1 ... 156 157 158 159 160 161 162 163 ... 298

Elmi redaktorlar: Əziz Məmmədov - səhifə 160

səhifə160/298
tarix17.01.2018
ölçüsü6.34 Mb.

IX

 

FƏSİL 

Sosial ekologiyanın Davamlı İnsan İnkişafı 

kontekstində təhlükəsizlik aspektləri 

“Hər bir ölkənin inkişafı üçün əsas şərt sabitlikdir,  əminamanlıqdır, təhlükəsizlikdir’’

.

 İlham Əliyev

 

9.1.

 

Milli  təhlükəsizlik. 

Hər  bir  ölkənin  vətəndaşlarının 

təhlükəsizlik  problemlərinin  təmin  olunması  Dİİ-nın  ən  vacib 

məsələlərindən  biridir.  Milli  təhlükəsizlik  anlayışı  çox  geniş  məhfum 

olmaqla, insan həyatının bütün sahələrini əhatə edir. Hər bir ölkədə milli 

təhlükəsizliyin  təmin  edilməsi  həmin  ölkənin  müstəqilliyini,  ərazi 

bütövlüyünü,  onun  seçdiyi  demokratik  inkişaf  yolunu  vurğulayan, 

cəmiyyət,  şəxsiyyət  və  dövləti  xarici  və  daxili  təhdidlərdən  qorumağa 

yönəlmiş  siyasət  və  tədbirlərin,  məqsəd  və  prinsiplərin  məcmusu  olub, 

bütövlükdə  Dİİ-na  xidmət  edir.  Bu  baxımdan  hər  bir  cəmiyyətdə  milli 

təhlükəsizlik  mühitinin  yaradılması  həmin  cəmiyyətdə  Dİİ-nın  təmin 

olunmasına  xidmət  edir.  Deməli,  Dİİ  milli  təhlükəsizlik  mühitinin 

yaradılması ilə qarşılıqlı əlaqə və asılılıqdadır. Bu baxımdan hər bir ölkə öz 

milli  maraqlarını,  geosiyasi  vəziyyətini,  seçdiyi  inkişaf  modelini  nəzərə 

alaraq öz milli təhlükəsizlik proqramını, yaxud konsepsiyasını hazırlayaraq 

onu həyata keçirir. Müstəqillik qazanmış suveren Azərbaycan Respublikası 

da  öz  milli  təhlükəsizlik  konsepsiyasını  (MTK)  hazırlayaraq  onu  həyata 

keçirməkdədir.  23  may  2007-ci  il  tarixli  Prezident  Sərəncamı  ilə  təsdiq 

edilmiş bu konsepsiya ölkəmizdə Dİİ-nın təmin olunmasına xidmət edən, 

xalqımızın milli maraqlanm əhatə edən uzunmüddətli strateji proqramdır, 

giriş, 4 bölmə, 22 yanmbölmə və yekun müddəalardan ibarətdir. MTK- nm 

mündəricatmda irəli sürülən məsələlər aşağıdakılardır: 

Giriş 

I.

 

Təhlükəsizlik mühiti 

II.

 

Azərbaycan Respublikasının milli maraqları 

III.

 

Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər 

3.1.


 

Azərbaycan  Respublikasının  müstəqilliyi,  suverenliyi,  ərazi 

bütövlüyü və konstitusiya quruluşu əlethinə qəsdlər 

343 



3.2.

 

Qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması və 

insan  hüquq  və  azadlıqlarının  müdafiəsi  sahəsində  dövlət  funksiyalarını 

yerinə yetirməyə qarşı fəaliyyət 

3.3.

  Separatçılıq, etnik siyasət və dini ekstremizm 

3.4.

 

Terrorçuluq və kütləvi qırğın silahlarının yayılması 

3.5.

 

Regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq 

3.6.

 

Azərbaycan  Respublikasının  enerji  infrastrukturuna  qarşı 

fəaliyyət 

3.7.


 

Xarici siyasi, hərbi və ya iqtisadi asılılıq 

3.8.

  İqtisadi qeyri-sabitlik. 

3.9.

 

Peşəkar insan ehtiyatlarının çatışmazlığı 

3.10.

 

Regional hərbiləşdirmə 

3.11.

 

Ekoloji problemlər 

IV

 

Azərbaycan  Respulikasmın  milli  təhlükəsizlik  siyasətinin 

əsas istiqamətləri 

4.1.


 

Təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi 

4.1.1.

  Azərbaycan  Respublikasının  ərazi  bütövlüyünün  bərpa 

olunması 

4.1.2.


 

Avropa və Avroatlantik strukturuna inteqrasiya 

4.1.3.

  Beynəlxalq təhlükəsizliyə töhfə 

4.1.4.

 

Beynəlxalq təşkilatlarla əməkdaşlıq 

4.1.5.

 

Regional əməkdaşlıq və ikitərəfli münasibətlər 

4.1.5.1.

 

Region ölkələri ilə əməkdaşlıq 

4.1.5.2.

 

Qeyri-region ölkələri ilə əməkdaşlıq 

4.2.

 

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi 

4.3.

 

Təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsi 

4.3.1.

 

Demokratiyanın möhkəmləndirilməsi 

4.3.2.

 

Milli və dini tolerantlıq mühitinin qorunması 

4.3.3.

 

Elm, təhsil, mədəniyyət və mənəviyyatın qorunması 

4.3.4.

 

İqtisadi və sosial inkişaf 

4.3.5.

 

Daxili təhlükəsizliyin möhkəmləndirilməsi 

4.3.6.

 

Sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi 

4.3.7.

 

Miqrasiya siyasəti 

4.3.8.

 

Enerji təhlükəsizliyi 

4.3.9.

 

Nəqliyyat təhlükəsizliyi 

4.3.10.

 

Fövqəladə idarəetmə,  ətraf mühit  və  əhalinin  sağlamlığının 

mühafizəsi 

4.3.11.


 

İnfomıasiya təhlükəsizliyi 

siyasəti 

Yekun müddəalar

 

344 



Mündəricatdan göründüyü kimi, respublikamızın milli təhlükəsizlik 

konsepsiyasında  ölkəmizin  milli  maraqları,  ərazi  bütövlüyünün  bərpa 

olunması,  qonşu  dövlətlərdən  (Ennənistan  və  s.)  milli  təhlükəsizliyimizə 

olan təhdidlər, həyat fəaliyyətinin təhlükəsizliyi, bütövlükdə Dİİ-na təminat 

verən  əsas  amillərin  həyata  keçirilməsi  nəzərdə  tutulmuşdur. 

Konsepsiyanın  giriş  hissəsində  göstərilir  ki,  

«Azərbaycan  xalqı  daha 

geniş  demokratik  dəyərlərə  qovuşmaq  imkanından  istifadə  edərək, 

özünün milli dövlətçilik ənənələrinə, tarixi və mədəni irsinə söykənən 

müasir  demokratik  hüquqi  dövlət  quruculuğu  yolunu  seçmişdir». 

Hazırda respublikamızın milli təhlükəsizliyinə problem yaradan faktlardan 

biri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bir mln- dan çox 

azərbaycanlının  məcburi  köçkün  və  qaçqına  çevrilməsidir.  Bununla 

əlaqədar  milli  təhlükəsizlik  konsepsiyasında  qeyd  olunmuşdur  ki: 

«Təcavüz  zamanı  Azərbaycan  Respublikasının  vətəndaşlarına  qarşı 

soyqırımı  və terror aktları daxil olmaqla,  sülhə və insanlığa qarşı  ən 

ağır  cinayətlər  törədilmişdir  və  zəbt  olunmuş  ərazilərdə  transsərhəd 

mütəşəkkil  cinayətkar,  o  cümlədən  beynəlxalq  terrorçu  qruplar 

tərəfindən  qeyri-qanuni  fəaliyyət  həyata  keçirilməkdədir.  İndiki 

Ermənistan ərazisində və Azərbaycan  Respublikasının işğal  olunmuş 

ərazilərində  azərbaycanlılara  məxsus  tarixi,  mədəni  və  arxeoloji 

abidələr kütləvi sürətdə dağıdılmış, təbii sərvətlər talan edilmiş, ətraf 

mühitə ciddi ziyan vurulmuşdur. Azərbaycan Respublikasının məruz 

qaldığı  bu  təcavüz  onun  hazırki  təhlükəsizlik  mühitində  və  milli 

təhlükəsizlik  siyasətinin  müəyyən  edilməsində  əsas  amildir». 

Ermənistanın  Azərbaycan  torpaqlarını  işğal  etməsi  hal-hazırda 

Respublikamızın  milli  təhlükəsizlik  mühitinə  qarşı  təhlükə  yaradan  ən 

mühüm  faktorlardan  biridir.  Milli  təhlyükəsizlik mühitinə  qarşı  yaradılan 

təhlükə  həm  də,  Dİİ-na  mane  olan  amillərdən  biri  kimi  qiymətləndirilir. 

Digər  tərəfdən  Dİİ-na  mane  olan  amillər  həm  də  milli  maraqların 

qorunmasına  əngəl  törədir.  Milli  maraqların  qorunması  isə  ölkədə  milli 

təhlükəsizlik  mühitinin  yaxşılaşdırılmasında  vacib  şərtlərdən  biridir.  Hər 

hansı  bir  ölkənin  milli  maraqları,  həmin  ölkənin  fundamental  dəyər  və 

məqsədlərini,  habelə  insan,  cəmiyyət  və  dövlətin  tərəqqisini  təmin  edən 

siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Respublikamızın 

milli  təhlükəsizlik  konsepsiyasında  onun  milli  maraqları  aşağıdakı  kimi 

şərh edilmişdir: 

-  dövlətin  müstəqilliyinin  və  ərazi  bütövlüyünün  qorunmasi,  onun 

beynəlxalq  səviyyədə  tanınmış  sərhədlərinin  toxunulmazlığının  təmin 

eldilməsi; 

azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, 

azərbaycançıhq ideyasının təşviqi; 

345 



:

files -> book
book -> Kendi Kendine
book -> Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı
book -> MahirəNərimanqızı
book -> Qarabağ müharibəsi (Qısa tarix)
book -> Alfred Besterdən “Qoca” əsəri
book -> Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy
book -> Orxan bahadirsoy orxan Elsevər oğlu Bahadırsoy
book -> İntiharın kölgəsi Dr. Əfzələddin Rəhimli


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


gebaa-nia-kolekto-de-243.html

gebaa-nia-kolekto-de-248.html

gebaa-nia-kolekto-de-252.html

gebaa-nia-kolekto-de-257.html

gebaa-nia-kolekto-de-261.html