1 ... 35 36 37 38 39 40 41 42 ... 64

Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev - səhifə 39

səhifə39/64
tarix18.07.2018
ölçüsü6.65 Kb.
növüDərs

86
86

ABŞ-ın müharibəyə daxil olması.


 ABŞ müharibənin əvvəllərində bitərəflik siyasə-
ti yürüdürdü. Lakin hələ 1941-ci ilin martında qəbul edilmiş 

Lend-Liz

 (borc və kirayə) 

qanunu

 ilə ABŞ-ın təhlükəsizliyi üçün vacib hesab edilən dövlətlərə yardım edilirdi. 
Bu  qanun  əvvəl  Böyük  Britaniyaya,  sonralar  isə  SSRİ-yə  şamil  olundu.  1941-ci  ilin 
avqustunda Böyük Britaniyanın Baş naziri 

Uinston Çörçill

 və ABŞ prezidenti 

Franklin 


Ruzvelt 

Atlantik okeanında hərbi gəmidə görüşdülər. Nəticədə, faşist blokuna qarşı 
müharibənin məqsədlərini və gələcəkdə sülhün prinsiplərini müəyyən edən 

Atlantik 


xartiyasını

 imzaladılar. Sənəddə hər iki dövlət başqa əraziləri işğal etmək istəmədik-
lərini, hər xalqın öz müqəddəratını təyin etmək, faşist diktatorluqlarının süqutundan 
sonra bütün xalqların öz ərazilərində sülh şəraitində yaşamaq hüququnu tanıdıqlarını 
elan etdilər. Həmçinin bütün dövlətlərin hərbi qüvvə istifadə etməkdən əl çəkməli ol-
duqlarına inandıqlarını bildirdilər.
Böyük Britaniya və ABŞ SSRİ-yə İran ərazisi vasitəsilə yardım edə bilirdi. Digər 
yollar  Murmansk,  Vladivostok  və  Qara  dəniz  boğazları  idi.  Lakin  ilk  iki  liman  geniş 
yardım üçün əlverişli deyildi. Türkiyə isə bitərəf olduğundan müharibə edən tərəflərə 
Boğazları bağlamışdı. Həmçinin Egey adaları alman işgalı altında olduğuna görə müt-
təfiq gəmilərinin buradan keçməsi mümkün deyildi. Ən əlverişli yol olaraq İran qalırdı. 
Lakin İran buna imkan vermək istəmədi. Buna görə Böyük Britaniya və SSRİ 1941-ci 
ilin avqustunda İranı ələ keçirərək burada hakimiyyət dəyişikliyi etdi. İran nüfuz böl-
gələrinə ayrıldı. İranın şimalı sovet, cənubu isə ingilis nüfuz dairəsinə çevrildi.
1941-ci ilin dekabrında Yaponiya təyyarələri 

Pörl-Harborda

 (Havay adaları) olan  
ABŞ  hərbi  bazasına  zərbə  endirdi. Almaniya  da ABŞ-a  müharibə  elan  etdi. ABŞ-ın 
müharibəyə daxil olması siyasi dönüş nöqtəsi oldu. Hərbi əməliyyatlar şərqə və Sakit 
okeana yayıldı. Müharibə, sözün əsl mənasında, dünya müharibəsinə çevrildi. ABŞ, 
SSRİ və Böyük Britaniya başda olmaqla, 26 dövlət 1942-ci ilin yanvarında Atlantik xar-
tiyasının əsasında 

Birləşmiş Millətlər bəyannaməsini

 imzaladılar və faşist blokuna 
qarşı əməkdaşlıq edəcəklərini bildirdilər. Beləliklə, müharibədən sonra qurulacaq olan 

Birləşmiş Millətlər Təşkilatı

nın yaradılmasında ilk addım atılmış oldu.

Faşist blokunun üstünlüyünün zirvə nöqtəsi.


 1942-ci ilin əvvəlləri faşist bloku-
nun üstünlüyünün zirvə nöqtəsi oldu. Həmin ilin yazında Qafqazı və Bakı neftini ələ 
keçirmək  üçün  hücuma  başlandı. Alman  qoşunu  Volqa  çayına  çatdı  və  Stalinqradı 
mühasirəyə aldı. Lakin Sovet qoşunu almanların böyük iqtisadi və strateji əhəmiyyəti 
olan Bakıya yaxınlaşmasına imkan vermədi.
1.  Nə üçün Almaniyanın Polşaya hücumu dünya hərb tarixinə “İldırımsürətli müharibə” kimi 
daxil olmuşdur? 
2.  SSRİ-nin Millətlər Cəmiyyətindən çıxarılmasına səbəb nə idi?
3.  Nə üçün müharibənin ilk dövrünü “Qəribə müharibə” adlandırırdılar?
4.  Hitler Dünkerkdə mühasirədə olan ingilis-fransız qoşununun Böyük Britaniyaya keçməsinə 
nə üçün imkan verdi? 
5.  Almaniyanın Böyük Britaniyanı məğlub edə bilməməsi hansı amillərlə bağlı idi? Sizcə, bu, 
müharibənin gedişinə təsir göstərdimi?
6.  ABŞ-ın müharibəyə daxil olması müharibənin gedişinə necə təsir göstərdi?
7.  Alman qoşununun Moskva yaxınlığında dayandırılmasının səbəblərini izah edin.
8.  Avropada, Afrikada və Uzaq Şərqdə hərbi əməliyyatların gedişinə aid sinxron cədvəl tərtib 
edin.
SUAL VƏ TAPŞIRIQLAR

  LAYİHƏ



87
87

Müharibədə dönüş. 


ABŞ, İngiltərə və SSRİ arasında diplomatik danışıqlar nəticə-
sində əvvəlcə Almaniyanın məğlub edilməsi, faşist blokunun qeyd-şərtsiz təslim olması 
razılaşdırıldı. Lakin fikir ayrılıqları qalırdı. Stalin Almaniyanı iki cəbhədə vuruşmağa məc-
bur etmək üçün 1942-ci ildə Avropada ikinci cəbhənin açılmasını istəyirdi. 

Antihitler ko-


alisiyasının

 yaranması və möhkəmlənməsi müharibənin gedişinə təsir göstərdi. Lakin 
ABŞ və İngiltərə hələ ikinci cəbhənin açılması 
üçün  şərtlərin  uyğun  olmadığını  irəli  sürərək 
Almaniyaya  qarşı  yalnız  hava  hücumlarından 
istifadə edirdilər.
1942-ci ilin yayından başlayaraq faşist blo-
ku nun hücumlarının bütün cəbhələrdə qarşısı 
alındı. Sakit okeanda Mərcan adalarındakı dö-
yüşlərdə Yaponiyanın Avstraliyanı işğal etmək 
təhlükəsinin qarşısı alındı. 

Miduey döyüşündə 


1942-ci ilin yayından etibarən faşist bloku üstün-
lüyü  tədricən  itirməyə  başladı.  Bütün  cəbhələrdə 
antifaşist bloku qələbələr qazanmaqda idi. Müttə-
fiqlərin diplomatik, iqtisadi səylərini birləşdirməsi 
qələbəni təmin etdi. Lakin bu qələbə böyük insan 
tələfatı və iqtisadi itkilər hesabına əldə edildi.

MÜHARİBƏDƏ DÖNÜŞ VƏ FAŞİST 


BLOKUNUN MƏĞLUBİYYƏTİ


▪ Antihitler koalisiyası 


▪ Miduey döyüşü 


▪ Əl-Alameyn döyüşü 


▪ Stalinqrad döyüşü


▪ Müharibə iqtisadiyyatı


▪ "Qələbə proqramı"


▪ Beyin müharibəsi 


▪ Tehran konfransı 


▪ Krım konfransı 


▪ Potsdam 


   konfransı


▪ Holokost


AÇAR SÖZLƏR


16


Diaqramları təhlil edin. Əhali itkisi müharibədən sonra dünyanın sosial-iqtisadi vəziyyə-
tinə necə təsir göstərə bilərdi?

?


Miduey döyüşü


SSRİ
Çin
Polşa
İndoneziya
Yuqoslaviya
Fransız Hind-Çini
Fransa
Böyük Britaniya
ABŞ
Litva
Çexoslovakiya
Yunanıstan
Birma
Latviya
Almaniya
Yaponiya
Rumıniya
Macarıstan
İtaliya
Digərləri
0 milyon
Əsgər itkisi
Ümumi itki
Mülki əhali itkisi
12 milyon
24 milyon 
58%
Antifaşist bloku – 
mülki (əhali)
Antifaşist 
bloku – 
(əsgər)
Faşist 
bloku – (əsgər)
Faşist 
bloku – mülki 
(əhali)
25%
13%
4%

İkinci Dünya müharibəsində itkilər


  LAYİHƏ



:

noduploads -> book
book -> DersliK 9-az new indd
book -> Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri
book -> Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Microsoft Word fiz-9 mv az capa docx
book -> L Dərslik komplektinin ümumi prinsipləri
book -> Microsoft Word info-9 mv-aqsh doc


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


dar-borai-ifzi-hok-ahbori.html

dar-dncllr---fxslxgghpxn.html

dar-geymlrdar-alvarlar-.html

dar-kishvari-soibistiloli.html

dar-ma-ye-shes---sinyaya.html