©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

Dərslik və müəllim üçün metodik vəsait haqqında - səhifə 7


  LAYİHƏ



53
21.
1.1.3.,  
2.1.1.
İngiltərə və 
Fransa
Az.t. 1.3.1.
Ə. 2.2.1.
XV–XVIII əsrlərə aid 
Fransa və İngiltərənin 
xəritəsi, şəkillər, fipçart, 
marker, yapışdırıcı lent, iş 
vərəqləri, dərslik və s.  
formativ
1

Kiçik summativ qiymətləndirmə


1


22.
1.1.1.. 
1.1.2., 
3.1.3.
Böyük coğrafi 
kəşflər və  
müstəmləkə 
işğalları. ABŞ-ın 
yaranması
İnf.-1.1.1., 
Cog. 1.1.1. 
Az.t. 1.2.2.
XV–XVIII əsrlərə aid 
Amerikanın xəritəsi, 
şəkillər, fipçart, marker, 
yapışdırıcı lent, iş 
vərəqləri, dərslik və s.
formativ
1
23.
2.1.1., 
3.1.3., 
4.1.1.
Rusiya dövləti
Az.t. 4.1.1.
Ə. 3.1.3.
Az-d. 4.1.4.
Dərslik, iş vərəqləri, İKT 
vasitələri, şəkillər, Şərqi 
Avropanın dövrə aid 
xəritəsi , flipçart, marker, 
yapışdırıcı lent, rəngli 
karandaşlar və
formativ
1
24.
1.1.4., 
2.1.1., 
4.1.2.
Osmanlı dövləti
Az.t.  
1.3.1., 
4.1.2., 
Əd. 3.1.2. 
İnf. 4.1.2. 
İKT, “Fateh 1453” filmi, 
CD disk, XVI–XVIII əsrlərə 
aid Osmanlı dövlətinin 
xəritələri, şəkillər, mövzuya 
aid slaydlar, fipçart, marker 
və s. 
formativ
1
25.
1.1.3., 
2.1.2., 
3.1.2.
Çin, Hindistan, 
Mərkəzi Asiya
A.d. 1.2.2., 
4.1.4. 
İnf. 2.2.4., 
Az.t. 1.3.1.
Kompüter, proyektor, Çin 
və Hindistanın XVI-XVIII 
əsrlərə aid xəritəsi, şəkillər, 
fipçart, marker, yapışdırıcı 
lent, iş vərəqləri, dərslik 
və s.  
formativ
1
26. 
5.1.1., 
5.1.2., 
5.1.3.
Mədəniyyət
Ə. 3.1.2., 
A.d. 1.2.3., 
Az.t. 5.1.2, 
5.1.3.
Dərslik, CD disk, proyektor, 
komputer, səs gücləndirici, 
şəkillər, portretlər, flipçart, 
marker, yapışdırıcı lent 
və s. 
formativ
1

Kiçik summativ qiymətləndirmə


1


Böyük summativ qiymətləndirmə


1


Cəmi.
34 
Son orta əsrlər və  yeni
 
 dövrün başlanğıcı
Son orta əsrlər və  yeni  dövrün başlanğıcı

  LAYİHƏ



54

Hörmətli müəllimlər, sizə təqdim edilmiş mövzuların 


icmalı tövsiyə xarakterlidir. Siz X sinif “Ümumi tarix” fənn 


kurikulumunun standartlarına uyğun olaraq öz məqsədlərinizi 


mövzular vasitəsilə reallaşdıra bilərsiniz. Bu zaman siz, forma 


və üsulların seçilməsində, eləcə də inteqrasiya imkanlarının 


reallaşdırılmasında sərbəstsiniz.


Bütün gündəlik dərslərin vaxt bölgüsü və planlaşdırılması da 


sizdən asılıdır. Tələblərə uyğun olaraq gündəlik planlaşmanın 


aparılması və qiymətləndirmənin həyata keçirilməsi sizin 


şagirdlərin xüsusiyyətinə və metodunuza uyğunlaşmış şəkildə 


reallaşdırılarsa, daha səmərəli nəticə əldə oluna bilər. Təqdim 


olunmuş icmalların sonunda qiymətləndirmə səviyyələrin 


verilməsini məqsədəuyğun hesab etsəkdə bu bir tövsiyədir. 


Çünki sizə hazır şəkildə təqdim edilmiş səviyyələr sizin sinifinizdə 


keyfiyyətin düşməsinə səbəb ola bilər. Siz səviyyələri öz sinfinizin 


şagirdlərinin bacarıqlarına uyğun müəyyən etməklə formativ 


qiymətləndirməni həyata keçirin.


Hörmətli müəllimlər, inanırıq ki, sizə təqdim etdiyimiz tövsiyələr 


köməyinizə çatacaq və dərslikdən istifadənizi rahatlaşdıracaqdır.


Dərslərin icmalı və tövsiyələr 


  LAYİHƏ



55

Dərsin mərhələləri 


Motivasiya. 


Sadədən  mürəkkəbə,  xronoloji  ardıcıllıq,  eləcə  də  məntiqi  ardıcıllıq 
prinsipini əsas götürsək, İbtidai icma quruluşu mövzusu dərslikdə olduğu kimi tədris ilinin 
ilk mövzusudur. Şagirdlər əvvəlki illərdə İbtidai icma quruluşu haqqında müəyyən bilik və 
bacarıqlara malikdilər. Mövzunu tədris edərkən əvvəlki tədris ilinin mövzuları ilə əlaqəli 
suallarla müraciət etmək, motivasiyanı bu əlaqələndirmə əsasında qurmaq məqsədəuy-
ğun olar. Dərslikdə öz əksini tapmış, mövzunun  əvvəlində verilmiş açar sözlərə şagird-
lərin diqqətini cəlb etmək olar. Yaxud da əvvəlcədən hazırlanmış ağ plakatda açar söz-
ləri yazıb lövhədən asa bilərsiniz.
Şagirdlərə açar sözlərlə bağlı suallar verməyiniz tövsiyə olunur. 
Bu  sözlər  sizə  tanışdırmı? Açar  sözlər  haqqında  nə  deyə  bilərsiniz?  və  s.  bu  tip 
suallar sizin motivasiya qurmanıza yardım edəcəkdir. Şagirdlərin fərziyyələrini dinləyin. 
Motivasiya  baş  tutduqdan  sonra  tədqiqatın  aparılması  mərhələsini  reallaşdırın.  
Motivasiyanın həyata keçirilməsi üçün digər bir vasitə bu dövrə aid videoçarx göstərmək 
olar. Əgər sizin elektron resurslardan istifadə etmək imkanınız varsa, şagirdlərə “Milyon 

•  Arxeologiya


•  İlk insan


•  Əmək alətləri


•  İbtidai icma


•  “Ağıllı insan”  


•  Əkinçilik


•  Maldarlıq       


•  Qəbilə icması


İbtidai icma cəmiyyəti


Mövzu


1


Alt standartlar:


1.1.4. Dünyada və Azərbaycanda baş verən hadisə, proses və təzahürlər arasında 
əlaqələri tarixi zaman baxımından izah edir.
2.1.1.  Müxtəlif  tarixi  dövrlərdə  ölkələrin  və  xalqların  sosial-iqtisadi  və  mədəni 
həyatında baş verən dəyişiklikləri məkan baxımından qiymətləndirir.

Təlim məqsədi:


1.  İbtidai  icma  dövründə  dünyada  və Azərbaycanda  baş  verən  hadisə,  proses  və 
təzahürlər arasında əlaqələri tarixi zaman baxımından izah edir.
2.  İbtidai  icma  quruluşu  dövründə  baş  verən  dəyişiklikləri  məkan  baxımından 
qiymətləndirir.

İnteqrasiya: 


Az-t.- 1.3.1.  Coğ.-3.2.1.

Təlim forması: 


 fərdi və kollektiv iş

Təlim üsulu:


 beyin həmləsi, fasiləli oxu, müzakirə

Resurslar:


  xəritə,  dövrə  aid  şəkillər,  iş  vərəqləri,  dərslik,  “Milyon  il  bundan  öncə” 
filmindən epizod, dövrə aid tapılmış mənbələrin şəkilləri

  LAYİHƏ



56
il  bundan  öncə”  filmindən  fraqment  təqdim  edin.  Filmin  fraqmenti  təqdim  edildikdən 
sonra şagirdlərə bu film, filmdə baş vemiş hadisələr haqqında suallar verin. Bu mövzu 
üçün digər bir motivasiya  arxeoloq Luis Lik haqqında verilmiş hissəni şagirdlərdən birinə 
oxudub fərziyyələri almaqla da həyata keçirə bilərsiniz. 

Tədqiqat  sualı: 


  

Cəmiyyətin  inkişafında  ibtidai  icma  quruluşunun  hansı  rolu 


olmuşdur? 


Tədqiqatın aparılması:


 Bu mərhələni həyata keçirmək üçün fasiləli oxu üsulundan 
istifadə  etmək  olar.  Qeyd  edək  ki,  siz  əvvəlki  illərdən  MMV-də  bu  üsul  barədə  geniş 
məlumat  almısınız.  Ona  görə  də  şagirdlərlə  bu  üsulun  həyata  keçirilməsi  çətinlik 
törətməyəcəkdir. Şagirdlərə növbə ilə mövzunu oxudub müəyyən hissələrdə fasilələrə yol 
verirsiniz. Mövzuarası verilmiş sual və tapşırıqlar sizin fasilə edəcəyiniz hissələr ola bilər. 
Siz şagirdlərin səviyyəsindən aslı olaraq bu fasilələri mürəkkəb görünən və düşünməyə, 
eləcə də mülahizələr söyləməyə imkan  yaradan hissələrdə də edə bilərsiniz. 
İnsanın yaranması haqqında hansı nəzəriyyəyə üstünlük verirsiniz? Doğru saydığınız 
nəzəriyyəni  əsaslandırın.  Dərslikdə  öz  əksini  tapmış  bu  sualı  şagirdlərlə  müzakirəyə 
qoyun.  Onların  yanaşmalarına  hörmətlə  yanaşın.  Çünki  bu  yaş  dövrünün  şagirdləri 
söylədikləri fikrin rədd olunması ilə barışmaya bilir və bu da şagirdin stimuldan düşməsinə 
şərait yaradır. 
Digər bir sual, 

 


İbtidai insanlar heyvanlardan nə ilə fərqlənirdilər? Bu fərqliliyi sübut 
etmək üçün faktlar göstərin. Şagirdlərin öncələr əldə etdikləri biliklərinin də üzə çıxması 
üçün fürsət veriləcəkdir. Onlar həm dərslikdə verilən məlumatlardan nəticə çıxarmaqla, 
həm də əvvəllər öyrəndikləri materiallara istinad etməklə faktlar söyləyəcəklər. 
Daş  dövrü  insanlarının  əldə  etdikləri    nailiyyətlərin  əhəmiyyəti  nə  idi?  İzah  edin. 
Sual və onun əsasında verilən tapşırıq standartdan doğan məqsədin reallaşması üçün 
köməkçi vasitədir desək yanılmarıq. Şagirdlərin izahı onların əlaqələndirmə bacarığını da 
formalaşdırmaq üçün istiqamət verəcəkdir. 
“Ən  qədim  əkinçilik  məskəni  –  Çatal-Höyük”    və    Göbəklitəpə    faktını  məkan 
baxımından dəyərləndirin. Bu tapıntıların türk dünyası üçün müsbət cəhətlərini qeyd edin.  
Bu  tapşırıq  şagirdlərin  dəyərləndirmə,  qiymətvermə,  eləcə  də  sintezetmə  bacarığının 
formalaşdırılmasına köməkçi olacaqdır. 
  “Azərbaycanda  tunc  dövrü  hansı  özünəməxsus  yol  keçmişdir?”  sualını  şagirdlərə 
verməklə dünyada baş vermiş prosesləri ölkəmizin tarixi ilə əlaqəli dəyərləndirmək üçün 
şərait yaratmış olarıq.
Mövzunun  oxunuşu  zamanı  fasilə  verməklə  qısa  vaxt  ərzində  şagirdlərin 
dəyərləndirməsini  həyata  keçirin.  Tövsiyə  edirik  ki,  şagirdlər  öz  fikirlərini  söyləyərkən 
ən zəruri sayılan məqamları lövhədə və ya flipçartda (bunu vatman kağızı da əvəz edə 
bilər) qeyd edin. Çünki sonda ümumiləşdirmə və nəticələrin əldə olunmasına istiqamət 
verəcəkdir. 
Fasiləli  oxu  zamanı  təkcə  mövzunu  əhatə  etmiş  sual  və  tapşırıqlar  deyil,  şəkillər, 
illüstrasiyalar,  mənbələr  də  diqqət  mərkəzində  saxlanılmalıdır.  1-ci  mövzuda  öz  əksini 
tapmış  sxemə  şagirdlərin  diqqətini  cəlb  edin.  Bu  sxemdə  əks  olunmuş  dövrlər  barədə 
suallar verin. Verilmiş dövrləşmənin tarixini şagirdlərdən almağa çalışın.  
Fasiləli oxu bitdikdən sonra mövzu ilə yekun müzakirə aparın. Bu zaman şagirdləri  
dərsliyin sonunda verilmiş bəzi suallara yönləndirin.
Bunun üçün qısa vaxt ayırın.
1. İbtidai icma dövründə dünyada baş vermiş hadisələri dövr  baxımından əlaqələndirib 
izah edin.
2. İbtidai icma quruluşunun dağılmasına səbəb olan amilləri şərh edin.
3. Ocaq qədim insanları birləşdirirdi. Bəs indi insanları bir-birinə yaxınlaşdıran nədir?  
Bu iki fikri dövr və məkan baxımından dəyərləndirin.

  LAYİHƏ



57
4. İbtidai icma quruluşunun insanlarının dini görüşlərini müasir dini görüşlərlə əlaqəli 
təhlil edin. 
5. Hərbi demokratiyanın müasir demokratiya ilə fərqi nədir? 
6.  İbtidai  icma  dövründə  dünyada  və  Azərbaycanda  baş  verən  oxşar  prosesləri 
sadalayıb, onların eyni dövrdə başvermə səbəblərini izah edin.

Məlumatın mübadiləsi və müzakirəsi:


 Şagirdlərə şifahi verilmiş bu tapşırığa ayrılan 
vaxt bitdikdən sonra sual və tapşırıqlara cavab ala bilərsiniz. Şagirdlərin fikirləri dinlənilir. 
Deyilən arqumentlər lövhədə qeydə alınır. Səslənmiş fikirlər müzakirə edilir. Eləcə də 
müəllim,  dərsin  məqsədlərinə  və  tədqiqat  sualına  yönəlmiş  əvvəlcədən  hazırladığı 
sualları şagirdlərə verməklə bu mərhələni yekunlaşdıra bilər.

Ümumiləşdirmə və nəticənin çıxarılması:


 Dərsin gedişindəki müzakirələr, eləcə 
də şifahi olaraq həyata keçirilən tədqiqatyönümlü tapşırığın nəticəsində şagirdlər İbtidai 
icma  dövründə  dünyada  və  Azərbaycanda  baş  verən  hadisə,  proses  və  təzahürlər 
arasında əlaqələri tarixi zaman baxımından izah edərək, İbtidai icma quruluşu dövründə 
baş  verən  dəyişiklikləri  məkan  baxımından  qiymətləndirmiş  olacaqlar.  Bəhs  olunan 
dövrün  özünəməxsus  xüsusiyyətlərini  vurğulamaqla  ibtidai  mədəniyyətdən  daha 
təkmil mədəniyyətə doğru irəliləmək üçün yaranan şəraitin səbəblərini izah etməklə öz 
sənədlərini nəticələr şəkilində təqdim edə, çıxarılan nəticələri ümumiləşdirə bilər.

Yaradıcı tətbiqetmə: 


Bu mərhələdə mövzunun sonunda verilmiş tapşırığı, (İbtidai 
icma quruluşunun özünəməxsus xüsusiyyətlərini sxem tərtib etməklə təqdim edin.) icra 
etmək üçün verə bilərsiniz.

Ev tapşırığı: 


Faktlar toplamaqla “Ən qədim əkinçilik məskəni – Çatal-Höyük” adlı 
mətn hazırlayın. 

Qiymətləndirmə meyarları:


 izahetmə, qiymətləndirmə
Təlim məqsədinə uyğun olaraq aparılan qiymətləndirmə dərsin bütün mərhələlərində 
həyata keçirilə bilər. Bu zaman qiymətləndirmə qaydalarına uyğun olaraq siz öz sinfi-
nizin şagirdlərinə səviyyələr yaza bilərsiniz. Şagirdlərin bilik və bacarıqlarını əsasən  4 
səviyyə üzrə qiymətləndirin. Bu səviyyələr meyara uyğun həyata keçirilməlidir. Bu səviy-
yələr ən zəif bacarığa malik olan şagirddən tutmuş ən bacarıqlı şagirdə görə dəyişə bilər. 
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
İbtidai icma döv-
ründə dünyada və 
Azərbaycanda baş 
verən hadisə, proses 
və təzahürlər ara-
sında əlaqələri tarixi 
zaman baxımından 
izah etməkdə çətinlik 
çəkir. 
Müəllimin köməyi 
ilə İbtidai icma döv-
ründə dünyada və 
Azərbaycanda baş 
verən hadisə, proses 
və təzahürlər ara-
sında əlaqələri tarixi 
zaman baxımından 
izah edir.
Bəzi səhvlərlə 
İbtidai icma 
dövründə dünyada 
və Azərbaycanda 
baş verən hadisə, 
proses və təzahürlər 
arasında əlaqələri 
tarixi zaman 
baxımından izah edir
İbtidai icma 
dövründə dünyada 
və Azərbaycanda 
baş verən hadisə, 
proses və təzahürlər 
arasında əlaqələri 
tarixi zaman 
baxımından izah 
edir.
İbtidai icma quruluşu 
dövründə baş verən 
dəyişiklikləri məkan 
baxımından qiymət-
ləndirməkdə çətinlik 
çəkir.
Suallardan istifadə 
etməklə ibtidai icma 
quruluşu dövründə 
baş verən dəyişiklik-
ləri məkan baxımın-
dan qiymətləndirir.
Bəzi səhvlərlə ibtidai 
icma quruluşu 
dövründə baş 
verən dəyişiklikləri 
məkan baxımından 
qiymətləndirir.
İbtidai icma quruluşu 
dövründə baş 
verən dəyişiklikləri 
məkan baxımından 
qiymətləndirir.

  LAYİHƏ



58
Qiymətləndrmə zamanı özünüqiymətləndirmə vərəqlərində də istifadə edə bilrəsiniz. 
Ad, soyad, ata adı. Nəhmətov Nurlan Elşad oğlu 
Tarix. 20 sentyabr 2017
Tapşırığı 
başa 
düşdüm və 
fikrimi izah 
etdim
Dərsdə 
diqqətli idim
Məntiqli 
yanaşmam 
var idi
Sual-
cavabda 
aktiv idim
Əməkdaşlıq 
etdim
Etiket 
qaydalarına 
riayət etdim

Qədim Misir və İkiçayarası (Mesopotamiya) 


dövlətləri


Mövzu


2


Alt standartlar:


1.1.4. Dünyada və Azərbaycanda baş verən hadisə, proses və təzahürlər arasında 
əlaqələri tarixi zaman baxımından izah edir.
2.1.1.  Müxtəlif  tarixi  dövrlərdə  ölkələrin  və  xalqların  sosial-iqtisadi  və  mədəni 
həyatında baş verən dəyişiklikləri məkan baxımından qiymətləndirir.

Təlim məqsədi:


1. Qədim Misir, İkiçayarası və Azərbaycanda baş verən hadisə, proses və 
təzahürlər arasında əlaqələri tarixi zaman baxımından izah edir.
2. Qədim Misir və İkiçayarasında baş verən dəyişiklikləri məkan baxımından 
qiymətləndirir.

İnteqrasiya:


 Az-t.- 1.3.1.,  Az-d. 1.2.2.

Təlim forması: 


 fərdi və qruplarla iş

Təlim üsulu:


 beyin həmləsi, fasiləli oxu, müzakirə, mühazirə 

Resurslar:


 xəritə, dövrə aid şəkillər, iş vərəqləri, dərslik, “Mumiya” filmindən epizod, 
dövrə aid mənbələr.

Dərsin mərhələləri 


Motivasiya


. Motivasiya üçün Misir və Mesopotamiyanın zəngin tarixini əks etdirən 
şəkillərdən istifadə edə bilərsiniz. Əgər elektron təqdimat etməyə imkanınız varsa, şəkil-
ləri slayd şəklində təqdim edin. Şəkillər təqdim edildikdən sonra sinfə suallarla müraciət 
edin.  Şagirdlərin  fərziyyələri  dinlənildikdən  sonra  fikirlərini  ümumiləşdirin.  Motivasiya 

  LAYİHƏ



59
üçün digər bir vasitə xəritədir. Dünya xəritəsindən istifadə etməklə dünyanın ən qədim 
dövlətlərinin hansı olması barədə suallar verə bilərsiniz. Yaxud da şagirdlərə VI sinifdən 
bəlli  olan  Misir  və  Mesopotamiya  təqvimini  göstərməklə  bu  təqvimin  kimlərə  məxsus 
olması və s. haqqında soruşa bilərsiniz. Suallar verməklə də motivasiya yaratmaq olar. 
Şagirdlərin sevimli filmlərindən olan “Mumya” filmi də motivasiya zamanı sizin köməyinizə 
çata bilər. Tövsiyə olunan motivasiyalardan biri də Luvr muzeyinə virtual səyahətdir. Bu 
səyahət zamanı Mesopotamiya və Misir zalları təqdim edilir. Şagirdlərə bu tarixi ekspo-
natların hansı ölkələrə məxsus olması soruşulur. Sonra isə əlaqəli olaraq nə üçün bu eks-
ponatların Fransada yerləşməsi barədə də suallar verə bilərsiniz. Şagirdlərin fərziyyələri 
dinlənilir və ümumiləşdirilmə aparılaraq araşdırılacaq  işə zəmin yaradılır. Tədqiqatın apa-
rılması mərhələsində tədqiqat sualının verilməsi zəruridir.

Tədqiqat sualı: 


 

Misir və Mesopotamiya tarixdə hansı iz qoya bilmişdi?


Tədqiqatın aparılması:


 

Mövzu geniş olduğundan dərsi qruplarla iş apararaq qur-
mağınız məqsədəuyğun olar. Tədqiqat işinə başlamazdan əvvəl hər iki dövlət barədə 
mühazirə söyləyə bilərsiniz. Bu mühazirə zamanı ecazkar Luvr muzeyinin Misir və Me-
sopotamiya zalında olan tarixin lal yaddaşının yadigar qalmış izindən şifahi şəkildə danı-
şa bilərsiniz. Əgər görüntülü təqdimata imkan varsa, mühazirə görüntü ilə sintez şəkildə 
reallaşsa, maraqlı effekt yaradar. Digər bir tövsiyə şagirdlərdən hər hansının Misir və 
Mesopotamiya haqqında geniş bilikləri varsa, onun mühazirəsinidə dinləmək olar. Bir 
şeyi qeyd edək ki, bütün tarix müəllimləri yaxşı bilir ki, istedadlı və maraq dairəsi geniş 
olan  şagird  mütləq  keçiriləcək  mövzuları  nəzərdən  keçirir,  o  barədə  müstəqil  şəkildə 
araşdırma da aparır. Yeniyetməlik yaş dövrünün xüsusiyyəti olan özünütəsdiq hissi və 
ya mən daha güclüyəm fikri onların dərs zamanı daha çox məlumat vermək istəyi ilə 
nəticələnir. Siz bu şagirdlərin bacarığını yerindəcə boğmayın. Lazım gələrsə, onların bu 
qabiliyyətlərindən də istifadə edin. 
Bütün sadalananlar sizin sinif üçün keçərli deyilsə, onda ən sadə yol,  dərslikdə öz 
əksini tapmış mətnlə tanışlığı şagirdlərə tapşırın. Araşdırma məqsədilə şagirdləri qrup-
lara bölüb aşağıda verilmiş tapşırıqların icrasını iş vərəqləri paylamaqla həyata keçirin. 
Qrup bölgüsü sizin öz seçiminizdən aslıdır. Bu bölgü rəqəmlər, rənglər və s. ola bilər. 
Əvvəlcədən hazırlanmış iş vərəqləri sövqedici olmalıdır. Verilmiş tapşırıqlar məqsədə 
çatmaq üçün vasitə olmalıdır. Tapşırıqlar hazırlayarkən mövzunun sonunda verilmiş sual 
və tapşırıqlardan da istifadəniz tövsiyə edilir. Tədqiqatın aparılması üçün  müəyyən vaxt 
ayırın və bu vaxta riayət olunmasını tapşırın. 
Qrup  işinin  iş  vərəqlərini  hazırlayarkən  sinfinizin  xüsusiyyətlərini  nəzərə  alın.  Ola 
bilər ki, dərslikdə verilmiş hər hansı bir sual və tapşırıq sizin sinif üçün maraq doğuran 
məqamlardandır və onların araşdırılması zəruridir. 

I qrup. 

Misiri “Nilin töhfəsi”dir fikrini əsaslandırın. Misirin təbii-coğrafi şəraitini onun 
təsərrüfat həyatına təsri ilə əlaqələndirin.

II qrup. 

Misir və Mesopotamiyada yaranmış dövlətlərin o dövrdə Azərbaycan ərazi-
sində mövcud olan  dövlətlərlə əlaqələrinin əhəmiyyətini sistemli şəkildə şərh edin.

III qrup. 

Misir və Mesopotamiyanın sosial-iqtisadi və mədəni həyatında baş verən 
dəyişiklikləri məkan baxımından dəyərləndirin.

IV qrup.  

Misir və Mesopotamiyanın yaranması və inkişafı prosesini, geosiyasi dəyi-
şiklikləri faktlar göstərməklə izah edin.

V qrup. 


Dərslikdə verilmiş Misir və Mesopotamiyanın  tarixinə aid mənbələri təhlil 
edib gəldiyiniz nəticələri sxemləşdirib təqdim edin.

  LAYİHƏ



60

Məlumatın mübadiləsi və müzakirəsi:


 

Qrup işinə ayırdığınız vaxt bitdikdən sonra  
məlumatın mübadiləsi və müzakirəsi mərhələsini həyata keçirin. Təqdimatın edilməsin-
dən öncə, yəni qrup işlərinin icrası başlandığı vaxtdan qrup işinin qiymətləndirilməsi me-
yarını lövhədən və ya divardan asın. Sizə MMV-nin ön səhifələrində qrup qiymətləndir-
mə meyarları ilə bağlı tövsiyələr verilmişdir. Aşağıda təqdim edilmiş qrup qiymətləndirmə 
meyarları nümunəsi sizin üçün tövsiyə olunur.
Qruplar
Mübadilədən 
düzgün 
istifadə
Təqdimetmə
Tapşırıq vax-
tında yerinə 
yetirilib
Əməkdaşlıq
Ümumi 
nəticə
I
II
III
IV
V
Qruplar işlərini təqdim edərkən nəticələri ümumiləşdirmək vacibdir. Qədim Misirin və 
Mesopotamiyanın ümumi xüsusiyyətlərini, onların tarixdə qoyduğu izi, dövlətçilik tarixi 
və s. bir-bir nəzərdən keçirilməli örnək olunacaq məqamlar müqayisəli şəkildə təhlil edil-
məlidir.  
Qeyd edək ki, qrup işlərinin müzakirəsi zamanı siz, dərslikdə verilmiş digər sual və 
tapşırıqları qrup üzvlərinə verməklə müzakirəni daha canlı edə bilərsiniz. Həm də bu, 
diqqətdən kənar qala biləcək məqamların da olmaması üçün zəmin yaradacaqdır.

Ümumiləşdirmə və nəticənin çıxarılması: 


Bu mərhələdə dərs müddəti araşdırılan 
bütün faktlar bir növ gözdən keçirilir. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün tətbiq 
olunan metodlar nəticənin əldə edilməsində şagird amilinin iştirakı üçündür. Çalışın son 
nəticəni şagirdlər çıxarsın. Əgər məqsədinizə çatmısınızsa, o zaman şagirdləriniz Misir 
və Mesopotamiyanın sosial-iqtisadi və mədəni həyatında baş verən dəyişiklikləri mə-
kan baxımından qiymətləndirəcəkdir. Həmçinin Misir və Mesopotamiyanın yaranması 
və inkişafı prosesini bu ərazilərdə baş vermiş geosiyasi dəyişikliklərin səbəblərini  izah 
edəcəkdir.

Yaradıcı tətbiqetmə: 


Bu  mərhələdə  şagirdlərin  araşdırdıqları  dövrlə  bağlı  yaradı-
cılıqlarını üzə çıxarın. Hər bir şagirdə ayrıca bir vərəqdə Misir və Mesopotamiyanın ta-
rixində baş vermiş proseslərin xronoloji cədvəlini yaratmalarını verə bilərsiniz. Yaxud da 
öncədən lal xəritə hazırlamaq imkanınız varsa, onu lövhədə asın. Şagirdləri öyrəndiyi 
dövlətlərin xəritəsini cızmagı (dövlətin, çayın və s. aid ola bilər) tapşırın.   

Ev tapşırığı:


 1. 

Qədim Misir və Mesopotamiyada gedən siyasi proseslərə dair cədvəl 
qurun. 

2. 

Qədim Misir və Mesopotamiya dövlətlərini araşdırın. Yaxud da bu iki dövlət 
haqqında araşdırma aparıb dərslikdə verilən mövzuya alternativ mövzu hazırlayın tap-
şırığını vermək olar.

Qiymətləndirmə meyarları:


 izahetmə, qiymətləndirmə
Məqsədə  uyğun  çıxarılmış  meyar  əsasında  formativ  qiymətləndirməni  səviyyələrə 
görə  həyata  keçirin.  Siz  əgər  tövsiyə  olunduğu  kimi  qrup  işi  reallaşdıracaqsınızsa,  o 
?


darzdbastbe---frmoni.html

das-belegmaterial-.html

das-deutsch-russische.html

das-doppelte-lottchen-von-12.html

das-doppelte-lottchen-von-2.html