1 ... 93 94 95 96 97 98 99 100 ... 121

Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78) - səhifə 97

səhifə97/121
tarix13.11.2017
ölçüsü5.04 Kb.

195 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.

  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 


NAKHCHIVAN STATE UNIVERSITY.

  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 


 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.

  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 


 


 


                                                     GÜNAY MƏMMƏDOVA 


Naxçıvan Dövlət Universiteti 

UOT:7808 


AZƏRBAYCAN AŞIQ SƏNƏTİ 


 

Açar sözlər

:

 Aşıq yaradıcılığı, varsaq, ozan, saz, aşıq məktəbləri, aşıq havaları 

Key words

:

 Ashug art, varsaq, ozan, saz, ashug schools, ashug songs 

Ключевые слова

:

 Ашугское творчество, варсаг, озан, саз, ашугские школы, ашугские напевы

 


 


Azərbaycan  aşıq  sənəti  qədim,  arxaik  köklərə  malik  sənət  növüdür.  Tədqiqatçılar  aşıq 
sənətinin  bünövrəsini  ibtidai  icma  quruluşunun  inkişaf  etmiş  mərhələsində  araşdırılmasının  lazım 
olduğunu yazırlar. 
Aşıq  sənətinin  təxminən  4  min  il  bundan  əvvəl  meydana  gəldiyini  söyləyən  professor 
T.Bünyadov bu sənətin ilk öncə köçəri maldar tayfalar şəklində yaşayan türkdilli qəbilələr arasında 
yarandığını qeyd edir (1, s. 42-43). 
Azərbaycan xalq musiqisini 3 təbəqəyə ayıran musiqişünas R.Zöhrabov belə bir bölgü aparır: 
I-Xalq (mahnı və rəqs janrları)  
II-Xalq-professional (aşıq musiqi yaradıcılığı) 
III-Sırf şifahi professional musiqi janrları (muğam dəstgahları, kiçik formalı muğamlar, zərbi 
muğamlar). 
R.Zöhrabov qeyd edir ki, aşıq yaradıcılığı xalq musiqisi ilə şifahi professional musiqi janrları 
arasında qovşaq təşkil edən bir musiqi formasıdır. O,  həm xalq, həm də professional  yaradıcılığı 
özündə təcəssüm etdirir. Aşıq sənəti musiqi üslubu və quruluş cəhətdən folklora yaxındır. Deməli, 
aşıq yaradıcılığı xalq-professional musiqi janrıdır. 
Azərbaycan  xalq  musiqisinin  ən  böyük  və  zəngin  qolunu  aşıq  yaradıcılığı  təşkil  edir.  Aşıq 
sənətinin  yaradıcıları  olan  aşıqlar  xalq  sənətkarlarıdır.  Professor  P.Əfəndiyev  aşıqları  “xalqın  ən 
sevimli nəğməkarı” adlandırmışdır. Dahi bəstəkar Ü.Hacıbəyli isə bu barədə  yazırdı: “Aşıq sənəti 
xalqa,  kütlələrə  daha  yaxındır,  xalqın  həyəcan  və  arzularını,  xalq  musiqisinin  başqa  növlərinə 
nisbətən daha parlaq əks etdirir. Aşıq ictimai mövqeyinə görə kəndliyə, zəhmətkeş xalqa yaxındır. 
Aşıq sənəti  xalqın öz yaradıcılığıdır”. 
Üzeyir bəy həmçinin aşıqları “əfsanəvi şəxslər və elin döyünən ürəyi” adlandırırdı. 
Bu fikri davam etdirən və onu bir qədər də dərinləşdirən görkəmli xanəndə Bülbül yazır ki, 
“Azərbaycan  oxuma  üslubunun  əsl  ustaları  və  yaradıcıları,  aşıqlar  olmuşlar.  Onlar  xalq 
yaradıcılığının  təbliğatçıları  və  ifadəçiləridirlər...  Aşıqlar  Azərbaycan  xalqının  ən  qədim  ifaçıları 
olub, onun ideaları və arzuları ilə yaşamışlar”. 
Görkəmli  şair  O.Sarıvəlli  eyni  zamanda  aşıq  sənətinin  mahir  bilicisi  və  tədqiqatçısı  olaraq 
belə  yazır:  “Şeirləri  havalar  üstə,  havaları  şeirlərə  görə  yaradan  sənətkarlar,  yaradıcı  aşıqlar,  şərti 
olaraq desək, eyni zamanda el bəstəkarları olmuşlar”. 
Xalq kütlələri içində yaşamış aşıqlar daima öz yaradıcılığında xalqın həyat və mübarizəsini əks 
etdirmişdir.  Əsrlərdir  ki,  Azərbaycan  kəndlərində  heç  bir  toy,  qonaqlıq,  ziyafət  aşıqsız  keçməmişdir. 
Doğrudur,  müəyyən  zaman  kəsiyində  bu  sənət  və  bu  sənətin  nümayəndələri  nisbətən  arxa  planda 
qalsalar da, artıq bu gün də bir çox toy-büsatlarda, şənliklərdə aşıqları tez-tez görmək mümkündür. 
Orijinal və təkrarolunmaz olan aşıq sənəti xalqın əsrlər boyu əldə etdiyi yaradıcılıq ənənələri 
üzərində yaranıb  formalaşmışdır. Bu haqda S.Pirsultanlı qeyd edir: “Aşıq yaradıcılığı Azərbaycan 
xalqının ictimai və bədii estetik fikir tarixində mədəniyyətin inkişafında əhəmiyyətli rol oynamışdır. 
Aşıq  təkcə  öz  yaratdığı  saz-söz  və  dastan  sərvətinin  sahibi  kimi  məhdudlaşmamış,  eyni  zamanda 
yüzillər boyu Azərbaycan folklorunun əsas hissəsinin daşıyıcısı, yaşadıcısı və yayıcısı kimi şərəfli 
bir vəzifəni də yerinə yetirmişdir”. 
T.Bünyadov  isə  xalqın  istək  və  arzularının  tərcümanı  olan  aşığın  el  arasında  “Xalq  aşığı”, 
“Haqq aşığı”, “Ustad” kimi qiymətləndirildiyini, ona dərin hörmət bəsləndiyini açıqlayır (S.99). (1) 

196 
 
Aşıqlar  xalq  arasında  yalnız  el  sənətkarı  kimi  deyil,  həmçinin  humanist,  müdrik  ustad,  dar 
gündə insanların dərdinə yanan, onlara yol göstərən ağsaqqallar kimi də məşhur olmuşlar. 
Tarixin  müxtəlif  mərhələlərində    bu  sənətin  nümayəndələri  varsaq,  dədə,  yanşaq,  ağsaqqal, 
ozan, aşıq və s. kimi adlarla tanınmışdır. 
“Aşıq” sözünün yaranması, mənşəyi haqqında maraqlı, dəyərli fikirlər söylənmiş və bu sahədə 
bir sıra tədqiqat əsərləri ərsəyə gəlmişdir. 
“Varsaq” sözünün yer, qəbilə, şeir forması və melodiya adı olması haqqında fikirlər mövcud 
olmuş, yanşaq sözünün də müəyyən müddət aşıq mənasında işləndiyi söylənmişdir. 
Dədə  aşıqlar  həm  şair,  bəstəkar,  dastançı,  həm  də  bu  sənətin  mahir  biliciləri  və  ifaçıları 
olmuşlar.  “Kitabi-  Dədə  Qorqud”  dastanından    aşıqların  xalq  həyatındakı  yeri  və  rolu  haqqında 
məlumat ala bilirik. Elə bu dastanda Dədə Qorqud öz dövrünün ustad ozanı olmaqla yanaşı, müdrik 
bilici,  çətin  işləri  yoluna  qoyan  el  ağsaqqalı  olmuşdur.  Məhz  bundan  sonra  öz  müdrikliyi,  ağlı, 
ağsaqqallığı  ilə  fərqlənən  el  sənətkarlarına  “dədə”  deyildiyi  məlumdur  (P.Əfəndiyev,  Azərbaycan 
şifahi xalq ədəbiyyatı, Bakı, 1981). (2)  
Tədqiqatçılar “ozan” sözünün isə təxminən VIII-X əsrlərdə işləndiyini söyləyirlər. 
Nisbətən  sonralar  yaranan  “aşıq”  sözü  isə  “ozan”ı  nə  zaman  əvəz  etdiyi  tam  dəqiq  məlum 
deyil. Lakin alimlər güman edirlər ki, müəyyən müddət bu iki söz qoşa işlənmiş,  uzun, mürəkkəb 
tarixi, ictimai prosesin nəticəsində “aşıq” sözü artıq “ozan”ı əvəz etmiş, XIII-XIV əsrlərdən isə bu 
söz öz təsdiqini tapmışdır. 
Filoloqlar şifahi xalq ədəbiyyatının leksik materialları əsasında “aşıq” terminini bir sənətkar adı 
kimi  XIV-XV  əsrlərdən  ortaya  çıxdığını  qeyd  edirlər.  Bizə  məlum  olduğuna  görə,  adının  qabağına 
“aşıq” titulu gələn ilk xalq sənətkarı, Aşıq Abbas Tufarqanlıdır ki, o da XVII əsrin əvvəllərində yaşayıb-
yaratmışdır. XVI əsr aşığı Qurbani isə titulsuz məşhurdur. (Qobustan, 2003, №3) 
Bir çox tədqiqatçılar “aşıq” sözünü ərəb, bəziləri isə türk mənşəli olduğunu qeyd edirlər. Ərəb 
mənşəyinə  bağlayanlar    bu  sözün    “eşq”,  “aşıq”  mənasında  olduğunu,  həqiqətən  də  aşıqların  eşq 
divanəsi,  məhəbbət  vurğunu  olduğunu  sübut  edirlər.  Bir  sıra  alimlər  isə  bu  sözün  kökünü  türk 
dilində  axtararaq  “aşıq”  sözünü  “işıq”  sözü  ilə  uyğunlaşdırmış,  onların  məna  oxşarlığını,  aşığın 
işıqlı,  nurlu  adam  olduğunu,  bu  işığın  ona  Tanrı  tərəfindən  verildiyini  söyləmişlər.  Bu  barədə 
İ.Sadıq özünün “Aşıq sözünün kökü haqqında” (Qobustan, 2004, №1) adlı məqaləsində belə yazır: 
“Aşıq  sözünün  köklərini  ərəb  dilində  axtarmaq  cəhdləri,  hər  şeydən  öncə  aşıq  sənətinin  tarixini 
saxtalaşdırmaqdır. Guya Azərbaycanda aşıq sənəti ərəb işğalından sonra yaranmışdır. Halbuki, aşıq 
sənətinin, saz sənətinin, Dədə Qorqud dövründə  tam kamilləşdiyini püxtələşdiyini görürük...”.  
Folklorşünas, alim, professor M.H.Təhmasib isə bu məsələyə belə yanaşır: “Aşıq” titul- ad – 
sözü,  şübhəsiz  ki,  ərəbin  eşq  sözü  ilə  bağlıdır.  Lakin  ancaq  bağlıdır.  Bizcə,  aşıq  ad-  titulu  bəzən 
düşünüldüyü  kimi  heç  də  ancaq  və  ancaq  ərəbin  eşq  sözünün  faili  olan  aşiqin  bizim  dil 
qanunlarımıza uyğunlaşmış forması deyil (Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər) 
Bakı, 1972, s.41). M.H.Təhmasib də belə bir nəticəyə gəlir ki, “aşığ”ın kökü qədim türk sözü olan 
“aş”dır. Bu sözün “aşılamaq” forması həm də nəğmə mənasında işlənmişdir. 
Aşıq  sənəti  geniş,  əhatəli  yaradıcılıq  sahəsidir.  Əsasən  yaddaşlarda  yaşayan  bu  sənət  növü 
sinkretikdir. Sinkretizm- müxtəlif yaradıcılıq növlərinin bir sənətdə birləşməsi, cəmləşməsidir. Aşıq 
sənəti də bir neçə ədəbi və musiqi janrlarını əhatə edir. Bu mənada onun geniş əhatəliliyi, nüfuzu, 
aşıq sənətinin milli mədəniyyətin inkişafında rolunu çox böyükdür.  
Bu  sənət  növü  özündə  şairlik,  bəstəkarlıq,  xanəndəlik,  ifaçılıq,  rəqs,  aktyorluq  və  s.  kimi 
xüsusiyyətləri  özündə  birləşdirir.  Milli-mədəni  prosesin  formalaşmasında  bir  çox  janrları  özündə 
ehtiva etmiş və bununla da ümummədəni inkişafın tərəqqisinə geniş imkanlar açmış bu sənət şərəfli 
olduğu qədər çətin, mürəkkəb və son dərəcə ustalıq, həssaslıq, mahirlik tələb edən sənətdir. 
Professor P.Əfəndiyev özünün “Azərbaycan şifahi xalq ədəbiyyatı” adlı dərsliyində qeyd edir 
ki, aşıqları əsasən iki qrupa bölürlər: yaradıcı – yəni ustad aşıqlar, peşəkar- ifaçı aşıqlar. 
Ustad aşıq dastan qoşur, şeir yazır, musiqi bəstələyir, sazda çalır, oynayır, oxuyur. Göründüyü 
kimi bu qrupa daxil olanlar kamil sənətkarlardır. 
Peşəkar-  ifaçı  aşıqlar  isə  yaradıcılıq  qabiliyyəti  baxımından  zəifdirlər.  Belə  aşıqlar  ustad 
aşıqların yaratdığı şeir və dastanları əzbərləyir, onları ifa edirlər. Onlar məlahətli səslə oxuyur, saz 
çalır, yaradılan şeir və dastanları təbliğ edir, yaşadırlar. 
Başqa mənbələrdə isə (T.Məmmədov “Azərbaycan xalq-professional musiqisi: Aşıq sənəti”, 
Bakı,  2002;  T.Bünyadov  “Əsrlərdən  gələn  səslər”,  Bakı,  1975)  biz  bu  qruplaşmanın  üçə 
bölündüyünə dair məlumatlar alırıq: ustad aşıqlar, ifaçı aşıqlar, şair aşıqlar.  

:

files -> uploader
uploader -> Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu
uploader -> TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


genel-kurul-arsnn-ekli---2.html

genel-kurul-kararlarnn.html

genel-kurul-tutana---2.html

genel-kurulun-ley---tmmob.html

genel-mdrlmzce-kasdep.html