1 ... 56 57 58 59 60 61 62 63 64

Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev - səhifə 60

səhifə60/64
tarix18.07.2018
ölçüsü6.65 Kb.
növüDərs

132
132
Marşall  planını  tətbiq  etməkdə  idi.  Plana  əsasən, 
Avropa ölkələrinin iqtisadiyyatının bərpa olunması 
üçün  iqtisadi  yardımlar  edildi.  Bu  dövlətlərlə  bağ-
lanan  müqavilələrə  görə,  gömrük  tariflərinin  endi-
rilməsinə, idxal məhdudiyyətlərinin aradan qaldırıl-
masına qərar verildi.
Avropada  sülhü  və  iqtisadi  əməkdaşlığı  möh-
kəmləndirmək üçün sonralar – 1957-ci ildə 

Avropa 


İqtisadi Birliyi

 (indiki Avropa Birliyi) yaradıldı. ABŞ 
və  Qərbi Avropa  hərbi  sahədə  də  təşkilatlandılar. 
1949-cu ildə ABŞ, Kanada və Qərbi Avropanın bir 
sıra dövlətləri 

Şimali Atlantika Müqaviləsi Təşki-


latını (NATO)

 yaratdılar.

Sosialist blokunun yaranması. 


1940-cı illərin 
ikinci yarısında Rumıniya, Macarıstan, Polşa, Bol-
qarıstan və Çexoslovakiyada SSRİ-nin müdaxiləsi 
ilə sovet modelli rejimlər yaradıldı. Təkpartiyalı sis-
tem, planlı iqtisadiyyat və milliləşdirmə tətbiq edil-
di. Bu dövlətlər SSRİ ilə hərbi-siyasi əməkdaşlığa 
məcbur olunurdu. Yalnız Yuqoslaviya bundan imti-
na edə bildi. 1949-cu ildə Marşall planına alterna-
tiv olaraq sosialist bloku ölkələri 

Qarşılıqlı İqtisadi 


Yardım

 

Şurası

 (QİYŞ) yaradaraq Sovet İttifaqının 
yardımından istifadə etdilər. 1949-cu ildə Çində də 
kommunistlər hakimiyyətə gəldi və sovet tərəfdar-
ları blokuna qoşuldular. Həmin ildə SSRİ-nin atom 
bombası hazırlamağa nail olması Sosialist blokunu 
daha da gücləndirdi. 
Beləliklə,  sosial-iqtisadi  və  ideoloji  cəhətdən 
bir-birinə zidd sistemlərin yaranması dövlətlərarası 
münasibətləri kökündən dəyişdirdi. Qərb bloku kommunizmin yayılmasından, SSRİ isə 
blokadaya alınmasından çəkinirdi. Hər iki tərəfin atom bombasına malik olması müha-
ribə baş verəcəyi halda dünyanın məhv ediləcəyi təhlükəsini yaradırdı.

Almaniyanın parçalanması.


 1948-ci ildə Çexoslovakiyada kommunist çevrilişi ilə 
Şərqi Avropanın bütün ölkələri SSRİ-nin təsiri altına düşdü. Bu təsirin qərbə doğru ya-
yılmasının qarşısını almaq üçün ABŞ və müttəfiqləri Almaniyanın öz nəzarətləri altında 
olan bölgələrində yeni alman dövləti yaratmağı qərara aldılar. Bu, Soyuq müharibənin 
ilk böhranına səbəb oldu. Buna cavab olaraq, 1948-ci ildə SSRİ Qərbin işğal zonalarını 
blokadaya aldı. ABŞ blokadada olan Qərbi Berlinə hava yolu vasitəsilə yardım edirdi. 
Məqsədinə nail ola bilməyən SSRİ 1949-cu ildə blokadanı aradan qaldırdı. Bu hadisə 
qərb  işğal  zonalarının  birləşdirilərək 

Almaniya Federativ Respublikasının

 yaradıl-
masını sü rət lənd irdi. Buna isə SSRİ öz işğal zonasında 

Almaniya Demokratik Res-


publikasının 

yaradılması ilə cavab verdi. Beləliklə, Almaniyanın parçalanması həm də 
dünyanın iki bloka ayrılmasının rəmzinə çevrildi.

Koreya müharibəsi (1950–1953) və “buzların əriməsi”.


 Soyuq müharibənin ikinci 
böhranı Koreyada baş verdi. Müharibədən əvvəl Yaponiyanın hakimiyyəti altında olan 
Koreyanın şimalı 1945-ci ildə SSRİ, cənubu isə ABŞ tərəfindən işğal edilmişdi. Hər iki 
dövlətin arasında mövcud fikir ayrılığı Koreyanın da parçalanmasına səbəb oldu. 1948-ci 
ildə ABŞ-ın himayəsi altında 

Koreya Respublikası

, şimalda isə kommunist rejimli dövlət 
yaradıldı. 1950-ci ildə 

Şimali Koreya

 qüvvələri Cənubi Koreyanı işğal etdi. BMT işğa-

Marşall planının elan edilməsi 


Müharibə dövründə Avropada iqti-
sadi quruluş tamamilə da ğılmışdır. 
...Avropa önəmli miq darda əlavə 
yardım almasa, iqti sadi, sosial və 
siyasi cəhətdən son dərəcə ağır 
parçalanma təhlükəsi ilə üz-üzə 
qalacaqdır. ...Bunun Amerika 
iqtisadiyyatı üzə rində nəticələrinin 
nə olacağı məlumdur. ABŞ-ın dünya 
iqtisadiyyatının sağlamlaşdırılması 
üçün mümkün ola bilən hər şeyi 
etməsi məntiqlidir. Bu olmadıq-
ca siyasi sabitlik və etibarlı sülh 
şəraitini təmin etmək mümkün 
olmayacaq. Bizim siyasətimiz hər 
hansı bir ölkəyə, yaxud doktrinaya 
deyil, aclığa, yoxsulluğa və xaosa 
qarşıdır. Məqsəd isə azad təşkilatla-
rın var olması üçün lazımi siyasi və 
iqtisadi şərtlərin yaradılması, bütün 
dünyada yenidən canlı iqtisadiyyatın 
yaranmasının təmin edilməsidir. 

C.Marşallın Harvard Universi-


tetində çıxışından, 1947-ci il.


htpps://www.marshallfounda-


tion.org


Marşall planının səbəbi nədir? 
Məqsəd necə əsaslandırılır?

?


  LAYİHƏ



133
133
lı pislədi və üzv ölkələri Cənubi Koreyaya yardım 
etməyə çağırdı. Bu dövrdə BMT-nin Təhlükəsizlik 
Şurasının üzvlüyünə kommunist Çinin deyil, Tay-
vanın qəbul edilməsinə etirazını bildirən SSRİ bu 
təşkilatı  boykot  etdiyi  üçün  verilmiş  qərara  qarşı 
çıxa  bilmədi.  Cənubi  Koreyaya  göndərilən  BMT 
qüvvələrinin  əsas  hissəsini  ABŞ  qoşunu  təşkil 
edirdi. Şimali Koreyaya SSRİ və Çin kömək edirdi. 
1953-cü  ildə  Stalinin  vəfatından  sonra  SSRİ-nin 
mövqeyi  bir  qədər  yumşaldı.  Soyuq  müharibə-
də 

“buzların əriməsi”

 

dövrü

 başladı. Nəticədə, 
1953-cü ildə Koreya müharibəsi başa çatdı. Lakin 
ölkə bir-birinə zidd siyasi sistemlərə malik dövlət-
lərə parçalanmış vəziyyətdə qaldı. ABŞ Cənub-Şərqi Asiya, Yaxın və Orta Şərqdə yeni 
hərbi ittifaqlarla SSRİ-nin ətrafında güclənməkdə davam edirdi. 1955-ci ildə SSRİ buna 
sosialist dövlətlərinin hərbi blokunun – 

Varşava Müqaviləsi Təşkilatının

 yaradılması 
ilə cavab verdi. Silahlanma və kosmosun fəthi sahələrində rəqabət davam edirdi. SSRİ 
1957-ci ildə kosmosa ilk dəfə olaraq süni peyki göndərdi. Lakin 1959-cu ildə SSRİ-nin 
rəhbəri Nikita Xuruşşovun ABŞ-a səfəri və ABŞ-da Con Kennedinin hakimiyyətə gəlməsi 
münasibətlərdə mülayimləşmə yaratdı.

Yeni böhranlar: Süveyş, Berlin və Karib.


 1956-cı ildə Misirin Süveyş kanalını milliləş-
dirməsinə cavab olaraq İngiltərə, Fransa və İsrail ona qarşı çıxıb bölgəni işğal etdi. ABŞ 
və SSRİ-nin təzyiqi ilə müttəfiqlər geri çəkildilər. Növbəti böhran Berlinin statusu ətrafında 
oldu. Sovet rəhbərliyi Berlinin ADR-ə və ya BMT-nin nəzarətinə verilməsini təklif edirdi. Bu 
dövrdə almanlar ADR-dən Qərbi Almaniyaya qaçırdılar. Bunun qarşısını almaq üçün ADR 
və sovet rəhbərliyi 1961-ci ildə Berlini şərq və qərb hissələrinə bölən divar ucaltdırdılar. 
Soyuq müharibə dövrünün əsas böhranlarından biri 1962-ci ildə 

Kuba məsələsi

 oldu. 
Kubada hələ 1959-cu ildə ABŞ-ın müdafiə etdiyi diktaturanı devirən 

Fidel Kastro

 SSRİ 
ilə yaxınlaşdı. SSRİ Kubanı xarici müdaxilədən qorumaq 
bəhanəsi ilə burada nüvə raketləri yerləşdirmişdi. Raket-
lər birbaşa ABŞ-ı hədəfə almışdı. Dünya nüvə mühari-
bəsinin astanasında idi. Lakin tərəflər güzəştə getdilər. 
SSRİ  raketləri  Kubadan  çıxardı.  Bunun  əvəzində  isə 
ABŞ Kubanın blokadasının ləğvinə və müdaxilə etməyə-
cəyinə təminat verdi.

Mülayimləşmə. 


Kuba böhranı nüvə müharibəsi təh-
lükəsini  aradan  qaldırmağı  zəruri  etdi.  1960-cı  illərdə 
tərəflər arasında imzalanan müqavilələr ilə nüvə sınaq-
ları, kosmosda nüvə silahı yerləşdirilməsi və silahların 
çoxaldılması qadağan olundu. Hər iki tərəfin mülayim-
ləşməsinin  siyasi  və  iqtisadi  səbəbləri  var  idi.  Dünya 
miqyasında  hərbi  bazalara  malik  olmaq  üçün  ABŞ-a 
böyük  vəsait  lazım  gəlirdi.  1960-cı  illərin  ortalarında 
Vyetnam müharibəsində itkilər ölkə daxilində narazılıq-
lara səbəb olmuşdu. SSRİ-də də sürətli silahlanmaya 
çəkilən xərclər ölkənin iqtisadi vəziyyətini ağırlaşdırırdı. 
Artıq SSRİ xarici yardıma ehtiyac duyurdu. 1963-cü il-
dən SSRİ Qərbdən taxıl almağa başladı. Sosialist blo-
ku içərisində də SSRİ-yə qarşı narazılıqlar yaranmaqda 

Vyetnamda ABŞ hərbçiləri 


tərəfindən törədilən qətliam-


dan əvvəl qadın və uşaqlar. 


1968. Foto, Ronald Heberli


Nikita Xruşşov və Con Kennedi


Sizcə, karikatura nəyi ifadə edir?

?


  LAYİHƏ



:

noduploads -> book
book -> DersliK 9-az new indd
book -> Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri
book -> Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Microsoft Word fiz-9 mv az capa docx
book -> L Dərslik komplektinin ümumi prinsipləri
book -> Microsoft Word info-9 mv-aqsh doc


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


dareye-lkn-blgler--.html

dargan-mezlichi.html

dargomizhskij-oleksandr.html

darhaqiqat-ular-yomon.html

dari-leyi-ademi.html