəvi reaksiyaları min qat qədər sürətləndirə bilərlər.(93) İnsan hüceyrəsinin içində 3.500-dən çox ferment var. Bunlardan bir və ya bir neçəsi əskik olarsa, hüceyrə içi fəaliyyətlər tamamilə bir-birinə qarışa bilər. Bunun nəticəsi də hüceyrənin parçalanıb pozulması, başqa sözlə, canlılığın sona çatmasıdır. (Ətraflı məlumat üçün baxın. Harun Yahya, Həyat Boyu Çalışan Mucize Maşın: Enzim)

DNT fermentlərinin ən əhəmiyyətli vəzifələrindən biri DNT molekulunun surətinin çıxarılmasına kömək etməkdir. Bir ferment molekulunu digər zülal molekullarından ayıran tək fərq, sahib olduğu üçölçülü formadır. Əgər fermentlər öz xüsusiyyətlərini təyin edən bu xüsusi üçölçülü şəklə sahib olmasaydılar, hüceyrə içi əməliyyatlar beyindən müxtəlif orqanlara ötürülən məlumatlar və hüceyrə içi yoxlamalar olmayacaq, beləcə hüceyrələri yaşatmaq üçün lazımlı bir çox əməliyyat aparılmayacaqdı. Belə ki, DNT-nin köçürülməsi əsnasında səhvləri düzəldən fermentin olmaması belə, əlaqədar genin funksiyasını itirməsinə və ya xətalı istehsal edərək xərçəng başlatmasına səbəb ola bilər.

DNT

köçürülməsində vəzifə alan fermentlər

* DNT heliksini zəncirbənd kimi açan: DNT helikaz

Daha əvvəl də ifadə etdiyimiz kimi köçürmə əməliyyatı başladıqda, ilk olaraq "DNT helikaz" adlı ferment hadisə yerinə gəlir və DNT spiralını bir zəncirbənd kimi açmağa başlayır. Bunun nəticəsində DNT-nin heliks formasında bir-birinə dolanmış qolları ayrılır. DNT helikaz hər saniyə 1.000 nukleotid cütünü aça bilmə qabiliyyətinə malikdir.

DNT-nin qolları ayrılarkən, qolların bir-birlərinə dolanmalarına mane olmaq üçün heliks sabitləşdirici fermentlər də hər iki qolu sabit tutarlar.

DNT helikaz zəncirbənd açarkən bir nöqtədə birdən dayanır. Durulan nöqtələr lazım olan məlumatın hüdudlarıdır. Fermentlər məlumatın harada başlayıb harada bitdiyini bilirmiş kimi böyük bir ustalıqla hərəkət edirlər.

* Yeni DNT zolaqlar çıxaran: DNT polimeraz

Sıra DNT polimeraz fermentindədir. Bu fermentin vəzifəsi isə yenə əvvəlki səhifələrdə gördüyümüz kimi, DNT-nin iki yerə ayrılan qollarını, ikinci bir qol ilə tamamlamaqdır. Bunun üçün DNT-nin bir qolunu təşkil edən hər məlumatın qarşısına uyğun olan məlumatı tapıb gətirir.

DNT polimeraz yeni zolaqları qüsursuz tamamlayacaq şəkildə çıxarar. Köhnə lentdəki sitozin, hər zaman yeni zolaqlı quanin ilə uyğun gəlir. Adenin də hər zaman timin ilə və timin də adenin ilə uyğun gəlir. Ancaq fövqəladə bir sürətlə reallaşan bu uyğunlaşma əsnasında bəzən bir neçə səhv olur. Məsələn, DNT polimeraz adenin qarşısına bir nöqtədə timin əvəzinə, quanin yerləşdirər. Bu cür səhvlər bəzən həyati dərəcədə təhlükəlidir. Məsələn, hemoqlobinin quruluşundakı altıncı amin turşusu, əgər "qubernator" adlı bir başqa amin turşusu olaraq dəyişdirilsə, zülalda ip kimi liflər meydana gələcək və qırmızı qan hüceyrələrinin dövranına mane olub, oraq hüceyrə anemiyası adlanan xəstəliyə gətirib çıxaracaq.(94)

Əsasları uyğunlaşma sırasındakı kimyəvi seçiciliyi elə güclüdür ki, yalnız 100.000 bazada bir səhvə yol icazə verilir. Bundan əlavə, DNT polimeraz səhvlərə qarşı çox həssasdır. Əgər səhv bir əsas uyğunlaşması reallaşsa, dərhal yox edilir və yerinə doğru əsas yerləşdirilir. DNT polimeraz işini bitirdikdən sonra da, ayrı bir bərpa fermenti yeni yaranan DNT lentində səhv qalıb-qalmadığını yoxlayır.

* Səhvlərə qarşı həddindən artıq həssas: DNT Nukleaz

Bu ferment sanki bir redaktor (yazı düzəldən adam) kimi DNT-dəki səhvi təsbit edir və səhv hərfi yerindən çıxardır. Ancaq bunun nəticəsində DNT spiralında bir boşluq meydana gəlir. Bu problemlə bir başqa ferment maraqlanır.

* DNT-dəki qopmaları təmir edən: DNT Ligaz

DNT nukleaz təsbit etdiyi səhv qismi qopardıqda DNT spiralından yaranan boşluq "DNT ligaz" adı verilən ferment tərəfindən bərpa edilir. Ən son mərhələdə əldə edilən qüsursuzluq sayəsində milyard nukleotid tək bir səhvə yol verir. Bu səhv nisbəti kompyuterlərin yoxlamasındakı hər hansı bir məlumat sistemindən qat-qat daha üstündür. Milyardda bir səhv minlərlə kitabı köçürərkən yalnız tək bir səhv etmək mənasına gəlir.(95) Bu nisbət də gözlə görülməyən bir ölçüdə nə qədər fövqəladə bir yoxlama mexanizmi olduğunu bizlərə göstərir.

* DNT-nin düyün olmadan həll edilməsini təmin edən: Topoizomeraz

DNT zolaqlar uzunluğu minlərlə dəfə kiçik sahələrdə qablaşdırılmışlar. DNT bu kiçik sahə içərisində hərəkət edərkən bu şəklinə görə bir çox problemlə qarşılaşır. Məsələn, DNT spiralı üzərindəki məlumatların oxunması üçün açılarkən aşağıda qalan bölgələr gedərək daha çox dartınır və ibarət olan bu təzyiqi sərbəst buraxmalıdır. Bu eynilə bir ipi meydana gətirən lifləri tək-tək çəkməyə bənzəyir. Belə bir vəziyyətdə ipin alt qismində dərhal qarışıqlıq meydana gəlir. Hüceyrə bölünərkən də elə bu problemin daha böyüyü meydana gəlir. Hüceyrə bölünmədən əvvəl nüvədə DNT-nin 46 xəttini iki nüsxəsi tapılar. Hər bir lentin əvvəl həll edilməsi, sonra ayrılaraq bala hüceyrələrə getməlidir.(96)

Topoizomeraz adlı DNT fermentləri hüceyrə üçün nəhəng ölçülərdəki bu problemin öhdəsindən gəlirlər. Bir topoizomeraz DNT spiralının bir xəttini ayıraraq DNT-nin həll edilməsini və boşalmasını təmin edir. Beləcə həddindən artıq möhkəm dolanmaqdan qaynaqlanan təzyiq azaldılır. Bu lent daha sonra təkrar birləşdirilir və ikili spiral əvvəlki halına gətirilir. Bu proseslərin hər biri çox böyük həssaslıq tələb edir. Allahın rəhmətiylə bütün bu sistemlər bizim xəbərimiz olmadan vəzifələrini qüsursuz yerinə yetirərlər və DNT lentlərində gizli dayanan genetik məlumatı qoruyurlar.

DNT və fermentlərin qüsursuz əməkdaşlığı

Bu əməliyyatlar insan bədənindəki 100 trilyon hüceyrənin hər birində hər gün orta hesabla 20.000 dəfə həyata keçir.(97) Hər ferment nə vaxt harada olmalı olduğunu, hansı mərhələdə müdaxilə etməsi lazım olduğunu bilir. Hər fermentin sırası müəyyəndir. Hər biri aralarındakı iş hissəsinə qüsursuz bir koordinasiya içində uyğunlaşırlar. Bu sistemdə ən kiçik bir qopma, əskiklik, təxirə salma olmaz. Əks halda DNT işə yaramaz bir molekul yığını halına gələcək və bədəndə ciddi ziyanlara yol aça biləcək.

DNT fermentləri təkamülçülərin təsadüfən və mərhələlərlə meydana gəlmə iddialarını tamamilə ortadan qaldıran yaradılış nümunələrindən biridir. Çünki DNT-nin kğçürülə bilməsi üçün bu fermentə ehtiyacı vardır. Ancaq bəhs olunan fermentləri meydana gətirən məlumatlar da DNT-də qorunub. Bu səbəbdən fermentlərin meydana gəlmələri üçün DNT-nin, DNT-nin varlığını davam etdirə bilməsi üçün də fermentlərin varlığı şərtdir. Hələ hər hansı birinin meydana gəlməsini açıqlamayan təkamül nəzəriyyəsi üçün iki kompleks quruluşun eyni anda ortaya çıxması şərti daha böyük bir problemdir.

Təkamülçülərin içinə düşdükləri bu çarəsizlik təkamülçü elm adamları Fred Hoyl və Chandra Wickramansinghe tərəfindən belə etiraf edilir:

"... Həyat təsadüfi bir başlanğıca sahib ola bilməz. Kainatda var olan bütün meymunları bir çap maşının başına oturtsanız və bu meymunlar təsadüfi çap maşının düymələrinə bassalar, bu meymunlardan birinin belə Shakespearenin bir işini meydana gətirmələri qətiyyən mümkün deyil. Hətta praktikada səhv sınaqların qoyulması üçün lazım olan zibil qutularının yetməməsi səbəbindən ötrü də bu qeyri-mümkündür. Özü canlı maddələr üçün də doğrudur. Həyatın cansız maddədən öz-özünə meydana gəlmə ehtimalı üçün 1 sayının yanına 40.000 sıfır qoyun. Elə həyatın cansız maddədən öz-özünə meydana gəlmə ehtimalı bu sayda bir ehtimaldır ... Əgər insan ictimai inanclarına görə və ya "Elmin təkamülə inanması lazımdır" şəklindəki meylindən ötrü ön fikirli hala gəlmirsə, bu sadə hesab Darvini və bütün nəzəriyyəni basdırmaq üçün kafi dərəcədə qeyri-mümkün bir ədəddir. Nə bu planetdə, nə də bir başqasında heç bir primitiv şorba yox idi və həyatın başlanğıcı təsadüfi olmadığına görə, o zaman müəyyən bir məqsədə istiqamətli bir ağlın məhsuludur.(98)

Belə çətin işləri görən fermentlər şüur, ağıl sahibi varlıqlar deyil. Elə isə qərar vermə, bunları tətbiq proqnozlaşdırılmasına sahibi olma, qarışıqlıqlara mane törətmə, qüsursuz bir nizam üçün tədbirlər görmək, səhv təsbit etmə, səhvləri düzəltmə, təmir kimi şüur və ağıl tələb edən hərəkətləri, bu şüursuz atom yığınları necə reallaşdırırlar? Təkamülçülərin ardına sığındıqları "təsadüf" anlayışı belə kompleks bir mexanizm qarşısında bütün mənasını itirir. Bu səbəbdən, kor təsadüflər canlılığın mənşəyi ilə əlaqədar qətiyyən elmi bir cavab xüsusiyyəti daşımazlar. Ağıl və vicdan sahibi hər kəs kor və şüursuz təsadüflərin əsəri olaraq belə şüurlu, planlı əməliyyatların bir-birinin ardınca reallaşmayacağını, qüsursuzluq içində edilməyəcəyini qəbul edər. Quranda Allahın varlığını inkar edənlərin həqiqətlər qarşısındakı müqaviməti belə bildirilir:

Onlar: "Sən bizi ovsunlamaq üçün möcüzə (ayə) olaraq hər nə gətirsən də, yenə də, biz sənə inanan deyilik" dedilər. (Əraf surəsi, 132)

Açıq bir həqiqətdir ki, bu sistemin bütün elementləri ilə əskiksiz bir şəkildə bir anda “meydana gəlməsi” lazımdır. Bunun mənası da yaradılmasıdır. İnsanların qavramaqda, oxuyarkən belə təqib etməkdə çətinlik çəkdiyi bu əməliyyatlar Allahın istəyi ilə şüursuz atomların hər an asanlıqla və müvəffəqiyyətlə yerinə yetirdiyi vəzifələrdir. Allah Quranda belə buyurur:

Çünki O, yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur. O, çox bağışlayandır, çox sevən də Odur. Ərşin sahibidir; Məcid (çox Uca) dir. Hər istədiyini edəndir. (Buruc surəsi, 13-16)

8-Cİ HİSSƏ

İNSANIN DNT-DƏ QEYD OLUNAN İNŞAAT PLANI

Bir evin inşasına başlamazdan əvvəl əvvəlcə həmin binanın arxitektura bir planı hazırlanır. Bu planın həyata keçirilməsinə başlamadan əvvəl isə inşaatda istifadə ediləcək materiallar müəyyənləşdirilməli və təmin edilməlidir. Fərqli ölçülərdə və formalarda taxtalar, mismarlar, izolyasiya materialları, kafel, pəncərələr, qapılar, elektrik naqilləri, borular və daha bir çox vəsait, müəyyən bir məqsədə istiqamətli hazırlanır. Bu vəsaitlər təsadüfi istifadə edilmir; eyni şəkildə inşaatda işləyən işçilər də öz qərar və istəklərinə görə hərəkət etməzlər. Əksinə hər şey müəyyən bir plan istiqamətində və bir nəzarət altında reallaşır. İnşaat müddətində işçilərin əvvəl nəyi edəcəkləri, hansı vəsaitləri hansı sırayla və hansı miqdarda istifadə olunacağı da müəyyəndir. Məsələn, divarlar və damın inşasından əvvəl binanın təməli atılmalı, quraşdırma və məftil isə daha sonra edilməlidir. Bütün bu mərhələlər əhatəli bir planın hissələridir.

İndi yuxarıda bəhs etdiyimiz əhatəli planın gözlə görülməyən bir ölçüdə şifrələnərək saxlandığını düşünək.

İnsan bədəni bir quruluşa bənzədilsə, bədənin ən incə hissəsinə qədər əskiksiz plan və proyektini də DNT molekulu təşkil edir. DNT inşa ediləcək binanın həm vəsaitlərinin necə emal ediləcəyi, haralarda nə qədər istifadə olunacağı, həm də binanın hamısının necə görünəcəyi və necə xidmət verəcəyi kimi bütün texniki xırdalıqlara malikdir.

İnsanın ana bətnindəki və doğumundan sonrakı proseslərin hamısı əvvəldən təyin olunmuş bu proqram çərçivəsində tənzimlənir. İnsanın inkişafındakı bu qüsursuz tənzimləmə Quranda belə ifadə edilir:



Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


emancipazione-femminile-3.html

emancipazione-femminile-8.html

emang-flames-wajib-baca.html

emanuil-manolov-kmet-na.html

emare-22-protokol---skele.html