1 ... 53 54 55 56 57 58 59 60 ... 245

Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri) - səhifə 57

səhifə57/245
tarix02.10.2017
ölçüsü5.01 Kb.
növüDərs

 
80
kütləvi kommunikasiya vasitələri ilə çatdırılan mədəni dəyərlərin toplusu kimi baxır. Bu fikirlərin o məqamı ilə 
razılaşmaq olar ki, cəmiyyətin istehsal qüvvələrinin kütləvi kommunikasiyasının inkişafı mədəniyyətin texniki 
vasitələrdən asılılığını daha da zəruri edir. 
Kütləvi kommunikasiya vasitələri çox nəhəng tərəqqipərvər əhəmiyyət kəsb edir: belə ki, onlar insanların 
müxtəlif hadisələrdən xəbərdar və bilavasitə onun iştirakçısı olmasını  təmin edir, elmi və  mədəni 
müvəffəqiyyətlərdən kütlələrə  məlumat verir. Şəxsi mülkiyyət  şəraitində kütləvi kommunikasiya vasitələrinin 
sahibləri məlumatların çatdırılmasında bəzi dəyişikliklərə  də yol verməyə malikdir. Bu dəyişiklik, sözsüz ki, 
onların mənfeyinə xidmət edir. Belə  nəticə  çıxır ki, hakim siniflər kütlələrə hansı  məlumatın verilməsini 
müəyyənləşdirir. Lakin bütün bu xüsusiyyətlərə baxmayaraq kütləvi mədəniyyətin məhz kütləvi kommunikasiya 
vasitələri ilə cəmiyyətin çox hissəsi əhatə olunur. 
Kütləvi mədəniyyətin çox sevilən mövzu və süjetləri – milyonçu və kino ulduzlarına çevrilən insanların 
tərcümeyi-halı, amansız döyüş və qəddarlıq, terrorizm, narkomaniya hesab edilir. Bu mədəniyyət nümunələrinin 
finalı isə «həppi-end», yəni «xoşbəx sonluq»la bitməsidir. Bu xüsusiyyət mədəniyyət nümunələrinin hamısına 
xas olan cəhətdir. Amerika yazıçısı Pol Sveyq çox haqlı olaraq belə qeyd edir ki, kütləvi mədəniyyətin həddən 
artıq şişirdilmiş qəhrəmanları, əslində həyatımızda rastlaşdığımız insanlar deyil. 
Bu cür yüngül qrotesk şousunun mühüm mövzularından biri də zorakılıqdır. Bu mövzu kütləvi 
mədəniyyət üçün həm səciyyəvi, həm də ənənəvidir. Çox vaxt antaqonist cəmiyyətdə zorakılıq təbii hadisə kimi 
təbliğ olunur. 
Kütləvi mədəniyyətdə zorakılıq mövzusu muasir dünyanın real mənzərəsini əks etdirir. Amerika mətbuatı 
qeyd edir ki, XX əsrin 80-ci illəri zorakılıq təbliğ edən filmlərin çoxluğu ilə xarakterizə edildir. ceyms Bond 
haqqında filmlərin sayı 13-ə çatmışdır. Burada atıcılıq, döyüş və qətlə yetirmə səhnələri daha çox üstünlük təşkil 
edir. Filmdə 97 sayda zorakılıq və  qəddarlıq aktı  səhnələri nümayiş olunur. Amerika meyyarlarına görə bu 
rəqəm rekord hesab edilir. 
Hesablamalara görə ABŞ-ın televiziya vaxtının 40%-i zorakılığa həsr edilmiş verilişləri əhatə edir. İnsan 
qanı ilə qidalanan vampirləri, görkəmli mafiozların «qəhrəmanlıq»larını, qanqsterlərin öz aralarındakı 
mübarizələrini, müxtəlif qəzaları səhnələşdirən filmlər kassa xarakteri kəsb edir. Yuxarıda qeyd etdiyimiz kimi, 
bu film-tamaşalara bir əlamət çox xasdır ki, bu da onların xoşbəxt sonluqla bitməsidir: baş  qəhrəman bütün 
mümkün olmayan çətinliklərdən azad olur, bu da tamaşaçıda öz şəxsi təhlükəsizliyi üçün xoş  təəssürat hissi 
oyadır. 
Amerika statistiklərinin rəyinə görə  hər bir Amerikalı tamaşaçı öz mənzilindəki ekranda 30 min qətlin 
müşahidəçisi olur. Çox zaman bu telesüjetlər həmin qətl və qəddarlıqların «texnologiyası»nı xırdalıqlarına qədər 
açıqlayırlar. Bütün bu dəhşətləri seyr edən tamaşaçı onu, yəni zorakılığı norma kimi dərk edir. 
Kütləvi kommunikasiya vasitəsilə bu kimi nümayişlərin gənc nəslin nümayəndələrinə, xüsusilə, uşaqlara 
təsiri çox da qənaətbəxş olmur. Uşaq psixologiyasının  əsas xüsusiyyətlərindən biri odur ki, onlar reallıqla 
uydurma arasındakı  səddi çox çətinliklə anlayırlar. Televizor ekranı onların reallığına çevrilir, onlar burada 
şahidi olduqları  hər  şeyi həyata keçirməyə  cəhd göstərirlər. Biz bu cür təəssüratların nəticələrinə real 
həyatımızda rast gəlirik. Səkkiz yaşlı Nyu-Yorklu oğlan tapança ilə öz bacısını qətlə yetirərək belə bir hərəkətə 
onu təhrik edən həmin anda televiziyada eyni səhnə ilə rastlaşdığı film olduğunu bildirmişdir. 
Bu məqamı nəzərdən buraxmayan Amerikalı psixoloqlardan biri haqlı olaraq qeyd etmişdir ki, Amerika 
televiziyası – cinayətkarlığın özünəməxsus məktəbidir. Bu fikri təkcə Amerika deyil, bütün digər ölkə 
televiziyalarına və filmlərinə də şamil etmək olar. 
Lakin bu cür təbliğat həm də gəlir gətirir. Zorakılığa haqq qazandırmaq məqsədilə biznes ixtisaslı vəkil və 
psixoloqların xidmətindən də istifadə edilir. Amerikalı sosioloq S. Feşbax bu məqsədlə Aristotelin katarsis 
nəzəriyyəsinə iqtibas edir. O qeyd edir ki, bu filmlərə baxan tamaşaçı anadangəlmə aqressiv impulslardan 
«təmizlənir», bu səhnələr «həyəcan və gərginliyi» aradan götürür. Bu ideyaya müvafiq Feşbax eksperiment də 
həyata keçirmişdir. Lakin söhbət onda deyil ki, gənc oğlan və ya qız bu kimi səhnələrə baxdıqdan sonra mütləq 
gedib hansısa qətl və zorakılığı həyata keçirəcək. Əsas mahiyyət ondadır ki, bu səhnələr gənclərdə arzuolunmaz 
meyllərin formalaşmasına, aqressivliyin inkişafına kömək edir. 
Kütləvi mədəniyyətin  əsas yayılan mövzularından biri də pornoqrafiyadır. Hazırda bu sahə kütləvi 
mədəniyyətdə «janr» formasında təcəssümünü tapmışdır. Pornofilmlərə tamaşa etmək ABŞ-da çox ucuz başa 
gələn tədbirlərdir. Çünki bu filmlərdə nə süjet, nə də tutarlı məzmun vardı. Heç bir mətni olmayan bu filmlər 
yalnız müəyyən primitiv səhnələrin nümayişindən bəhs edir. Xüsusilə «ağır porno» adı ilə tanınan filmlərdə 
qadınların alçaldılması, sadizm, zorakılıq, o cümlədən uşaq pornoqrafiyası insanlarda ən iyrənc hisslərin 
oyanmasına səbəb olur. Birləşmiş  Ştatlar bu sahədə xüsusi sənaye mərkəzinə çevrilmişdir. «Pornobiznes» də 
məhz bu mərkəzin əsasnda formalaşmışdır. 
Kütləvi mədəniyyətin vətəninin ABŞ hesab edildiyindən öz tədqiqatımızda,  əsasən, bu ölkə 
mədəniyyətinə istinad edirik. Dünya dominantlıq vəziyyətinə  cəhd göstərən ABŞ  Qərbi Avropa ölkələrinə öz 
ideologiya və həyat tərzini kütləvi mədəniyyət vasitəsilə açıqlamağa çalışır.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
81
ABŞ-da kütləvi mədəniyyətin formalaşmasının iqtisadi, siyasi və  mədəni zəmini mövcud idi. II Dünya 
müharibəsindən sonra bu ölkədə  sənayenin yüksək templərlə inkişafı kütləvi mədəniyyət üçün əlverişli  şərait 
yaratdı. Filmlərin,  ədəbi  əsərlərin istehsalı, o cümlədən televiziya, video yazı kimi yeni texniki sahələrin 
yaranması dünyada ən ilkin və görülməmiş hadisələrdən idi. ABŞ-nın qazandığı bu nailiyyətlər Avropanın digər 
ölkələrinə eksport edilməyə başlamışdır. 
Tarixin son dövrlərində ABŞ heç zaman hərbi  əməliyyatların məkanına çevrilməmiş, qəsp edilməmiş, 
buradakı  əhali nə soyuq, nə  də aclıqdan çətinlik çəkməmişdir. Ona görə  də bu dövlətin  əsas diqqəti ölkənin 
iqtisadiyyatının, sənayesinin inkişafına yönəldildi. Bunun əsasında mədəniyyətdə yeni sahə və formalara əsaslı 
şərait yarandı. 
1948-ci il yanvarın 27-də ABŞ-da «Smit-MundT qanun» adını alan informasiya mədəniyyət mübadiləsi 
haqqında qanun imzalandı.  
Təbii ki, Avropaya təşrif aparmış Amerikalılar – hərbi işçilər, biznesmenlər, müxtəlif sahələr üzrə 
məsləhətçilər, təbliğatçı  və turistlər özləri ilə Avropaya «yüngül», bayağı  ədəbiyyat, qəzet, videodisklər, 
əyləncəli filmlər, reklam prospektləri kimi kütləvi mədəniyyət nümunələri də aparırdılar. Tezliklə bu 
kompaniyaya ABŞ-ın İnformasiya Agentliyi də (1953-cü ildə yaranıb) qoşuldu. 
Kütləvi mədəniyyət estetikasının ilk və  həqiqi təşəbbüskarı Hollivud oldu. Hollivud kino əsərlərinin 
konveyer üsulunu ilk dəfə həyata keçirərək yaradıcı istedadların kommersiya rəqibi əsasında yarışlarını yerinə 
yetirir. Hollivud filmlərinin əsas süjetini Amerika həyat tərzinin ideallaşdırılması təşkil edir. Bu kinonun digər 
ana xəttini, ideallaşdırılmış amerikanizmin romantik tərəfini kovboy filmləri, vesternlər təbliğ edir. Daha çox 
əyləncəvilik janrına xidmət edən bu kinolar kommersiya məqsədli olub, macəra, qayğısız,  şən  əhval-ruhiyyə 
məzmunludur. 
«Hollivudlaşma» yavaş-yavaş kitab nəşri, mətbuat və  rəngkarlıq, musiqinin reproduksiyasına da nüfuz 
edir. Bütün bunlar kütləvi mədəniyyət sahiblərinin tələblərinə tam cavab verir. Bonn ideoloji mərkəzinin rəhbəri 
Hans Yan bu haqda öz fikrini aşağıdakı kimi ifadə etmişdir: «İnsanın təfəkkür prosesini o dərəcədə 
yüngülləşdirmək lazımdır ki, sonda o, bundan tam azad olsun». 
Hal-hazırda Avropa mədəni bazarı Hollivud filmləri, Amerika kitabları, musiqisi, televiziya, radio 
proqramları ilə zəngindir. Amerika ideyaları kütləvi kommunikasiyanın çoxsaylı informasiya kanalları vasitəsilə 
həyata keçirilir. Xüsusilə reklam işində Amerikalı konsernlər əyani şəkildə üstünlük təşkil edirlər. Dünyada hər 
10 məşhur iri reklam agentliklərindən yeddisi məhz ABŞ-a məxsusdur. 
YUNESKO-nun apardığı hesablamalara görə, dünya televiziya proqramlarının ümumi həcminin 75%-i, 
informasiyanın 65%-i, kinofilmlərin 50%-i, video və audio kassetlərinin 60%-i, kommersiya informasiyasının 
89%, ticarət reklamlarının 65%-i məhz ABŞ-a aiddir. 
Vətəni  əsasən ABŞ hesab edilən kütləvi mədəniyyət bütün dünya ölkələri mədəniyyətində  də 
özünəməxsus mövqeyə malikdir. Bu cəhətdən Azərbaycanda da kütləvi mədəniyyət özünü müxtəlif formalarda 
təzahür etdirməkdədir. Bu problemi öz tədqiqat obyektinə çevirən gənc alim Vagif Gərayzadə Azərbaycanda 
kütləvi mədəniyyətin tipologiyasının milli incəsənətin bir sıra növlərində təzahürünü sübut edir.  
Azərbaycanda incəsənətin ən kütləvi növü kimi teatr mühüm əhəmiyyət kəsb etməyə başlayır. Hələ XIX 
əsrin 70-ci illərində Azərbaycan kütlələrinin mənəvi mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaranır. Sosial-
iqtisadi inkişafdakı yeni tendensiyalar Azərbaycanın teatr həyatında  əks olunmağa başlayır. Köhnə feodal 
klerikal mədəniyyətin mövqeyi nə  qədər möhkəm olsa da, Azərbaycan teatrı öz üzünü kütlələlrə çevirə bildi. 
Məhz teatr incəsənəti sayəsində Azərbaycan yavaş-yavaş Avropa mədəniyyətinə qoşula bildi. Milli teatrın kökü, 
mənşəyi hələ lap qədimlərə aid olunduğundan ilk xalq adət və  ənənələri, səhnə oyunları, təqvim mərasimləri 
əslində kütləvi xarakter daşımış  və beləliklə kütləvilik, xəlqilik elementləri tarixən Azərbaycan teatrının 
mahiyyətini  əks etdirmişdir. Xalq əyləncələri təkcə tamaşa və ya komikliyinə görə deyil, həm də sosial 
istiqamətliliyinə görə kütləvi xarakter daşımışdır. Milli incəsənətimizdə xalq teatrının kütləvi formaları kimi 
kukla tamaşaları, şəbeh və ya meydan teatrları digər kütləvi xarakterli sənət növləri – mahnı, rəqs melodiyaları, 
muğam, faciə xarakterli ağılarla müşayiət olunurdu. 
Görkəmli Azərbaycan maarifpərvər xadimləri H.Zərdabi, M.F.Axundov, N.B.Vəzirov, N.Nərimanov və 
başqaları teatrın məhz bu xüsusiyyətini – kütləviliyini yüksək qiymətləndirərək onun yayılmasını  təbliğ 
edirdilər. Qısa tarixi arayışdan bir daha aydın olur ki, ən kütləvi sənət növü kimi teatr Azərbaycan 
mədəniyyətinin  ən spesifik sahələrindən birini təşkil edir. Bu sənət növünün kütləvilik xüsusiyyətinin nəzərə 
alınması  şərtilə milli dramaturqlarımız bu kütləvi sənət növünün bir sıra yeni formalarını – tamaşa-mitinq, 
konsert-mitinq, xatirə-tamaşalar yaratmışlar. Digər tərəfdən, Azərbaycanda kütləvi tamaşaların geniş vüsəti də 
teatr sənətinin ölkəmizdə  təbliğinin nəticəsi kimi qiymətləndirilir. Kütləvi tamaşalar Azərbaycanda ictimai-
sosial məzmun daşısa da o, xalqın ictimai və milli şüurunun formalaşmasınqda tərbiyəvi əhəmiyyət kəsb edir. 
Kütləvi tamaşaların milli mədəniyyətimizə  gərəkliliyini və aktuallığını  nəzərə alaraq bu sahə üzrə ixtisaslı 
mütəxəssislərin, rejissor, prodüserlərin hazırlanması  məqsədilə Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət 
Universitetində eyni adlı ixtisas fakültələri fəaliyyət göstərir. Hər il bu ixtisas üzrə onlarla ali təhsilli mütəxəssis 
praktikaya cəlb olunur. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

:

upl -> books -> pdf
pdf -> Cəlil Cavanşir
pdf -> Cəlil Cavanşir
pdf -> Artur Konan Doyl
pdf -> Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc
pdf -> 1989 – 2014-cü illәr arasında “Xәzәr” dünya әdәbiyyatı jurnalında vә “Yol” әdәbi–bәdii qәzetindә
pdf -> Artur Konan Doyl detektiV ÖLÜM
pdf -> Az ərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu
pdf -> Hər suala bir cavab


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


d--vse-nazvannoe--4-.html

d--vse-otveti-vernie--.html

d--w--thomas-department-6.html

d--yetki---genelde-her.html

d--z--ajguzhinova-2.html