1 ... 9 10 11 12 13 14 15 16 ... 33

Elmi redaktor: Sakit Hüseynov - səhifə 13

səhifə13/33
tarix20.09.2017
ölçüsü1 Mb.

A n a r H əsənli

təsirləri  stimullaşdıran  əsas  vasitələr  kimi  çıxış  edir.  Ona  görə  də 

submədəniyyətlər  əsasən  XX  əsrin  -   «sənaye»  cəmiyyətinin 

(industrial) törəmələridir. İlk dəfə Qərb ölkələrində müşahidə olunan 

bu  mədəni  proseslər  sonralar  bütün  dünyada  yayıldı  və  müxtəlif 

ölkələrdə fərqli submədəniyyətlər qeydə alındı. Hal-hazırda dünyada 

eyni  zamanda  yüzlərlə  submədəniyyət  və  həyat  stilləri  mövcuddur. 

Bu  baxımdan  Azərbaycan  da  istisna  deyildir.  Lakin  burada 

özünəməxsus  cəhətlər  vardır.  Belə  ki,  əhalinin  xeyli  hissəsinin 

cəmləşdiyi  ölkə paytaxtı  istisnasız aparıcı  mövqeyə  malikdir və bu, 

hər  sahədə  istər  iqtisadi  və  siyasi,  istərsə  də  sosial  və  mədəni 

sahələrdə  hiss  olunur.  Buna  görə  də  paytaxt  Bakı  həm  də  müasir 

etnomədəni  meyillərin  və  sosial-psixoloji  təzahürlərin  meydana 

çıxdığı  bir ctnososial  orqanizm  funksiyası yerinə yetirir.  İnteqrasiya 

və  toqquşm a  m eyilləri  dünyanın  dərin  transform asiyası, 

postindustrial  cəmiyyətin  yaranması  şəraitində  baş  verir  və  böyük 

tarixi keçidin sonunu və xarakterini əvvəlcədən müəyyənləşdirir.

Qloballaşma  və  sivilizasiyaların  qarşılıqlı  təsiri  onların 

məhvedici  toqquşmasının  qarşısını  almaq,  sivilizasiyalar  arasında 

lokal konfliktləri nizamlamaq problemləri alimlərin və ictimaiyyətin 

diqqətini  daha  çox  cəlb  etməyə  başladı.  Bununla  bağlı  akademik 

Ramiz Mehdiyev haqlı olaraq yazır ki, modemizasiya nəzəriyyəsinin 

əsas  komponentlərindən  biri  də  qəbul  edilən  mədəniyyətə  xas  olan 

ənənəvi normalar və dəyərlər ilə yeni təsisatlar arasında zəruri olaraq 

yaranan toqquşma problemlərini tətbiq etməkdir  [135].

Özünün  milli  və  dini  ənənələrini  saxlamaq  şərti  ilə  Avropa 

mədəniyyətini  mənimsəmək  prosesi  demək  olar  ki,  bütün  dünyada 

gedir. Məsələn, bu yolla gedən Yaponiya, Cənubi Koreya, Tayvan və 

başqa  ölkələr  dünyanın  ən  inkişaf  etmiş  ölkələri  səviyyəsinə 

yüksəlmişdir.  Yaponiya  Qərbin  nəinki  elm  və texnologiyasını,  hətta 

demokratik  dəyərlərini  də  mənimsəyərək  inkişaf səviyyəsinə  görə 

faktiki  olaraq  dünyanın  ikinci  ölkəsinə  çevrilibdir.  Bununla  yanaşı 

Yaponiya öz milli ənənələrindən və dini dəyərlərindən imtina etmir.

Daha  yüksək  inkişaf səviyyəsinə  çatan  sivilizasiyalar  ənənəvi

-

52 -

Miiasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

mədəniyyətləri  sıxışdırır,  zəiflədir,  lakin  tamamilə  aradan  qaldıra 

bilmir.  Bu  heç mümkün  də deyil.  Mənəvi-əxlaqi  ənənələr daha çox 

müqavimət  göstərirlər.  Qloballaşma  prosesində  baş  verən 

dəyişikliklər  birinci  növbədə  elmi-texnoloji,  sosial-siyasi,  hüquqi 

sahədə baş verir. Bu prosesdə dünya dövlətlərinin mütləq əksəriyyəti 

qərb  modellərinə  uyğunlaşmağa  çalışırlar.  Milli,  dini,  regional 

ənənələr bu prosesə ciddi müqavimət göstərirlər. Yeni sosial-mədəni 

dəyərlərin qəbul edilməsi, məsələn, demokratikləşmə prosesi böyük 

çətinliklərlə qarşılaşır.  Professor S.Xəlilov haqlı olaraq qeyd edir ki, 

insanın  formalaşdığı  ictimai  mühit,  ətraf  aləm,  mövcud  dəyərlər 

sistemi, sosial və hüquqi normalar, mövcud dövlət quruluşu, iqtisadi 

münasibətlər,  ailə  münasibətləri,  təhsil  sistemi  və  s.  bu  kimi 

elementlərin sintezindən ibarətdir  [39,238].

Dünyada  baş  verən  qloballaşma  prosesi  yalnız  regional 

inteqrasiya  və  transmilliləşmə  ilə  müşayiət  edilmir.  O  həm  də 

regional, lokal səviyyədə dezinteqrasiya yaradır, qloballaşmaya cəlb 

edilən yeni cəmiyyətlərin daxili tarazlığını pozur.  İdeyalar kütlələrə 

nüfuz etdikdə maddi qüvvəyə çevrilir ki, bu da ideyaların təşkiledici, 

səfərbəredici funksiyasıdır. Lakin buna baxmayaraq, yeni təfəkkürün 

formalaşması prosesinə kömək edən bir sıra digər amillər Azərbaycan 

vətəndaşlarının  şüurunu,  çoxsaylı  dini  sistemlərin,  daha  çox  isə 

yalançı  təriqət  ideologiyalarının  sınaq  meydanına  çevirmişdir. 

Sosioloqların tədqiqatları göstərmişdir ki, bədnam «Aum Senrike» də 

daxil  olmaqla  heç  bir  dini  təriqət  birliyi  Azərbaycandan  yan 

ötməmişdir [134].

Azərbaycan Respublikasının heç bir vətəndaşı din pərdəsi altında 

antimilli  təbliğat  aparan,  habelə  dövlətçiliyin  dağılmasına  kömək 

göstərən,  gələcək  vətəndaş  münaqişələrinin  təməlini  qoyan,  ölkə 

vətəndaşlarım  dini  dözümsüzlüyə,  dövlət  və  dünyəviliklə  bağlı  hər 

şeyə  biganəliyə  çağıran,  müsəlmanların,  xristianların,  iudaistləriıı 

baxışlarına  dözümsüz  münasibət  göstərən  təşkilatların  qanun 

qarşısında məsuliyyət daşımasına şübhə etməməlidir.

Başçıları  bu  və ya digər təriqətçi  missioner təşkilatın  üzvü olan



A nar Həsənli

bozi  qeyri-hökumət  birlikləri  Qərb  donorlarından  iri  qrant  alıcıları 

statusuna  malik  olmuşlar,  halbuki  onlarca  digər  qeyri-hökumət 

cəmiyyətləri  də  bu  donorların  diqqətindən  kənarda  qalmışdır. 

Beləliklə, üçüncü sektorun təsiri vasitəsilə həmin donor təşkilatların 

əsas ideyaları kütləvi şüura yeridilir. Lakin Azərbaycan cəmiyyətinin 

sağlam  mənəvi-əxlaqi  simasının  formalaşmasında  problemlər 

yaradan  təkcə,  ölkəni  xristianlaşdırmaq  məqsədi  güdən  təriqətçi 

missioner  təşkilatlar  deyildi  [134].  Azərbaycanda  transformasiya 

cəhdləri  siyasi  və  iqtisadi  dəyişikliklərlə  bağlı  olmaqla  nəticə 

verməmişdir.  Görünür,  bu  məsələdə  əxlaq  və  etikanı  başqa  cür 

nəzərdən  keçirmək  lazımdır.  Liberal  əxlaq  və  şüurun  (sistemin) 

xüsusiyyətlərinin  təhlili  müəyyən  nöqteyi-nəzərdən  özünə  baxışı 

dəyişdirməyə  imkan  verir.  Bu  isə  o  zaman  mümkün  ola  bilər  ki, 

düşüncələrimizin şərti olduğunu dərk edək. Şərtilik ondadır ki, biz bu 

sistemin «kreativ», fəal və rasional şüurun çağırışlarına cavab olaraq 

yarandığım  görürük.  Bu  şüurun  əsasında  sadəcə  dünyada  mövcud 

olmaq  yox,  onu  təşkil  etmək  cəhdi  durur.  Şüurun  daimi  yenidən 

qiymətləndirilməsi  səbəbindən  bu  sistemin  sonu  olmasa  da,  orada 

mövcud olan digər şüur növləri inkişaf proseslərinə töhfələrini verir

Qloballaşma  prosesində  cəmiyyətdə  milli-mənəvi  dəyərlər  və  din 

amili  mühüm  əhəmiyyət  kəsb  etməkdədir.  Lakin  təfəkkürün  və 

informasiyanın sirkulyasiyası, qlobal təbəddülatlar və proqnozlaşdırılan 

«sivilizasiyaların toqquşması» erasmda yalnız konfessiyalararası dialoq, 

tolerantlıq,  milli  eyniyyəti  qoruyub  saxlamağa  və  onun  postindustrial 

epoxaya keçməsinə imkan yarada bilər.

Sayca  dominant  üstünlüyə  malik  olan  azərbaycanlı  özünə 

hörməti  zor və basqı  ilə deyil, qarşılıqlı münasibətlərdəki davranışla 

qazanmağa üstünlük verir.

Azərbaycan  cəmiyyətinin  sosial  və  iqtisadi  sistemində  köklü 

dəyişikliklər,  insanın  həyat  və  fəaliyyət  mühitində əvvəllər mövcud 

olan və nəzərə çarpmayan münasibətlərə yenilərini də əlavə etmişdir. 

Özünəməxsus qədim tarixi  keçmişə və  mədəniyyətə malik xalqımız 

ilahi  dinlərə  etiqad  yolunda  da  böyük  yol  keçərək  islam  dininə

-  

54   -

Müasir şəraitdə Azərbaycanda dini-mədəm dəyərlərin  inkişaf xüsusiyyətləri

qovuşmuşdur.  Bu  tarixi  yolda  özünəməxsus  elmini,  folklorunu  və 

ədəbiyyatını,  milli  adət və ənənələrini  formalaşdırmış xalqımız kişi 

və qadın münasibətlərində də özünəməxsusluğu ilə digər xalqlardan 

təbii olaraq fərqlənir.

Modernləşmə prosesində kütləvi  şüurda dinin  rolunun  güclənməsi 

zərurəti  tez-tez  baş  verir.  Lakin  keçid  cəmiyyətləri  üçün  relevant  olan 

mədəni və mənəvi dini dəyərlər təməlçiliyə çevrilməməlidir.

Qeyd  etmək  lazımdır  ki,  sivilizasiyanın  inkişafı  yolunda  yeni 

bəşəri dəyərlərin formalaşması müxtəlif millətlərin və xalqların fərdi 

dəyərlərinin  əvvəlki  bəşəri  dəyərlərə  söykənməklə  qarşılıqlı 

inteqrasiyası əsasında yaranır. Məhz bu baxımdan Beynəlxalq Əmək 

Təşkilatı  bazar  iqtisadiyyatına  keçən  ölkələrin  nəticə  etibarilə 

özlərinin yeni sosial və əmək qanunvericilik sistemlərini yaradarkən, 

eləcə  də  daha  geniş  perspektivdə  demokratik  təsisatların 

möhkəmləndirilməsində,  sabit  əmək  münasibətlərinin  müəyyən 

edilməsində,  münaqişələrin  və sosial  gərginliyin  yumşaldılmasında 

təkcə bazar iqtisadiyyatına keçidin mövcud modellərinə deyil, habelə 

beynəlxalq əmək normalarına da əsaslanacaqlarını  nəzərə alaraq bu 

ölkələrdə baş verən dəyişikliklərin faydalı olduğunu elan etmişdir.

Müasir  mərhələ  ən  yüksək  inkişaf mərhələsi  hesab  edilsə  də, 

dünya xalqlarının mədəniyyətinin və iqtisadiyyatının inteqrasiyası və 

digər  sahələrdə  mövcud  olan  bəşəri  dəyərlərin  formalaşması 

baxımından hələ çox  gəncdir.  Ona görə də, bu sahədə mövcud  olan 

elmi ədəbiyyatda müəlliflər arasında vahid anlaşılma aparatı  vardır. 

Bəzən  obyektiv  xüsusiyyətlərdən  irəli  gələn  inteqrasiya  əsassız 

olaraq diskriminasiya kimi qələmə verilir.

Müasir dünyada dinlər insana ətraf aləm, kainat, insanın mahiyyəti 

və  varlıqdakı  yeri  haqqında  sistemli  bilgilər  verir.  Bu  xüsusiyyətinə 

görə din  həm  də  insanın  təməl  problemlərini  müəyyən cəhətdən  izah 

edən  bir  sistem  kimi  qiymətləndirilir.  Mərkəzləşmiş  dövləti  yalnız 

təmiz, xalis dinin köməyi ilə qoruyub saxlamaq olar [2,14].

Olum  və  ya  ölüm,  yaradan  və  insan  münasibətlərini,  dünya 

haqqında kompleks təsəvvürləri dinlər bu və ya digər dərəcədə  izah

-

55 -



:

front -> files -> libraries -> 2472 -> books
books -> Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli
books -> Seyfullayev qulu(CƏNNƏT) seyfullayev ruhi İslamda idman №5 4 '


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


gapurjanova-farida---bet-5.html

gapurjanova-farida---bet.html

gaqarang----g--p--2.html

gar-gadolig-aylar-olsa.html

garaba-tarihinya-dair.html