1 ... 50 51 52 53 54 55 56 57 ... 64

Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev - səhifə 54

səhifə54/64
tarix18.07.2018
ölçüsü6.65 Kb.
növüDərs

118
118
1.  İkinci Dünya müharibəsindən sonra yaranmış beynəlxalq vəziyyət Türkiyənin daxili siya-
si durumuna necə təsir göstərdi?
2.  1961-ci ildə Türkiyədə qəbul edilən yeni Konstitusiyanın önəmli cəhəti nədən ibarət idi?
3.  1940-cı illərin sonlarında şah hökumətinin həyata keçirdiyi siyasətin mahiyyəti haqqında 
danışın.
4.  1949–1953-cü illər hərəkatının tələblərini sadalayın. 
5.  1960-cı illərin əvvəllərində şah hökumətinin islahatlar keçirməyə məcbur olmasının 
səbəbləri nə olmuşdur? 
6.  1962-ci ildə keçirilən aqrar islahatın nəticələri nədən ibarət oldu?
7.  Yunan millətçilərinin Kiprin türk əhalisinə və işğalçı Ermənistanın Qarabağda azərbay-
canlılara qarşı törətdiyi soyqırımı və terror siyasətlərini müqayisə edin.
8.  İslam inqilabının səbəblərini cədvələ yazın.

Siyasi


İqtisadi


Sosial


 
SUAL VƏ TAPŞIRIQLAR

2006-cı ildə

 İranın nüvə proqramını elan 
etməsi ABŞ-ın təşəbbüsü ilə BMT-nin ona iq-
tisadi sanksiya tətbiqinə səbəb oldu. Bunun nəticəsində yaranan iqtisadi problemlər 
sosial gərginliyi artırdı. İran cəmiyyətində islahat tələbləri yüksəlməyə başladı. 
2013-cü il prezident seçkilərində islahat və dialoq tərəfdarı 

Həsən Ruhani

 qalib 
gəldi.  Həsən Ruhaninin əsas xarici siyasəti Qərbin İrana tətbiq etdiyi iqtisadi embarqo-
nun aradan qaldırılmasına, Qərbi Avropa ölkələri ilə başlanan çoxtərəfli danışıqlar isə 
İranı təcridedilmədən qurtarmağa yönəlmişdi. Bu siyasətin məqsədi embarqo nəticə-
sində ölkə iqtisadiyyatında yaranmış böhranın aradan qaldırılması idi. 2015-ci ildə əldə 
edilmiş razılaşmalar nəticəsində iqtisadi embarqo yumşaldıldı. 

Həsən Ruhani


İran xarici siyasəti hər cür xarici hakimiyyətin 
rədd edilməsi, tam müstəqilliyin qorunması, bütün 
müsəlmanların hüquqlarının müdafiə edilməsi və 
hegemon böyük güclərdən asılı olmamaq prinsip-
ləri üzərində qurulmuşdur. 

İran konstitusiyasının 156-cı maddəsi.


İnqilabdan sonra İran İslam Respublikasın-


da siyasət.


Konya, 2016. səh. 153


Konstitusiyanın  bu  maddəsi  ilə  İranın  Er-
mənistanla yaxın əməkdaşlığı necə ziddiy-
yət təşkil edir? 

?


  LAYİHƏ



119
119

Müstəmləkədən azadlığa doğru.


 İkinci Dünya müharibəsində İngiltərə hökumə-
tinin  Hindistanın  seçilmiş  nümayəndələri  ilə  məsləhətləşmədən  hind  döyüşçülərini 
cəbhəyə  göndərməsi  milli  azadlıq  hərəkatını  gücləndirdi.  Hind  milli  azadlıq  hərəka-
tının  lideri 

Mohandas  Qandi

  müstəmləkəçilərə  qarşı  dinc  mübarizə  kampaniyasını 
elan etdi. İngiltərə hökuməti müharibədən sonra islahatlar keçirməyi vəd edərək bu 
mübarizəni dayandırmaq istəyirdi. Lakin islahatlarda Hindistana müstəqillik verilməsi 
nəzərdə tutulmurdu. İngiltərə hökuməti eyni zamanda ənənəvi siyasətindən istifadə 
edir, milli azadlıq hərəkatını zəiflətmək üçün Hindistanın iki böyük icması – hindlilər və 
müsəlmanlar arasında nifaq salırdı. 
İkinci Dünya müharibəsi başa çatdıqdan sonra İngiltərənin iqtisadi vəziyyəti pisləş-
mişdi. Müharibə böyük maliyyə borcları yaratmışdı. Müstəmləkələrin idarə olunması 
böyük xərclər tələb edirdi. Ona görə də İngiltərə hakim dairələri güzəşt etməyə məc-
İkinci  Dünya  müharibəsi  dünyanın  sonrakı  siyasi  vəziy-
yətinə  böyük  təsir  göstərdi.  Bu,  xüsusilə  müstəmləkəçilik 
sahəsində müşahidə edildi. Müstəmləkə xalqlarının azadlıq 
mübarizəsi  gücləndi.  Müstəmləkə  imperiyaları  dağıldı  və 
dünyanın  müxtəlif  bölgələrində  müstəqil  dövlətlər  yarandı. 
Lakin bu xalqlar sülh və sabitliyə, iqtisadi inkişafa tam nail 
ola  bilmədilər.  Müstəmləkə  dövründən  qalma  problemlər 
yeni dini, etnik və siyasi münaqişələrə səbəb oldu.

HİNDİSTAN, PAKİSTAN VƏ ƏRƏB ÖLKƏLƏRİ


▪ Kəşmir münaqişəsi


▪ Ərəb-İsrail münaqişəsi    


▪ Altıgünlük müharibə


▪ İlk neft şoku


▪ Kemp-Devid sazişi


▪ Oslo sazişi


AÇAR SÖZLƏR


22


Cənubi və Mərkəzi Asiya


  LAYİHƏ



120
120
bur qaldılar. 

1947-ci ildə

 İngiltərə Parlamenti Hindistanı iki hissəyə – Hindistana və 
Pakistana bölərək onlara müstəqillik verdi. Müstəqillik qazanılsa da, müxtəlif dini və 
etnik  qruplar  arasında  münaqişələr  baş  qaldırırdı.  M.Qandi  müsəlman  qaçqınlarına 
qarşı ədalətli davranılması üçün çağırışlar etdi. Onun bu mövqeyi 1948-ci ildə bir hind 
millətçisi tərəfindən öldürülməsinə səbəb oldu.

Kəşmir  münaqişəsi.


  

Tərəflər  arasında  münaqişə  Kəşmir  məsələsində  daha  da 
kəskinləşdi. Kəşmir Hindistanın şimalında yerləşən və əhalisi əsasən müsəlmanlardan 
ibarət olan bölgə idi. Müstəqillik əldə edildikdən dərhal sonra Hindistan və Pakistan 
Kəşmir uğrunda mübarizəyə başladılar. Müharibə 1949-cu ildə BMT-nin vasitəçiliyi nə-
ticəsində atəşkəslə dayandırıldı. Kəşmirin üçdə bir hissəsi Pakistanın, qalan hissəsi 
isə Hindistanın nəzarətinə verildi. Lakin bu, münaqişəni tamamilə həll etmədi və tərəf-
lər arasında ziddiyyətlər yenə də davam etdi. 

Müstəqil Hindistan.


 M.Qandinin siyasi davamçısı olan 

Cəvahirləl Nehru

 Hindis-
tanın ilk Baş naziri oldu. Onun daxili siyasətini demokratikləşdirmə, birlik və iqtisadi 
modernləşdirmə təşkil edirdi. O, xarici siyasətdə bloklara qoşulmama hərəkatının lider-
lərindən biri idi. 1966-cı ildə Baş nazir 

İndira Qandi 


oldu. Böyük sənaye sahələri və banklar milliləşdiril-
di. 1970-ci illərdə Hindistanın iqtisadi və siyasi və-
ziyyəti  pisləşdi.  Onun  hakimiyyət  dövrü  etnik-dini 
münaqişələr  və  yerli  özünüidarəetmə  sa  hə  sində 
ziddiyyətlərin güclənməsi ilə səciyyəvidir. 1984-cü 
ildə o, sui-qəsd nəticəsində öldürüldü.
Müasir  Hindistan  iqtisadi  inkişaf  sürətinə  görə 
fərqlənsə  də,  onun  ən  böyük  problemi  əhalinin 
sürətlə artımıdır. Həmçinin sosial bərabərsizlik və 
etnik-dini münaqişələr də ölkənin əsas problemlə-
ri  olaraq  qalmaqdadır.  Kəşmir  məsələsi  ətrafında 
Hindistan  və  Pakistan  arasında  gərginlik  davam 
edir. Hər iki dövlətin nüvə silahına malik olması bu 
münaqişəni beynəlxalq problemə çevirmişdir.

Pakistan.


  Pakistan  müstəqil  dövlət  kimi  ya-
ranarkən  ərazisi  iki  hissəyə  ayrılmışdı.  Şərqi  Pakistan  Hindistanın  şərqində,  Qərbi 
Pakistan  isə  şimal-qərbində  idi.  Bu  bölgələr  mədəniyyət,  dil,  ərazi,  iqtisadi  və  etnik 
cəhətdən bir-birindən fərqlənirdi. Onları yalnız islam dini 
birləşdirirdi. 1971-ci ildə Şərqi Pakistan özünü müstəqil 
Banqladeş dövləti elan etdi. 
Soyuq  müharibə  dövründə  Pakistan  ABŞ-ın  NATO 
üzvü  olmayan  mühüm  müttəfiqlərindən  biri  idi.  SSRİ 
(sonralar  Rusiya),  ABŞ  və  Çin  kimi  böyük  dövlətlərin 
Cənubi Asiya bölgəsində maraqları Pakistan–Hindistan 
münasibətlərinə  təsir  göstərmişdir.  Bu  amil  ölkənin  xa-
rici və daxili siyasi vəziyyətində həlledici olmuşdur. Ona 
görə də ölkədə ordunun daxili siyasətə müdaxiləsinə və 
tez-tez hərbi rejimlərin yaranmasına şərait yaranmışdır. 
1950–1970-ci illər Pakistanda siyasi sabitsizlik və hərbi 
çevrilişlər ilə səciyyəvi idi.
1988-ci və 1993-cü illərdə 

Benazir Bhutto

 Baş nazir 
seçildi. O, İslam dünyasında bu vəzifəyə seçilən ilk qa-
“Artıq Hindistan və Pakistan 
nüvə silahı sınaqları həyata keçir-
dilər. ...Ehtimal az olsa da, etnik və 
dini münaqişənin nüvə müharibəsinə 
çevrilməsi kimi qlo bal nəticələrdən 
qorxuruq. Hindistan və Pakistan 
bir-biri ilə mü zakirəni, daha etibarlı 
münasibətlərə doğru irəliləməyi 
öyrənməlidirlər”. 

“Nyu-York Tayms”, 


28 iyun 1988-ci il


Mənbədə  əsas  diqqət  nəyə 
yönəldilmişdir? Sizcə, bu nara-
hatlığın haqlı səbəbləri varmı?

?


Benazir Bhutto


  LAYİHƏ



:

noduploads -> book
book -> DersliK 9-az new indd
book -> Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri
book -> Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Microsoft Word fiz-9 mv az capa docx
book -> L Dərslik komplektinin ümumi prinsipləri
book -> Microsoft Word info-9 mv-aqsh doc


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


darenn-ama-ve-hedefler--.html

daretm-nzriyy-v-tcrbsinin-2.html

daretm-rituallar---muhtar.html

daretm-uotu-fnnindn-test-2.html

daretmnin-modul-tipli.html