1 ... 21 22 23 24 25 26 27 28 ... 33

Elmi redaktor: Sakit Hüseynov - səhifə 25

səhifə25/33
tarix20.09.2017
ölçüsü1 Mb.

A nar H əsənli

qardaşlığı,  dostluğu  daha  da  möhkəmləndirməliyik.  Bu,  bəlkə  də 

bizim  ən  böyük  sərvətimizdir.  Əsrlər  boyu  Azərbaycanda  yaşayan 

biitün  xalqlar  bərabər  hüquqlara  malik  idilər.  Bu  gün  do  bu  gözəl 

ənənələr  yaşayır.  Hər  bir  vətəndaş  dinindən,  dilindən,  millətindən 

asılı  olmayaraq  Azərbaycanın  qiymətli,  dəyərli  vətəndaşıdır.  Bizi 

bəzi  başqa  ölkələrdən  fərqləndirən  məhz  budur.  Heç  vaxt 

Azərbaycanda  milli  zəmində  qarşıdurma  olmayıb  və  olmayacaq. 

Əksinə,  bizim  təcrübəmiz  dünya  ictimaiyyəti  tərəfindən  öyrənilir. 

Necə  ola  bilir  ki,  müxtəlif  dillərdə  danışan,  müxtəlif  dinlərin 

nümayəndələri  bir  ailə  kimi,  problemsiz  yaşayırlar?!  Biz  öz 

həyatımızla  və  siyasətimizlə  sübut  edirik  ki,  bu,  mümkündür.  Bəzi 

hallarda  bəzi  Avropa  ölkələrində  belə  ifadələr,  fikirlər  səslənir  ki, 

multikulturalizm  iflasa  uğrayıb.  Yəni  müxtəlif  millətlərə  mənsub 

olan  xalqlar  bir  yerdə  yaşaya  bilmirlər.  Gəlsinlər  Azərbaycana 

baxsınlar, bu, mümkündür! Özü də yaxşı yaşamaq mümkündür. Məhz 

buna  görə  Azərbaycanda  müxtəlif  beynəlxalq  tədbirlər  keçirilir. 

D in lə ra ra sı,  m ə d ə n iy y ə tlə ra ra s ı,  m illə tlə ra ra s ı  d ialo q u n  

gücləndirilməsinə yönəlmiş tədbirlər keçirilir. Biz istəyirik ki, dünya 

ictimaiyyəti də bizim təcrübəmizi bilsin və harada lazımdır öyrənsin, 

tətbiq  etsin.  Bu  baxımdan  da  Azərbaycan  dünyada  seçilən 

ölkələrdəndir” [10].

Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsindən  aldığımız 

məlumata  görə, Azərbaycan  ərazisində  1802  məscid,  5  pravoslav,  1 

katolik,  4  gürcü-pravoslav  kilsəsi,  6  sinaqoq  və  digər ibadət yerləri 

fəaliyyət göstərir. Ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə 

xristianlar,  yəhudilər  və  digər  dinlərin  təmsilçiləri  təşkil  edir. 

Azərbaycan  müstəqilliyini  əldə  etdikdən  sonra tikilmiş  məscidlərin 

sayı 595-ə çatıb. Ölkədə  11  kilsə, o cümlədən Bakıda 3 pravoslav və 1 

katolik,  Gəncə  və  Xaçmazda  1  pravoslav  və  digər  kilsələr fəaliyyət 

göstərir  [144].

Dini  etiqad  azadlığı  haqqında  qanunvericiliyin  pozulmasında 

günahkar  olan  vəzifəli  şəxslər  və  vətəndaşlar  Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada

-

  100

- Miiasir şəraitdə Azərbaycanda dini-mədəııi dəyərlərin  inkişaf xüsusiyyətləri

məsuliyyət daşıyırlar.  Əvvəllər İnzibati  Xətalar Məcəlləsinə əsasən, 

müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dini təyinatlı və 

dini məzmunlu ədəbiyyatın, həm də digər əşyaların yayılmasına görə 

vətəndaşlar 200 manatdan 400 manatadək cərimə edilirdilər. Lakin bu 

normalar  İnzibati  Xətalar  Məcəlləsindən  çıxarılaraq  ayrıca  maddə 

kimi Cinayət Məcəlləsinə daxil edilib. Və eyni məzmunlu əmələ görə 

5000  manatdan  7000  manatadək cərimə, yaxud  2  ilədək  azadlıqdan 

məhrum  etmə  cəzası  müəyyənləşib.  Əgər  eyni  əməllər  qabaqcadan 

əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilərsə, 

yaxud  təkrarən  törədilərsə,  ya  da  vəzifəli  şəxs  tərəfindən  və  qulluq 

mövqedən  istifadə  etməklə  törədildikdə  7000  manatdan  9000 

manatadək cərimə və ya 2 ildən 5 ilədək həbs cəzası kəsilir  [10].

Soyqırımı,  siyasi,  irqi,  milli,  etilik,  mədəni,  dini,  cinsi  və  ya 

beynəlxalq  hüquq normaları  ilə qadağan  edilmiş digər əsaslara görə 

müəyyən edilmiş hər hansı  bir qrupu  və ya  təşkilatı  təqib etmə, yəni 

qrupa  və  ya  təşkilata  mənsub  olduqlarına  görə  insanları  əsas 

hüquqlardan  kobudcasına  məhrum  etmə,  bərabərlik  hüququnu 

pozma,  qanunsuz  olaraq  dini  ayinlərin  icrasına  mane  olma,  dini 

ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə, milli, 

irqi,  sosial  və  ya  dini  nifrət  və  düşmənçiliyin  salınması  cinayət 

qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cəzalandırılır [ 140].

Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsinin  nümayəndələri 

mütəmadi olaraq dini icmaların nümayəndələrini qəbul edərək onlara 

din azadlığı  sahəsində milli  qanunvericiliyin  tələblərini  izah  edirlər. 

Onlar  dövlətin  ərazisində  fəaliyyət  göstərən  bütün  dini  icmaların 

qanunauyğun  fəaliyyət  göstərməsi  və  yerli  qanunlara  hörmətlə 

yanaşmasının  zəruriliyini  vurğulayır,  Azərbaycanda  dini  icmaların 

qanun çərçivəsində azad fəaliyyəti üçün zəruri şəraitin yaradıldığı və 

bu  sahədə  qanunvericilik  aktlarının  beynəlxalq  hüquq  norma  və 

prinsiplərinə uyğun olduğunu  vurğulayırlar.  Komitəyə müxtəlif dini 

icmaların  nümayəndələri  tərəfindən  ünvanlanmış  müraciətlər, 

şikayət ərizələri  də olur.  Komitə bunların  hər birinə  fərdi  yanaşaraq 

müraciətin  yerində  araşdırılmasını  təmin  edir. Araşdırmalar  zamanı

-  

101


  -

A nar Həsənli

isə  həmin  icma  nümayəndələrinin  (Yehova  şahidlərinin,  Zaqatala 

rayonunun Əliabad  kəndindəki  xristian-baptist kilsəsinin  üzvləri  və 

s.)  fəaliyyətlərinə  uyğun  olmayan,  qanunla  qadağan  olunan,  onlar 

üçün icazə verilmiş ərazilərdən kənarlarda  işlər həyata keçirdikləri, 

bəzilərinin  isə  üstündə  odlu  silah  tapıldığına  və  digər  hüquq 

pozuntusuna görə saxlandıqları məlum olmuşdur.

M üxtəlif illərdə  Komitənin  ünvanına  həm  universitet,  həm  də 

məktəblərdə uşaq və gənclərin dini  əqidələrinə görə baş örtüyündən 

istifadə  etdiklərinə  görə  təhsil  müəssisələrinə  buraxılmadıqları  ilə 

bağlı  müraciətlər  də  daxil  olmuşdur.  Müraciətlər  üzrə  müvafiq 

qurumlara sorğular verilmiş, yerində araşdırmalar aparılmış və həmin 

şəxslərin pozulmuş hüquqları bərpa edilmişdir.

Məlumdur  ki,  cəzaçəkmə  müəssisələrində  m üxtəlif  dini 

etiqadlara  mənsub  olan  şəxslər  saxlanılır.  Bu  şəxslərin  dini 

mənsubiyyəti onların cəza çəkdiyi rejim daxilində nəzərə alınmalı və 

vicdan  azadlığının  həyata  keçirilməsi  üçün  daha  dolğun  şərait 

yaladılmalıdır.  Bunu  nəzərə  alaraq,  Dini  Məsələlər  Üzrə  Dövlət 

Komitəsi  cəzaçəkmə  müəssisələrində  müxtəlif  dini  etiqadlara  aid 

olan  məhkumların  fərqli  qidalanması,  onların  müvafiq  dini 

konfessiyaların  xadimləri  ilə  müntəzəm görüşlərinin təşkilini  təklif 

etmişdir.  Bundan  başqa  Komitə  məhkumların  islah  edilməsinə  din 

vasitəsilə  islahın  daxil  edilməsi,  məhkumların  mənəvi-əxlaqi  islahı 

üçün  müəyyən  edilmiş  qaydada  dövlət  qeydiyyatına  alınmış  dini 

birliklərin,  din  xadimlərinin  məhkumlarla  mənəvi-tərbiyəvi  işin 

aparılması  üçün  cəzaçəkmə  müəssisələrinə  dəvət  olunmasını  təklif 

etmişdir.  Təqdirəlayiq  haldır  ki,  cəzaçəkmə  müəssisələrində, 

müvəqqəti  saxlanılma  təcridxanalarında  saxlanılan  şəxslərin  və 

məhbusların  öz  dini  ehtiyaclarını  ödəmək  üçün  ibadət  otaqları 

fəaliyyət  göstərir.  Burada  saxlanılan  şəxslər,  məhkumlar  rejim 

qaydalarına  uyğun  olaraq  ibadət  edirlər.  Eyni  zamanda  yuxanda 

adları  qeyd  olunan  müəssisələrdə  saxlanılan  şəxslərin  kameralarda 

ibadət etməsinə də məhdudiyyət yoxdur və onlar “Quran”, “Bibliya”, 

“Tövrat” kimi müqəddəs kitablan özlərində saxlaya bilirlər.

-  

102


- Muasır şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

Azərbaycanda  cəmiyyətin  indiki  dini  qavrayışı  bir neçə  amilin 

təsiri  altında  formalaşır.  Əvvəla,  bu, keçmiş sovet dövründən miras 

qalan mənəvi-əxlaqi boşluğun doldurulmasıdır. SSRİ-nin süqutu dini 

ibadət  müəssisələrinin  mükəmməl  şəkildə  fəaliyyətə  başlamasını, 

dini  ənənələrin  cəmiyyətə  qayıtmasını,  cəmiyyətin  mənəvi-əxlaqi 

dayaqlarının  təşəkkülündə  dinin  üstün  rolunu  şərtləndirdi.  İkincisi, 

XX  əsrin  sonu  XXI  əsrin  əvvəllərində  dünyada  gedən  qlobal 

proseslər,  yəni  keçid  cəmiyyətlərində  «islamın  dirçəlişi»,  Qərb  və 

Şərq  dünyalarının  geosiyasi  toqquşması  əhalinin  dini  şüuruna 

əhəmiyyətli təsir göstərir. Əgər ötən əsrin ortalarında bəşəriyyət SSRİ 

ilə ABŞ arasında müharibə təhlükəsi qarşısında durmuşdusa, hazırda 

bu  təhlükə  sivilizasiyalı  dünya  ilə  təəssüf  ki,  müəyyən  siyasət 

nəticəsində  müsəlman  siması  almağa  başlayan  terrorizm  arasında 

müharibə qorxusudur [ 139].

İslam bir bəşəri din kimi terrorizmin və müharibənin əleyhinədir 

və  insanlar  arasında  xoş  münasibətlərin,  ədalətin  tərəfdarıdır. 

Təvazökarlıq  və  sədaqət  isə  itaətin  məqsədini  üzə  çıxarır  və  qeyd 

edək ki, bu dəyərlər insanın davranışına qoyulmuş məhdudiyyətlərlə 

bağlıdır.  Onu  da  qeyd  edək  ki,  həmin  məhdudiyyətlər  Bibliya  və 

Qurani-Kərimdən tanıdığımız «ehkamlar» şəklindədir və xəyanət bu 

cür sistemdə ən böyük cinayətdir.  Birinci  sistemdə rəhbərə, ikincidə 

ənənəyə xəyanət, üçüncü sistemdə insan azaddır və seçdiyi dəyərlərə 

uyğun hərəkət edə bilər.  Məhdudiyyət  isə başqa  şəxsin  azadlığında 

gizlənir.  Odur  ki,  bu  sistemin  başlıca  dəyəri  başqa  şəxsin  işlərinə 

«qarışmamaq»  və  səbr  nümayiş  etdirməkdir.  Bu  səbəbdən  liberal 

sistem  mümkün  ola bilən  sahənin,  hətta dünən  yolverilməz  sayılan 

bəzi  sosio-mədəni  dəyərlərin  daha  çox  genişlənməsini  şərtləndirir. 

Məsələn, cinsi azlıqların hüquqlarının müdafiəsi kimi, yəni istənilən 

fərd  digərlərinə  mane  olmamaq  şərti  ilə  azaddır.  Liberal  sistem 

şəxsiyyətin orijinal davranış hüququnu açıq şəkildə etiraf edir. Odur 

ki, onu «genişlənən, yaxud aşkar» adlandırmaq olar, özü də sonuncu 

müsbət qiymətləndirilir.  Birinci  və  ikinci  sistemlər üçün  «aşkarlıq» 

mənfidir, çünki bu sistemlərin özünü qiymətləndirməsi çərçivəsində

-

  103

-


:

front -> files -> libraries -> 2472 -> books
books -> Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli
books -> Seyfullayev qulu(CƏNNƏT) seyfullayev ruhi İslamda idman №5 4 '
books -> FəXRƏDDİn cəFƏrov


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


garbiy-yevropada-tarjima-2.html

garbiy-yevropada-tarjima.html

garca--fulvia--alberto.html

garcinia-species.html

garden-grove---dickson.html