1 ... 25 26 27 28 29 30 31 32 33

Elmi redaktor: Sakit Hüseynov - səhifə 32

səhifə32/33
tarix20.09.2017
ölçüsü1 Mb.

Anar H.ysənli

NƏTİCƏ

Monoqrafiyada  tarixən  müxtəlif  dini-fəlsəfi  dünyagörüşlərin 

çulğaşdığı  Azərbaycanın  təkcə  Şərq  və  Qərb  təfəkkürünü  deyil, 

həmçinin özündə rəngarəng  həyat tərzinə malik maddi-mənəvi dəyərləri 

birləşdirən  ən  sivil  mədəniyyət  mərkəzlərindən birinə çevrilməsi  tədqiq 

olunur.  Əsrlər  boyu  atəşpərəstliyin,  xristianlığın  və  islamın  yanaşı 

yaşadığı Azərbaycan bu gün müxtəlif dinlərin, etiqad azadlığının, sərbəst 

birgəyaşayış  haqlarının  qorunduğu  ölkədir.  Bütün  dövrlərdə  bir  çox 

dövlətlərin  maraq  dairəsində  olan  Azərbaycana  yanaşma,  burada 

müəyyən  fəaliyyətin  gerçəkləşdirilməsi  müxtəlif  yönümlü  olmuşdur. 

Hər  hansı  iqtisadi,  siyasi  və  digər  məramı  gerçəkloşdirməzdən  öncə 

burada  öz  iradəsini  diqta  etməyə  çalışan  dövlətlər  Azərbaycan 

müstəvisində  etnik  və  dini  problemlərin  perspektivini  incəliyinə  qədər 

öyrənməyə  can  atır.  Keçmişin  və  günümüzün  reallıqları  belə  məcrada 

problem yaratmanı bütün baxımlarda perspektivsiz edir.

Monoqrafiyada  Azərbaycan  gerçəkliyinin  milli-etnik  və  dini- 

mədəni  dəyərlər  müstəvisində  mümkün  mənzərəsi  açılmışdır. 

Azərbaycan  cəmiyyətinin  yüksək  təşəkkül  tapmış  mənəvi-əxlaqi 

simasının  formalaşmasına təsir göstərən  müasir qlobal steriotiplərin 

də olduğu üzə çıxır. Tədqiqatdan aydın olur ki, cəmiyyətdə din amili 

tarixən həmişə zəıuri olmuşdur və bu amil indiki şəraitdə də lazımdır. 

Lakin 


dinlərarası  dialoq,  tolerantlıq  milli  mənsubluğu  qoruyub 

saxlamağa və onun yeni dövrə keçməsinə imkan yarada bilər.

Beləliklə, bütün bu deyilənlərə yekun olaraq əsasən aşağıdakıları 

qeyd etmək olar:

- Azərbaycan cəmiyyətinin sosial və iqtisadi sistemində köklü və 

əsaslı  dəyişikliklər,  insanın  həyat  və  fəaliyyət  dairəsində  əvvəllər 

mövcud olan və nəzərə çarpmayan münasibətlərə yenilərini də əlavə 

etmişdir;

-  Müasir  şəraitdə  mədəniyyətin  ən  mühüm  şərtlərindən  biri 

mədəni  müxtəliflik  və  plüralizmdir.  Məhz  dində,  dildə,  sənətdə, 

elm də  təcəssüm ünü  tapan  m ədəniyyət  hər  bir  cəm iyyətin

-  


128

- M üasir şorailde Azerbaycanda  dini-nwdoni dəyerbrin  inkişaf xüsusiyyethri

bənzərsizliyini,  identikliyini  şərtləndirir.  Məhz  dövlətimizin  do 

gücü, özünəməxsusluğu onun dini və milli müxtəlifliyindədir;

-  Özünəməxsus  qədim  tarixi  keçmişə  və  mədəniyyətə  malik 

xalqımız səmavi dinlərə etiqad  yolunda da böyük yol  keçərək  islam 

dininə qovuşmuşdur;

-  Azərbaycan  dünyaya  yalnız  neft  deyil,  özünün  milli-dini 

tolerantlıq nümunəsini ixrac edə bilər;

-  Bu  tarixi  yolda  özünəməxsus  elmi,  folkloru  və  ədəbiyyatını, 

milli  adət  və  ənənələrini  formalaşdırmış  xalqımız  kişi  və  qadın 

münasibətlərində  də  özünəməxsusluğu  ilə  digər  xalqlardan  təbii 

olaraq fərqlənir;

-  Azərbaycanın  dünya  iqtisadiyyatına,  müxtəlif  ölkələrin  və 

xalqların mədəniyyətinə inteqrasiyası qloballaşan dünyamızda digər 

sahələrdə olduğu kimi,  insan münasibətlərində də ümumi cəhətlərin 

və dəyərlərin formalaşması ilə yanaşı milli dəyərlərin qorunmasını və 

inkişaf etdirilməsini tələb edir;

-  Müasir  dünyada  dinlər  insana  ətraf  aləm,  kainat,  insanın 

mahiyyəti  və  varlıqdakı  yeri  haqqında  sistemli  bilgi  olaraq 

qiymətləndirilir;

- Din həm də insanın təməl problemlərini müəyyən cəhətdən izah 

edən bir sistem kimi qiymətləndirilir;

-  Olum  və  ya  ölüm,  yaradan  və  insan  münasibətlərini,  dünya 

haqqında kompleks təsəvvürləri  dinlər bu və ya  digər dərəcədə izah 

edir.  Eyni  zamanda bütün dinlər özü üçün  insan  şüurunun anlamağa 

çalışdığı  metafizik  problemlərdən  yaşanan  həyata  aid  praktik 

davranış qaydalarına qədər hər mövzuda insanı bilgiləndimıəyə cəhd 

kimi araşdırılır;

-  Müasir  şəraitdə  submədəniyyətlər  dini-mədəni  dəyərlərə 

mühüm  təsir göstərir.

Sivilizasiyanın  inkişafı  prosesində  yeni  bəşəri  dəyərlərin 

formalaşması  müxtəlif  millətlərin  və  xalqların  fərdi  dəyərlərinin 

əvvəlki  bəşəri  dəyərlərə  söykənməklə  qarşılıqlı  inteqrasiyası

-  

129


-

A nar Həsənli

əsasında  yaranır.  Məhz  monoqrafiyada  bazar  iqtisadiyyatına  keçən 

ölkələrin nəticə etibarilə özlərinin yeni sosial və əmək qanunvericilik 

sistemlərini yaradarkən, eləcə də daha geniş perspektivdə demokratik 

təsisatların  möhkəmləndirilməsində,  sabit  əmək  münasibətlərinin 

müəyyən  edilməsində,  münaqişələrin  və  sosial  gərginliyin 

yumşaldılmasmda  təkcə  bazar  iqtisadiyyatına  keçidin  mövcud 

modellərinin  deyil,  habelə  müxtəlif beynəlxalq  əmək  normalarına 

əsaslanan mədəni dəyişikliklərin faydalı olduğu qeyd edilmişdir.

Təqdim  olunan  elmi  əsərdən  çıxarılan  nəticələr  əsasən, 

Azərbaycan  Respublikasında  dini-mədəni  dəyərlərlə  bağlı  həyata 

keçirilən  islahatlar,  proqramlar  zamanı  aşağıdakıların  diqqətə 

alınmasım zəruri hesab edirik:

- Bu gün din sahəsində qarşıda duran əsas vəzifələrdən biri dinin 

siyasiləşməsinə  cəhd  edənlərin  gəncləri  öz  təsirlər  dairəsi  altma 

almasının  və  onların  gənclik  marağı  və  enerjisindən  öz  şəxsi 

məqsədləri üçün istifadə etməsinə yol verməməkdir;

-  Azərbaycan  cəmiyyətinin  din  sahəsindəki  bilikləri  lazımi 

səviyyədə  olmadığına  görə,  dindən  şəxsi  maraq  və  mənafeyi  üçün 

istifadə cəhdləri var.  Dinin saflığının və bütövlüyünün qorunması və 

müəyyən qüvvələrin siyasi məqsədlərinin alətinə çevrilməməsi üçün 

maarifləndirmə işinin aparılmasının böyük əhəmiyyəti vardır;

-  Gənclərin  vətənpərvərlik  və  torpağa  bağlılıq 

ruhunda 


formalaşması mühüm əhəmiyyət  daşıyır. Ölkəmizin ərazi bütövlüyü, 

tamlığı uğrunda canını qurban vermiş milli qəhrəmanlarımız misilsiz 

vətənpərvərlik  nümunələri  göstərmişlər.  Onların  xatirəsinin  əziz 

tutulması və gənc nəslə örnək kimi təbliğ edilməsi böyük əhəmiyyət 

daşıyır;

-  İnsanların  adət-ənənələrinə  çağdaş  dünyanın  reallıqlarını 

nəzərə alaraq  yanaşmaq  lazımdır. Adət-ənənələrə müzakirələrə açıq 

dəyərlər sistemi  kimi  yanaşıldığı zaman  ictimai  şüurun inkişafından 

söhbət  gedə  bilər.  Müasir  cəmiyyət  quruculuğu  üçün  zəruri 

amillərdən  biri  də  uzun  illər  ərzində  formalaşan  dəyərlərin 

qorunması, mənfi təzahürlərin aradan qaldırılmasıdır;

-

 

130

  -


Müasir şəraitdə Azerbaycanda dini-mədəni deyərlərin  inkişaf xüsusiyyətləri

-  Bu  gün  ölkəmizdə  insanlar  arasında  dinə  xüsusi  meyil  və 

istiqamət  vardır.  Son  illər  gənclər  arasında  dini  öyrənməyə  həvəsi 

olanların sayı  artıb.  Müasir gənclər adi  dini biliklərlə kifayətlənmir, 

əksinə ətraflı dini savad əldə etməyə çalışırlar.  Bu da məlumdur ki, 

yaşlı nəsildən olan ruhanilər müasir tələblə cavab verə bilmirlər. Belə 

olan surətdə gənc dini kadrlara ehtiyac yaranır. Bu baxımdan savadlı 

ruhani kadrların hazırlanması prosesi daha geniş vüsət almal ıdır;

-  Dini-mənəvi  dəyərlərdən  biz  müasir  həyatımızın  daha  da 

genişlənməsi və inkişaf etməsi üçün istifadə etməliyik.  Dini-mənəvi 

dəyərlər  bizi  geriyə  çəkməməlidir,  əksinə  irəli  aparmalıdır.  Çünki 

İslam dininin mənəvi dəyərləri  insanları həmişə inkişafa aparmışdır, 

insanlara  həmişə  qarşıdakı  uzaq  və  işıqlı  yolu  göstərmişdir  və 

insanları daha da irəli getməyə, daha da savadlanmağa, mədəniyyətə 

daha da qovuşmağa, müasir həyatın bütün vasitələrindən öz həyatını, 

öz millətinin həyatını, xalqının həyatını daha da yaxşılaşdırmaq üçün, 

maddi və mənəvi vəziyyətini yaxşılaşdırmaq üçün daha da səmərəli 

istifadə  etməyə  yönəltmişdir.  Azərbaycanda  dini-mədəni  dəyərlərin 

vətəndaşlara  düzgün  aşılanması,  səmərəli  istifadəsi  Azərbaycan 

cəmiyyətini mənəviyyatca daha da yüksəlməsinə xidmət edəcək;

-  Bu  gün  dini  dəyərlər  sırf  dövlətçilik  və  milli  maraqlar 

çərçivəsində təbliğ olunmalı, cəmiyyətdə mənəvi-əxlaqi normaların 

möhkəmlənməsinə xidmət etməlidir;

Müasir  mərhələ  ən  yüksək  inkişaf  mərhələsi  hesab  edilsə  də, 

dünya xalqlarının mədəniyyətinin və iqtisadiyyatının inteqrasiyası və 

digər  sahələrdə  mövcud  olan  bəşəri  dəyərlərin  formalaşması 

baxımından  hələ çox  gəncdir.  Ona görə də, bu  sahədə mövcud olan 

elmi  ədəbiyyatda müəlliflər arasında vahid anlaşılma aparatı  vardır. 

Bəzən  obyektiv  xüsusiyyətlərdən  irəli  gələn  inteqrasiya  əsassız 

olaraq diskriminasiya kimi qələmə verilir.

Monoqrafiyada  dinin  əsasını  müqəddəs  və  «ali  varlığ»a 

mübahisəsiz  qəbul  edilən  inanc  təşkil  etməsi  qənaətinə  gəlinir.  Bu 

inanc cəmiyyətə  ilahi prinsiplər formasında  təqdim olunur.  Dinlərin 

adı, forması nə olursa olsun, onlar hansı şəkildə tərif və təfsir edilərsə

-131

  -


:

front -> files -> libraries -> 2472 -> books
books -> Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli
books -> Seyfullayev qulu(CƏNNƏT) seyfullayev ruhi İslamda idman №5 4 '
books -> FəXRƏDDİn cəFƏrov


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


garden-management--5.html

garden-state-green-acres-2.html

garderob--vvedenie.html

gardner-chimp-vocabulary.html

gareevoj-lejsan.html