1 ... 8 9 10 11 12 13 14 15 ... 64

Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev - səhifə 12

səhifə12/64
tarix18.07.2018
ölçüsü6.65 Kb.
növüDərs

28
Fransa başda olmaqla bir sıra Avropa ölkələri, eləcə də ABŞ Qacarlar dövləti ilə qey-
ri-bərabər hüquqlu müqavilələr bağladı.
Qacarlar  dövlətinin  ərazisinə  xammal  mənbəyi  və  satış  bazarı  kimi  baxan  xarici 
ölkələr (xüsusilə də İngiltərə və Rusiya) əldə etdikləri güzəştlər sayəsində yerli tacir-
ləri həm daxili, həm də xarici bazarlardan sıxışdırdılar. Daha ucuz başa gələn fabrik 
malları yerli sənətkarlığa və ev sənayesinə zərbə vurdu. Əmtəə-pul münasibətlərinin 
sürətlənməsi  feodal-len  sisteminin  böhranını  gücləndirdi  və  fərdi  mülkiyyətçi  torpaq 
fondunun artmasına gətirib çıxardı. Torpaqsızlaşan kəndlilər şəhərlərə axışır, işsizlər 
ordusunu artırırdı. Kəndlilər, tacirlər və sənətkarlarla yanaşı, din xadimləri də ölkənin 
ictimai-siyasi və iqtisadi vəziyyətindən narazı idilər. 1840-cı illərin sonlarında ölkədə 
babi təriqətinin rəhbərliyi ilə xalq hərəkatı baş verdi. Lakin üsyan amansızlıqla yatırıldı.

Qacarlar dövləti XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində.


 XIX əsrin ikin-
ci yarısında Qacarlar dövlətinə xarici  ekspansiya daha da artdı. Şah hökumətindən 
müxtəlif  güzəştlər  qoparan  ingilislər  ölkənin 
cənubunda, ruslar isə Tehran da daxil olmaq-
la, Şimal vilayətlərdə ağalıq edirdilər. İş o yerə 
çatmışdı ki, dövlət əhəmiyyətli vəzifələrə xaricilər təyin olunurdular. 

1879-cu ildə

 rus 
zabitlərin rəhbərliyi ilə yaradılan kazak dəstələri sonradan Qacarlar ordusunda hərbi 
qabiliyyətə malik yeganə hissəyə çevrildi. Bu da şah rejiminin Çar Rusiyasından asılı-
lığını gücləndirdi.
XX əsrin əvvəllərində Qacarlar dövlətinin asılı vəziyyətə düşməsi, xarici kapitalın 
ölkədə güclənməsi geniş xalq kütlələrinin vəziyyətinin pisləşməsinə səbəb olmuşdu. 
Ehtiyac içində boğulan əhali, nəhayət, şah rejiminə qarşı ayağa qalxdı. 1905-ci ilin 
axırlarında  Tehranda  və  başqa  şəhərlərdə  keçən  nümayişlər  inqilabın  başlanğıcını 
qoydu. Nümayişçilərin əsas tələbi Konstitusiya qəbulu, şah hakimiyyətinin və xaricilə-
rin imtiyazlarının məhdudlaşdırılması, islahatların keçirilməsi idi. 

1905–1911-ci illəri

 
əhatə edən bu inqilabın əsas nəticəsi Konstitusiyanın qəbulu oldu.

Hindistan.


 XVIII əsrdən etibarən Hindistanın işğalına başlayan İngiltərə XIX əsrdə 
də bu siyasəti davam etdirdi. XIX əsrin I yarısında Maratx konfederasiyasının və siqxlə-
rin dövlətləri ələ keçirildi. 

1856-cı ildə

 ingilislər müstəqil dövlət kimi mövcud olan 

Aud 


knyazlığını 

özlərinə tabe etdilər. Beləliklə, ölkə işğalçılar tərəfindən birləşdirildi.

İdarəçilik. 


Ali hakimiyyəti, vergi yığımını öz əlinə alan ingilislər Hindistanda bəzi 
ənənəvi qaydaları saxladılar. Keçmiş hakimlər təqaüd formasında ömürlük məvacib 
almağa başladılar. 
Ost-Hind kompaniyasının yeni mülklər ələ keçirməsi İngilis hökumətinin bu kom-
paniyaya marağını artırırdı. Kompaniyanın 1813–1833-cü illərdə qəbul olunmuş yeni 
xartiyalarında artıq onun Çin və Hindistanda ticarətdə inhisarçılıq hüquqları yox idi. 
Bütün ingilis sahibkarları üçün Hindistana yol açılmışdı.

Sipahilər üsyanı. 


1857-ci ilin

 yazında Hindistanda ingilis müstəmləkəçiliyi əley-
hinə sipahilər üsyanı başladı. Sıravi əsgərlərin yeni patronlardan istifadədən imtina et-
məsi üsyana bəhanə oldu. Çünki döyüş zamanı əsgərlər inək və donuz piyi ilə yağlan-
mış bağlamanı dişləri ilə cırmalı idilər. Bu, hind və islam qaydalarına zidd olduğundan 
əsgərlər üsyan qaldırıb moğolların sonuncu nümayəndəsi olan Bahadur şahı özlərinə 
rəhbər seçdilər.
Konstitusiyanın qəbul olunması ilə şah hakimiyyətinin məhdudlaşdırılması arasında han-
sı əlaqə var?

?


Ekspansiya

 – hər hansı bir yolla dövlətin, 
təşkilatın nüfuz dairəsinin genişləndirilməsi

  LAYİHƏ



29
Qısa  müddət  ərzində  üsyan  dal-
ğası Qanq vadisinin bir neçə vilayə-
tinə  yayıldı.  Çox  gərginliklə  davam 
edən bu mübarizə 

1859-cu ildə

 yatı-
rıldı. Vahid rəhbərliyin və komandan-
lığın  olmaması,  üsyançıların  maraq 
müxtəlifliyi  və  nizamsızlığı  üsyanın 
məğlubiyyətinə səbəb oldu. Bununla 
da,  Böyük  Moğol  dövlətinə  rəsmən 
son qoyuldu.

Hindistanda vitse-krallıq.


 Sipahilər üs-
yanı metropoliya hökumətini əməli ad dımlar 
atmağa sövq etdi. Vəziyyəti nizama salmaq 
məqsədilə tezliklə Hindistanın idarəçiliyinin 
yaxşılaşdırılması haqqında akt qəbul olun-
du.  Bu  akta  görə  idarəçilik  ingilis  taxtına 
keçdi.  Ost-Hind  kompaniyası  ləğv  edildi. 
Hö kumətdə Hindistan işləri ilə əlaqədar na-
zir vəzifəsi təsis olundu. Hindistanda ali ha-
kimiyyət  general-qubernatordan  vitse-krala 
keçdi. 

1876-cı ildə

 kraliça Viktoriya Hindis-
tan imperatriçası titulunu da qəbul etdi.
XIX əsrin II yarısında Hindistanda kapita-
list münasibətləri yaranmağa başladı. İngilis 
sahibkarları  əsasən  dəmir  yolu  tikintisinə, 
suvarma  sisteminin,  plantasiya  təsərrüfatı-
nın yaradılmasına kapital qoyurdular. Kənd 
təsərrüfatında  ixrac  üçün  pambıq,  buğda, 
çay,  qəhvə,  kauçuk  becərilirdi.  Sənayedə 
hər  şeydən  əvvəl  toxuculuq  və  emaledici 
müəssisələr  yaradılırdı.  Bunlarla  yanaşı, 
ölkədə  ilk  metallurgiya  zavodu  işə  düşdü. 
Eyni zamanda sənayeyə milli kapital qoyu-
luşu da özünü büruzə verirdi. 

1884-cü ildə

 
Bombeydə milli kapitala məxsus ilk toxucu-
luq  fabriki  meydana  çıxdı.  Metropoliyadan 
fərqli olaraq, Hindistanda fəhlələrin vəziyyəti çox ağır idi. XIX əsrin sonunda fəhlələrin 
iş saatı 16 saata çatırdı. Yalnız 1890-cı illərdə uşaq və yeniyetmələrin əməyindən isti-
fadəni məhdudlaşdıran ilk fəhlə qanunları çıxdı.
Yeni  patronlardan  istifadənin  hind 
və  islam  qaydaları  ilə  nə  kimi  uy-
ğunsuzluğu var idi?

?


Sipahilər  üsyanından  sonra  ingilis  hökumətinin  Hindistanda  etdiyi  dəyişiklikləri  necə 
dəyərləndirmək olar?

?


Hind fəhlələrinin vəziyyətini İngiltərə fəhlələrinin vəziyyəti ilə müqayisə edin.
Bu dövrdə Şimali Azərbaycan və Hindistandakı vəziyyətin oxşar və fərqli xüsusiyyətlərini 
müəyyən edin. 

!


Sipahilər üsyanı


Üsyançıların 1857-ci ilin sentyabrında 


Dehlini müdafiə etməsi.


“Sipahilər ayrı-ayrı dəstələrə bölünüb 
və hərəsi öz ərazisində vuruşaraq hər bir 
evi, hər bir küçəni inadla müdafiə edirdi. 
Britaniyalılar həmişə bir-biri ilə əlaqə 
saxlamaqla kolonlarla irəliləyirdilər...
Üsyançılar zabit idarəçiliyi elmini ingi-
lis komandanlığından öyrənmişdilər. Onlar 
döyüş zamanı düşmənlə süvari və piyada 
şəklində üz-üzə gələndə daha yaxşı döyüşür-
dülər. Ancaq britaniyalıların vahid hücum 
planına qarşı vahid müqavimət planı qoya 
bilmədilər. Ayrı-ayrı hissələr arasında əlaqə 
yaratmağı bacarmayan, vahid rəhbərliyi 
olmayan Dehlinin qəhrəman müdafiəçiləri 
şəhərin ayrı-ayrı tərəflərində vuruşur və 
ciddi müqavimət göstərməklə tədricən Şərq 
məhəllələrinə tərəf çəkilirdilər”.

Emma Vıqodskayanın “Qəzəbin 


şöləsi” tarixi povestindən


Üsyançıların zəif cəhətlərini müəyyən 
edin.

!


Metropoliya

 – öz koloniyalarını, iqtisadi cəhət-
dən  ondan  asılı  olan  əraziləri  istismar  edən 
dövlət

  LAYİHƏ



:

noduploads -> book
book -> DersliK 9-az new indd
book -> Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri
book -> Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Microsoft Word fiz-9 mv az capa docx
book -> L Dərslik komplektinin ümumi prinsipləri
book -> Microsoft Word info-9 mv-aqsh doc


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


dari-segi-bahasa--waqafa.html

dari-ve-mali-cezalar---5.html

dari-wikipedia-indonesia-.html

darim-podarki-za-vashi.html

darindili-bl-adamni-basa.html