1 2 3 4 5 6 7 8 9 10

Darvin düsturu! - Atom möCÜZƏSİ

səhifə9/10
tarix14.12.2017
ölçüsü3.7 Mb.

Darvin düsturu!


Bura qədər qeyd etdiyimiz bütün texniki sübutlarla yanaşı təkamülçülərin necə cəfəng bir inanca malik olmasını bir də uşaqların da başa düşəcəyi qədər aydın bir misalla xülasə edək.

Təkamül nəzəriyyəsi canlı aləmin təsadüfən meydana gəldiyini iddia edir. Dolayısı ilə bu iddiaya görə, cansız və şüursuz atomlar bir yerə yığılaraq əvvəlcə hüceyrəni, son­ra da eyni atomlar hər hansısa bir şəkildə digər canlıları və in­sanı meydana gətirmişdir. İndi fikirləşək. Canlı aləmin əsas­ları olan karbon, fosfor, azot, potasium bircə canlı da mey­dana gətirə bilməzlər. İstəsəniz bu məsələdə bir “təcrübə” aparaq və təkamülçülərin əslində müdafiə etdikləri, ancaq uca səslə deyə bilmədikləri iddianı onların adından “Darvin düsturu” ilə incələyək.

Təkamülçülər canlı aləmin əsasını təşkil edən fosfor, azot, karbon, oksigen, dəmir, maqnezium kimi elementlərdən çoxlu sayda böyük çənin içinə bol miqdarda qoysunlar. Hətta adi hallarda olmayan, ancaq bu qarışığın içində olmalıdır dedikləri bəzi ləvazimatları da bu çənə əlavə etsinlər. Qarışıqla­rın içinə is­tədikləri qədər (təbii şəraitdə əmələ gəlməsi mümkün olmayan) aminosit, istədikləri miqdarda da (birinin də təsadüfən meydana gəlmə ehtimalı 10-950 olan) protein doldursunlar. Bu qarışığa istədikləri kimi istilik və rütubət versinlər. Bunları istədikləri inkişaf etmiş cihazlarla qarışdırsınlar. Çənlərin yanına da bu dün­yanın ən məşhur alimlərini dəvət etsinlər. Bu mütəxəssislər atadan oğula, nəsildən-nəslə ötürülərək növbə ilə milyardlarla, hətta trilyonlarla il davamlı olaraq çənlərin yanında gözləsinlər. Bir canlının meydana gəlməsi üçün hansı şərtləri mövcud olmasına inanırlarsa, hamısından istifadə etmək sərbəst olsun. Ancaq nə edirlərsə-et­sin­lər, o çənlərdən qətiyyən bir canlı çıxara bilməyəcəklər. Zürafələri, şirləri, arıları, bülbülləri, tutuquşuları, atları, delfinləri, gülləri, zanbaqları, qərənfilləri, bananları, portağalları, almaları, xurmaları, pomidorları, yemişləri, qarpızları, əncirləri, zeytunları, üzümləri, şaftalıları, tovuzquşularını, qırqovulları, müxtəlif rəngli kəpənəkləri və bunlar kimi milyonlarla canlı növündən heç birini əmələ gətirə bilməzlər. Burada adını qeyd etdiyimiz bu canlı varlıqların tək bir hüceyrəsini də əldə edə bilməzlər.

Qısası, şüursuz

atomlar bir yerə yığılaraq hüceyrəni əmələ gətirə bilməzlər.

Sonra yeni bir qərar verərək bir hüceyrəni iki yerə ayıran, daha sonra bir-birinin ardınca fərqli qərarlar verən, elektron mikroskopunu kəşf edən, sonra öz hüceyrə quruluşunu bu mikroskopun altında incələyən professorları da əmələ gətirə bilməzlər.

Maddə ancaq Allahın üstün yaratması ilə canlı ola, həyat tapa bilər.

Bunun əksini iddia edən təkamül nəzəriyyəsi isə təfəkkür və idraka tamamilə zidd olan bir cə­fən­­giyyatdır. Təkamülçülərin ortaya atdığı iddialar ətrafında bir az düşünmək haqqında yuxarıda danışılan nümunədə olduğu kimi bu həqiqəti də aydın şəkildə göstərir.

Gözdəki və qulaqdakı texnologiya


Təkamül nəzəriyyəsinin heç vaxt izah edə bilməyə­cəyi başqa bir məsələ isə gözdəki və qulaqdakı mükəmməl hissetmə (lamisə) keyfiyyətidir.

Gözlə bağlı mövzuya keçməzdən əvvəl “necə gö­rü­rük?” sualına qısa da olsa cavab verək. Bir cisimdən gələn şüa­lar gözə tərs olaraq düşürlər. Bu şüalar buradakı hüceyrələr tərəfindən elektrik siqnallarına çevrilir və beyinin arxa tə­rə­findəki görmə mərkəzi deyilən kiçik bir nöqtəyə ötürülür. Bu elektrik siqnalları sıra ilə davam edən icraatlardan sonra beyindəki bu mərkəzdə görüntü olaraq hiss edilir və görülür.

Bu məlumatdan sonra indi bir az fikirləşək. Beyin işıq üçün qapalıdır. Yəni beynin içi qapqaran­lıqdır, işıq beynin olduğu yerə qədər gedib çıxa bilməz. Görüntü mərkəzi deyilən yer zülmət qaranlıq, işı­ğın heç vaxt çata bilmədiyi, bəlkə də heç vaxt rast gəlmə­diyiniz qədər qaranlıq bir yerdir. Ancaq siz bu zülmət qaranlığında işıqlı, parlaq bir dünyanı seyr edirsiniz. Həm də bu o qədər aydın və keyfiyyətli bir görüntüdür ki, XXI əsrin texnologiyası da hər cür imkan sa­hi­bi olmasına baxmayaraq bu görüntünü əldə edə bilməmişdir. Məsələn, hazırda oxuduğunuz kitaba, kitabı tutan əllərinizə baxın. Sonra başınızı qaldırın və ətrafınıza nəzər salın. İndi gördüyünüz aydınlıq və keyfiyyətdəki bu görüntünü başqa bir yerdə görmüsünüzmü? Bu qədər aydın bir görüntünü sizə dünyanın bir nömrəli televizor şirkətinin istehsal etdiyi ən mükəmməl televizor ekranı da verə bilməz. 100 ildir minlərlə mühəndis bu aydınlığı əldə etməyə çalışır. Bunun üçün fabriklər, nəhəng təsisatlar qurulur, tədqiqatlar aparılır, planlar və layihələr hazırlanır. Yenə də bir televiziya ekranına baxın, bir də əlinizdə tutduğunuz bu kitaba. Arada böyük aydınlıq və keyfiyyət fərqi olduğunu görəcəksiniz. Həm də televizor ekranı sizə ikiölçülü bir görüntü göstərir, halbuki siz üçölçülü, dərin bir perspektivi görürsünüz.

Uzun illərdir on minlərlə mühəndis üçölçülü televizor hazırlamağa, gözün görmə keyfiyyətinə yiyələnməyə səy göstərir. Bəli, üçölçülü televizor sistemini hazırlaya bildilər, ancaq onu da eynəksiz görmək mümkün deyil. Bu eyni zamanda süni bir üçölçülü sistemdir. Arxa tərəf daha bulanıq, qarşı tərəf isə kağızdan hazırlanmış dekorasiya kimi görünür. Heç vaxt gözün gördüyü qədər dəqiq və keyfiyyətli bir görüntü ola bilməz. Kamerada da, televizorda da mütləq görüntü itkisi baş verir.

Təkamülçülər bu keyfiyyətli və dəqiq görüntünü təş­kil edən mexanizmin təsadüfən meydana gəldiyini iddia edirlər. İndi bir adam sizə otağınızın bir küncündəki televizorun təsadüflər nəticəsində meydana gəldiyini, “atomlar bir yerə toplandı və bu göstərən cihazı meydana gətirdi” desə, nə fikirləşərsiniz? Minlərlə adamın bir yerə yığışaraq düzəldə bilmədiyini şüursuz atomlar necə edə bilər?

Gözün gördüyündən daha ibtidai olan bu görün­tünü meydana gətirən cihaz təsadüfən meydana gəlmirsə, gözün və gözün gördüyü görüntünün də təsadüfən meydana gəlməyəcəyi aydın məsələdir.

Bu məsələ qulaq üçün də eynidir. Xarici qulaq ətrafdakı səsləri qulaq çömçəsi vasitəsilə yığıb orta qulağa ötürür. Orta qulaq aldığı səs tirtəyişlərini gücləndirərək daxili qulağa ötürür. Daxili qulaq da bu titrəyişləri elektrik siqnallarına döndərərək beyinə göndərir. Eynilə görmə məsələsində olduğu kimi eşitmək icraatları da beyindəki eşitmə mərkəzində həyata keçir.

Gözdəki vəziyyət qulaq üçün də qüvvədə qalır, yəni beyin işığa olduğu kimi səsə də qapalıdır, səsi keçirmir. Dolayısı ilə ətraf nə qədər gurultulu da olsa beynin içi tamamilə səssizdir. Buna baxmayaraq ən dəqiq səslər beyində hiss edilir. Səs keçirməyən beynimizdə bir orkestrin simfoniyalarını eşidərsiniz, izdihamlı bir məkanın bütün gurultusunu eşidərsiniz. Ancaq həmin anda həssas bir cihazla beynimizin içindəki səs səviyyəsi ölçülsə, burada mütləq bir səssizliyin hakim olduğu görünəcək.

Dəqiq bir görüntü əldə edə bilmək üçün indiyə qədər texnologiyadan necə istifadə edilirsə, səs üçün də eyni səylər onlarla ildir ki, davam edir. Səsi qeyd etmək cihazları, çoxlu elektrik aləti, səsi qeyd edən musiqi sistemləri bu səylərin bəzilərinin nəticələridir. Ancaq bütün texnologiyaya, bu texnologiyada işləyən minlərlə mühəndisə və mütəxəssisə baxmayaraq qulaqdakı dəqiq və keyfiyyətli bir səs əldə edilməmişdir. Ən bö­yük musiqi sistemi şirkətinin istehsal etdiyi ən keyfiyyətli musiqi alətini fikirləşin. Səsi qeyd edəndə mütləq səsin bir hissəsi itir və ya az da olsa mütləq xışıltı əmələ gəlir. Musiqi cihazını açanda musiqi başlamamışdan əvvəl bir xırıltılı səsi mütləq eşidəcəksiniz. Ancaq insan bədənindəki texnologiyanın məhsulu olan səslər çox dəqiq və qüsursuzdur. Bir insan qulağı heç vaxt musiqi mərkəzində olduğu kimi xırıltılı və ya pozuntulu səs hiss etməz, səs necədirsə, onu tam və dəqiq olaraq eşidir. Bu vəziyyət insan yaradıldığı gündən indiyə qədər bu cürdür.

Bu günə qədər insan oğlunun istehsal etdiyi, hazırladığı heç bir görüntü və səs cihazı göz və qulaq qədər həssas və uğurlu bir lamisə sistemi ola bilməmişdir.

Ancaq görmə və eşitmə hadisəsində bütün bunlardan başqa çox böyük həqiqət var.

Beynin içindəki görən və

eşidən şüur kimə aiddir?


Beynin içində cürbəcür rəngli bir dünyanı seyr edən, simfoniyaları, quşların səsini eşidən, çiçəkləri iyləyən kimdir?

İnsanın gözlərindən, qulaqlarından, burnundan gələn xəbərdarlıqlar elektrik siqnalı olaraq beyinə ötürülür. Biologi­ya, fiziologiya və ya biokimya kitablarında bu görüntünün beyində necə meydana gəlməsinə dair çoxlu təfərrüatlar oxuya bilərsiniz. Ancaq bu məsələ haqqındakı həqiqətə heç bir yerdə rast gələ bilməzsiniz ki, beyində bu elektrik siqnallarını görüntü, səs, iy və hiss olaraq qavrayan kimdir? Beyinin içində gözə, qulağa, buruna ehtiyac hiss etmədən bütün bunları qavrayan bir şüur var. Bu şüur kimə aiddir?

Əlbəttə, bu şüur beyni təşkil edən sinirlərə, yağ təbəqəsinə və sinir hüceyrələrinə aid deyil. Buna görə də hər şeyin maddədən ibarət olduğunu zənn edən darvinist materialistlər bu suallara heç vaxt cavab verə bilmir. Çünki bu şüur Allahın yaratdığı ruhdur. Ruh görüntünü seyr etmək üçün gözə, səsi eşitmək üçün qulağa ehtiyac hiss etməz. Bunlardan da başqa fikirləşmək üçün beyinə də ehtiyacı olmaz.

Bu aydın və elmi həqiqətləri oxuyan hər bir insanın beynin daxilindəki bir neçə santimetrlik, qapqaranlıq məkana bütün kainatı üçölçülü, rəngli, kölgəli və işıqlı olaraq sığışdıran Allahı fikirləşib, Ondan qorxub Ona sığınması lazımdır.


Materialist inanc


Bura qədər araşdırdıqlarımız təkamül nəzəriy­yəsinin elmi kəşflərlə açıq şəkildə ziddiyyət təşkil edən bir iddia olduğunu göstərir. Nəzəriyyənin həyatın mənşəyi haqqındakı iddiası elmə ziddir, ortaya atdığı təkamül mexanizmlərinin heç bir təkmilləşdirici təsiri yoxdur və dünyanın daşlaşmış qatları darvinizm nəzəriyyəsinin vacib saydığı keçid formalarının yaşamadıqlarını göstərir. Belə də təkamül nəzəriyyəsinin əlbəttə ki, elmə zidd bir fikir kimi kənara atılması lazımdır.

Tarix boyu təkamül modeli kimi bir çox düşüncə sistemi elmin gündəmindən çıxarılmışdır. Amma təkamül nəzəriyyəsini təkidlə elmi gündəmə gətirmək istəyirlər. Hətta bəzi adamlar bu nəzəriyyənin tənqidini “elmə hücum” kimi qələmə verməyə çalışır. Görəsən nəyə görə?

Bunun səbəbi təkamül nəzəriyyəsinin bəzi mü­hit­lər üçün heç cür əldən buraxılmayacaq ehkamçı bir inanc olmasıdır. Bu adamlar materialist fəlsəfəyə kor-koranə bağlıdırlar və darvinizmi də təbiətə verilə biləcək yeganə materialist izah olduğu üçün mənimsə­yirlər.

Bəzən bunu açıq şəkildə etiraf da edirlər. Harvard Uni­versitetindən məşhur genetik və tanınmış təkamülçü olan Riçard Levontin “əvvəlcə materialist, sonra alim” olduğunu belə etiraf edir:

Bizim materializmə bir etiqadımız var, aprior (əvvəl­cə­dən qəbul edilmiş, doğru sayılan, təcrübədən asılı olma­yan, təcrübədən qabaq mövcud olan) bir inancdır bu. Bizi dün­yaya materialist bir açıqlama gətirməyə məcbur edən şey elmin istiqamət və qaydaları deyil. Əksinə, materializmə olan aprior bağlılığımız üzündən dünyaya materialist açıqlama gətirən araşdırma üsullarını və qavramları təqdir edirik. Materializm mütləq doğru olduğuna görə də ilahi bir açıqlamanın səhnəyə daxil olmasına icazə verə bilmərik (Richard Le­won­tin, «The Demon-Haunted World», The New York Review of Books, 9 yanvar 1997, s. 28).

Bu sözlər darvinizmin materialist fəlsəfəyə bağlılıq ucbatından yaşadılan bir ehkam olmasının açıq ifadəsidir. Bu ehkam maddədən başqa heç bir varlıq olmadığını qəbul edir. Buna görə də cansız, məntiqsiz maddənin həyatı yaratdığına inanır. Milyonlarla müxtəlif canlı növünün, məsələn, quşların, balıqların, zürafələrin, qaplanların, böcəklərin, ağacların, çiçəklərin, balinaların və insanların cansız maddənin öz içindəki dəyişikliklərə, yəni yağan yağışla, çaxan şimşəklə onun içindən meydana gəldiyini qəbul edir. Həqiqətdə isə bu, həm ağla, həm də elmi gerçəkliklərə zidd qənaətdir. Amma darvinistlər “ilahi bir açıq­lamanın səhnəyə girməməsi” üçün bu qənaəti müdafiə etməkdə davam edirlər.

Canlıların mənşəyinə əvvəlcədən qəbul edilmiş materialist düşüncə ilə baxmayan hər kəs isə bu açıq gerçəyi görəcəkdir: “Bütün canlılar üstün bir gücə, məlumata və ağla sahib olan bir Yaradanın əsərləridir. O Yaradan bütün kainatı yoxdan var edən, canlıları da yaradıb şəkilləndirən Allahdır”.

Təkamül nəzəriyyəsi bəşər

tarixinin ən təsirli sehridir


Burada bunu da bildirmək lazımdır ki, əvvəlcədən qəbul edilmiş mənfi fikirləri olmayan, heç bir ideologiyanın təsiri altında qalmayan, ancaq ağlını və məntiqini işlədən hər bir insan elmdən və mədəniyyətdən uzaq olan cəmiyyətlərin xurafatlarını əks etdirən təkamül nəzəriyyəsinin inanılması mümkün olmayan bir iddia olduğunu asanlıqla başa düşəcəkdir.

Yuxarıda da qeyd etdiyimiz kimi, təkamül nəzəriyyəsinə inananlar böyük bir çənin içinə çoxlu atomu, molekulu, cansız maddəni dolduran və bunların qarışmasından vaxt ərzində fikirləşən, dərk edən, kəşflər edən professorların, tələbələrin, Eynşteyn, Hubbl kimi elm adamlarının, Frenk Sinatra, Çarlton Heston kimi sənətçilərin, bununla yanaşı ceyranların, limon ağaclarının, qərənfillərin çıxacağına ina­nırlar. Həm də bu cəfəng iddiaya inananlar elm adamları, pro­fessorlar, mədəni, təhsilli insanlardır. Buna görə də təka­mül nəzəriyyəsi üçün “dünya tarixinin ən böyük və ən təsirli sehri” ifadəsini işlətmək daha münasib olacaq. Çünki bəşər tarixində insanların ağlını başından bu dərəcədə alan, ağıl və məntiqlə fikirləşməsinə imkan verməyən, gözlərinin qarşısına sanki bir pərdə çəkib çox açıq olan həqiqətləri görmələrinə mane olan bir başqa inanc və ya iddia da yoxdur. Bu, qədim misirlilərin günəş tanrısı Raya, bəzi afrikalı qəbilələrin to­temlərə, Səba xalqının günəşə sitayiş etməsindən, Hz. İb­ra­hi­min tayfasının öz əlləri ilə düzəltdiyi bütlərə, Hz.Musanın xal­qının qızıldan düzəltdiyi buzova sitayiş etməsindən daha dəh­şətli və qəbuledilməz bir korluqdur. Həqiqətdə bu vəziyyət Allahın Quranda işarə etdiyi bir ağılsızlıqdır. Allah bə­zi insanların idrak qabiliyyətinin qapanacağını və həqiqətləri gör­məkdən aciz vəziyyətə düşəcəyini əksər ayələrində bildirir. Bu ayələrdən bəziləri bunlardır:

Həqiqətən, inkar edənləri əzabla qorxutsan da, qorxutmasan da onlar üçün birdir, iman gətirməzlər. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!” (“Bəqərə”, 2/6-7).

...Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” (“Əraf”, 7/179).

Allah başqa ayələrdə isə bu insanların mö­cü­zə­lər görsələr də inanmayacaq qədər sehrləndiklərini belə bildirir:

Əgər onlara göydən bir qapı açsaq və onunla durmadan yuxarı dırmaşsalar, yenə də “Gözümüz bağlanmış, biz sehrlənmişik” deyərlər” (“Hicr”, 15/14-15).

Bu qədər geniş bir kütlənin üzərində bu sehrin təsirli olması, insanların həqiqətlərdən bu qədər uzaq saxlanması və 150 ildir bu sehrin pozulmaması isə sözlərlə deyilə bilməyəcək qədər heyrətamiz bir vəziyyətdir. Çünki bir və ya bir neçə insanın imkan xaricində olan ssenarilərə, cəfən­giy­yat və məntiqsizliklərlə dolu iddialara inanması aydın ola bi­lir. Ancaq dünyanın dörd bir tərəfindəki insanların şüursuz və cansız atomların ani bir qərarla bir yerə yığılıb, fövqəladə bir təşkilatlanma, nizam-intizam, ağıl və şüur göstərib qüsursuz bir sistemlə işləyən kainatı, canlı aləm üçün uyğun olan hər cür xüsusiyyətə sahib olan Yer planetini və saysız komp­leks sistemlə təchiz edilmiş canlıları meydana gətirdiyinə inanmasının sehrdən başqa bir izahı və adı yoxdur.

Həmçinin Allah Quranda inkarçı fəlsəfənin tərəfdarı olan bəzi adamların etdiyi sehrlərlə insanları təsir altına aldıqlarını Hz.Musa və Firon arasında baş verən bir hadisə ilə bizə bildirir. Hz.Musa Firona haqq dini başa salanda Firon Hz.Musaya öz “elmli sehrbazları” ilə insanların yığışdıqları bir yerdə qarşılaşmalarını istəyir. Hz.Musa sehrbazlarla qarşılaşanda əvvəlcə sehrbazlara onların mərifətlərini göstərməsini əmr edir:

(Musa:) “Siz atın!” dedi. Onlar (əllərindəkini yerə) atdıqda adamların gözlərini bağ­la­yıb onları qorxutdular və böyük bir sehr gös­tər­dilər” (“Əraf”, 7/116).

Göründüyü kimi, Fironun sehrbazları gözbağlamalarla - Hz.Musa və ona inananlar istisna olmaqla - insanların ha­mı­sını sehrləyə bilmişdilər. Ancaq onların atdıqlarının əvəzin­də Hz.Musanın göstərdiyi dəlil onların bu sehrini, ayələrin ifa­dəsi ilə desək, “uydurub düzəltdikləri bütün şeyləri udmuş”, yəni təsirsiz hala gətirmişdir:

Biz də Musaya: “Əsanı tulla!” deyə vəhy etdik. Bir də baxıb gördülər ki, əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, onların uydurub düzəltdikləri yalanlar isə batil oldu. Sehrbazlar orada məğlub edildilər və xar olaraq geri döndülər” (“Əraf”, 7/117-119).

Ayədə də bildirildiyi kimi, əvvəl insanları sehrləyərək öz təsiri altına bu adamların etdiklərinin bir saxtakarlıq ol­masının üzə çıxıb təsdiqlənməsindən sonra qeyd edilən adam­lar pis vəziyyətə düşmüşdülər. Günümüzdə də bir seh­rin təsiri ilə elm pərdəsi altında çox cəfəng iddialara inananlar və bunları mü­da­fiə etməyə həyatlarını həsr edənlər əgər bu iddialardan əl çəkməsələr, həqiqətlər tam mənası ilə açı­ğa çıxanda və “sehr pozulanda” onlar da pis vəziyyətə dü­şə­cək­lər.

Təkamül nəzəriyyəsini müdafiə edən və ateist bir filosof olan Malkolm Maqqric (Malcolm Muggeridge) belə bir və­ziyyətdən qorxduğunu belə etiraf edir:

Mən özüm təkamül nəzəriyyəsinin xüsusilə tətbiq edildiyi sahələrin gələcəyin tarix kitablarındakı ən böyük gülünc vəziyyətlərdən biri olacağına inandım.

Gələcək nəsillər bu qədər çürük və qeyri-müəyyən olan bir hipotezin inanılmaz bir sadəlövhlüklə qəbul edilməsini heyrət içində qarşılayacaqlar (Mal­colm Muggeridge, The End of Chris­ten­dom, Grand Rapids: Eerdmans, 1980, s. 43).

Bu gələcək uzaqda deyil, əksinə, çox yaxın bir gələ­cək­də insanlar “təsadüflər”in tanrı ola bilməyə­cəyini başa dü­şəcəklər və təkamül nəzəriyyəsi bəşər tarixinin ən böyük ya­lanı və ən şiddətli sehri olaraq tanıdılacaq. Bu şiddətli sehr böyük sürətlə dünyanın dörd bir tərəfində özünün insanlar üzərindəki təsirini azaltmağa başlamışdır. Təkamül yalanının sirrini öyrənən əksər insanlar bu yalana necə inandıqlarını heyrət və təəccüb içində götür-qoy edirlər.


Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən”

(“Bəqərə”, 2/32).


İQTİBASLAR


1. Stephen Hawking’in Evreni, David Filkin, BBC Books, Aksoy Yayıncılık, Aralık1998, s. 90

2. Stephen Hawking, Evreni Kucaklayan Karınca, Alkım Kitapçılık ve Yayıncılık, 1993, s. 62-63

3. Henry Margenau, Roy Abraham Vargesse. Cosmos, Bios, Theos. La Salla IL: OpeN Court Publishing, 1992, s. 241

4. H. P. Lipson, «A Physicist Looks at Evolution», Physics Bulletin, vol. 138, 1980, s. 138

5. Taşkın Tuna, Uzayın Sırları, Boğaziçi Yayınları, s.185

6. Colin A. Ronan, The Universe Explained, The Earth-Dwellers’s Guide to the mysteries of Space, Henry Holtand Company, s. 178, 179

7. Taşkın Tuna, Uzayın Sırları, Boğaziçi Yayınları, s.186

8. Steven Weinberg, İlk Üç Dakika, (The First Three Minutes), TÜBİTAK Popüler Bilim Kitapları serisi, 1995, s. 84

9. Stephen Hawking, Zamanın Kısa Tarihi, Milliyet, s.9

10. Hugh Ross, The Creator and the Cosmos, How Greatest Scientific Discoveries of the Century Reveal God, Colorado: NavPress, revised edition, 1995, s. 76

11. Michael Denton, Nature’s Destiny:How The Laws of Biology Reveal Purpose in the Universe, The New York: The Free Press,1998, s.12-13

12. Paul Davies, The Accidental Universe, Cambridge: Cambridge University Press, 1982, Önsöz.

13. Jean Guitton, Tanrı ve Bilim, Simavi Yayınları, 1993, s. 62

14. Jean Guitton, Tanrı ve Bilim, Simavi Yayınları, 1993, s. 62

15. Jean Guitton, Tanrı ve Bilim, Simavi Yayınları, 1993, s. 62

16. Ümit Şimşek, Atom, Yeni Asya Yayınları, s.7

17. Taşkın Tuna, Uzayın Ötesi, Boğaziçi Yayınları, 1995, s. 53

18. Jean Guitton, Tanrı ve Bilim, Simavi Yayınları, 1993, s. 62

19. Taşkın Tuna, Uzayın Ötesi, Boğaziçi Yayınları, 1995, s. 52

20. Stephen Hawking’in Evreni, David Filkin, BBC Books, Aksoy Yayıncılık, s 142, 143

21. Richard Feynman, Fizik Yasaları Üzerine, TÜBİTAK Yayınları, s. 150

22. Richard Feynman, Fizik Yasaları Üzerine, TÜBİTAK Yayınları, s. 151

23. Jean Guitton, Tanrı ve Bilim, Simavi Yayınları, s. 5

24. Stephen Hawking, Zamanın Kısa Tarihi, Milliyet Yayınları, s. 117

25. Martin Sherwood & Christine Sulton, The Physical World, Oxford University Press, 1988, s. 81

26. Martin Sherwood & Christine Sulton, The Physical World, Oxford University Press, 1988, s. 82

27. Martin Sherwood & Christine Sulton, The Physical World, Oxford University Press, 1988, s. 79

28. Vlasov Trifonov, 107 Kimya Öyküsü, TÜBİTAK Yayınları, s. 117

29. Vlasov Trifonov, 107 Kimya Öyküsü, TÜBİTAK Yayınları, s. 118

30. David Burnie, Life, Eyewitness Science, London: Dorling Kindersley, 1996, s.8

31. Nevil V.Sidgwick, The Chemical Elements and Their Compounds, vol.1, Oxford: Oxford University Press, 1950, s.490

32. Martin Sherwood & Christine Sulton, The Physical World, Oxford University Press, 1988, s. 30

33. Structure of Matter, The Time Inc. Book Company, s. 70, 1992

34. Molecules, Scientific American Library, P.W. Atkins, s. 115

35. Molecules, Scientific American Library, P.W. Atkins, s. 128

36. Molecules, Scientific American Library, P.W. Atkins, s. 130

37. Molecules, Scientific American Library, P.W. Atkins, s. 93

38. Taşkın Tuna, Uzayın Ötesi, Boğaziçi Yayınları, 1995, s. 166

39. Henry M. Morris, Impact No. 111, Eylül 1982

40. Prof.Dr. Carl Sagan, Cosmos, s.37

41. Darlington C.D.,Evolution for Naturalists, (NY, John Wiley, 1980) s.15

42. The Necessity of Darwinism, New Scientist, Vol 94, April 15, 1982, s. 130

43. Dr. Gary Parker, Impact No: 62, Ağustos 1978

44. Jean Guitton, Tanrı ve Bilim, s.38

45. Michael Behe, Darwin’s Black Box, s.8

46. Théma Larousse, Tematik Ansiklopedi Bilim ve Teknoloji, Evren ve Dünya, Matematik, Fizik, Kimya, Teknoloji, s. 300

47. Hugh Ross, The Fingerprint of God, s. 50

48. Sidney Fox, Klaus Dose. Molecular Evolution and The Origin of Life, New York: Marcel Dekker, 1977. s. 2

49. Alexander I. Oparin, Origin of Life, (1936) NewYork, Dover Publications, 1953 (Reprint), s.196

50. «New Evidence on Evolution of Early Atmosphere and Life», Bulletin of the American Meteorological Society, cilt 63, Kasım 1982, s. 1328-1330.

51. Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, s. 7

52. Jeffrey Bada, Earth, Şubat 1998, s. 40

53. Leslie E. Orgel, «The Origin of Life on Earth», Scientific American, Cilt 271, Ekim 1994, s. 78

54. Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 189

55. Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 184.

56. B. G. Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truth Trust, 1988.

57. Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 179

58. Derek A. Ager, «The Nature of the Fossil Record», Proceedings of the British Geological Association, cilt 87, 1976, s. 133

59. Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983. s. 197

60. Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, ss. 75-94; Charles E. Oxnard, «The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt», Nature, Cilt 258, s. 389

61. J. Rennie, «Darwin’s Current Bulldog: Ernst Mayr», Scientific American, Aralık 1992

62. Alan Walker, Science, vol. 207, 1980, s. 1103; A. J. Kelso, Physical Antropology, 1st ed., New York: J. B. Lipincott Co., 1970, s. 221; M. D. Leakey, Olduvai Gorge, vol. 3, Cambridge: Cambridge University Press, 1971, s. 272

63. Time, Kasım 1996

64. S. J. Gould, Natural History, vol. 85, 1976, s. 30

65. Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, s. 19

66. Richard Lewontin, «The Demon-Haunted World», The New York Review of Books, 9 Ocak, 1997, s. 28

Səh. 12
Ser Fred Hoyl
Səh. 13
Kai­nat bö­yük bir part­la­ma nə­ti­cə­sin­də yox­dan var olub. Bu part­la­ma­nın ilk anın­dan eti­ba­rən ya­ra­nan bü­tün his­sə­cik­lə­rin və mey­da­na çı­xan bü­tün qüv­və­lə­rin bö­yük bir uy­ğun­luq və ta­raz­lıq için­də ət­ra­fa ya­yıl­ma­sı nə­ti­cə­sin­də kai­na­tın in­di­ki qü­sur­suz sis­te­mi əmə­lə gə­lib.
Səh. 14
Corc Le­metr
Ed­vin Habbl
Al­fa Sen­tavr ul­duz­la­rın­dan gə­lən işıq­la­rı­nın spekt­lə­ri­nin qır­mı­zı və ma­vi­yə doğ­ru də­yiş­mə­lə­ri bu ul­duz­la­rın bir-bir­lə­ri­nin or­bit­lə­rin­də hə­rə­kət et­dyi­ni or­ta­ya çı­xar­mış­dır. As­tro­no­mik mü­şa­hi­də­lər bu or­bit­lə­rin 80 ilə ta­mam­lan­dı­ğı­nı gös­tə­rib.
Səh. 15
Al­bert Eyn­şteyn Ed­vin Habb­lın mü­şa­hi­də­lər apar­dı­ğı Uil­son rə­səd­xa­na­sın­da.
Səh. 16
Dop­ler eff­fek­ti­nə gö­rə, qa­lak­ti­ka biz­dən sa­bit mə­sa­fə­də du­rub­sa, on­dan gə­lən işıq dal­ğa­la­rı­nın spek­tri də sa­bit gö­rü­nə­cək (yu­xa­rı­da). Qa­lak­ti­ka get­dik­cə biz­dən uzaq­la­şır­sa, dal­ğa­lar uza­na­raq spek­trin qır­mı­zı his­sə­si­nə ya­xın­la­şa­caq (or­ta­da). Qa­lak­ti­ka bi­zə ya­xın­la­şır­sa, dal­ğa­lar sı­xı­la­raq spek­trin ma­vi his­sə­si­nə meyl edə­cək.
Corc Qa­mov
Səh. 17
Ar­no Pen­zi­as və Ro­bert Bob Uil­so­nun kos­mik fon ra­dia­si­ya­sı­nı ilk də­fə kəşf et­dik­lə­ri Bell la­ba­ro­to­ri­ya­sın­da­kı nə­həng «buy­nuz an­ten­na­sı». Pen­zi­as və Uil­son bu kəşf­lə­ri­nə gö­rə 1978-ci il­də No­bel mü­ka­fa­tı al­dı­lar.
Corc Smut

Səh. 18
Kai­na­tın ger­çək­dən də bö­yük bir part­la­ma nə­ti­cə­sin­də ya­ran­dı­ğı­na sü­but­lar ta­pan COBE pey­ki­nin bu­ra­xı­lış anı.


Səh. 24-25
Nə mad­də­nin, nə də za­ma­nın möv­cud ol­du­ğu və part­la­ma­nın ger­çək­ləş­di­yi «0» anın­dan son­ra kai­nat və onun əsa­sı olan atom­lar çox bö­yuk bir dü­zən için­də yox­dan var edil­miş­dir.

10-43 sa­ni­yə: Plank za­ma­nı

10-35 və 10-32 sa­ni­yə ara­sı

10-6 sa­ni­yə: an­ti­mad­də və mad­də­nin bir-bir­lə­ri­ni yox et­mə­lə­ri.

1-ci sa­ni­yə: kvark­lar pro­ton, ney­tron, elek­tron və ney­tri­no­la­rı əmə­lə gə­ti­rir.

3 də­qi­qə: pro­ton­lar və ney­tron­lar atom nü­və­si­ni mey­da­na gə­ti­rir­lər.

Atom, elek­tron, ney­tron, he­li­um nü­və­si, pro­ton, had­ron, kvark, an­tik­vark

ca­zi­bə qüv­və­si, elek­tro­maq­ne­tizm, Zə­if Nü­və Qüv­və­si, Güc­lü Nü­və Qüv­və­si, bir­ləş­miş qüvv­və­lər.


Səh. 26
“Mə­gər göy­lər­də və yer­də olan­la­rın, Gü­nə­şin, Ayın və ul­duz­la­rın, dağ­la­rın, ağac­la­rın və hey­van­la­rın, in­san­la­rın bir ço­xu­nun Al­la­ha səc­də4 et­di­yi­ni gör­mür­sən­mi? Bir ço­xu­na da əzab va­cib ol­muş­dur. Al­la­hın al­çaltdı­ğı kim­sə­ni heç kəs yük­səl­də bil­məz. Hə­qi­qə­tən, Al­lah di­lə­di­yi­ni edər!” («Həcc» su­rə­si, 18).
Səh. 28
Sti­ven Uin­berq
Səh. 29
Hid­ro­gen ato­mu, He­li­um ato­mu
Səh. 31
“On­lar al­tın­dan çay­lar axan Ədn cən­nət­lə­ri­nə da­xil ola­caq­lar. Ora­da on­la­rın is­tə­dik­lə­ri hər şey var­dır. Al­lah müt­tə­qi­lə­ri be­lə mü­ka­fat­lan­dı­rır!” («Nəhl» su­rə­si, 12).
Səh. 35
Ca­zi­bə qüv­və­si­nin ol­ma­dı­ğı mü­hit­də an­caq xü­su­si va­si­tə­lə­rin kö­mə­yi­lə bir müd­dət qal­maq müm­kün­dür. Çün­ki can­lı­lar yal­nız ca­zi­bə­nin ol­du­ğu sis­tem­də ya­şam­la­rı­nı da­vam et­di­rə bi­lər­lər.
Səh. 36
Bü­tün kai­nat­da ca­zi­bə ki­mi tə­məl qüv­və­lə­rin üzə­rin­də qu­rul­muş mü­kəm­məl və qü­sur­suz dü­zən hökm sür­mək­də­dir. Bu dü­zə­nin sa­hi­bi əl­bət­tə ki, hər şe­yi qü­sur­suz­ca­sı­na yox­dan var edən Al­lah­dır. Çağ­daş fi­zi­ka və as­tro­no­mi­ya­nın ən ön­də gə­lən qu­ru­cu­su və dün­ya­nın ən bö­yük alim­lə­rin­dən sa­yı­lan İsa­ak Nyu­ton (1642-1727) bu ger­çə­yi be­lə ifa­də edib:

«Gü­nəş sis­te­mi­nin, pla­net­lə­rin və ko­met­lə­rin möh­tə­şəm dü­zə­ni yal­nız ağıl­lı və güc­lü bir var­lı­tın qüd­rə­ti­lə da­vam edə bi­lər. Bu var­lıq tək­cə dün­ya­nın ru­hu­nu de­yil, hər şe­yi yö­nəl­dir. O, Al­lah­dır».


Səh. 40-41
Atom
Ato­mun hər bir his­sə­ci­yi üç­lü kvark qru­pun­dan əmə­lə gə­lir
Üç­lü kvark qru­pu
Səh. 42
Ato­mun pro­to­nuy­la elek­tron­la­rı ara­sın­da­kı boş­luq yu­xa­rı­da­kı xə­ri­tə­də gös­tə­ril­di­yi qə­dər ge­niş­dir.
Səh. 43
kar­bon-14

6 pro­ton, 8 ney­tron

fo­ton, elek­tron, ney­tron, pro­ton, ney­tri­no

azot - 14

7 pro­ton, 7 ney­tron
Səh. 45
Ele­ment­lə­ri bir-bir­lə­rin­dən fərq­lən­di­rən amil atom­la­rı­nın nü­və­lə­rin­də­ki pro­ton­la­rın sa­yı­dır. Bu şə­kil­də gö­rü­nən mad­də­lə­ri də həm­çi­nin.
qra­nit, ti­tan, sa­rı sap­fir, pi­rit, to­paz, kal­si­um, ma­vi sap­fir, flüo­rit, mis, də­mir, to­paz, kö­mür, kvars, al­maz, ba­rıt-sul­fit, daş duz, çöl şpa­tı, apa­tit, qı­zıl
Səh. 46
Ato­mun nü­və­sin­də­ki pro­ton və ney­tron­lar «kvark» ad­lan­dı­rı­lan da­ha ki­çik his­sə­cik­lə­rin bir­ləş­mə­si nə­ti­cə­sin­də ya­ra­nır.
Səh. 47
10-9 m. mo­le­kul

10-10 m. atom

10-14 m. atom nü­və­si

10-15 m. pro­ton

10-18 m. elek­tron

10-18 m. kvark

Ato­mun qu­ru­lu­şun­dan kvar­kın qu­ru­lu­şu­na: Müa­sir sü­rət­lən­di­ri­ci­lə­rin va­si­tə­si­lə ato­mu əmə­lə gə­ti­rən ən ki­çik his­sə­cik­lə­ri də in­cə­lə­mək müm­kün­dür. Yu­xa­rı­da­kı şə­kil­də bu pro­ses miq­yas­la­ra uy­ğun şə­kil­də gös­tə­ri­lib.
Səh. 48
Bu şə­kil­də elek­tron­la­rın dal­ğa hə­rə­kə­ti za­ma­nı cız­dıq­la­rı 4 fərq­li or­bit gös­tə­ri­lib. Elek­tron­lar his­sə­cik xü­su­siy­yət­lə­ri sa­yə­sin­də pla­net­lə­rin Gü­nə­şin ət­ra­fın­da­kı hə­rə­kə­ti­nə bən­zər hə­rə­kət edir­lər. Fə­qət elek­tron­la­rın bu fərq­li hə­rə­kət­lə­ri on­la­rın tam ola­raq mü­əy­yən­ləş­di­ril­mə­si­ni ən­gəl­lə­yir.
Səh. 50
Elek­tron­lar nü­və­nin ət­ra­fın­da pla­net­lə­rin Gü­nə­şin ət­ra­fın­da­kı hə­rə­kə­ti ki­mi çox də­qiq bir ni­zam­la dö­nür­lər.
Səh. 51
“Ge­cə ilə gün­dü­zün bir-bi­ri­nin ar­dın­ca gəl­mə­sin­də, Al­la­hın göy­lər­də və yer­də ya­rat­dıq­la­rın­da Al­lah­dan qor­xan bir tay­fa üçün (Onun bir­li­yi­ni və qüd­rə­ti­ni sü­but edən) də­lil­lər var­dır” («Yu­nus» su­rə­si, 6).
Səh. 52
SÜ­RƏT­LƏN­Dİ­Rİ­LƏN HİS­SƏ­CİK­LƏR

Sü­rət­lən­di­ri­ci­lər və re­ak­tor­lar


Mad­də­nin əsa­sı­nı əmə­lə gə­ti­rən ən ki­çik his­sə­cik­lər atom­dan mil­yon də­fə­lər­lə ki­çik­dir. On­la­rı in­cə­lə­mək an­caq his­sə­cik­lər fi­zi­ka­sı sa­hə­sin­də son də­rə­cə mü­rək­kəb təc­rü­bə­lər apar­maq yo­luy­la müm­kün­dür. Bu təc­rü­bə­lə­rə isə kom­pü­ter va­si­tə­si­lə nə­za­rət edi­lir.

His­sə­cik­lər fi­zi­ka­sı mad­də­nin lap tə­məl daş­la­rı­nı təş­kil edən par­ça­cıq­la­rı və on­la­rın ara­sın­da­kı əla­qə­lə­ri araş­dı­ran elm sa­hə­si­dir. Son il­lər yük­sək sə­viy­yə­də in­ki­şaf et­miş tex­no­lo­giy­lar va­si­tə­si­lə apa­rı­lan təc­rü­bə­lər nə­ti­cə­sin­də mad­də­nin qu­ru­lu­şu ha­qın­da­kı bil­gi­lə­ri­miz sü­rət­lə də­rin­ləş­mək­də­dir. His­sə­cik­lər fi­zi­ka­sı­nın araş­dır­ma­la­rı ki­lo­metr­lər­lə uzun­lu­ğu olan sü­rət­lən­di­ri­ci la­ba­ro­to­ri­ya­lar­da apa­rı­lır. Hə­min sü­rət­lən­di­ri­ci­lə­rin elek­tro­maq­nit sa­hə­sin­də yük­lü his­sə­cik­lər, xü­su­si­lə də pro­ton və elek­tron­lar sü­rət­lən­di­ri­lir və yön­lən­di­ri­lir. Da­ha son­ra on­lar ya sa­bit hə­dəf­lər­lə, ya da bir-bir­lə­ri­lə toq­quş­du­ru­lur­lar. Bu za­man or­ta­ya çı­xa nə­ti­cə­lər müx­tə­lif de­tek­tor­lar va­si­tə­si­lə qeyd edi­lir və in­cə­lə­nir.

1950-ci il­lər­dən baş­la­ya­raq yük­sək temp­lə in­ki­şaf edən sü­rət­lən­di­ri­ci və de­tek­tor tex­no­lo­gi­ya­la­rı sa­yə­sin­də yük­sək ener­ji­li toq­quş­ma təc­rü­bə­lə­ri ke­çi­ri­lib və on­la­rın in­cə­lən­mə­si nə­ti­cə­sin­də mad­də­nin ən ki­çik his­sə­cik­lə­ri ki­mi ta­nı­dı­ğı­mız pro­ton və ney­tron­la­rın «kvark» ad­lan­dı­rı­lan da­ha ki­çik alt his­sə­cik­lər­dən əmə­lə gəl­dik­lə­ri bəl­li olub. Yük­sək ener­ji­li sis­tem­lər­də apa­rı­lan ölç­mə­lər pro­to­nun ya­rı­sı­nın yüz­də bi­ri qə­dər olan mə­sa­fə­də be­lə mad­də­nin qu­ru­lu­şu­nu araş­dır­maq im­ka­nı ya­ra­dıb. Sü­rət­lən­di­ri­ci la­ba­ro­to­ri­ya­lar, on­la­rın xü­su­si ci­haz və ava­dan­lıq­la­rı ol­duq­ca ba­ha ba­şa gəl­di­yi üçün, dün­ya­da cə­mi­si bir ne­çə be­lə mər­kəz var. Ən önəm­li­lə­ri CERN (Ce­nev­rə), DESÜ (Ham­burq), Fermilab-FNAL (Çi­ka­qo) və SLC (Ka­li­for­ni­ya) la­ba­ro­to­ri­ya­la­rı­dır. Bu la­ba­ro­to­ri­ya­lar­dan SLC-in uzun­lu­ğu 3, CERN-in uzun­lu­ğu isə 27 ki­lo­metr­dir. Am­ma nə­həng­lik ya­rı­şın­da bi­rin­ci­lik çə­lən­gi ABŞ-ın Te­xas şta­tı­nın mər­kə­zin­də qu­ru­lan və dia­met­ri­nin 85 ki­lo­metr ola­ca­ğı nə­zər­də tu­tu­lan ame­ri­ka pro­yek­ti SSC-yə məx­sus­dur. Tə­bii ki, hə­min la­ba­ro­to­ri­ya­lar­da­kı ci­haz­la­rın də­yə­ri də öl­çü­lə­rə uy­ğun ola­raq ar­tır... Mə­sə­lən, SSC-də­ki ci­ha­za­la­rın top­lam də­yə­ri 6 mil­yard dol­lar­dır.20
Səh. 53
CERN atom his­sə­cik­lə­ri fi­zi­ka­sı la­ba­ro­to­ri­ya­sı 100 metr ye­rin al­tın­da və 27 km. uzun­luq­da­dır. Ön­cə bu ucun tu­nel­də sü­rət­lən­di­ril­dən his­sə­cik­lər son­ra bir-bir­lə­ri­lə toq­quş­du­ru­lur­lar.

CERN atom his­sə­cik­lə­ri fi­zi­ka­sı la­ba­ro­to­ri­ya­sı İs­veç­rə-Fran­sa sər­hə­din­də qu­ru­lub, 19 Av­ro­pa öl­kə­si­ni üzv ol­du­ğu bey­nəl­xalq el­mi-araş­dır­ma mər­kə­zi­dir. Tür­ki­yə­nin mü­şa­hi­də­çi sta­tu­su­na ma­lik ol­du­ğu bu la­ba­ro­to­ri­ya əsa­sən mad­də­ni əmə­lə gə­ti­rən tə­məl his­sə­cik­lə­ri araş­dı­rır. Ora­da 3000-ə ya­xın fi­zik, mü­hən­dis, tex­no­loq və s. ça­lı­şır, 6000 fi­zik isə təc­rü­bə ke­çir.


Səh. 54
Elek­tron­lar in­san­la­rın xid­mə­tin­də
Elek­trik hə­ya­tı­mız üçün çox va­cib­dir. On­suz heç bir şey edə bil­mə­rik. Ye­mək ye­yər­kən, te­le­vi­zo­ra ba­xar­kən, yol­da ge­dər­kən - hə­mi­şə elek­tri­kin tə­si­ri­ni hiss edir, on­dan fay­da­la­nı­rıq. Bir düy­mə­ni ba­sı­rıq, ət­ra­fı­mız işıq­la­nır, di­gə­ri­ni ba­sı­rıq, elek­trik ciz­haz­la­rı ça­lış­ma­ğa baş­la­yır...

Elek­tri­kin hə­ya­tı­mı­zın bü­tün sa­hə­lə­rin­də iş­lət­di­yi­miz bu ha­lı­na «elek­trik cə­rə­ya­nı» de­yi­lir. Hə­min cə­rə­yan­da axan­lar isə ki­ta­bın əv­və­lin­dən bə­ri haq­qın­da da­nış­dı­ğı­mız elek­tron­lar­dır. Elek­trik cə­rə­ya­nı mən­fi (-) yük­lü elek­tron­la­rın və ion­la­rın hə­rə­kə­ti nə­ti­cə­sin­də ya­ra­nan yük axı­mı­dır. Gün­də­lik hə­ya­tı­mız­da iş­lət­di­yi­miz te­le­vi­zor, so­yu­du­cu ki­mi ci­haz­lar 1-2 am­per elek­trik tə­ləb edir­lər. Bəs bu öl­çü nə de­mək­dir?

Sa­ni­yə­də 1 Am­per cə­rə­yan - na­qi­lin kə­si­min­dən sa­ni­yə­də 6 mil­yard də­fə mil­yard elek­tro­nun keç­mə­si de­mək­dir. İl­dı­rım ça­xar­kən isə bu say mil­yon də­fə da­ha ar­tıq olur.
Səh. 55
Elek­tron­lar ato­mun için­də son də­rə­cə mü­rək­kəb or­bit­lər­lə hə­rə­kət edir­lər. Bu ki­çik mə­kan­da bö­yük şə­hə­rin yol­la­rın­da­kın­dan qat-qat qə­liz du­ru­mun ya­ran­ma­sı­na rəğ­mən, heç vaxt toq­quş­ma baş ver­mir.
Səh. 56
QU­RAN­DAN İŞA­RƏ­LƏR
Elek­tron­la­rın or­bit­lə­ri mə­sə­lə­si­ni in­cə­lə­yər­kən Qu­ran­da­kı bu­nun­la bağ­lı ayə­lə­rə diq­qət ye­tir­mək gə­rək­dir. Atom nü­və­si­nin ət­ra­fın­da 7 or­bit var, on­la­rın hər bi­rin­də isə mü­əy­yən say­da elek­tron fır­la­nır. Qu­ran­da gö­yün və ye­rin tə­bə­qə­lə­ri­nin sa­yı­nı bil­di­rən 7 rə­qə­mi «ato­mun gö­yü» olan elek­tron­la­rın or­bit­lə­ri­nin sa­yı­na işa­rə də sa­yı­la bi­lər.


:

ktb
ktb -> Həyatin gerçƏK
ktb -> DöVLƏTƏ bağliliğin əHƏMİYYƏTİ
ktb -> GüNÜMÜZDƏKİ cahiLİYYƏ CƏMİYYƏTİNİn adi qoyulmuş ŞÜBHƏLİ DİNİ
ktb -> Roman kimi hekayə
ktb -> GiZLİ TƏHLÜKƏ
ktb -> Qarişqa möCÜZƏSİ
ktb -> Xəyalin diGƏr adi: maddə
ktb -> MüSƏlmanin 24 saati
ktb -> Maddenin sirri indd


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


emblema-olimpijskih-igr.html

embolii-i-trombozi-2.html

emboliya-bolshogo-kruga.html

emboliziruyushij-material.html

embrace-workshop-at-nanay.html