1 ... 175 176 177 178 179 180 181 182 ... 298

Elmi redaktorlar: Əziz Məmmədov - səhifə 179

səhifə179/298
tarix17.01.2018
ölçüsü6.34 Mb.

-

 

nəqliyyatda təhlükəsizliyin pozulması baxımından daxili və xarici 

təhlükələrin  qarşısının  alınması  və  neytrallaşması  üzrə  operativ  və  uzun 

müddətli tədbirlər planının hazırlanması və həyata keçirilməsi; 

-

  nəqliyyatda  baş  vermiş  cinayətlərdən  və  fövqaladə  hadisələrdən 

dəyən maddi və mənəvi zərərin qarşısının alınması, yaxud onun minimuma 

endirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi; 

-

  nəqliyyatda  təhlükəsizliyin  təmin  edilməsinə  dair  beynəlxalq 

təcrübənin  öyrənilməsi  və  Respublikada  bu  təerübəyə  uyğun  etibarlı 

təhlükəsizlik sisteminin yaradılması; 

-

  nəqliyyatda  təhlükəsizliyin  nonuativ-hüquqi  əsaslannm  təxirə 

salınmadan  işlənib  hazırlanması  və  təkmilləşdirilməsi,  eləcə  də  aviasiya 

təhlükəsizliyinin  təmin  edilməsinə  dair  beynəlxalq  tələblərə  uyğun  milli 

proqramın işlənib hazırlanması və tətbiq edilməsi; 

Son illər nəqliyyat sektorunda baş 

verən irəliləyişlər, 

Republikamızın  iştirakı  ilə  reallaşan  regional  və  beynəlxalq  layihələr 

ölkəmizi  

nəqliyyatda təhlükəsizliyin təmin 

edilməsi sahəsində 

beynəlxalq  əməkdaşlığın  

fəal  iştirakçısına  

və  

aparıcı  qüvvəsinə 

çevirmişdir.  Bu  isə  ölkəmizə  yalnız  nəqliyyatda  terrorizmə  qarşı 

müqavimətin  gücləndirilməsi  və  təhlükəsizlik  dərəcəsinin  yüksəldilməsi 

üzrə beynəlxalq birlik tərəfindən irəli sürülən tədbirlərin həyata keçirilməsi 

deyil,  həm  də  

aviyasiya  təhlükəsizliyi  (İKAO),  dəniz  təhlükəsizliyi 

(SOLAS-74)  

üzrə  beynəlxalq  təşkilatlarda  öz  maraqlarına  uyğun 

təşəbbüslərlə  çıxış  etmək  imkanı  verir.  Bu  gün  Azərbayean 

Respublikasında  nəqliyyatda  həyat  fəaliyyətinin  təhlükəsizliyinə  görə 

cavabdeh olan bütün  icra hakimiyyəti orqanlarının  qarşılıqlı fəaliyyətinin 

təkmilləşdirilməsinə ciddi ehtiyac vardır. Hüquq-mühafizə, xüsusi xidmət 

orqanlarının  və  nəzarətedici  təşkilatların  hüquq  və  vəzifələrinə  uyğun 

olaraq,  nəqliyyatda  həyat  fəaliyyətinin  təhlükəsizliyinin  təmin  edilməsi 

prosesinin  bütün  iştirakçılarının  mövqeyi  və  məsuliyyəti  də  müvafiq 

qanunvericilik  aktlarında  daha  dəqiq  müəyyən  edilməlidir.  Son  nəticədə 

mülkiyyət formasında baş verən dəyişiklikləri, habelə idarəetmə sahəsində 

yanaşmaları  da  nəzərə  almaqla  nəqliyyat-yol  kompleksi  obyektlərində 

təhlükəsizliyin  səmərəli  və  yeni  vahid  normativ-hüquqi  bazasının 

yaradılması  da  qarşıda  duran  vacib  vəzifələrdəndir.  Respublikanın 

nəqliyyat-yol  komplekslərində  

təhlükəsizliyin təmin edilməsi sisteminin 

təşkilati  əsasının  mühüm  elementləri  ölkəmiz  Prezidentindən,  Nazirlər 

Kabinetindən,  Milli  Məclisdən,  MTN  və  Nəqliyyat  Nazirliyindən,  icra 

hakimiyyətləri  orqanlanndan,  eləcə  də  Prezident  və  Nazirlər  Kabneti 

tərəfindən yaradılan sahələrarası və dövlət komissiyalanndan, inzibati ərazi 

bölgüsü üzrə yerli icra hakimiyyəti, idarəetmə və məhkəmə orqanlarından. 

Qanunvericiliyə uyğun olaraq. 

385 



ölkədə  nəqliyyat  təhlükəsizliyinin  təmin  edilməsi  məsələsinin  həllində 

iştirak  edən  ictimai  birliklərdən  və  vətəndaşlardan  ibarətdir.  Ölkədə 

nəqliyyat təhlükəsizliyinin təmin edilməsi sisteminə daxil olan qurumların 

fəaliyyətini 

əlaqələndirən 

təşkilatlann 

funkusiyalan 

müvafiq 


normativ-hüquqi  aktlar  ilə  müəyyən  edilir.  Hazırda  sürətli  iqtisadi  inkişaf 

yolunda  olan  Azərbaycanda  nəqliyyat  təhlükəsizliyinin  dünya 

standartlarına  uyğun,  müasir  səviyyədə  təmin  edilməsinə,  bu  məqsədlə 

müvafiq  təşkilati-ideoloji  və  nəzəri-metodoloji  bazanın  yaradılmasına, 

yalnız  icra  orqanları,  fəaliyyəti  nəqliyyatla  bağlı  olan  hökümət  və  qeyri- 

hökümət  qurumları  və  onların  xarici  tərəfdaşları  deyil,  həm  də  ölkənin 

biznes elitasının, ictimai təşkilatların 

da cəlb edilməsi zəruridir. Bu gün 

nəqliyyat  təhlükəsizliyi  anlayışı  əksər  hallarda  nəqliyyatda  terrorizmin 

qarşısının  alınması  kimi  şərh  edilir.  Bu  da  təbiidir,  çünki  bütövlükdə 

dünyada  terror  aktlarının  xeyli  artması  onun  bilavasitə  nəqliyyat 

komplekslərinə  təhlükəlilik  dərəcəsi  ilə  əsaslandırılır.  Son  illərdə  içərisi 

partlayıcı  maddə  ilə  doldurulmuş  avtomobillər  vasitəsilə  həyata  keçirilən 

çoxlu  sayda  terror  aktları  bir  daha  terrorçuların  nəqliyat  vasitələrindən 

bilavasitə  silah  kimi  istifadə  etdiklərini  göstərməklə,  baş  verən  faciəli 

hadisələr nəqliyyatın terror aktları təhdidinə ən çox məruz qalan sahələrdən 

biri olduğunun əyani sübutudur. Bütün dünyada olduğu kimi, Azərbaycanda 

da  nəqqliyyat  sektorunun  hər  bir  sahəsi  özünəməxsus  spesifik 

xüsusiyyətlərə malikdir. Ölkəmizdə 

hava və su nəqliyyatı 

istisna olmaqla, 

avtomobil  və  dəmir  yolu  

əhalinin  həm  daha çox istifadə etdiyi,  həm  də 

onların keçdiyi ərazilərə yaxın sahələrdə məskunlaşmağa üstünlük verdiyi 

nəqliyyat növlərindəndir. Bununla belə, hər iki nəqliyyat növünün keçdiyi 

ərazilərdə baş verə biləcək təhlükə potensialını hiss etməyərək onlara daha 

yaxın,  hətta, əfsuslar olsun ki,  bitişik ərazilərdə məskunlaşmağa üstünlük 

verənlər  də  çoxdur  ki,  bu  da  baş  verən  hadisələrin  miqyasını  və  itkilərin 

həcmini artırır, nəticələrin operativ olaraq aradan qaldırılmasına ciddi mane 

olur.  Bu  baxımdan  AR  Nazirlər  Kabinetinin  28  fevral  2004-cü  il  tarixli 

“Azərbaycan  Respublikasının  avtomobil  yollarında  təhkim  və 

mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər 

haqqında”  və  23  fevral  2005-ci  il  tarixli  “Dəmir  yolu  nəqliyyatı 

təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid 

torpaqlardan istifadə olunması qaydaları”nın, “Dəmir yolları və yolun 

sanitariya  mühafizə  zonası  üçün  torpaqayırma  normaları”nm  

təstiq 

edilməsi  haqqında  qərarları  xüsusi  əhəmiyyət  kəsb  edir.  Ölkənin  ümumi 

milli  təhlükəsizliyinin,  onun  tərkib  hissələrindən  olan  nəqliyyat 

təhlükəsizliyinin  etibarlı  təminatı  məqsədilə  normativ  hüquqi-bazanın 

daimi təkmilləşdirilməsi, eləcə də qəbul edilən nonuativ sənədlərin 

386 



:

files -> book
book -> Kendi Kendine
book -> Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı
book -> MahirəNərimanqızı
book -> Qarabağ müharibəsi (Qısa tarix)
book -> Alfred Besterdən “Qoca” əsəri
book -> Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy
book -> Orxan bahadirsoy orxan Elsevər oğlu Bahadırsoy
book -> İntiharın kölgəsi Dr. Əfzələddin Rəhimli


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


gebaa-nia-kolekto-de-289.html

gebaa-nia-kolekto-de-293.html

gebaa-nia-kolekto-de-298.html

gebaa-nia-kolekto-de-301.html

gebaa-nia-kolekto-de-306.html