1 ... 105 106 107 108 109 110 111 112 ... 121

Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78) - səhifə 109

səhifə109/121
tarix13.11.2017
ölçüsü5.04 Kb.

:

files -> uploader
uploader -> Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu
uploader -> TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə

220 
 
Gürcüstan  Dövlət  muzeyində  mənşə  etibarilə  Azərbaycanla  bağlı  olan  çoxlu  sayda  eksponat 
mövcuddur.  Onların  içərisində  xalçalar,  bədii  toxuculuq  məmulatları:  müxtəlif  tikmələr,  mütəkkələr, 
döşəklər, xurcunlar, məfrəşlər eləcə də zərglik və misgərlik nümunələri, arxeoloji materiallar vardır. GDM 
resbuplikamızdan kənarda Azərbaycan mənşəli eksponatlarla zəngin olan ən böyük muzeylərdən biridir. 
İnqilabdan  əvvəl  ərazilərimizdə  aşkar  edilən  qiymətli  əşyaların  çoxu  Tiflisdəki  muzeyə 
göndərilirdi. Buna misal olaraq Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində, 1902-ci ildə aşkar 
edilmiş, üzərində yunan dilində yazıları olan daş abidəni göstərmək olar, belə misallar yüzlərlə və 
bəlkə  də  minlərlədi.  Azərbaycan  Respublikasının  ayrılmaz  hissəsi  olan  Naxçıvan  Muxtar 
Respublikası  ərazisi  əsrlər  boyu  Azərbaycanın  həm  ictimai-siyasi,  həm  də  sənətkarlıq  və  ticarət 
baxımından önəmli və strateji baxımdan əsas bölgələrindən biri olmuş, bu baxımdan da Naxçıvan 
sənətkarları tərəfindən hazırlanan əşyalar və tarixi, mədəni məlumatlar dünyanın bir çox ölkələrinə 
yayılmış,  sonra  isə  bizim  tariximizi,  mədəniyyətimizi  və  mənəviyyatımızı  dünya  muzeylərində 
nümayiş  etdirən  qiymətli  eksponatlara  çevrilmişdir.  Belə  eksponatlara,  Rusiyanın  bütün 
muzeylərində,  Pribaltika  ölkələrində,  Avropa  dövlətlərində,  ABŞ-ın  böyük  muzeylərində  tez-tez 
rast gəlinir. 

ƏDƏBİYYAT

 
1. Лятиф Керимов «Азербайджанский ковер». Баку, Гянджлик, 1983 г. с.301 
2.“Теоретические  вопросы  научно-просветительной  работы  музеев”.  Сборинк  научних 
трудов. Москва, 1984 г. с. 124 
3.  Nizami  Rəhimov.  "Naçıvan  Muxtar  Respublikası  Dövlət  Tarix  Muzeyi",  Əcəmi,  Naxçıvan 
2002 s.54 
4. Ramiz Ağayev, Sabir Əmirxanov, Abdin Əlizadə; “Muzeyşünaslıq”. Dərslik. Bakı-2002. s 439 
5. Azərbaycan Respublikası  Mədəniyyət  və Turizm  Nazirliyi  "Azərbaycan Respublikası  muzey 
sərvətlərinin və muzey kolleksiyasının uçotu və mühafizəsinə dair təlimat". Bakı, 2008,  s.54 
6. Sübhi Kəngərli. Xanım İsmayılova "Muzeydə Naxçıvan Teatrının Fondu". Naxçıvan, 2009, s.85 
7.  Elfira  Qurbanova.  Apdin  Əlizadə  "Muzeylərdə  Elmi-Tədqiqat  işinin  təşkili  və  metodikası".  
Bakı Təknur,  2011. s.271 
8. Bakı Biznes Universiteti. Sabir Əmirxanov. "Muzeyşünaslıq", Bakı, 2012. s.112 
9. M.H.Əliyev; A.B.Hacıyev. "Naxçıvan Dövlət Universitetinin Muzeyləri". NDU, Qeyrət, 2012 

ABSTRACT 


Mammad Aliyev 


The place and role of the museums in the world culture 


 
The  article  deals  with  foundation  of  the  early  museums,  their  role  on  studying  the  ancient 
history and culture of the humanity. It is about the ancient exhibits that were created by wellknown 
masters,  were  kept  in  the  palaces  of  the  rulers  and  then  taken  away  by  invaders.  Those  valuable 
exhibits  are  kept  in  the  great  museums  of  the  world.  The  names  of  great  sons  of  Azerbaijan 
Javanshir,  Mahammad  Jahan  Pehlavan,  Gizil  Arslan,  Uzun  Hasan  and  Shah  Ismayil  Khatai  are 
mentioned  in  the  article.  They  were  the  supporters  of  art  and  paid  great  attention  to  the  masters, 
their works and creative activity.  

РЕЗЮМЕ


 


Маммед  Алийев 


Роль и место музеев в общечеловеческой культуре 


 
В статье расматриваются вопросы о создании первых музеев и об их роли в древней 
истории и культуре человечества. 
  Автор статьи также говарит о созданных в глубокой древности видными мастерами а 
позже  унесённых  в  зарубежные  страны  захватчиками  экспонатах.  Эти  ценные  экспонаты 
хранятся  в  крупных  музеях  мира.  В  стать  названы  имена  видных  сынов  азербайджаиского 
народа,  таких  как  Джаваншир,  Мухаммед  Джахан  Пехливан,  Гызыл  Арслан,  Узун  Гасан  и 
Шах  Исмаил  Хатаи,  которые  явились  хранителями  искусства  и  давали  высокую  оценку 
произведениям и творчествам мастеров искусства.  

      


НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə 
doktoru, dosent İ.Məhərrəmova 

221 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.

  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 


 


NAKHCHIVAN STATE UNIVERSITY.

  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 


 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.

  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 


 


 


SƏİDƏ MƏMMƏDOVA 


Naxçıvan Dövlət Universiteti 

NAZİLƏ QARDAŞBƏYOVA 


Naxçıvan Dövlət Universiteti 

UOT:786 


 


                               

MƏNŞƏCƏ ƏN QƏDİM MUSİQİ ALƏTİ - FLEYTA  


                                                                         

Açar  sözlər

:  Fleyta, musiqi aləti, səs, oyuq,  T. Byom aləti. 

Key words

 : flute, musical instrument, voice, valve,  instrument T. Byom. 

Ключевые слова

: флейта, музыкальный  инструмент, звук, клапан, инструмент Т.Вем 
 
 
Məqalədə  fleytanın  tarixi  inkişafı,  onun  təkmilləşdirilməsi  və  bəstəkarların  yaradıcılığında 
onun  xüsusi  yeri  haqqında  söhbət  gedir.  Bildirilir  ki,  o  çox  qədim  bir  musiqi  aləti  olaraq  bir  çox 
dövlətlərə məlum idi. Avropa xalqlarına fleyta antik dövrdən sonrakı vaxtlarda məlum olmuşdur.  
Fleytanın qurluşunda ən radikal dəyişikliyi alman fleytaçı-virtuozu Teobald Byom etmişdir. Ancaq 
19-cu əsrin sonunda Byom fleytasından bütün  simfonik orkestrlərdə istifadə etməyə başladılar. 
 
Nəticədə qeyd olunmuşdur ki, Azərbaycan bəstəkarları da öz yaradıcılıqlarında fleyta alətinə 
xüsusi yer vermişlər.                                                                      
         Fleyta ən qədim musiqi alətlərindən biridir. Bu musiqi aləti hələ qədim zamanlardan  Hindistana, 
Çinə,  Misir  xalqlarına,  Dəclə  və  Fərat  çayları  hövzəsində  mövcud  olan 
sivilizasiyaya, antik dövrün dövlətlərinə məlum idi. Hindistanlılarda fleyta  
tipli  iki  musiqi  aləti  -  laya  və  murali;  çinlilərdə  -di,  syuan,  paysyao; 
ərəblərdə-küssabə;  antik  Yunanıstanda  isə  musiqi  praktikasında  ən  çox 
Pana fleytası və ya sirinks böyük rol oynayırdı [1]. 
 
Avropa xalqlarına fleyta antik dövrdən sonrakı vaxtlarda məlum 
olmuşdur.  Fransanın  xalq  çalgı  aləti  kimi  Flajolet;  Macarıstanda  - 
furiyyə,  Bolqariyada-kaval,  Rumıniya  və  Maldoviyada-fluer,  Litvada-
skuduçay; Rusiyada-kuvikl; Belarusiyada-sonel, Ukraynada isə sopilka 
kimi alət fleyta tipli milli musiqi alətindən istifadə olunmaga başladı. 
 
Fleyta  tipli  alətlərlər  Zaqafqaziyada  çox  geniş  yayılmışdır. 
Gürcüstanda-  salamuri  və  larkemi,  Azərbaycanda  tütək  və  neyi  buna 
misal göstərmək olar. Neyə Orta Asiya və Şərqin bir çox xalqlarında da rast gəlinir. 
 
Polineziya xalqlarında burun fleytasi da mövcuddur. Hava axını belə fleytaya agızla deyil , 
burunla üfürülür. 
 
Fleytanın təsviri dünya mədəniyyətinin ən qədim nümunələri ilə birlikdə bir irs kimi gəlib 
bizə  çatmışdır. Belə  təsvirlərə  Hindistan məbədlərinin  freskalarında, Misir və Yunanıstanın  qədim 
incəsənət abidələrində rast gəlmək olur. ”Fleyta” sözü ilə çox zaman müasir fleyta ilə heç oxşarlıgı 
olmayan musiqi alətlərini  adlandırırdılar.  Belə  musiqi  alətlərinə  sadə  fleyta, friqiya fleytası,  ikiqat 
fleytanı nümunə kimi göstərmək olar [2]. 
 
17-cu əsrin ortalarına qədər çox geniş yayılmış, sonunda uclugu olan fleyta adlanan musiqi 
alətinin  də  müasir  fleyta  ilə  heç  bir  oxşarlıgı  yox  idi.  Bu  musiqi  aləti  fitli,  düz  və  uzununa  fleyta 
adlanırdı.16-18 əsrlərdə diskant, alt, tenor və bas alətlərdən ibarət düz fleytalar ”ailəsi” mövcud idi. 
Çox  zaman  orta  və  yüksək  fleytalardan  istifadə  olunurdu.  Cəmi  8  ölçüdə  düz  fleyta    mövcud  idi. 
Düz fleyta yumşaq səsə , qeyri- bərabər səs gücünə və hər vaxt qeyri dəqiq səs yüksəkliyinə malik 
idi.  Belə  ki,  bu  tip  fleytalarda  çalgı  oyuqları  akustikanin  tələb  etdiyi  yerlərdə  deyil,  ifaçıdan  ötrü  
oyuq klapanlarını qapamaq üçün əlverişli olan yerlərdə qoyulurdu [3]. Bu fleyta ilə yanaşı başqa tip 


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


genel-yetenek-genel.html

genel-zellikleri.html

geneldeerlendirmesi---tb.html

genelhkmler---tehlikeli.html

genellikle-cevaplama-oran.html