1 ... 189 190 191 192 193 194 195 196 ... 298

Elmi redaktorlar: Əziz Məmmədov - səhifə 193

səhifə193/298
tarix17.01.2018
ölçüsü6.34 Mb.

qaz  hasilatı  və  enerji  istehsalı  göstəricilərinin  dinamik  artımı  müşahidə 

edilmişdir(cədvəl 9.2). 

Cədvəl 9.2 

Neft -qaz hasilatının 100 illik dinamikası 

İllər

 

Təbii qaz hasilatı (mlrd m^)

  

Neft hasilatı (mln.ton)

 

1913

 

-

 

1,7 

1920

 

0,1 


3,0 

1935

 

-

 

1,4 

1941

 

2,5 


23,5 

1945

 

1,0 


11,5 

1950

 

1,2 


14,8 

1960

 

5,8 


17,8 

1970

 

5,5 


19,9 

1980

 

15,0 


13,2 

1990

 

12,2 


11,2 

2000

 

5,6 


14,5 

2005

 

5,7 


22,2 

2007

 

10,8 


42,6 

2010

 

26,2 


50,8 

2012

 

17,2 


43,4 

2013

 

16,7 


44,7 

Dövlət  Proqramında  elektroenergetika  sahəsi  üzrə  nəzərdə  tutulan 

tədbirlərin  icrası  istiqamətində  əhəmiyyətli  işlər  apanimışdır.  Proqramın 

Elektroenergetika  sahəsində  qeyd  olunduğu  kimi  nəzərdə  tutulan  28 

tədbirdən  13-ü  başa  çatmış  və  hazırda  15  tədbir  davam  edir.  Bu  sahədə 

aparılan  işlərin  nəticəsi  olaraq  ölkədə  elektrik  enerjisinin  istehlakmm  və 

istehsalının tənzimlənməsi istiqamətində əhəmiyyətli işlər aparılır. Elektrik 

enerjisi  üzrə  istehsal  azalsa  da,  2006-cı  ildən  2010-cu  ilədək  elektrik 

enerjisi ixracı artaraq 2010-cu ildə 238.7 mln.KVts olmuşdur. Ümumilikdə 

elektrik  enerjisinin  ixracı  və  idxalı  arasındakı  fərqində,  yəni  saldoda 

2007-ci  ildən  2010-cu  ilədək  yalnız  artım  müşahidə  olunmuşdur. 

Respublikas  Prezidenti  İlham  Əliyev  21  oktyabr  2004-cü  ildə 

“Azərbaycan  Respublikasında  alternativ  və  bərpa  olunan  enerji 

mənbələrindən  istifadə  olunması  üzrə  Dövlət  Proqramı”mn  

təsdiq 

edilməsi  haqqında  Sərəncam  imzalamışdır.  Dövlət  Proqramının  məqsədi 

ölkənin  təbii  potensialından  istifadə  etməklə  bərpa  olunan  və  ekoloji 

cəhətdən təmiz mənbələrdən enerji istehsalını genişləndirməkdən və 

414 



karbohidrogen enerji resurslarından daha səmərəli istifadə edilməsini təmin 

etməkdən ibarət olunmaqla onun əsas vəzifələri aşağıdakılardır; 

  elektrik enerjisinin istehsalında (bərpa olunan) enerji mənbələrinin 

potensialını müəyyənləşdinnək; 

 

bərpa  olunan  enerji  mənbələrini  istismara  cəlb  etməklə,  ölkənin 

enerji resurslarından istifadənin səmərəliliyini yüksəltmək; 

  yeni  enerji  istehsalı  sahələrinin  yaradılması  hesabına  əlavə  iş 

yerlərinin açılmasını təmin etmək; 

 

Azərbaycan Respublikasında ənənəvi enerji mənbələrinin mövcud 

ümumi  gücü  nəzərə  alınmaqla,  alternativ  enerji  mənbələrinin  hesabına 

enerji  gücünün  artırılması  və  bununla  da  ölkənin  enerji  təhlükəsizliyinin 

təminatının yüksəldilməsinə nail olmaq. 

Ölkəmizdə  alternativ  enerji  mənbələrindən  istifadə  sürətlə  inkişaf 

etməkdədir.  Bunun  əsas  səbəbləri  ölkədə  alternativ  enerji  resurslarının, 

vaxtı  ilə  Ulu  Öndər  tərəfindən  yaradılmış  elmi-texniki  bazanın,  maliyyə 

vəsaitlərinin  kifayət  qədər  olması  və  İlham  Əliyev  tərəfindən  bu  sahəyə 

göstərilən daimi qayğı və diqqətdir. Bu qayğının nəticəsində 2004-cü ildə 

Alternativ  enerji  mənbələrindən  istifadəyə  dair  Dövlət  Proqramı  qəbul 

olunmuş,  

2009-cu  ildə  Azərbaycan  Respublikası  Alternativ  və  Bərpa 

olunan enerji 

mənbələri üzrə Beynəlxalq Təşkilata 

(İRENA) 

üzv seçilmiş, 

2009-cu ildə isə Alternativ və Bərpa olunan enerji Mənbələri üzrə Dövlət 

Agentliyi  ləğv  edilmiş  və  onun  əsasında  Azərbaycan  Respublikasının 

Alternativ  və  Bərpa  olunan  Enerji  Mənbələri  üzrə  Dövlət  Agentliyi 

(ABOEM) yaradılmışdır. Prezident İlham Əliyevin iştirakı ilə 13 sentyabr 

2011-ci  ildə  

ABOEM  

tərəfindən  inşa  olunan  

Qobustan  Eksperimental 

Poliqonu və Tədris Mərkəzinin 

açılış mərasimi olmuşdur. 38 ha ərazidə 

inşa olunan mərkəz külək, günəş və bioqaz stansiyalan ilə təchiz edilib. Bu 

isə  ölkədə  alternativ  enerjinin  hər  üç  yolla  əldə  edilməsi  istiqamətində 

görülən  işlərin  real  nümunəsidir.  Poliqon  ərazisində  hər  birinin  gücü  0,9 

MVt-a çatan üç külək turbini, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası 

və 1 MeqaVat gücündə bioenerji qurğusu quraşdırılıb. Bərpa olunan enerji 

mənbələri  sürətlə  inkişaf  edərək  2010-cu  ildə  dünya  üzrə  generasiya 

güclərinin  4%-ni  təşkil  etmişdir.  2020-ci  ildə  Avropa  Birliyində  bütün 

istehlak  olunan  enerjinin  20  %-i  bərpaolunan  enerji  mənbələri  hesabına 

olmalıdır.  Bu  gün  ABOEM  istifadə  səviyyəsinə  çatmışdır  və  bir  sıra 

ölkələrin  enerji  balansında  onlar  hiss  olunacaq  dərəcədədir.  ABOEM-nin 

tətbiq miqyası arasıkəsilmədən və intensiv surətdə genişlənir. Bu istiqamət, 

energetikadakı  başqa  istiqamətlərdən  daha  intensiv  dinamik  inkişaf 

edənidir. 1 fevral 2013-cü ildə Alternativ və bərpa olunan enerji sahəsində 

415 



:

files -> book
book -> Kendi Kendine
book -> Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı
book -> MahirəNərimanqızı
book -> Qarabağ müharibəsi (Qısa tarix)
book -> Alfred Besterdən “Qoca” əsəri
book -> Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy
book -> Orxan bahadirsoy orxan Elsevər oğlu Bahadırsoy
book -> İntiharın kölgəsi Dr. Əfzələddin Rəhimli


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


gebaa-nia-kolekto-de-5.html

gebaa-nia-kolekto-de-54.html

gebaa-nia-kolekto-de-59.html

gebaa-nia-kolekto-de-63.html

gebaa-nia-kolekto-de-68.html