1 2 3 4 5 6 7 8 9 ... 64

Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev - səhifə 5

səhifə5/64
tarix18.07.2018
ölçüsü6.65 Kb.
növüDərs

13
nin daxil olduğu Göm  rük İt tifaqı yaradıldı. Lakin xaricdən, xüsusilə Böyük Britaniyadan 
sənaye mallarının axını, əhalinin alıcılıq qabiliyyətinin aşağı olması və bir sıra xammal 
növlərinin çatışmaması sənayenin inkişafını ləngidirdi.
Napoleon Fransası ilə müharibədən sonra Almaniyanın siyasi cəhətdən birləşdirilmə-
si uğrunda genişlənmiş hərəkatda tələbə gənclər daha fəal idilər. Onlar mürtəce siyasi 
xadimlərə qarşı terrordan istifadə edirdilər. Hakimiyyət orqanları buna cavab olaraq onla-
ra qarşı sərt cəza tədbirləri tətbiq etdilər. Müxalif siyasi xadimlərin bəziləri ölkəni tərk et-
mək  məcburiyyətində  qaldılar.  Liberal  müxalifət  1848–1849-cu  illər  burjua-demokratik 
inqilabları dövründə vahid dövlətin yaradılmasına nail olmaq üçün Frankfurt-Mayn şəhə-
rində ümumalman parlamentini topladı. 

“Professorlar parlamenti”

 də adlandırılan bu 
məclisdə Almaniyanın birləşdirilməsinin “Kiçik Almaniya”, yəni Avstriyanın iştirakı olma-
dan  və  “Böyük  Almaniya”,  yəni  bütün  alman 
dövlətlərinin  iştirakı  ilə  iki  fərqli  yolu  müzakirə 
edildi.  Öz  hakimiyyətlərindən  imtina  etmək 
istəməyən alman monarxları parlamentin qəbul 
etdiyi  və  ölkənin  siyasi  birliyini  nəzərdə  tutan 
konstitusiyanı  rədd  etdilər.  Bundan  sonra  – 
1849–1850-ci illərdə Prussiyanın Avstriyanı kə-
narlaşdırmaq  və  Almaniya  İttifaqını  yenidən 
qurmaq səyləri Rusiyanın kəskin müqaviməti ilə 
üzləşdi. 

“Olmyuts təhqiri”

 Prussiyanın Almaniyada hegemonluq iddialarına hələlik zər-
bə vursa da, “Kiçik Almaniya” planının tərəfdarlarının sayı artdı. 1850-ci illərdə Prussiya 
iqtisadi və hərbi cəhətdən xeyli gücləndi. Rusiyadan asılı olan Avstriya Almaniyada nüfu-
zunu itirməyə başladı.

Almaniya imperiyasının təşkili.


 Prussiyada konstitusiya böh-
ranı ilə əlaqədar hökumətin başçısı təyin edilən 

Otto fon Bismark

 
Almaniyanın birləşdirilməsi üçün əvvəlcə Rusiyanın bu məsələdə 
bitərəfliyinə nail oldu. Danimarka kralının Şlezviq və Holşteyndə 
siyasətini kəskin ittiham edən Bismark 1864-cü ildə Prussiyanın 
Danimarkaya qarşı müharibəsində Avstriya və digər alman dövlət-
lərinin öz müttəfiqləri kimi iştiraklarını təmin etdi. Qalib gəldikdən 
və  həmin  ərazilər  Danimarka  krallığından  geri  alındıqdan  sonra 
onların  idarəçiliyi  ilə  bağlı  Avstriya  ilə  yaranmış  mübahisədən 
bəhanə kimi istifadə edən Prussiya 1866-cı ildə bu dövlətə qar-
şı müharibəyə başladı. Alman dövlətlərini qarşı-qarşıya qoyan bu 
müharibəni bəzən “Almaniya-Almaniya”, “40 günlük”, “7 həftəlik” 
müharibələr də adlandırırlar. Müharibədə İtaliya krallığı ilə birlikdə qalib gələn Prussiya 
Avstriyanı Almaniya İttifaqını tərk etməyə məcbur etdi və 22 alman dövləti ilə birlikdə 
Şimali Almaniya İttifaqını yaratdı. 1867-ci ildə 
qüvvəyə  minən  Konstitusiya  Prussiyanın  İtti-
faqda hökmranlığını təsbit edirdi.
1870-ci ilin iyulunda Bismark Fransa impe-
ratoru  III  Napoleonu  müharibəyə  təhrik  etdi. 
Prussiya müharibədə digər alman dövlətlərinin hərbi yardımından istifadə edərək qalib 
gəldi. Cənubi Almaniyanın 4 dövləti Şimali Almaniya İttifaqına daxil olduqdan sonra 
1848–1849-cu illər inqilabları dövründə Almaniyanın vahid dövlət halında birləşdirilməsi 
nə üçün mümkün olmadı?

?


“Professorlar parlamenti”

 – Məclisin belə 
adlandırılmasının  səbəbi  buraya  seçilmiş 
49  professorun  Məclisin  işində  fəal  iştirak 
etməsi ilə bağlı idi.

“Olmyuts  təhqiri”

  –  Prussiya  ilə  Avstriya 
arasında  yaranmış  növbəti  münaqişəyə 
müdaxilə edən Rusiya imperatoru I Nikolay 
1850-ci  il  noyabrın  29-da  Çexiyanın  Olm-
yuts şəhərində Prussiyanı iddialarından im-
tinaya məcbur edən saziş imzalatdırmışdı.

Prussiyada konstitusiya böhranı

 – 1860–
1862-ci illər də Prussiyanın nümayəndəli qa-
nunverici  or qanı  (landtaq)  hökumətin  hərbi 
islahatını maliyyələşdirməkdən imtina etdiyi 
üçün kral ilə münaqişə yaranmışdı.

Otto fon Bismark


  LAYİHƏ



14
1870-ci ilin dekabrında İttifaq Almaniya imperiyası  
adlandırıldı.  1871-ci  il  yanvarın  18-də  (Prussiya-
nın  1701-ci  ildə  krallıq  elan  edildiyi  gün)  Versal-
da “Müqəddəs Roma imperiyası”nın bərpası elan 
olunsa da, yeni yaradılmış dövlət Almaniya impe-
riyası və ya II İmperiya (reyx)
**
 adlanırdı. Prussiya 
kralı,  Hohensollerlər  sülaləsindən  olan  I  Vilhelm 
imperator elan edildi.

Almaniya  imperiyası  XIX  əsrin  sonu  –  XX 


əsrin əvvəllərində.


 1871–1890-cı illərdə imperi-
ya hökumətinin başçısı (kansler) olmuş Bismarkın 
imperiyanın  təşəkkül  tapmasında  böyük  xidmət-
ləri  da nılmazdır.  Bismark  vahid  pul,  çəki,  ölçü, 
bank,  poçt,  məhkəmə  qanunvericiliyinin  tətbiqi, 
proteksionist siyasət, fəhlə qanunvericiliyi, katolik 
kilsəsinin  nüfuzunun  sarsıdılması,  radikal  siyasi 
qüvvələrə qarşı sərt cəza siyasəti və s. tədbirlər-
lə Almaniyanın güclənməsinə nail oldu. XIX əsrin 
80-ci illərində Almaniyada sənaye çevrilişi başa çat-
dı. Yeni sənaye sahələri yaradıldı. Almaniya sənayesi texniki tərəqqinin yeni nailiyyət-
ləri ilə təchiz olunduğundan bu məhsullar rəqabətə daha davamlı idilər. 
XX əsrin əvvəllərində Almaniya sənaye inkişafının səviyyəsinə görə yalnız ABŞ-
dan geri qalırdı. Bu dövrdə  Almaniyada sosial-iqtisadi və inzibati-idarəçilik sahəsində 
həyata keçirilən islahatlar cəmiyyətdə artan sosial narazılığı qismən aradan qaldıra 
bildi.

İtaliya XIX əsrin I yarısında.


 XIX əsrin əvvəllərində İtaliya ərazisi yenidən Avropa 
dövlətlərinin  müharibə  meydanına  çevrildi.  İtaliyanın  yerli  dövlətlərinin  və Avstriyanın 
Fransa  ordularının  müdaxiləsinə  qarşı  apardıqları  uğursuz  müharibələr  nəticəsində 
ölkənin bir hissəsi fransız qoşunlarının işğalı altına düşdü. Yalnız Siciliya və Sardiniya bu 
işğaldan kənarda qaldı. 1802-ci ildə 
Napoleon  Bonapartın  başçılığı  ilə 
işğal olunmuş əraziləri əhatə edən 
İtaliya respublikası yaradıldı. Müha-
ribələr  təsərrüfatda  dağıntılara  sə-
bəb oldu. Fransız qoşunlarının zəbt 
edilmiş  ərazilərdə  apardıqları  ge-
nişmiqyaslı  müsadirələr  əhalinin 
vəziyyətini daha da ağırlaşdırdı. La-
kin yadelli işğalın İtaliya üçün bəzi 
faydaları da oldu. Burada müstəbid 
siyasi  rejimlər  devrildi,  feodal  qay-
daları  sarsıdıldı,  kilsə  torpaqları 
müsadirə  olundu,  daxili  gömrük 
sərhədləri aradan qaldırıldı. 1805-ci 
ildə fransız qoşunlarının işğal etdiyi 
** I imperiya (reyx) 962–1806-cı illərdə 
mövcud  olmuş  “Müqəddəs  Roma  im-
periyası” hesab edilir.    
Otto fon Bismarkın Almaniya tarixində rolunu necə qiymətləndirərdiniz?

?


İtaliya XIX əsrin birinci yarısında


"...Almaniya Prussiyanın liberaliz-
minə deyil, onun qüdrətinə baxır; 
qoy, Bavariya, Vürtemberq, Baden 
liberalizmə güzəştə getsinlər, lakin 
heç kim onlara Prussiyanın oynadı-
ğı rolu ayırmamışdır. Vyana müqa-
vilələrinə – traktatlarına əsasən, 
Prussiyanın sərhədləri onun sağlam 
dövlət həyatına yardım etmir; 
müasir dövrün böyük məsələləri  
çoxluğun nitqləri və qətnamələri ilə 
deyil –  bu, 1848 və 1849-cu illərin 
böyük səhvi idi – dəmir və qan ilə 
həll edilir..." 

O.Bismarkın Landtaqın büdcə 


komissiyasında çıxışından. 


30 sentyabr 1862-ci il


  LAYİHƏ



:

noduploads -> book
book -> DersliK 9-az new indd
book -> Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri
book -> Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Microsoft Word fiz-9 mv az capa docx
book -> L Dərslik komplektinin ümumi prinsipləri
book -> Microsoft Word info-9 mv-aqsh doc


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


dar-meullido-beure---6.html

dar-populyasiyalar-xtas.html

dar-soloi-2001-2009---az.html

dara-harabeleri.html

daraah-zagvarin-daguu.html