1 ... 30 31 32 33 34 35 36 37 ... 298

Elmi redaktorlar: Əziz Məmmədov - səhifə 34

səhifə34/298
tarix17.01.2018
ölçüsü6.34 Mb.

sosial fəallıq, hərəkət və davranışları qarşısında daşıdığı məsuliyyət hissi, 

ləyaqət,  heysiyyət,  fərdiyyət,  azadlıq  və  digər  mənəvi  keyfiyyətlərinin 

məcmusudur.  Şəxsiyyət  müstəqil,  sosial  cəhətdən  fəal  adamdır.  Deməli, 

şəxsiyyətin  başlıca,  həlledici  cəhəti  onun  sosial  keyfiyyətidir.  Əgər  fərd 

anlayışı  insanı  ictimai  

münasibətlərin  məhsulu  

kimi  xarakterizə  edirsə, 

şəxsiyyət  anlayışı  onu  daha  çox  bu  münasibətlərin  

subyekti  kimi 

səciyyələndirən şəxsiyyət - 

sosial fərdiyyətdir. 

Sosial fərdiyyət kimi insan 

özünün  nəinki  ümumi  və  spesifik  keyfiyyətləri,  həm  də  fərdi  sosial 

xassələri  tərəfdən  nə  zərdən  keçirilir.  Son  nəticədə  insanı  şəxsiyyətə 

çevirən  onun  sosial  fərdiliyidir,  başqa  sözlə,  insan  üçün  səciyyəvi  olan 

sosial keyfiyyətlərin məcmusu, onun 

sosial orijinallığıdır. 

Adətən insanın 

təbii-fərdi  xüsusiyyətlərini  «şəxsiyyət»  anlayışına  daxil  etmirlər.  Lakin 

unutmaq olmaz ki, təbii fərdilik də şəxsiyyətin inkişafına az təsir göstərmir. 

İnsanın sosial fərdiliyi təkcə bioloji əsaslar üzərində deyil, həm də konkret 

tarixi  zamanda  

və  

sosial  məkanda,  praktiki  fəaliyyət  və  tərbiyə 

prosesində  

formalaşır.  Buna  görə  də  sosial  fərdilik  olmaq  etibarilə 

şəxsiyyət  onun  arxasında  duran  müxtəlif  amillərin  yekunu,  sintezi, 

qarşılıqlı təsiridir. Şəxsiyyət insanın sosial-mədəni təcrübəsini nə qədər çox 

toplayıb və onun inkişafına öz töhfəsini nə qədər çox verirsə, onun insan 

dərəcəsi  də  bir  o  qədər  yüksək  olur.  Şəxsiyyətin  strukturu  mürəkkəb 

olduğundan ona yanaşma üsullan da müxtəlif ola bilər. Həm də bu üsullar 

qarşılıqlı  əlaqələnsələr  də  aralarında  bir  sıra  mühüm  fərqlər  də  ola  bilər. 

Məsələn, ümumi psixologiyada şəxsiyyət fərdin müxtəlif psixi proseslərini 

bir yerə toplayan və onun davranışına zəruri dayanıqlıq gətirən birləşdirici 

başlanğıc  kimi  başa  düşülür.  Bu  halda  şəxsiyyətin  sosioloji  tədqiqatının 

çıxış nöqtəsini isə insanın fərdi xüsusiyyətlərinin öyrənilməsi deyil, onun 

yerinə  yetirdiyi  sosial  funksiyalann  təhlili  təşkil  edir.  Bu  funksiyalar  isə 

cəmiyyətin  sosial  strukturu,  fərdin  daxil  olduğu  sosial  qrupla  şərtlənir. 

Şəxsiyyətin formalaşması prosesinin iki əsas cəhəti vardır: əwəla, şəxsiyyət 

öz  mahiyyəti  etibarilə  ictimai  münasibət  lərin  məcmusudur.  Bu  mənada 

şəxsiyyət təmsil etdiyi fərdi cə mi}^ətin üzvü kimi xarakterizə edən sosial 

keyfiyyətlərin  sistemidir.  Sosial  keyfiyyətlər  isə  insanda  yalnız  ictimai 

münasibətlərin  mənimsənilməsi  zəminində  meydana  gəlir.  İkincisi, 

şəxsiyyət şüur və mənlik şüurunun yaranması ilə birlikdə yaranır. Hazırda 

şəxsiyyət haqqında 

iki əsas konsepsiya 

mövcuddur: a) 

şəxsiyyət - insanın 

funksional  xarakteristikasıdır;  

b)  

şəxsiyyət  -  insan  mahiyyətinin 

xarakteristikasıdır. 

İnsanın sosial funksiyasına, onun cəmiyyətdəki sosial 

roluna  əsaslanan  birinci  konsepsiya  bütün  məziyyətlərinə  baxmayaraq, 

insanın daxili aləminin dərinliklərinə varmağa, onun həqiqi 

74 



mahiyyətini açmağa meyillənməyib. Bu isə, sözsüz ki, insanın mahiyyətini 

ifadə etmək üçün məqbul sayıla bilməz. Şəxsiyyət anlayışının daha dərin və 

tutarlı  interpretasiyası  ikinci  konsepsiyada  verilir.  Şəxsiyyəti  insan 

mahiyyətinin  xarakteristikası  kimi  təsvir  edən  bu  konsepsiyada  şəxsiyyət 

insanın  tənzimləyici  -  mənəvi  qabiliyyətinin  göstəricisi,  özünüdərkin 

mərkəzi,  insan  iradəsinin  mənbəyi,  sərbəst  fəaliyyət  subyekti  kimi  təsvir 

olunur. Şəxsiyyət fəaliyyət və ünsiyyət prosesində formalaşır, şəxsiyyətin 

formalaşması mahiyyət etibarilə fərdin sosiallaş- ma prosesidir. Bu proses 

şəxsiyyətin  təkrarsız  unikal  simasının  daxilən  formalaşması  yolu  ilə  baş 

verir.  Sosiallaşma  prosesi  insandan  daxili  fəallıq  -  özünün  hərəkət  və 

davranışlarını daima nümayiş etdirmək bacarığı tələb edir. Bu tələb isə son 

nəticədə  insana  onun  özünüdərki  ilə  bağlı  olan  özünüqiymətləndirmə 

qabiliyyəti  aşılayır.  Özünüdərk  və  özünüqiymətləndirmə  şəxsiyyətin 

spesifikasını 

yaradan 

mühüm 


amillərdir. 

Şəxsiyyətin 

mühüm 

xüsusiyyətlərindən  

birincisi  

onun  dünyagörüşüdür.  Dünyagörüşü 

şəxsiyyəti ətraf aləmlə birləşdirən mənəvi körpüdür. Şəxsiyyətin ikinci bir 

mühüm  xüsusiyyəti  onun  xarakteridir.  

Xarakter,  

bir  növ,  insanın  iradə 

qüvvəsini  əks  etdirən  şəxsiyyət  ölçüsüdür.  Belə  ki,  iradəsi  güclü  olan 

adamın xarakteri də güclü olur. Şəxsiyyətin mühüm xüsusiyyətlərindən biri 

də  onun  mənəviyyatıdır.  

Mənəviyyat  

-  şəxsiyyətin  mənəvi  azadlığının 

ölçüsü,  inkişaf  səviyyəsinin  göstəricisidir.  İctimai  münasibətlərin  və 

ünsiyyətin şəxsiyyətin tarixi  tipinin, onun konkret  halının  və xassələrinin 

formalaşmasına  böyük  təsiri  vardır.  

Fəaliyyətin  

də  şəxsiyyətə  təsiri 

böyükdür.  Fəaliyyət  -  şəxsiyyətə  ahəngdar  inkişaf  etməyə  və  cəmiyyətdə 

müxtəlif  funksiyaları  yerinə  yetirməyə  imkan  verən  əsasdır.  İnsan  yalnız 

fəaliyyət  vasitəsilə  və  fəaliyyətin  gedişində  özünü  şəxsiyyət  kimi  təsdiq 

edir. Halbuki fəaliyyətdən kənarda insan «özündə şey» olaraq qalır. İnsan 

özü haqqında istənilən fikirdə ola bilər, o özü haqqında illüziyalar quraşdıra 

bilər,  lakin  onun  həqiqətdə  kim  olması,  həqiqi  siması  yalnız  işdə, 

fəaliyyətdə  üzə  çıxır.  Buna  görə  də  məşhur  çin  filosofu  Konfutsi  nəinki 

insanları  axıra  qədər  dinləməyi,  həm  də  onların  işinə,  fəaliyyətinə, 

əməllərinə  diqqət  yetirməyi  məsləhət  görürdü.  Aristotel  isə  yazırdı  ki, 

qələbə çələngini yalnız yarışda iştirak edənlər alırlar. Başqa sözlə, insanın 

sosial-fəaliyyət  xarakteristikası  onun  sosial-  laşması  prosesində  şəxsiyyət 

kimi  formalaşmasının  əsasını  təşkil  edir.  Şəxsiyyətin  formalaşması 

prosesinə təsir göstərən obyektiv amillər içərisində onun tərbiyəsi, irsiyyəti, 

yaşadığı  mühitin  də  böyük  rolu  vardır.  İnsanın  şəxsiyyətə  çevrilməsi 

mürəkkəb və çoxcəhətli proses olub, dialektik vəhdətdə götürülən 2 meyli 

ifadə edir; 

1) Şəxsiyyətin

 

75 



:

files -> book
book -> Kendi Kendine
book -> Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı
book -> MahirəNərimanqızı
book -> Qarabağ müharibəsi (Qısa tarix)
book -> Alfred Besterdən “Qoca” əsəri
book -> Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy
book -> Orxan bahadirsoy orxan Elsevər oğlu Bahadırsoy
book -> İntiharın kölgəsi Dr. Əfzələddin Rəhimli


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


gelendost-myo-2015-2016.html

gelenein-ve-dilin.html

geleneksel-br-tartima--.html

gelenekselleen-modern.html

gelevij-akkumulyator--ne.html