1 ... 183 184 185 186 187 188 189 190 ... 298

Elmi redaktorlar: Əziz Məmmədov - səhifə 187

səhifə187/298
tarix17.01.2018
ölçüsü6.34 Mb.

sürətli  inkişafı,  urbanizasiya,  kimyalaşma,  təbiətin,  xüsusilə  çayların, 

dənizlərin çirklənməsinə doğru aparır. Nəticədə ekoloji və iqtisadi böhran 

təhlükəsi  getdikcə  artmaqda  davam  edir.  Bir  sıra  sənaye  sahələrinin  tam 

işləməməsinə  baxmayaraq.  Kür,  Araz,  Xəzər  dənizi,  Abşeron  yarımadası 

çirklənmədə  öndə  gedir.  Buna  görə  də  Azərbaycanda  ətraf  mühitin 

mühafizəsi  dövlət  tərəfindən  daim  diqqət  mərkəzindədir.  Təəssüflə  qeyd 

etmək  lazımdır  ki,  Azərbaycan  keçmiş  SSRİ-nin  tərkibində  olarkən  təbii 

sərvətlərdən istifadə haqqında qanunçuluq olub, lakin o vaxt Azərbaycanın 

özünün sərbəst ekoloji siyasəti və qanunçuluğu olmadığı üçün respublika 

ərazisində  ekoloji  vəziyyət  pisləşərək  kritik  hala  çatmışdır.  Azərbayean 

Respublikası Ali Sovetinin qəbul etdiyi Müstəqillik haqqında Konstitusiya 

Aktı  ilə  əlaqədar  olaraq,  Azərbaycan  xalqının  marağına  toxunan  bütün 

qanunvericilik  aktlanna  yenidən  baxmaq  zərurəti  yaranmışdır.  Bunları 

nəzərə alaraq, ETSN 

«Təbiəti mühafizə və təbiətdən istifadə haqqında» 

Azərbaycan Respublikası Qanununu hazırlamış və həmin qanun Ali Sovet 

tərəfindən  təsdiq  edilmişdir.  Sonrakı  illərdə  isə  həmin  qanun  ölkəmizin 

Milli Məclisi tərəfindən daha da təkmilləşdirilmişdir. Milli Məclis 20-dən 

çox  Ekoloji  Qanun,  Nazirlər  Kabineti  50-dən  artıq  Ekoloji  Qərar  qəbul 

etmişlər. Qanunlar ölkə Prezidentinin fənnanlan ilə təsdiq edilmişdir. Bütün 

qanunlar üçün ümumi cəhət budur ki, təbii sərvətlər Dövlət mülkiyyətidir. 

Bələdiyyəçilər,  ictimai  təşkilatlar,  fiziki  və  hüquqi  şəxslər  mövcud 

qanunçuluğa əsasən, təbii sərvətlərdən istifadə edə bilərlər. Dünyanın bazar 

iqtisadiyyatı inkişaf etmiş ölkələrində  ekoloji  qanunçuluğun pozulmasına 

görə  cərimə  alınması  uğurla  tətbiq  edilir.  Azərbaycan  Respublikasının 

qüvvəyə minmiş Konstitusiyası ekoloji problemlərin həlli, ekoloji-iqtisadi 

təhlükəsizliyin  təmini  məsələlərini  Konstitusiya  və  onun  əsasında  qəbul 

olunmuş  müvafiq  qanunvericilik  aktları  ilə  tənzim  edir.  Təbiətdə 

ekoloji-iqtisadi  tarazlığın  pozulmasına  müxtəlif  istehsal  sahələri  və 

nəqliyyatdan  ayrılan  zəhərli  qazlar  böyük  təsir  göstərir.  Nəqliyyat 

vasitələrindən  ayrılan  zəhərli  qazlar  ümumi  çirklənmənin,  təxminən, 

60%-ni  təşkil  edir,  qalan  hissəsi  isə  kömür,  torf,  neft-qaz  kimi  üzvi 

yanacaqların və digər istehsal sahələrinin payına düşür. Hazırda dünyada 

hasil  olunan  elektrik  enerjisində  üzvi  yanacaqların  payı  64%,  nüvə 

yanacaqlarının payı isə 17%-dir. Azərbaycanda enerji istehsalının təxminən 

87%-i  istilik  elektrik  stansiyalarının  (İES-in),  13%-i  isə  su  elektrik 

stansiyalarının (SES-in) payına düşür. İlk növbədə Azərbaycanda, ekoloji 

və  iqtisadi  cəhətdən  daha  sərfəli  olan.  Günəş  və  küləyin  enerjisindən 

istifadə  olunmasına  daha  önəmli  yer  verilir.  Belə  mənbələrdən  istifadə 

etdikdə,  onların  ehtiyatı  praktiki  olaraq  dəyişmir  və  azalmır,  yəni  təbiət 

tərəfindən fasiləsiz olaraq 

401 



bərpa  olunur.  Bərpa  olunmayan  enerji  mənbələrinə  isə  kömür,  neft,  qaz, 

torf və s. kimi  yanacaqları  aiddir. Enerji mənbələrindən səmərəli istifadə 

etmək  üçün  ilk  növbədə  onların  ehtiyatları  iqtisadi  baxımdan  düzgün 

qiymətləndirilməlidir. Küləyin orta sürəti 4 m/san. olduqda külək elektrik 

stansiyasının  tikilməsi  iqtisadi  baxımdan  sərfəli  hesab  edilir.  Abşeron 

yanmadasmda isə küləyin orta sürəti 6-7m/san., Qobustanda isə bu rəqəm 

bir  qədər  çoxdur.  Respublikamızda  ilin,  təxminən  280-290  günü  günəşli 

keçir. Ona görə də Azərbaycanda ilk növbədə ekoloji və iqtisadi cəhətdən 

daha  xeyirli  olan  külək  və  günəş  elektrik  stansiyalarının  tikilməsi 

planlaşdırılır. 

9.6.  İnformasiya  təhlükəsizliyi. 

Hazırda  torpaqlarının  20%-i 

təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş və hal-hazırda müharibə 

şəraitində  yaşayan  Azərbaycan  üçün  infonuasiya  təhlükəsizliyinin  təmin 

edilməsinin  mühüm  əhəmiyyəti  vardır.  Bu  səbəbdən  Azərbaycanın  Milli 

təhlükəsizlik konsepsiyasında 

informasiya təhlükəsizliyi 

siyasətinə xüsusi 

diqqət  yetirilmişdir.  Milli  təhlükəsizlik  konsepsiyasında  ölkəmizin 

infonuasiya  təhlükəsizliyi  siyasəti  dövlət,  ictimai  və  fərdi  infonuasiya 

ehtiyatlarının qorunması sahəsində milli maraqların müdafiəsinə yönəlmiş 

tədbirlər  kompleksinin  həyata  keçirilməsini  nəzərdə  tutur.  Cəmiyyətin 

bütün sahələrində gedən qloballaşma prosesi Dİİ-da infonuasiyanm mühüm 

əhəmiyyət  kəsb  etdiyini  göstərir.  Bu  baxımdan  hər  hansı  bir  cəmiyyətin 

informasiyalaşdirihuası səviyyəsi Dİİ-nm göstəricilə-rindən biri kimi çıxış 

edir. Buna görə də müasir dövrdə qarşıda duran mühüm vəzifələrdən biri də 

cəmiyyətimizin  infonuasiyalaşdırılması  və  ölkəmizin  informasiya 

təhlükəsizliyinin 

təmin 

edilməsindən 

ibarətdir. 

Cəmiyyətin 

informasiyalaşdırılması  

dedikdə,  informasiya  ehtiyatlarından  istifadə 

etməklə  hər  bir  fərdin  informasiya  tələbatının  ödənilməsi,  bu  sahədə 

vətəndaşların  infonuasiya  almaq  hüquqlarının  təmin  edilməsi  və 

informasiyanın qəbulu, emal edilməsi və ötürülməsi, cəmiyyətdə insanlar 

üçün normal imkanların yaradılması başa düşülür. Elmi ədəbiyyatın təhlili 

və  müşahidələrimiz  göstərir  ki,  informasiyalaşdırma,  nəinki  cəmiyyətin, 

hətta  hər  bir  fərdin  ümumi  dünyagörüş  səviyyəsinin,  onun  sosiomədəni 

inkişaf  dərəcəsinin,  bütövlükdə  Dİİ-nm  göstəricilərindən  biridir. 

Mütəxəssislər  infonuasiya-  laşdınuam  cəmiyyətin  inkişaf  atributlarından 

biri  hesab  edirlər.  Çünki,  hər  hansı  bir  cəmiyyətdə  informasiyanın 

genişlənməsi,  informasiya  texnologiyalarının  inkişaf  etdirilməsi,  həmin 

cəmiyyətdə  vətəndaşların  dünyagörüşü  səviyyəsinin  yüksəlməsinə  və 

mənəvi  cəhətdən  formalaşmasına  xidmət  edir.  Bu  baxımdan  Azərbaycan 

infonuasiyalaşdırılmasmın 

402 



:

files -> book
book -> Kendi Kendine
book -> Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı
book -> MahirəNərimanqızı
book -> Qarabağ müharibəsi (Qısa tarix)
book -> Alfred Besterdən “Qoca” əsəri
book -> Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy
book -> Orxan bahadirsoy orxan Elsevər oğlu Bahadırsoy
book -> İntiharın kölgəsi Dr. Əfzələddin Rəhimli


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


gebaa-nia-kolekto-de-333.html

gebaa-nia-kolekto-de-338.html

gebaa-nia-kolekto-de-342.html

gebaa-nia-kolekto-de-347.html

gebaa-nia-kolekto-de-351.html