1 ... 155 156 157 158 159 160 161 162 ... 298

Elmi redaktorlar: Əziz Məmmədov - səhifə 159

səhifə159/298
tarix17.01.2018
ölçüsü6.34 Mb.

onun  inkişaf  etdirilməsini,  ailə-məişət  və  sosial  məsələləri  həyati  vacib 

problemlər kimi şərh etmiş və dəyərləndirilmişdir. Azərbaycanda ekologiya 

elminin  banisi,  məşhur  təbiətşünas  alim,  yorulmaz  təbiətkeçikçisi, 

akademik Həsən Əliyevin adı bütün şərəfli, zəngin, mənalı, lakin olduqca 

mürəkkəb,  keşməkeşli,  dəfələrlə  dövlət  məmurlarının  təqiblərinə, 

təzyiqlərinə məruz qalan, lakin öz müqəddəs əməllərindən, təbiətə humanist 

münasibətindən  heç  bi^  vəchlə  əl  çəkməyən  tarixi  bir  şəxsiyyət  kimi 

ölkəmizin təbiətşünaslıq elminin tarixi səlnaməsinə qızıl və böyük həriflərlə 

həkk olunub. Alimin təbiətşünaslığa, təbiətin və ətraf mühitin mühafizəsinə, 

qorunub  saxlanmasına  aid  500-dən  artıq  elmi  əsərləri,  kitab  və 

monoqrafiyaları  nəşr  olunub.  Lakin  həmin  əsərlərdən  

«Yaşıl  sərvətin 

keşiyində»  (1982),  «Təbiətin  keşiyində»  (1982),  «Meşə  sərvətdir» 

(1982),  «Həyəcan  təbili»  (1982)  

və  s.  klassik  əsərlər  ölkəmizdə  təbiətin 

mühafizəsinə həsr olunan və 

«həyacan təbili» 

çalan ilk fundamental əsərlər 

sayılır.  Onun  rəhbərliyi  ilə  1975-ci  ildə  yaradılan  

«Azərbaycan  təbiəti» 

elmi-kütləvi 

jurnalı  xalqımızın  ekoloji  təfəkkürünün  təşəkkülü, 

fonnalaşması, genişlənməsi, ətraf mühitin mühafizəsində fəal iştirakı, təbii 

ehtiyatlann  qorunması  və  bərpası  sahəsində  geniş  elmi  və  təbliğat  işləri 

aparılıb  və  əhalinin  ekoloji  maarifləndirilməsində  çox  ümdə  rol  oynayıb. 

Azərbaycanda 

təhsil  sisteminin  ekologiyalaşdırılmasmda  məşhur 

təbiətşünas  alimlərimiz,  akademiklər  Həsən  Əliyev,  Qərib  Məmmədov, 

Budaq Budaqov, Cəlal Əliyev, Məmməd Salmanov, professorlar Ələddin 

Əsgərov,  Mirəli  Axundov,  Qara  Mustafayev  və  başqalarının  təqdirəlayiq 

xidmətləri  olub.  Lakin  Azərbaycanda  təhsilin  ekologiyalaşdınimasmda 

mərhum  professor,  məşhur  alim,  Ekologiya  Mükafatı  Laureatı,  Əməkdər 

Elm  Xadimi,  «Şərəf  Nişanı»  ordenli,  Prezident  təqaüdçüsü  

Ələddin 

Əsgərovun 

(1925-2013) misilsiz xidmətləri olub. O, ölkəmizdə təbiətin və 

ətraf  mühitin  mühafizəsi  və  ekologiya  üzrə  yazılan  ilk  fundamental  ali 

məktəb dərsliklərini 

(«Təbiətin mühafizəsb>, 

1976, 

«Təbiət və qanun», 

1982, 

«Ətraf  mühitin  qorunması  və  təbii  sərvətlərdən  istifadə»,  

1989, 

«tnsan və təbiət», 

1992 və s.) müəllifi olub. Alim sonralar isə öz şagirdi, 

yetirməsi 

və 

ekologiya 

dərslikləri 

sahəsində 

formalaşdırdığı, 

məşhurlaşdırdığı  Eldar  Hüseynli  ilə  birlikdə  ekologiya  üzrə  əsaslı  tədris 

proqramlarının «Bakalavr pilləsi üçün ekologiya fənnindən tədris proqramı, 

65-70  səhifə)  və  dərslliklərin  («Ailə  ekologiyası»,  2001,  «Müasir 

ekologiya» I və II - hissələr, 2004, 2007, «Davamlı İnsan İnkişafı», 2009 və 

s.) həmmüəllifi olub. 

341 



ölkəmizdə  ekologiya  üzrə  elmlər  doktoru  alimlik  dərəcəsi  almaq 

üçün  ilk  doktorluq  dissertasiyası  müdafiə  edən  məşhur  akademik  Qərib 

Məmmədovun  elmin  və  təhsilin  ekologiyalaşdırılması  sahəsindəki 

xidmətləri milli təhsilimizin və elmimizin ən böyük uğurları və nailiyyəti 

kimi  dəyərləndirilməlidir.  O,  ekologiyaya  həsr  edilən  fundamental  ali 

məktəb  dərsliklərinin  («Ekologiya,  ətraf  mühit  və  insan»,  2006, 

«Aqroekologiya», 

2010, 


“İnsan 

Ekologiyası”, 

2015 

və 


s.), 

monoqrafiyaların («Azərbaycanın meşələri», 2002 və s.), ekologiyaya aid 

ilk fundamental «Ekoloji ensiklopediya», «Ekoloji xəritə», “Milli atlas” və 

s.  müəllifidir.  Alimin  ekoloji  maarifləndirmə  sahəsindəki  elmi-pedaqoju 

fəaliyyəti  milli  təhsilimizin  və  elmimizin  ekologiyaşdırılmasınm 

inkişafında  təqdirəlayiq  bir  missiya  hesab  edilməli  və  gələcək  elmi  elita 

üçün ömək kimi qəbul olunmalıdır. Bütün qeyd olunan tarixi şəxsiyyətlərin 

xidmətləri unudulmazdır və xalqımızın milli tarixinə həkk olunub.  Lakin 

bir həyati vacib, bəşəri və planetar əhəmiyyətli çox ümdə məsələ - 

təhsilin 

ekologizasiyası  

siyasi  əhəmiyyətli  problem  kimi  dövlət  tərəfindən  həll 

olunmalı və bir qayda olaraq diqqət mərkəzində dayanmalıdır. Rusiyada və 

dünyanın inkişaf etmiş ölkələrində təhsilin ekologizasiyası sahəsində geniş 

tətbiq  olunan metodologiyadan ölkəmizdə fəaliyyət  göstərən bütün  təhsil 

ocaqlarında  istifadə  edilməsi  mütəxəssislərin  ekoloji  şüurunun  və 

mədəniyyətinin inkişafında çox böyük rol oynaya bilər. Dünya praktikasına 

əsasən  hər  bir  ölkədə  fəaliyyət  göstərən  orta  ixtisas  və  ali  məktəblərdə 

ixtisasından 

asılı 

olmayaraq 

bütün 

fakültələrdə 

təhsilin 

ekologizasiyasına  önəmli  yer  verilməsi  və  ekologiya  fənninin  tədrisi 

Azərbaycanda  da  həyata  keçirilməlidir.  

Əks  təqdirdə  təhsilin 

ekologizasiyası 

sahəsində 

dinamik 

inkişafı 

təmin 

etmək 

qeyri-mümkündür.  

Təəssüf  hissi  ilə  qeyd  etməliyik  ki,  ölkəmizdə 

fəaliyyət  göstərən  

pedaqoji,  humanitar  

fakültələrdə  hələ  də  təhsilin 

ekologizasiyası  öz  müsbət  həllini  tapmayıb,  günün  tələbi  ilə  heç  də 

uzlaşmır, 

ekologiya fakültativ (seçmə) 

fənn kimi tədris olunur, bəzilərində 

(Azərbaycan, Asiya və İlahiyyat universitetləri timsalında) isə onun tədrisi 

tamamilə unudulub. Bir mənalı surətdə hamıya ağah olmalıdır ki, 

ekoloji 

anlayışı,  təsəvvürü  və  bilgiləri  olmayan  kadrların  heç  də  müasir 

sivilizasiyalı  cəmiyyətin  fəal  üzvünə  çevrilməsi,  fəaliyyət  göstərməsi 

qeyri-mümkündür.  

Əlbəttə,  bu  bəşəri  və  planetar  əhəmiyyətli  problem 

dövlət səviyyəsində, xüsusilə 

Təhsil Nazirliyi 

tərəfindən həyata keçirilməli 

və öz müsbət həlimi tapmalıdır. Bu, 

günün müqəddəs, bəşəri 

və 

planetar 

əhəmiyyətli proriteti və təxirəsalınmaz tələbidir.

 

342 



:

files -> book
book -> Kendi Kendine
book -> Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı
book -> MahirəNərimanqızı
book -> Qarabağ müharibəsi (Qısa tarix)
book -> Alfred Besterdən “Qoca” əsəri
book -> Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy
book -> Orxan bahadirsoy orxan Elsevər oğlu Bahadırsoy
book -> İntiharın kölgəsi Dr. Əfzələddin Rəhimli


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


gebaa-nia-kolekto-de-220.html

gebaa-nia-kolekto-de-225.html

gebaa-nia-kolekto-de-23.html

gebaa-nia-kolekto-de-234.html

gebaa-nia-kolekto-de-239.html