1 ... 106 107 108 109 110 111 112 113 ... 136

Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79) - səhifə 110

səhifə110/136
tarix01.02.2018
ölçüsü5.01 Kb.

224 
 
sistemləşdirilməsi,  kənd təsərrüfatı məhsulları ixracının artırılması,  aqrar  sahədə  istehsalçıların  və 
istehlakçıların  maraqlarının  qorunması  və  ərzaq  bazarının  səmərəli  fəaliyyətinin  təmin  edilməsi 
məqsədlərini güdür ki, burada da marketinqin rolu əvəzolunmazdır.  
Aqrar sahə məhsullarının sənaye təyinatlı emalını da (ASK şəklində) tələbatın tərkibində fərdi 
qaydada araşdırmaq zəruridir. Belə ki, məsələn, bağlarda istehsal olunmuş meyvə məhsullarının heç 
də bütün həcmi məqbul zaman kəsiyində istehlak olunmur, onun bir hissəsinin uyğun sənaye sahəsi 
əsasında emal edilərək istehlak çeşidini artırması marketinq fəaliyyətinin rəngarəngliyini yüksəldir 
ki,  bu  da  müvafiq  mübadilə  məkanınn  strukturunun  dəyişilməsinə,  orada  iştirakçı  sifətilə  təmsil 
olunan  məhsulların  xüsusi  çəki  etibarı  ilə  dəyişməsinə  gətirib  çıxarır.  Buna  həmçinin  ilk  növbədə 
hasilatın yerli xammala əsaslanması da əlavə olunmalıdır.     

 


ƏDƏBİYYAT 


1.  Bağırov  M.S.  Kənd  təsərrüfatında  istehsal  vəsatış  münasibətlərinin  formalaşmasının  müasir 
vəziyyəti və xüsusiyyətləri. (monoqrafiya). Naxçıvan: Qeyrət, 2014,107s.  
2.  Bağırov  M.S.  Aqrar  sahənin  inkişafı  və  marketinq  prinsiplərindən  istifadə.  (monoqrafiya). 
Naxçıvan: Qeyrət, 2014, 102s.  
3. Bağırov M.S. Statistika kursu. Naxçıvan: Əcəmi, 2014, 608 
4. Rüstəmov  A.A.,  Qasımov D.Q.  Aqrar  sferanın iqtisadiyyatı  və idarə edilməsi. Bakı:  Avrora, 
2013, 406s. 
5. Nuriyev Ə.X. Regional idarəetmənin əsasları. Bakı: Elm, 2007, 428s. 
6. Abbasov T.A. Naxçıvan MR-də aqrar bazar: konseptual əsaslar və inkişaf istiqamətləri. Bakı: 
AzTU-nun mətbəəsi, 2015, 301s. 
7.  İbrahimova  N.H.  Regionda  aqrar  sahənin  istehsal-iqtisadi  əlaqələrinin  təkmilləşdirilməsi 
istiqamətləri. Naxçıvan: İdeya, 2011, 124s. 
8. Bağırov E.A. Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı. Bakı: Avropa, 2015, 332s 

 


 


ABSTRACT 


Mehdi Bagirov

  

The role of marketing for the formation agricultural information 


 


The article is taken from the main   subjects acting in the field of agriculture as a subject. In 
modern  times,  the  socio-economic  development  of  the  Autonomous  Republic  is  of  a  systematic 
nature. The work done in this direction in the affected area of agriculture. 
The increase in production in the agrarian sector from day to day, its material-technical base 
of  the  well continuous  reform and  transforming  the  nature  of  work  in  this  area    on  many  factors. 
Among the activities mentioned component-specific aspects of the implementation of the necessary 
different. 
The  present  stage  of  development,  along  with  other  factors,  the  availability  of  information 
provision  also  includes  the  organization  of  marketing  activity.  This  is  the  general  area  of 
destination, as well as selected individual products in the relevant field of work and services can be 
organized. 
The  article  marketing  activities  of  agriculture  as  one  of  the  principal  methods  of  data 
acquisition-thirds  have  been  considered.  Indeed,  the  implementation  of  the  study,  the  use  of 
different situations, it is recommended selecting the components of the marketing system. National 
and regional scale is considered to be done. 

 


 


 


 


 


 



225 
 

РЕЗЮМЕ 


Meхти Багиров 


Роль маркетинга в формировании  


информации сельского хозяйства  


 
В  статье  основным  объектом  исследования  выбраны  субъекты,  действующие  в 
аграрном  секторе.  Социально-экономическое  развитие  автономной  республики  на 
современном  этапе  носит  сстемный  характер.  Проводимые  в  этом  направлении  работы  не 
обошли стороной и сельскохозяйственную отрасль.  
Повседневный  рост  производства  в  сельском  хозяйстве,  улучшение  его  материально-
технической  базы,  проводимые  реформы  и  работы  трансформационного  характера 
формируютсф  на  основе  сществующих  многочисленных  факторов.  Среди  повествуемых 
компонентов  проведение  необходимых  работ  по  информативности  отличается  своими 
специфичными чертами.  
На современной стадии развития сушествование информационного обеспечения наряду 
с другими факторами воспроизводит в себе и организацию маркетинговой деятельности. Эта 
деятельность  может  быть  организована  как  по  общему  профилю  отраслей,  так  и  внутри 
отрасли по индивидуальным товарам, работам и услугам. 
В  статье  маркетинговая  деятельность  рассматривается  как  один  из  способов  по 
получению  информации  в  сельском  хозяйстве.  В  проведении  исследования  рекомендуется 
выборочное  использование  составных  компонентов  марке-тинговой  системы  по  различным 
ситуациям.  Проводимые  работы  включают  в  себя  общереспубликанские  и  региональные 
масштабы. 
 

 


 

      

НДУ-нун  Елми  Шурасынын  31  oktyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 02). 
      Məqaləni  çapa  təqdim  etdi: 
İqtisad  üzrə  elmlər  doktoru, 
professor A.Rüstəmov
 

 


 


 



226 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.

  ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 


 


NAKHCHIVAN STATE UNIVERSITY.

  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 


 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.

  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 


 


 


GÜLARƏ  RƏHİMOVA 


KƏMALƏ İBRAHİMOVA 


Naxçıvan Dövlət Universiteti 
gularaisayevaali@mail.ru 

UOT:330.4 


EKONOMETRİK MƏSƏLƏLƏR VƏ ONLARIN RİYAZİ  HƏLLİ 


 


Açar sözlər

:

   avtoreqressiya modeli, klassik reqressiya modeli, determinasiya əmsalı, etibarlı 
interval, əsaslı qiymətləndirmə .  

Key words

 : autoregressive  model, classical normal regression , coefficient of determination 
(R-squared) , confidence interval,

 


consistent estimator. 

Ключевые  слова

  :  авторегрессионная  модель,  классическая  регрессионная  модель,    
коэффициент детерминации,  доверительный интервал, состоятельная оценка. 
 
Müasir  dünyada  hər  bir  insan  üçün  riyaziyyatın  rolu  bilavasitə  2  əsas  faktorla  təyin  edilir: 
İnformasiyanın  emalı  texnologiyası  və  riyazi  savadla.  Riyaziyyat  digər  elm  və  texnologiyalara 
reallıq modelləri sistemi və bu modellərin tədqiqi alətlərini təklif edərək bütün insanların həyatına 
hiss olunacaq dərəcədə təsir edir. Bir çox məsələlərin və həllərin əsasında riyaziyyat durur. Bu həm 
də  siyasətə,  ekologiyaya,  şəxsi  həyata  aid  və  professional  sferanın  xaricində  olan  seçmə, 
planlaşdırmaya da aid edilir. 
Təsadüfi  deyil  ki,  son  zamanlar
 
kompyuterləri  riyazi    maşın  da  adlandırırlar  və  bu, 
“Hesablama  maşını”  adlandırılmasından  daha  doğru  səslənir.  Çünki,  kompyuterlər  özü  riyazi 
üsullarla  yaradılmışdır.  Başqa  sözlə,  maşınlar  “riyaziləşdirilməsi”  mümkün  olan  işi  görürlər. 
Məsələn, obrazların tanınması və ya şifahi nitqin tanınması məsələlərinin həllini klassik riyaziyyat 
nöqteyi-nəzərindən  təsəvvür  etmək  mümkün  deyil.  Riyaziyyat  yeni  tətbiqi  riyaziyyatın  diskret 
kəmiyyətlərlə işləyən metod və modellərinin geniş spektrini hazırlamışdır və bu zaman hesablama 
üsulları üçün keçilməz adlanan məsələlər ortaya çıxır.
 
Riyazi savadın şərti olaraq aşağıdakı növlərini qeyd etmək olar: Cəbri savad (düsturda yerinə 
qoymaq,  cavab  almaq);  Həndəsi  savad;  Ehtimal  və  statistik  savad;  Məntiqi  savad-çoxluqlar  və 
xassələr, müraciətdə, o cümlədən riyazi olmayan obyektlər haqqında müzakirələrdə arqumentasiya-
nın ortaya qoyulması; Alqoritmik savad, həmçinin, hesablama mürəkkəbliyindən irəli gələn mülahi-
zələrdən  istifadə  etmək  bacarığı  və  kompyuterin  işinin  fundamental  riyazi  əsaslarının 
(Proqramlaşdırma  texnologiyası)  başa  düşülməsi;  Modelləşdirmə  bacarığı,  Kəsilməz  və  diskret 
modellər də daxil olmaqla riyaziyyat və reallığın qovuşmasında yaranan savad.  
Bu növlərin qovuşması yeni bir anlayışı “ekonometrik savad” anlayışını meydana çıxarır. Elmin 
çox  sürətlə  inkişaf edən  bir  bölməsinin  -  ekonometrikanın    dolğun  tərifini  vermək,  onun  predmet  və 
metodlarını  təsvir  etmək  kifayət  qədər  çətindir.  Əgər  desək  ki,  “ekonometrika-  iqtisadi  ölçmələr 
haqqında  elmdir”,  bu  elə  “Riyaziyyat  -  rəqəmlər  haqqında  elmdir”  frazası  ilə  eyni  cür  səsələnəcək. 
Əslində isə ekonometrika anlayışı hərfi mənada ifadə edilmiş bu informasiyadan  daha böyük məzmunu 
və mənanı ifadə edir [4]. Ekonometrikaya müasir baxış aşağıdakı təriflə ifadə edilə bilər

Ekonometrika

 – İqtisadi nəzəriyyə ilə şərtləndirilmiş ümumi (keyfiyyət) qanunauyğunluqlara 
konkret kəmiyyət qiymətləri verən, bazasında: İqtisadi nəzəriyyə, İqtisadi statistika, Riyazi-statistik 
instrumentari,  Ehtimal  nəzəriyyəsi,  Kompyuter  texnologiyası  duran,  nəzəri  nəticələr,  metod  və 
modellər  toplusunu  özündə  birləşdirən  elmi  fəndir.  Başqa  sözlə,  ekonometrika  –  iqtisadi 
nəzəriyyənin  müddəaları  və  iqtisadi  statistikanın  ilkin  verilənləri  bazasında,  zəruri  riyazi-statistik 
instrumentaridən istifadə edərək, ümumi (keyfiyyət) qanunauyğunluqlara konkret kəmiyyət qiymət-
ləri vermək imkanına malikdir. İqtisadi analiz üsulu özündə analizin statistik və riyazi metodlarını 

:

public html -> files -> uploader -> elmieserler
uploader -> Ədəbi dil adlanır
uploader -> Niqtin formaları hansılardır?
uploader -> Üfiqi koordinat sisteminin üstünlüyü nədir?
uploader -> Dovşan kiçik, qulağı böyük deyimində obrazlılığın hansı səviyyədə
elmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)
elmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №7 (88)
elmieserler -> Naxçıvan Dövlət Universiteti. III naxçıvan Beynəlxalq arıçılıq konfransı
elmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


general-aquatic-ecology---4.html

general-assembly-aitu.html

general-atkinson--.html

general-awareness-2012--4.html

general-body-meeting.html