1 2 3 4 5 6 7 8 9 ... 121

Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)

səhifə1/121
tarix13.11.2017
ölçüsü5.04 Kb.


 
 
 


 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.

  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 


 


NAKHCHIVAN STATE UNIVERSITY.

  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 


 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.

  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 


 


 


ƏDƏBİYYATŞÜNASLIQ 


                   

HÜSEYN  HƏŞİMLİ 


 Naxçıvan Dövlət Universiteti 
                           E-mail: huseyn.hashimli@mail.ru 

UOT: 82: 316. 3 


 

İZZƏDDİN  HƏSƏNOĞLUNUN  BİR QƏZƏLİ HAQQINDA 


 


    Açar sözlər

:  

Azərbaycan ədəbiyyatı, poeziya, İzzəddin Həsənoğlu  

   Key words:   

Azerbaijan literature, poetry, Izzeddin Hasanoglu 

   Ключевые слова: 

Азербайджанская литература, поэзия, Иззеддин Гасаноглы 
                                           
On üçüncü yüzillikdə yazıb-yaratmış

 

Şeyx

 

İzzəddin Həsənoğlu doğma dilimizdə lirik şeirləri 
dövrümüzə  çatmış  ilk  Azərbaycan  şairi  kimi  ədəbiyyat  tariximizdə  mühüm  mövqe  tutur.  Hazırda 
elm  aləminə  şairin  üçü  Azərbaycan,  biri  fars  dilində  olmaqla  cəmi  dörd  qəzəli  məlumdur.Bu 
məqalədə  biz  İzzəddin  Həsənoğlunun  Azərbaycan  elmi-ədəbi  ictimaiyyətinə  təqdimedilmə  tarixi 
baxımından  doğma  dildə  ikinci  şeiri  -  “Necəsən,  gəl  ey  yüzü  ağum  bənüm”  misrası  ilə  başlanan 
qəzəli barədə bəzi məsələləri araşdırmaya cəlb edəcəyik. 
Həmin şeiri alman şərqşünası, Hamburq Universitetinin professoru Barbara Flemminq aşkara 
çıxarmış,  27-29  sentyabr  1972-ci  il  tarixlərdə  Türkiyədə  keçirilmiş  I  Türk  Dili  Bilimsəl 
Qurultayında  etdiyi  “Sultan  Qavri  divanında  naməlum  şeirlər”  adlı  məruzəsində  bu  barədə  elmi 
ictimaiyyətə  məlumat  vermişdir.  Dinlənilmiş  məruzələrin  materialları  Türkiyədə  1975-ci  ildə  çap 
olunmuşdur  və  B.Flemminqin  təqdim  etdiyi  mətn  daxilində  Həsənoğlunun  qəzəli  də  verilmişdir 

(bax: 3, s.332).

 Həmin elmi tədbirdə iştirak edən Azərbaycan alimi Fərhad Zeynalov  alman şərqşü-
nası  B.Flemminqin  aşkarladığı  qəzəl  barədə  Bakıda  çıxan  “Ədəbiyyat  və  incəsənət”  qəzetinin  25 
noyabr 1972-ci il tarixli sayında dərc olunmuş “Həsənoğlunun azərbaycanca yeni şeiri” adlı yığcam 
məqaləsində məlumat vermiş, şeirin mətnini də oxuculara çatdırmışdır 

(7). 

 
Fərhad  Zeynalov  yazırdı:  “B.Flemminqin  məlumatından aydınlaşdı  ki,  o, yeni  bir Misir türk 
əlyazmasında Həsənoğluya aid ola bilən ikinci bir şeirə də rast gəlmişdir. Bu əlyazması, özü də şeir 
yazan Məmlük sultanı Kanısav əl-Qavriinin “Divan”ıdır. Bu “Divan”da Qavriinin həştad şeirindən 
əlavə,  Həsənoğlunun,  Nəsiminin,  Yaşbek  və  başqalarının  iyirmi  doqquz  şeiri  toplanmışdır. 
B.Flemminqin  fikrincə,  Qavrii  ”Divan”ında  tapılan  şeir  Həsənoğlunun  ola  da  bilər,  olmaya  da. 
Həmin  dövrdə  Həsənoğlu  imzası  ilə  yazan  digər  bir  şair  də  ola  bilərdi.  B.Flemminqə  görə, 
Həsənoğlunun  birinci  şeiri  ilə bu şeir arasında dil cəhətdən bir qədər fərq özünü göstərir.Şeiriyyət 
cəhətdən isə hər iki şeirdə ümumi cəhət daha çoxdur”.  
F.Zeynalovun  yazdığına  görə,  B.Flemminq  yeni  aşkarladığı  qəzəl  barədə  Azərbaycan 
alimlərinin fikirlərini bilmək istəyib... 
O  vaxtdan  ötən  qırx  ildən  artıq  müddət  ərzində    Azərbaycanda  və  Türkiyədə  bir  sıra 
tədqiqatçılar    “Necəsən,  gəl...”  mətləli  qəzəl  haqqında  elmi  qənaətlərini  bölüşmüş,  əksəriyyət  də 
bunu  İzzəddin  Həsənoğlunun  əsəri  kimi  qiymətləndirmişlər.  Araşdırmalar  nəticəsində  XIII-XIV 
əsrlərdə  türkdilli  ədəbiyyatda  Həsənoğlu  təxəllüsü  ilə  yazıb-yaradan  digər  bir  şair  barədə  məlu-
matlar əldə edilməmişdir.  
 “Necəsən, gəl...” qəzəlinin Həsənoğluya aidliyinə tək-tək  şübhələr olsa da, fikrimizcə, bunlar 
əsassızdır. Aparılmış araşdırmalardan görünür ki, B.Flemminqin tapdığı şeirlə Həsənoğlunun daha 
əvvəllərdən  bəli  olan    “Apardı  könlümü...”  qəzəli  arasında  bir  çox  ortaq  məziyyətlər  vardır  ki, 
bunlar  eyni  bir  müəllifin  duyum  və  deyim  tərzi  kimi  xarakterizə  olunur.  Təhlil  boyunca  həmin 
məqamlara toxunacağıq.  


 
Həsənoğlunun Sultan Qavri divanında olan qəzəlindən əvvəl şeiri yazanın kimliyi “Həsənoğlu 
fərmayəd” qeydi ilə bildirilmişdir. Həmin şeir belədir: 
 
   
 
Nеcəsən, gəl, еy yüzü ağum bənüm? 
   
 
Sən əritdün оdlara yağum bənüm. 
 
              
And içərəm səndən artuq sеvməyəm, 
   
 
Sənün ilə хоş kеçər çağum bənüm. 
 
   
 
Hüsn içində sana manənd оlmaya,  
   
 
Əsli yuca, gönlü alçağum bənüm. 
 
   
 
Al əlimi irəyim məqsuduma, 
   
 
Qоma yürəkdə yana dağum bənüm. 
 
   
 
Sən rəqibə sirrini faş еylədün, 
   
 
Anun ilə оldu şiltağum bənim. 
   
   
 
Qışladum qapunda itlərün ilə, 
   
 
Оldu kuyin uşda yaylağum bənüm. 

 


   
 
Bən ölücək yоlına gömün bəni, 
   
 
Baхa dursun yara tоprağum bənüm. 
 
   
 
Tоprağumdan bitə həsrətlə ağac, 
   
 
Qıla zari cümlə yaprağum bənüm. 
 
   
 
Bu Həsənоğlu sənin bəndəndürür, 
   
 
Anı rədd еtmə, yüzi ağum bənüm. 

                                      


 


(11, s.105-106) 


 


“Necəsən, gəl...” qəzəli də Həsənoğlunun “Apardı könlümü...” qəzəli kimi, məhəbbət mövzu-
sunda  yazılmışdır.  Amma  burada  dünyəvi  eşqin  təqdimi  daha  aparıcıdır.İlk  beytdə  lirik  qəhrəman 
öz  ağüzlü  sevgilisinə  xitab  edərək  onun  gəlişini  arzulayır,  bildirir  ki,  nigarın  eşqinin  ucbatından  
aşiqin bədəninin yağı odlarda ərimişdir. Əslində litota kimi səciyyələndirilən bu deyim düşünməyə 
əsas verir ki, aşiqi odlara salan məhz elə ilk misrada  “gəl”  deyə xitab olunan sevgilinin hicranıdır, 
ayrılıq  atəşidir.İkinci  beytdə  aşiq  and  içərək  öz  sevgisinə  sədaqətini  vurğulayır,  onunla  keçən 
günləri xoş çağ sayır. Üçüncü beytdə əsas  yeri nigarın tərənnümü tutur. Aşiq onun gözəllər içində 
onun bərabəri olmadığını vurğulayır. Eyni zamanda, sevgilinin mənəvi kamilliyinə də xüsusi diqqət 
yetirilir,  bu  gözəlin  həm  də  “əsli  yuca”,  könlü  alçaq”  olması  nəzərə  çatdırılır.  Fikrimizcə,  burada 
şair gözəlin uca əsilli, yəni  əsil-nəsəbli olsa da, lovğalanmadığını, davranışca, mənəviyyatca sadə, 
təvazökar,  yetkin  olduğunu  demək  istəmişdir.  Bu  beyt  bir  daha  göstərir  ki,  qədim  dövrdə  “alçaq” 
sözü dilimizdə indikindən fərqli məna daşımışdır.  
Dördüncü  beytdə  aşiq  sevgilisinə  xitabən  çəkdiyi  hicrandan,  ürəyinə  çəkilmiş  dağların  yana 
biləcəyindən danışır, vüsal arzusunu ifadə edir. Beşinci beytdə sevgilidən  müəyyən mənada giley-
güzar duyğuları üzə çıxır. Anlaşılır ki, nigar bu eşqin sirrini  rəqibə bildirmiş, aşiqlə onun arasında 
mübahisə,  çəkişmə  də  olmuşdur.  Lakin  bunlara  baxmayaraq  lirik  qəhrəman  eşq  yolunda 
fədakarlığını davam etdirir, hər cür əzablara, sınaqlara mətanətlə qatlaşır. Altıncı beytdə obrazlı şə-
kildə deyilir ki, aşiq sevgilinin yaşadığı  yerin önündə daimi məskən salmışdır, qışı onun qapısında 
itlərlə qışlayır, yayda isə yar yaşayan küçəni özünə yaylaq edir. Yəni lirik qəhrəmanın eşq naminə 
gecəsi,  gündüzü  yoxdur,  o,  yar  yolunu  gözləməkdə,  daima  bu  sevgi  üçün  iztirab  çəkməkdədir. 
Amma bu əzab aşiq üçün usandırıcı deyil.  

:

files -> uploader
uploader -> Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu
uploader -> TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


generacion-iii--.html

generaciyu-afk-v.html

general---updated-by-the.html

general-academic-endowed.html

general-anesthesia-was.html