1 2 3 4 5 6 7

Dərslik Təbii fəlakətlər riskinin azaldılması 2 - səhifə 7

səhifə7/7
tarix01.02.2018
ölçüsü171.58 Kb.
növüDərslik

22

Risk qarşısında duran obyektlər: məsələn, 

binalar

Təhlükə: təhlükənin izia

Risk qarşısında 

durmayan


Risk qarşısında 

duran


ÇERTYOJ 3.2. 

Risk qarşısında duran obyektlərin və təhlükənin (məsələn, daşqın) xəritəsinin qarşılıqlı örtülməsi (mənbə: drm.cenn.org).

ÇERTYOJ 3.3. 

Həssaslığı müəyyən edən kriterilərin sxematik təsviri (mənbə: UNU-ITC DGIM, 2009).

İQTİSADİ

FİZİKİ

SOSİAL

MÜHİTİ 

MÜHAFİZƏ

Təbii fəlakətlər riskinin azaldılması



23

PREVENSİYA

 təhlükə və onunla əlaqədar olan fəlakətlərin 

mənfi nəticələrinin qarşısının alınması tədbiridir. Fəlakət-

li təbiət hadisələrinin əksəriyyətinin təsirinin tamamilə 

dayandırılması qeyri-mümkündür. Lakin onlar səbəbindən 

yaranmış ziyanın azaldılması mümkündür (məsələn, əgər 

binaları daha möhkəm təməl üzərində inşa etsək, zəlzələ 

üzündən yaranmış ziyan daha az olacaqdır).

Prevensiya bu və ya digər təbiət hadisəsinin fəlakətə 

çevrilməməsi məqsədilə ölçülərin götürülməsi demək-

dir. Prevensiya təhlükə və ya oxşar təbii və ya texnogen 

fəlakətlər zamanı (məsələn, ağacların əkilməsi torpağın ero-

ziyaya uğramasının və sürüşmənin qarşısını alacaq, quraqlığı 

azaldacaqdır və sair) yaranan ziyanın qarşısının alınması 

üçün tədbirdir. Təbii fəlakətlərin prevensiya tədbirləri 2 

hissəyə bölünür: strukturlu (əsasən, qoruyucu mühəndis 

qurğuları, 

şəkil 4.1.-ə baxın

) və qeyri-strukturlu tədbirlər 

(əhalinin məlumatlılıq səviyyəsinin artırılması, əvvəlcədən 

məlumatlandırma sisteminin təkmilləşdirilməsi və sair).

2005-ci ilin yanvar ayında Yaponiyanın Kobe şəhərində 

fəlakətlərin azaldılması məsələlərinə həsr olunmuş dünya 

konfransında 168 ölkənin hakimiyyətləri dünyada təbiət 

hadisələri səbəbindən yaranmış fəlakətlər təhlükəsinin 

azaldılması məqsədini daşıyan hərəkət proqramını qəbul 

etmişdilər. Hioqo proqramı növbəti minillikdə bütün dünya 

miqyasında fəlakətlər riskinin azaldılması məqsədilə işlənib 

hazırlanmış hərəkət proqramını təşkil edir. O, təbii fəlakətlərə 

qarşı həssas olan əhalinin sabitliyini artırmaq üçün əsas 

prinsipləri, prioritetli istiqamətləri və praktiki tövsiyələri 

əhatə edir. Hioqo proqramının prioritetlərindən biri təbii 

fəlakətlər riskinin azaldılması barədə əhalinin dərketmə və 

təhsil səviyyəsinin yüksəldilməsidir. Dərketmənin yüksəldi-

lməsi müsbət hərəkətə doğru atılmış birinci addımdır, təhsil 

isə məlumatın yayılması üçün yaxşı bir alətdir, qeyd edilən 

məsələləri bilmək və təhlil etmək fəlakətlər riskini azaltmaq 

və özünü onlardan qorumaq üçün mütləqdir.

FƏSİL 4

TƏBİİ FƏLAKƏTLƏRİN

PREVENSİYASI

Təbii fəlakətlər riskinin azaldılması



ŞƏKİL 4.1  

Şəkildə təhlükəyə qarşı strukturlu prevensiya ölçüləri göstərilib: a) torpaqdan yüksəkdə olan bina (sunami təhlükəsi), yenilənmiş məktəb (zəlzələ təhlükəsi). b) 

Torpaqdan yüksəkdə olan elektrorabitə qurğusu; daşqına nəzarət üçün bitki örtüyü ilə teraslandırma və ən yeni üzən evlər (daşqın təhlükəsi). c) Qoruyucu bəndlər, 

yamacın drenaj arxları, biomühəndis tədbirləri (sürüşmə təhlükəsi) (mənbə: UNU-ITC DGIM, 2009).

a

b c



25

25

Riskin kommunikasiyası riskin idarə edilməsinin zəruri kom-

ponentidir. Riskin kommunikasiyası “ayrı-ayrı insanlar, insan 

qrupları və institusiyalar arasında məlumatın və fikirlərin 

mübadilə prosesi kimi müzakirə edilir. Riskin kommunikasi-

yası riskin mahiyyəti barədə çoxtərəfli bildirişləri və bilavasitə 

olaraq risklə əlaqədar olmayan, lakin onun idarə edilməsinin 

hüquqi və institusional quruluş vasitələrini ifadə edən digər 

məlumatı əhatə edir” (National Research Council, 1990).

Riskin kommunikasiyası fəlakətlərin səmərəli prevensiyas-

ının, mitiqasiyanın, hazırlığın, onlara reaksiya verilməsi və 

bərpa edilməsinin əhəmiyyətli faktorlarından birini təşkil 

edir. Təhlükə, həssaslıq və risk barədə məlumatın təqdim 

edilməsi böyük səy tələb edir, çünki insan üçün ənənəvi 

olaraq xarakterikdir ki, gələcəkdə gözlənilən təhlükələrə 

diqqət yetirməsin. Kritik vəziyyətdə bütün bunlar faciəvi 

xarakter daşıyır və vətəndaşların yerli hakimiyyət tərəfindən 

dərhal məlumatlandırılması mütləq olur. Bu prosesdə media 

əhəmiyyətli rol oynayır.

Ekstremal hadisələrin qaçılmaz təhlükələrinə konsentrasiya 

edilmiş riskin kommunikasiyası xəbərdarlıqdır, onun məqsə-

di fövqəladə vəziyyətlərə müvafiq reaksiyanın verilməsidir. 

Digər tərəfdən, riskin kommunikasiya proqramı oxşar baş 

verəcək hadisələrin uzunmüddətli mümkün olan təzahürünə 

konsentrasiya edilmiş ola bilər, bu cür hallarda təhlükələr 

barədə məlumatlılıq proqramı ilə üzləşirik. 

Riskin kommunikasiyasının həyata keçirilməsi yerli və milli 

səviyyələrdə müxtəlif vasitələrlə mümkündür: kütləvi media, 

elektron media, audio-görüntülü materiallar, poçt, çap 

reklamı, üz-üzə görüşlər, çap vasitələri və sair.

Risklərin kommunikasiyasının səmərəli vasitələrindən biri 

onun vizuallaşdırılmasıdır (xəritələr, atlaslar), bu da risk-

in idarə edilməsinin əhəmiyyətli prosesidir. Onu nəzərə 

almaqla ki, risk mühit cəhətindən dəyişkən bir hadisədir, 

coğrafi məlumat sistemlərinin (GIS) texnologiyası risk barədə 

məlumatın toplanılması və təqdim edilməsinin standart 

alətinə çevrilmişdir.

Qeyd edilən alətin əsas üstünlüyü ondan ibarətdir ki, 

təhlükələr və risklər vizuallaşdırılır və onlar barədə məlumat 

mütəxəssis olmayanlar üçün asanlıqla dərk ediləndir. GIS-

dən istifadə etməklə təhlükə və riskin qiymətləndirilməsi 

müxtəlif məqsədlə və müxtəlif coğrafi miqyasda həyata 

FƏSİL 5

RİSKİN

KOMMUNİKASİYA

VASİTƏLƏRİ

Təbii fəlakətlər riskinin azaldılması



XƏRİTƏ 5.1.

Gürcüstanın sürüşmə təhlükəsinin xəritəsi. Yaşıl rəng daşqının aşağı risk zonası, 

sarı - orta risk zonası, qırmızı isə - yüksək risk zonası deməkdir (mənbə: drm.cenn.

org).


27

საშუალო რისკის ზონა

წყალდიდობის დაბალი რისკის ზონა

მაღალი რისკის ზონა

keçirilə bilər 

(Map 5.1.-ə baxın)

. Məsələn, təhlükə və riskin 

qiymətləndirilməsi milli səviyyədə olduqca geniş ərazini 

əhatə edir və onun məqsədi təhlükə və risklər nəticəsində 

yaranmış problemlər barədə dərketmənin yüksəldilməsi, 

dövlət planlaşdırılması, fəlakətlər və risklərin azaldılması üzrə 

dövlət siyasətinin həyata keçirilməsi, eləcə də fəlakətlərə 

hazırlığın planlaşdırılması və sığortalanması məqsədilə 

erkən xəbərdarlıq sistemlərinin yaradılmasıdır. Kiçik mi-

qyasdan daha böyük miqyasa keçdiyimiz zaman və təhlükə 

və risklərin qiymətləndirilməsi bələdiyyələr və ya icmalar 

səviyyəsində həyata keçirildiyi zaman yekun olaraq əldə 

edilmiş nəticələr regional inkişaf planları və infrastrukturun 

inkişaf etdirilməsi məqsədilə həyata keçirilmiş mühitə təsirin 

qiymətləndirilməsi sənədlərində, həmçinin müxtəlif struktur 

və ya qeyri-struktur tədbirlərin planlaşdırılmasında istifadə 

edilə bilər.

Təhlükə və risklərin vizuallaşdırılması və kommunikasiyanın 

konkret misalını Gürcüstanın təbii təhlükə və risklərin-

in veb-səhifəsi (veb-atlasə) 

(drm.cenn.org, baxın)

 təşkil 

edir, hansının əsas məqsədi Gürcüstan ərazisində təbii 

təhlükələr və risk qarşısında duran elementlərin məlumat 

bazasının yaradılması, vizuallaşdırılması və internet va-

sitəsilə məlumatın əhali və digər maraqlı təşkilatlar üçün 

əlçatanlığının təmin edilməsidir. Bundan əlavə, qeyd edilən 

veb-atlas ona imkan yaradır ki, maraqlı şəxslər qeydiyyat-

dan keçdikdən sonra təbii təhlükə və risklər barədə əlavə 

məlumatı portalın müdiriyyətinə çatdırsınlar. Veb-atlas 

müxtəlif inzibati səviyyələrdə (diyar, bələdiyyə, şəhər 

şurası) mövcud olan təbii hadisələrin növü və tarixinə görə 

məlumatları əldə etmək imkanını verir.

Təbii fəlakətlər riskinin azaldılması



Təbii fəlakətlər riskinin azaldılması

28

DƏRSLIKDƏ ISTIFADƏ 

OLUNMUŞ ƏSAS 

ANLAYIŞLARIN IZAHATLARI

TƏHLÜKƏLI TƏBIƏT HADISƏSI

təbiət mənşəli fəlakət hadisəsi.



29

EKOLOJİ BƏDBƏXTLİK

antropogen xarakterli faktorların təsiri nəticəsində yaran-

mış,qurunun, atmosferin, hidrosferin və biosferin dəyişiklikləri, 

o, həmin dəyişikliklərin insanların sağlamlığı və ölkənin iqtisadi-

yyatına kəskin və mənfi təsirində ifadə edilir.

EKOLOJİ FƏLAKƏT

xüsusilə böyük miqyasa və ağır nəticələrə malik olan ekoloji 

bədbəxtlik, o, qayda olaraq, təbii mühitin dönməz dəyişik-

likləri ilə xarakterizə edilir.

Təbii fəlakətlər riskinin azaldılması



Təbii fəlakətlər riskinin azaldılması

ბუნებრივი კატასტროფების რისკის შემცირება

30

FÖVQƏLADƏ VƏZİYYƏT

obyektdə, müəyyən ərazidə və ya akvatoriyada təbii had-

isələr, təbii bədbəxtlik, yanğın, qəza, fəlakət və ya digər növ 

bədbəxtlik zamanı yaranmış vəziyyət, həmin zaman insan-

ların həyatının və fəaliyyətinin normal şəraiti pozulur, onların 

həyat və sağlamlığına təhlükə yaranır, əhali ziyan çəkir və 

təbii mühit zədələnir.

TƏBİİ FƏLAKƏT OCAĞI

təhlükəli təbiət hadisəsinin yarandığı müəyyən ərazi, sahə və 

ya akvatoriya.

31

FÖVQƏLADƏ VƏZİYYƏT

 - 

  qanunvericiliyə uyğun olaraq 

vətəndaşların təhlükəsizliyinin təmin edilməsi maraqları 

üçün müharibə və ya kütləvi qarışıqlıq, ölkənin ərazi bütöv-

lüyünə qəsd edilməsi, hərbi çevriliş və ya silahlı üsyan, ekolji 

fəlakətlər və epidemiya zamanı və ya dövlət hakimiyyətinin 

orqanları konstitusional səlahiyyətləri normal şəkildə həyata 

keçirmək imkanına malik olmadığı digər hallarda elan edilən 

müvəqqəti tədbir.

TƏBİİ FƏLAKƏTİN ZƏDƏLƏYİCİ TƏSİRİ

 - təhlükəli təbiət 

hadisəsinin bir və ya bir neçə zədələyici faktorunun insanın 

həyat və sağlamlığına, ev heyvanları və bitkilərə, iqtisadiyyat 

obyektləri və təbii mühitə mənfi təsiri.

FÖVQƏLADƏ VƏZİYYƏTİN İDARƏ EDİLMƏSİ 

- fövqəladə 

vəziyyətlə əlaqədar olan bütün aspektlərin həll edilməsi 

məqsədilə öhdəlik və resursların təşkili və idarə edilməsi. O 

cümlədən, o, hazırlığı, reaksiya verilməsini və təxirəsalınmaz 

bərpa tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur.

FƏLAKƏT RİSKİNİN İDARƏ EDİLMƏSİ  (DISASTER RİSK 

MANAGEMENT)

 - təhlükələrin mənfi təsirinin və fəlakə-

tin inkişafetmə ehtimalının azaldılması məqsədilə inzibati 

sərəncamların, təşkilatların, əməliyyat qabiliyyətləri və 

imkanlarının, strategiyanın, siyasət və öhdəsindən gəlmə im-

kanlarının yaxşılaşdırılması potensialından sistematik olaraq 

istifadə edilməsi prosesi.

TƏHLÜKƏ (HAZARD)

 - insan, kənd təsərrüfatı heyvanları və 

bitkiləri üçün təhlükə yarada biləcək təhlükəli təbiət hadisə-

si, hansının nəticəsində fövqəladə vəziyyət yarana bilər.

RISK 

- təhlükədən fövqəladə vəziyyətin inkişaf etmə 

mümkünlüyü, həmin mümkünlük fövqəladə vəziyyətin 

mənbəsinin (təhlükəsinin) inkişaf etməsinin ehtimalı (və ya 

tezliyi) ilə və mümkün olan fövqəladə vəziyyət zonasındakı 

həssaslıqla müəyyən edilir.

HƏSSASLIQ

 - mümkün olan fövqəladə vəziyyətlərin 

zədələyici faktorlarına qarşı əhalinin, iqtisadiyyat sahələri 

və obyektlərinin, eləcə də təbii mühitin müdafiəsizliyinin 

göstəricisi.

TƏBİİ FƏLAKƏTİN QARŞISININ ALINMASI (PREVENSİYA)

- hüquqi, təşkilati, iqtisadi, mühəndis-texniki, sanitariya-gigi-

yenik və digər tədbirlərin kompleksi, həmin kompleks təbii 

mühitdə və təhlükəli istehsalat obyektlərində həyata keçirilir 

ki, fəlakət üzündən vurulmuş ziyanın qarşısı alınsın.

MİTİQASİYA

 - hazırlığın artırılması və həssaslığın azaldılması 

məqsədilə, təbii fəlakətin nəticələrini azaldan (yumşaldan) 

əvvəlcədən həyata keçiriləcək tədbirlər kompleksinin həyata 

keçirilməsi.

Təbii fəlakətlər riskinin azaldılması



32

QƏZA-XİLASETMƏ İŞLƏRİ (ŞƏKİL 7-YƏ BAXIN) 

- fəlakət 

ocağında yanğınların lokalizasiya və söndürmə, insan-

ların axtarış və xilasetmə, zərərçəkmişə ilkin tibbi yardımın 

göstərilməsi işləri və zərurət olduqda onların fövqəladə vəzi-

yyət zonasından kənara, ixtisaslaşdırılmış tibb müəssisələrinə 

evakuasiya edilməsi üçün ilk növbədə yerinə yetiriləcək işlər. 

QƏZA-BƏRPA İŞLƏRİ

 - fəlakət ocağında dağıntı və art-

mış təhlükənin ayrı-ayrı ocaqlarının lokalizasiya, qəza və 

zədələnmələrin aradan qaldırılması, əhalinin həyatının təmin 

edilməsi üçün zəruri olan minimal şəraitin yaradılması üçün 

ilk növbədə yerinə yetiriləcək işlər.

ZƏLZƏLƏNİN GÜCÜ

 - zəlzələ zamanı seysmik dalğalar 

şəklində ayrılmış enerjini müəyyən edən kəmiyyət. O, maqni-

tudalarla ölçülür. Maqnituda, qayda olaraq, Rixter cədvəlinə 

əsasən 0-dan 9-a qədər (nadir hallarda - daha artıq) dəyişir.

Zəlzələnin intensivliyi (yəni zəlzələ nəticəsində yer kürəsinin 

səthinin yırğalanmasının intensivliyi) -  yer kürəsinin 

səthində konkret nöqtədə zəlzələnin dağıdıcı nəticəsinin vi-

zual qiymətləndirilməsinə əsasən müəyyən edilmiş kəmiyyət. 

O, maqnitudadan, zəlzələ ocağının səthindən uzaqlaşma 

məsafəsindən və ərazinin geoloji strukturundan asılıdır. İn-

tensivlik (Avropanın makroseysmik cədvəli) EMS 98-ə əsasən 

0-dan 12-yə qədər ballarla ölçülür.

KÜLƏYİN GÜCÜ

 - bu küləyin sürətinə birbaşa mütənasib 

olan kəmiyyətdir və onun gücünü xarakterizə edir. O, 12 

ballıq Bofort cədvəli ilə ballarla ölçülür. 

ÜMUMİ DAXİLİ MƏHSUL GÖSTƏRİCİSİ (ÜDM)

 - il ərzində 

ölkə daxilində istehsal edilmiş yekun məhsulun bazar dəyəri.

RİSKİN KEÇİRİLMƏSİ

 - konkret risklərin maliyyə nəticələrin-

in bir tərəfdən digər tərəfə rəsmi və ya qeyri-rəsmi şəkildə 

ötürülməsi prosesi, hansının nəticəsində ailə, icma, müəssisə 

və ya dövlət qurumu fəlakət baş verdiyindən sonra digər 

tərəfdən birinci tərəf üçün təmin edilmiş cari və ya təzminat 

sosial və ya maliyyə fayda əvəzinə resursları əldə edəcəkdir.

Təbii fəlakətlər riskinin azaldılması



33

1. Təbii fəlakətlərə səbəb olan ən əhəmiyyətli səbəblərdən biri 

hansıdır. 

2. İqlim dəyişiklikləri prosesi keçmişdə cari qlobal iqlim dəyişiklikləri 

prosesindən nə ilə fərqlənir.

3.  Təbii fəlakətlər zamanı insan itkisi baxımından hansı ölkələr daha 

həssasdır - inkişafda olan yoxsa inkişaf etmiş ölkələr. Nədən?

1. 2000-ci ildə işlənib hazırlanmış, təbii fəlakətlər riskinin azaldılması 

ilə bağlı beynəlxalq strategiya diqqəti nəyə cəmləşdirir. Yeni strate-

giyanı ondan əvvəl mövcud olan yanaşma ilə müqayisə edin.

2. Təbii fəlakətlərin idarə edilməsinin proaktiv yanaşması nəyi 

nəzərdə tutur.

3. Təbii fəlakətlər riskinin idarə edilməsinin strategiyası hansı 

mərhələləri əhatə edir.

4. Fəlakətlər riskinin idarə edilməsinə yönəldilmiş tədbirlər neçə 

kateqoriyaya bölünür. Onlardan hər birini təsvir edin.

5. Fəlakətdən əvvəlki və fəlakətdən sonrakı tədbirləri bir-biri ilə 

müqayisə edin. Onlardan hansı üstünlüyə malikdir və nədən.

6. Təbii fəlakətlər riskinin idarə edilməsinin b. a. birgə iştirak metodu 

nəyi nəzərdə tutur.

1. Risk nədir və o, nə vaxt yaranır.

2. Təhlükə nədir.

3. Sizin regionunuzda/rayonunuzda mövcud olan təbii təhlükələri 

sadalayın, onları yaradan səbəbləri, gücünü, tezliyini, yayılma are-

alını deyin.

4. Subasma daşqından nə ilə fərqlənir.

5. Sel və sürüşmə bir-birindən nə ilə fərqlənir.

6. Risk qarşısında duran obyektlər nə deməkdir.

7. Hansı obyektlər risk altına düşə bilər.

8. Əgər Sizin regionunuzda/rayonunuzda təbii təhlükə mövcuddur-

sa, o zaman risk altına düşən obyektləri sadalayın.

9. Risk altında olan obyektlərin eyniləşdirilməsi və onların mi-

qdarının hesablanması üçün ən səmərəli metod hansıdır.

10. Həssaslıq nədir.

11. İzah edin, fiziki, sosial, iqtisadi və ekoloji həssaslıq nə deməkdir.

1. Prevensiya nədir.

2. Strukturlu və qeyri-strukturlu prevensiya tədbirləri bir-birindən nə 

ilə fərqlənir.

3. Sizin regionunuzda/rayonunuzda təbii fəlakətlərin prevensiya 

tədbirlərini xatırlayın və təsvir edin.

 

1. Riskin kommunikasiyası nədir.

2. Sizin regionunuzda/rayonunuzda riskin kommunikasiya tədbirləri 

və vasitələrini xatırlayın və təsvir edin.

3. Sizin regionunuzda/rayonunuzda erkən xəbərdarlıq sistemi 

mövcuddurmu. Sizin məktəbinizdə fövqəladə hallara reaksiya ver-

ilməsi planı vardırmı.

4. Risklərin kommunikasiyasının ən səmərəli vasitələrindən biri 

hansıdır və nədən.

ÖZÜNÜYOXLAMA 

ÜÇÜN SUALLAR

Təbii fəlakətlər riskinin azaldılması



Təbii fəlakətlər riskinin azaldılması

34


Təbii fəlakətlər riskinin azaldılması

35

İSTIFADƏ OLUNMUŞ ƏDƏBIYYAT:

1. Gürcüstan ərazisi üçün xarakterik olan təbiət had-

isələrinin təhlükə və risklərinin atlası, 2012. CENN/ITC, 

Tbilisi, Gürcüstan. ISBN 978-9941-0-4310-9.

2. Qlobal iqlim dəyişikliyi və Gürcüstan, 2011, CENN, 

Tbilisi. 

3. http://drm.cenn.org.

4. http://www.emdat.be/natural-disasters-trends. 

5. Multi-hazard risk assessment – Distance education 

course. Guide book, 2009. Cees van Westen (ed.). United 

Nations University – ITC School on Disaster Geoinforma-

tion Management (UNU-ITC DGIM).

ბუნებრივი კატასტროფების რისკის შემცირება 36

:

cenn projects -> MC CCA -> Brochures-Textbooks -> Azerbaijan
Brochures-Textbooks -> Caucasus Environmental ngo network
Azerbaijan -> İqlim dəyişikliyinə uyğunlaşmanın Planlaşdırılması: Cənubi Qafqazda Bələdiyyələrdə qərar qəbul edənlər üçün təlimat


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


dartois--mons--armand--.html

daruim-lumina-si-iubire-2.html

daruvannya-tori.html

darvin-dnt-ni-blsyd---2.html

darvin-dnt-ni-blsyd-chalt-3.html