1 ... 19 20 21 22 23 24 25 26 ... 64

Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev - səhifə 23

səhifə23/64
tarix18.07.2018
ölçüsü6.65 Kb.
növüDərs

53
53
Versal  müqaviləsi  digər  məğlub  dövlətlərlə  imzalanan  müqavilələrlə  tamamlandı. 
Avstriya ilə 1919-cu ildə 

Sen Jermen,

 Bolqarıstanla 

Neyi,

 1920-ci ildə Macarıstanla 

Trianon

 müqavilələri imzalandı. Bu müqavilələrə görə, onlar ərazilərinin bir hissəsini 
qonşu dövlətlərə verməli, Almaniya kimi hərbi qüvvələrini məhdudlaşdırmalı və təzmi-
nat ödəməli idilər.
Antanta dövlətləri bir neçə əsrdir dövlətlərarası münasibətlərdə problem olan “Şərq 
məsələsi”ni də qəti olaraq həll etmək istəyirdilər. Osmanlı dövlətinin parçalanmasını 
nəzərdə tutan bu məsələnin müzakirəsində İngiltərə və Fransa arasında mövcud olan 
ziddiyyətlər  bu  dövlətlə  müqavilənin  imzalanmasını  gecikdirdi.  1920-ci  ildə  Osmanlı 
dövləti  ilə  bağlanan 

Sevr  müqaviləsində

  daha  ağır  şərtlər  nəzərdə  tutulurdu.  Os-
manlı dövlətinin əraziləri İngiltərə, Fransa, İtaliya və Yunanıstan arasında bölüşdürü-
lürdü. Lakin 

Mustafa Kamalın

 başçılığı ilə türk xalqı istiqlal müharibəsinə başladı.
Paris  konfransında  dövlətlərarası  münasibətlərin  yenidən  qurulmasında  millət 
amili  əsas  rol  oynadı.  Bu  münasibətlər  artıq  güc  tarazlığı  ilə  deyil, 

millətlərin  öz 


müqəddəratını  təyin etmə  prinsipi

 
ilə  tənzimlənirdi.  Bu  hər  bir  xalqın 
müstəqil  dövlət  yaratma  hüququnun 
tanınması demək idi. Konfransın nəti-
cəsində,  xüsusilə,  Avropa,  Yaxın  və 
Orta Şərqdə sərhədlər dəyişdi. Alma-
niya,  Avstriya-Macarıstan,  Osmanlı 
və Rusiya imperiyaları dağıldı. Avstri-
ya-Macarıstan  imperiyasının  parça-
lanması  nəticəsində  onun  ərazisində 
yeni  dövlətlər  – 

Çexoslovakiya  və 


Serb- Xorvat   -Sloven  krallığı

  (sonra-
lar  Yu qos laviya)  yaradıldı.  Həmçinin 
onun, keçmiş Almaniya və Rusiya im-
periyalarının  ərazisində  isə 

Polşa

 
dövləti  yaradıldı.  Xalqların  müqəddə-
ratını  təyin etmə  hü qu qu  tanınarkən 
yeni  milli  azlıqlar  prob le mi  yarandı. 
Beləliklə,  milli  azlıq  mə  sələsi  və  mil-
lətçilik  müharibədən  son ra  da  sülh 
üçün təhlükə olaraq qal dı. Konfransın 
mühüm nəticələrindən biri dövlətləra-
rası mü  nasibətləri sülh yolu ilə həll et-
mək üçün 

Millətlər Cəmiyyətinin

 ya-
radılması  oldu.  Lakin  məğlub 
döv lətlər və Sovet Rusiyası bu təşkilata qəbul edilmədilər.

Ziddiyyətlər və "cəzalandırıcı sülh".


 Paris konfransı qalib dövlətlər arasında zid-
diyyətlərin olduğunu göstərdi. Məğlub olanlar da, qalib gələnlər də sülh müqavilələrin-
dən narazı idilər. Yaxın Şərqin bölüşdürülməsi və digər məsələlərdə İngiltərə və Fran-
sa  arasında  narazılıq  yarandı.  Fransa  öz  təhlükəsizliyi  üçün  önəmli  hesab  etdiyi 
nəticəyə nail olmadı. İtaliya müharibə dövründə gizli müqavilə ilə ona vəd edilmiş əra-
ziləri  ala  bilmədiyindən  narazı  qalmışdı.  Avropada  qüvvələr  tarazlığını  saxlamaq 
istəyən ABŞ Almaniyanın tamamilə zəiflədilməsini istəmirdi. Ona görə də İngiltərə və 
Fransanın  güclənməsinə  mane  olmaq  məqsədilə Almaniya  və  Osmanlı  dövlətindən 
alınmış torpaqların Millətlər Cəmiyyətinin mandat sistemi əsasında idarə edilməsi tək-

Versal müqaviləsini tənqid edən alman ka-


rikaturası: gilyotinin bıçağına bağlı ipi tutan 


Klemanso, solda Vilson, sağda Lloyd Corc. 


"Simplissimus"  jurnalı. 1919


1. Sizcə, məhkum kimi təmsil  edir? 
2. Karikaturanın ideyası nədir? 

?


  LAYİHƏ



54
54
lifini irəli sürdü. ABŞ həmçinin Yaponiyanın da Uzaq Şərqdə möhkəmlənməsinin qar-
şısını almaq istəyirdi. Millətlər Cəmiyyətinə üzvlük ABŞ-ın ənənəvi təcridçilik siyasə-
tinə zidd olduğuna görə Senat Versal müqaviləsini ratifikasiya etmədi. Nəticədə, ABŞ 
Mil lətlər Cəmiyyətindən kənarda qaldı.
Almaniyanın müstəmləkələri və Osmanlı dövlətinin tərkibində olan Orta Şərqdəki 
Ərəb torpaqları 

“Mandat rejimi”

 adı altında bəzı qalib dövlətlərə verildi. Bununla da, 
müstəmləkələr məsələsi İngiltərə, Fransa və Yaponiyanın xeyrinə həll edildi. Onlar Al-
maniyanın  Afrika  və  Sakit  okeandakı  müstəmləkələrini,  Osmanlı  dövlətinin  Yaxın 
Şərqdəki  ərazilərinə  nəzarəti  ələ  keçirdilər.  İngiltərə  və  onun  dominionları,  Fransa, 
Belçika və Yaponiya mandat sahibi oldular. Müstəmləkələr A, B və C kateqoriyalarına 
bölündülər.  Mandat  sahibi  olan  dövlət  A  və  B  kateqoriyasına  daxil  edilmiş  ölkələri 
müstəqilliyə hazırlamalı idi. C kateqoriyasına daxil edilmiş ərazilər isə mandat sahibi 
olan dövlətin mülkü hesab edilirdi. Əslində, mandat rejimi qalib dövlətlərin ərazi ilhaq 
etmələrinin bir alternativi oldu.

Paris  konfransının  nəticələri. 


Paris  sülh  konfransı  uzunmüddətli  sülhün  təmin 
edilməsinə deyil, məğlub dövlətlərin cəzalandırılmasına yönəlmişdi. Müharibənin təq-
sirkarı elan edilən Almaniyaya hərbi qüvvə saxlamaq qadağan olundu. Almaniya əra-
zilərinin  bir his səsini,  bütün  müstəmləkələ-
rini  itirdi  və  son  dərəcə  ağır  iqtisadi 
sank  siyalara mə  ruz qaldı. O, eyni zamanda 
müharibə  təzminatı  da  ödə  məli  idi.  Bu  və 
Versal mü qavilə sinin digər ağır şərtləri son-
ralar  –  1920-ci  illərdə  Almaniyada  millətçi 
siyasi qrupların fəallaşmasına səbəb oldu.
Versal və digər məğlub dövlətlərlə bağ-
lanan  müqavilələrin  əsaslandığı  "14  mad-
də" prinsiplərinin həyata keçirilməsində ikili 
standart  yeridilirdi.  Bu  prinsiplər  Avropada 
müəyyən  dərəcədə  həyata  keçirilsə  də, 
Asiya, Afrika və bəzi Amerika xalqlarına şa-
mil edilmədi. Müharibədə İngiltərə ordusun-
da vuruşan Hindistan xalqlarına müstəqillik 
verilmədi.  Müharibə  dövründə  Osmanlı 
döv lətinə qarşı üsyan qaldırmaq müqabilin-
də ərəblərə verilən vədlər yerinə yetirilmə-
di. İraq və Misir mandat əsasında İngiltərə-
nin  nəzarətində  qaldı.  Suriya  Fransanın 
nəzarətinə verildi. Çinin bir hissəsi və Kore-
ya Yaponiyanın tərkibində qaldı. Təcridçilik 
siyasəti  yeridən  ABŞ-ın  Millətlər  Cəmiyyə-
tinə  daxil  olmaması  və  Sovet  Rusiyasının 
kənarda qalması da Versal sisteminin zəifli-
yini göstərirdi. Bütün bu ziddiyyətlər sonra-
lar müasir dövrümüzə qədər təsirləri davam 
edən  yeni  münaqişələrin  yaranmasına  sə-
bəb oldu.

Vaşinqton  konfransı.


 Avropa, Afrika  və 
Yaxın Şərqdə məsələlər həll edildikdən son-

Versal müqaviləsinin bəzi şərtləri: 


Maddə 51.

 …1871-ci il Frankfurt müqavilə-
si ilə Almaniyaya verilən ərazilər …yenidən 
Fransa hakimiyyətinə keçmişdir. 
 

Maddə 231.

 Almaniya özünün və müttə-
fiqlərinin təcavüzkar olduğu səbəbi ilə 
Antanta dövlətlərinin məruz qaldığı bütün 
zərərlərdən məsuliyyət daşıdığını qəbul edir.  

Maddə 232.

 Antanta dövlətləri öz mülki 
əhalisinə və onların əmlakına dəyən bütün 
zərərlərin ödənilməsini tələb edir və 
Almaniya bu təzminatı ödəməyi qəbul edir.
Versal  müqaviləsinin  Almaniya  üçün 
daha ağır şərti hansı ola bilərdi? Sə-
bəbini əsaslandırın.

?


“Müharibəni nəticələndirən sülh 
Avropanın ən güclü iki dövlətini əhatə 
etmirdi: Almaniya və Rusiyanı. Bu ölkələr 
Avropanın əhalisinin yarıdan çoxunu və ən 
böyük hərbi potensialını təşkil edirdi. Yalnız 
bu həqiqət belə Versal sistemini uğursuzlu-
ğa məhkum edə bilərdi”.

H.Kissencer. “Diplomatiya”, səh. 258


Versal müqaviləsinin uğursuzluğunda 
han sı  amil  əsas  hesab  edilir?  Bu 
hansı səbəblərlə əsaslandırılır?

?


  LAYİHƏ



:

noduploads -> book
book -> DersliK 9-az new indd
book -> Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri
book -> Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Microsoft Word fiz-9 mv az capa docx
book -> L Dərslik komplektinin ümumi prinsipləri
book -> Microsoft Word info-9 mv-aqsh doc


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


daprs-lenqute-par.html

daqnlar--ekomiqrasiya-v.html

daqram2-5-.html

dar---rvan-trklrnn-db.html

dar-1-a-pardaezlid--.html