1 ... 39 40 41 42 43 44 45 46 ... 64

Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev - səhifə 43

səhifə43/64
tarix18.07.2018
ölçüsü6.65 Kb.
növüDərs

95
95
kəşf edilməsi və müxtəlif xəstəliklərə qarşı peyvəndlərin tətbiqi kütləvi insan ölümlərinin 
qarşısını almağa kömək etdi. 1921-ci ildə fizika sahəsində Nobel mükafatı alan 

Albert 


Eynşteyn

 nasistlər hakimiyyətə gəldikdən sonra Almaniyanı tərk etdi. O, 1939-cu ildə 
ABŞ prezidenti F.Ruzveltə məktub yazaraq faşist Almaniyasının atom bombası hazır-
lamaq istiqamətində çalışdığı haqqında xəbərdarlıq etmişdir. Məhz bu məktubun təsiri 
ABŞ-ı İkinci Dünya müharibəsində atom bombası hazırlamağa sövq etdi.
Sosial elmlər sahəsində də yeniliklər baş verdi. 

1929-cu ildə

 tarix elmində "Annal-
lar" (salnamələr) fransız məktəbinin meydana gəlməsi ilə ənənəvi tarix anlayışı dəyiş-
di. Artıq tarixin mərkəzində yalnız müharibələr, hökmdarların fəaliyyəti deyil, sosial-iq-
tisadi həyat və mədəniyyət də dayanırdı.

Kütləvi mədəniyyətə doğru.


 İngilis aktyoru 

Çarli Çaplinin

, sovet rejissoru 

Sergey 


Eyzenşteynin

 səssiz filmləri dünyada məşhur idi. 1920-ci illərin ikinci yarısından səsli 
filmlər yaradılmağa başlandı. Fotoqrafiya, çizgi filmi, kino kimi vizual sənət sahələrin-
də  gedən  inkişaf 

kütləvi  mədəniyyətin

  formalaşmasına  təsir  etdi. Yazılı  mətbuata 
fotolar əlavə olundu. Avropada “Tenten”, ABŞ-da “Supermen” kimi komikslər (şəkilli 
hekayələr) məhz bu dövrdə yaradıldı. Dünyadakı siyasi inkişafla əlaqədar olaraq film-
lərdən təbliğat vasitəsi kimi istifadə edilməyə başlandı. 

1923-cü ildə

 İngiltərədə yara-
dılan televiziya 1930-cu illərdə artıq evlərdə geniş istifadə olunurdu.

“Danışan mətbuat”.


 1920-ci illərdə səsin yazılmasını mümkün edən texniki inkişaf 
nəticəsində musiqinin dinlənmə arealı genişləndi. Radio 1920-ci illərdə geniş yayıldı, 
Avropa və ABŞ-da isə kütləvi media vasitəsinə çevrildi. Bununla da, 

“Danışan mətbu-


at”

 dövrü başlandı. Artıq radio siyasətin əsas təbliğat vasitəsi idi. O həmçinin klassik 
musiqi, caz və teatrın təbliğində də rol oynadı.

Mədəniyyət və siyasət.


 1920–1930-cu illərdə İtaliyada faşizm, Almaniyada nasizm, 
SSRİ-də  isə  bolşevizm  öz  məqsədlərinə  xidmət  etdirmək  üçün  mədəniyyətin  bütün 
sahələrini sərt nəzarət altına almışdı. 
Bu  dövrdə  dünyada  mədəniyyət  xadimləri  siyasi  müzakirələrdə  daha  fəal  iştirak 
etməyə başladılar. Bir çox alman ziyalıları nasizmi tənqid etdilər. Onların əksəriyyəti 
1933-cü ildə Hitler hakimiyyətə gəldik-
dən sonra ölkəni tərk etməyə məcbur 
qaldılar.  XX  əsr  rəssamlığında  dərin 
iz buraxmış sənətkarlardan biri 

Pablo 


Pikasso

 olmuşdur. Onun məşhur əsəri 
olan 

“Gernika”da

  İspaniyada  Vətən-
daş  müharibəsi  dövründə  alman  təy-
yarələri tərəfindən dağıdılmış Gernika 
şəhəri təsvir edilir. 
Mədəniyyətin inkişafında dövlətlər hansı rolları oynaya bilərlər?

!


Pablo Pikasso. "Gernika"


1.  Birinci Dünya müharibəsi mədəniyyətə necə təsir göstərdi?                                                      
2.  Sürrealizm üslubu nədir və hansı sahədə yaranmışdır?
3.  Respublika dövründə türk memarlığında hansı xüsusiyyət səciyyəvi idi?
4.  1920–1930-cu illərdə elm sahəsində baş vermiş yeniliklərə aid cədvəl tərtib edin.
5.  Birinci Dünya müharibəsindən sonra ədəbiyyatda hansı yeniliklər qeydə alınıb?
6.  Mədəniyyət və siyasətin qarşılıqlı əlaqələri haqqında müzakirə aparın.
7.  1920–1930-cu illərdə mədəniyyət sahəsində əldə edilmiş nailiyyətlərə aid zaman oxu 
tərtib edin.
SUAL VƏ TAPŞIRIQLAR

  LAYİHƏ



96
96

DÜNYA ÖLKƏLƏRİ İKİNCİ DÜNYA 


MÜHARİBƏSİNDƏN SONRA 


(1945–2017)


İkinci Dünya müharibəsindən sonra dünyanın siyasi və sosial-iqtisadi mən-


zərəsində  böyük  dəyişikliklər  baş  verdi.  Beynəlxalq  münasibətlərdə  yaranan 


Yeni Dünya düzəni XX əsrin ikinci yarısının xüsusiyyətlərini müəyyən etdi. Sosi-


alizm dünya sisteminə çevrildi, lakin əsrin sonlarında dağıldı. Soyuq müharibə 


dövründə  dünya  bir  neçə  dəfə  qorxunc  nüvə  müharibəsi  təhlükəsi  ilə  üz-üzə 


qaldı. 


İkinci Dünya müharibəsindən sonra dünya sivilizasiyasının müxtəlif sahələ-


rində  qlobal  dəyişikliklər  baş  verdi.  Qloballaşma  dövlətlər  və  xalqlar  arasında 


sərhədləri  aradan  qaldırmaqla  bərabər,  özünəməxsus  problemlər  də  yaratdı.  


Yeni etnik-dini münaqişələr baş verdi. Ekoloji problem dünyanın gələcəyi üçün 


təhlükəyə çevrildi.


Fələstinli uşaq tanka qarşı


  LAYİHƏ



97
97
1945-ci ilin aprelində F.Ruzveltin qəfil vəfatından sonra 
onu  bu  vəzifədə  vitse-prezident 

Harri  Trumen

  əvəz  et-
məyə  başladı.  “Yeni  xətt”i  davam  etdirən  Harri  Trumen 
Konqresə sonralar "Ədalətli xətt" adlandırılan geniş liberal 
islahatlar  proqramını  təklif  etdi.  Müharibədən  sonra  güc-
lənmiş iri kapital dairələri isə iqtisadiyyatın dövlət tərəfin-
dən tənzimlənməsi siyasətinə qarşı çıxaraq "prosperiti döv-
rü"nün  qaydalarına  qayıdılmasını  tələb  edirdilər.  1948-ci 
ilin prezident seçkilərində H.Trumen qalib gəldi. Minimum 
əməkhaqqının  artırılması,  sosial  sığorta  haqqında  qanu-
nun  əhatə  etdiyi  şəxslərin  sayının  çoxaldılması,  azgəlirli 
ailələr  üçün  mənzillərin  inşasının  maliyyələşdirilməsi 
haqqında qanunlar qəbul olundu. Soyuq müharibənin kəs-
kinləşməsi, SSRİ-nin atom casusluğu, Çində kommunist-
lərin hakimiyyətə gəlməsi ABŞ cəmiyyətində təlaş əhvalını 
gücləndirmişdi. Bu zaman ABŞ-da aparılan qatı antikom-
munist kampaniyası senator 

Cozef Makkartinin 

adı ilə makkartizm (1950–1954) adla-
nırdı. ABŞ əhalisini kommunist təhlükəsi ilə hədələyən senator və onun tərəfdarları 
azadfikirli insanlara qarşı genişmiqyaslı təqiblər aparırdılar. 
Koreya müharibəsinin həlledici təsir göstərdiyi 1952-ci 
ilin  prezident  seçkilərində  respublikaçıların  namizədi  ge-
neral 

Duayt Eyzenhauer

 qalib gəldi. Onun “dinamik mü-
hafizəkarlıq” adını almış daxili siyasəti iqtisadiyyata dövlət 
müdaxiləsinin zəiflədilməsini nəzərdə tuturdu. 
1950-ci illərdə ABŞ-da baş verən nəhəng elmi-texniki 
tərəqqi  yeni  sənaye  sahələrinin  yaranmasına,  işsizliyin 
azalmasına,  əhalinin  rifahının  yüksəlməsinə  səbəb  oldu. 
İstehsalın kompüterləşdirilməsi və avtomatlaşdırılması hə-
yata keçirildi. 1950-ci illərdə ABŞ-ın sənaye məhsullarının 
həcmi  müharibədən  əvvəlki  dövrlə  müqayisədə  üç  dəfə 
artdı. Kənd təsərrüfatının müasir səviyyəli texnika ilə təchi-
zatı  yaxşılaşdırıldı.  Şəhər  ətrafında  yaşamağa  üstünlük 
Sizcə, 1948-ci ilin prezident seçkilərində nə üçün H.Trumen qalib gəldi?

?


İkinci Dünya müharibəsindən sonra Qərb dövlətləri 
arasında əsaslı yerdəyişmə baş verdi. Qaliblər sırasın-
da müharibədən yalnız ABŞ iqtisadi və hərbi cəhətdən 
qüdrətli dövlət kimi çıxmışdı. ABŞ Qərb dünyasını so-
vet təcavüzündən müdafiə etməyi özünün başlıca missi-
yası elan etdi və tezliklə lider oldu. 

ABŞ


▪ “Ədalətli xətt”


▪ “Qara bəbirlər”    


▪ “Uotergeyt” 


▪ “Reyqanomika”


▪ “Obamakeyr”


AÇAR SÖZLƏR


18


Harri Trumen


Duayt Eyzenhauer


  LAYİHƏ



:

noduploads -> book
book -> DersliK 9-az new indd
book -> Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri
book -> Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Microsoft Word fiz-9 mv az capa docx
book -> L Dərslik komplektinin ümumi prinsipləri
book -> Microsoft Word info-9 mv-aqsh doc


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


darajalaribilanboglang--.html

daraq---mirzlyev-zaur.html

darazhasini-beruvchi-14.html

darbata-na-svetlina---bet-2.html

darbe-giriimi-ncesinde--.html