1 ... 40 41 42 43 44 45 46 47 ... 64

Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev - səhifə 44

səhifə44/64
tarix18.07.2018
ölçüsü6.65 Kb.
növüDərs

98
98
verən orta təbəqə və ixtisaslı fəhlə ailələri üçün bütün zəruri şəraiti olan evlərdən ibarət 
yeni yaşayış massivlərinin genişmiqyaslı inşasına başlanıldı. 1960-cı ildə ölkə əhalisi-
nin 
1
/
3
-ə qədəri burada yaşayırdı. Şəhərlilərin yarıdan çoxunun şəxsi evi, 72%-nin isə 
şəxsi avtomobili var idi.
İlk dəfə teledebatların keçirildiyi 1960-cı il prezident seçkilərində namizədlər arasın-
da “yeni hüdudlar” şüarını irəli sürən demokratların namizədi 

Con Kennedi

 qalib gəldi. 
O, iqtisadiyyatın idarə olunmasında dövlətin fəal iştirakının tərəfdarı idi. Əhalinin alıcılıq 
qabiliyyətinin yüksəldilməsi və geniş sosial proqramların həyata keçirilməsi üçün daxili 
siyasətdə dövlət xərcləri artırıldı. Ölkə tarixində inflyasiya ən aşağı həddə düşdü. Prezi-
dentin daxili və xarici siyasət fəaliyyətindən narazı olan cəmiyyətin mühafizəkar qrupları-
nın kəskin müqaviməti şəraitində Kennedi 
1963-cü  il  noyabrın  22-də  qətlə  yetirildi. 
Onu  prezident  vəzifəsində  əvəz  edən  və 
növbəti prezident seçkilərində qalib gələn

 


Lindon Conson

 yoxsulluğun aradan qal-
dırılması  və  ölkədə  “böyük  cəmiyyət”in 
qurulması məqsədilə geniş sosial islahat-
lar keçirdi: gəliri az olan şəxslərə tibbi xid-
mətin  göstərilməsi  təmin  edildi,  minimum 
əməkhaqqı artırıldı, gəlir vergisi azaldıldı.
ABŞ-da  afro-amerikalıların  irqi  ayrı -
seçkiliyə qarşı mübarizələri güclənmişdi. 1955-ci ildə 
Monthomeridə (Alabama ştatı) afro-amerikalılara qar-
şı şəhər nəqliyyatında irqi ayrı-seçkiliyə etiraz olaraq 

Martin Lüter Kinqin

 başçılığı ilə aparılan qeyri-zorakı 
mübarizə  uğurla  nəticələndi. Arkanzas  ştatı  irqi  ay-
rı-seçkiliyin  aradan  qaldırılması  üçün  konqresin  qa-
nunvericilik  aktlarını  qəbul  etməsinə  qarşı  çıxdıqda 
Eyzenhauer buraya qoşun yeritdi. Afro-amerikalıların 
“Qara  bəbirlər”  təşkilatına  rəhbərlik  edənlər  mövcud 
quruluşa qarşı silahlı mübarizənin tərəfdarı idilər. Ken-
nedinin irqi ayrı-seçkiliyə qarşı konqresə təqdim etdiyi 
qanunverici təşəbbüslər mühafizəkar qüvvələr tərəfin-
dən rədd edilsə də, prezident afro-amerikalı tələbələ-
rin universitetlərə buraxılmadıqları Missisipi və Alaba-
ma  ştatlarına  qoşun  yeritdi.  1960-cı  illərin  ikinci 
yarısında konqres irqi ayrı-seçkiliyin bütün təzahürlə-
rinə son qoyan qanunlar qəbul etdi. 
1968-ci il prezident seçkilərində seçicilərin əksər hissəsi ölkədə radikal gənclərin 
qiyamları və afro-amerikalıların zorakı davranışlarının qarşısını ala biləcək namizədi 
müdafiə edirdi. “Qanun və qaydanın müdafiəsini təmin edəcəyini” vəd edən respubli-
kaçı 

Riçard Nikson 

seçkilərdə qalib gəldi. O, federal hökumətin tənzimləyici funksi-
yalarını azaldaraq ştatlara və bələdiyyələrə geniş maliyyə səlahiyyətləri verdi. 1971-ci 
Ölkənin iqtisadi inkişafının əhalinin rifahına təsirini təhlil edin.

!


ABŞ-da XX əsrin 60-cı illərinə kimi irqi ayrı-seçkiliyin 
qalmasının səbəblərini müəyyən etməyə çalışın.

!


Con Kennedi qızı ilə


Martin Lüter Kinq


  LAYİHƏ



99
99
ildə  iqtisadi  böhranın  nəticələrini  aradan 
qaldırmaq üçün “yeni iqtisadi siyasət” ad-
landırılan  tədbirlərin  keçiriləcəyini  bəyan 
etdi.  Qiymətlər  və  əməkhaqqı  üzərində 
nəzarət  tətbiq  olundu,  sosial  xərclər  ar-
tırıldı,  ərzaq  talonları  alan  şəxslərin  sayı 
artırıldı  və  s.  R.Nikson  cəmiyyəti  ciddi 
narahat  edən  radikal  gənclər  hə rə katına 
qarşı sərt repressiya tədbirləri hə yata ke-
çirdi. “Qara bəbirlər”in bir sıra liderləri qət-
lə yetirildilər. Lakin hökumət gənclərə və 
afro-amerikalılara güzəştə getməyə məc-
bur oldu. 1972-ci ilin prezident seçkilərin-
də Demokratlar Partiyası daxilində çəkişmələrdən 
istifadə edən Nikson yenidən qalib gəlsə də, onun 
ətrafında olan şəxslərin seçki kampaniyası dövrün-
də qanunazidd vasitələrdən istifadə etməsi (“Uoter-
geyt”,  rüşvət,  gizli  sövdələşmələr)  siyasi  böhrana 
səbəb oldu. 

İmpiçment

 təhlükəsi qarşısında əvvəl 
vitse-prezident,  sonra  isə  prezident  (1974)  istefa 
vermək  məcburiyyətində  qaldı.  Bu  hadisə  dövlət  hakimiyyətinin  nüfuzunu  sarsıtdı. 
ABŞ tarixində ilk dəfə dövləti seçki yolu ilə deyil, təyinatla vəzifələr tutan siyasi xadim-
lər idarə etməli oldular. 
1976-cı ilin prezident seçkilərində seçicilərin respublikaçı administrasiyalardan na-
razılığından istifadə edən və “heç vaxt ölkəyə yalan danışmayacağını” vəd edən de-
mokrat 

Cimmi Karter 

qalib gəldi. Lakin onun prezidentliyi dövründə ölkənin iqtisadi və 
sosial vəziyyəti daha da ağırlaşdı: büdcə kəsiri, inflyasiya, işsizlərin sayı, hərbi xərclər 
artdı, səhiyyə və vergi sahələrində vəd edilmiş islahatlar keçirilmədi. Daxili və xarici si-
yasət sahəsindəki fəaliyyətində böyük uğursuzluqlara görə tənqid olunan Karter 1980-
ci il prezident seçkilərində respublikaçı 

Ronald Reyqana

 məğlub oldu.
R.Reyqanın daxili siyasətinin əsas məqsədi ölkəni 
iqtisadi  böhrandan  çıxarmaq  idi.  Onun  bu  məqsədlə 
təklif  etdiyi  tədbirlər  proqramı 

(“Reyqanomika”)

 
1981-ci ildə konqresdə qəbul olundu. Büdcə xərcləri, 
əsa sən, sosial xərclər və xüsusi sahibkarlara yardım 
məqsədilə  vergilər  azaldıldı,  sahibkarlıq  fəaliyyəti 
üzərində dövlətin nəzarəti zəiflədildi, sənayeyə kapital 
qoyuluşu  artırıldı.  Bundan  başqa,  enerji  sahəsində 
dövlətin nəzarəti zəiflədi, ərzaq talonları alanların sayı 
azaldıldı, işsizlərə verilən uzunmüddətli müavinət ləğv 
edildi və s. Kasıblıq həddində yaşayan əhali vergilər-
dən azad olundu, işsizlərin sayı yarıya qədər azaldı. 
1980-ci  illərin  ortalarında  işləyən əhalinin əksəriyyəti 
xidmət sahəsində məşğul idi. İnsanların həyatına ciddi 
təsir göstərmiş yeniliklər meydana çıxdı. 1981-ci ildə 
ilk fərdi kompüter istehsal olundu. 1983-cü ildə ölkədə 
mobil telefon rabitə şəbəkəsi yaradıldı.  
R.Reyqanın  iqtisadi  siyasətində  xüsusi  sahibkarlığa 
hansı güzəştlər edildi?

?


Riçard Nikson


Ronald Reyqanın  


konqresdə çıxışı


İmpiçment

 (ing. Impeachment – eti-
madsızlıq)  –  dövlət  başçısı  da  daxil 
olmaqla yüksəkvəzifəli məmurlara eti-
madsızlıq göstərilməsi, habelə onlara 
qarşı  məhkəmə  qaydasında  ittiham 
irəli sürülməsi proseduru

A.Balayev. Tarix terminləri lüğəti. 


Bakı, 2017.


  LAYİHƏ



:

noduploads -> book
book -> DersliK 9-az new indd
book -> Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri
book -> Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Microsoft Word fiz-9 mv az capa docx
book -> L Dərslik komplektinin ümumi prinsipləri
book -> Microsoft Word info-9 mv-aqsh doc


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


darbeyi-kim-kkrtt---prof-.html

darbotikslas--.html

dardaaran---madaxtinimada.html

dare-hukuku---ortaya-kan-.html

dareden-kaynaklanan-cins.html