1 ... 31 32 33 34 35 36 37 38 ... 43

Elm və təhsil - Səlahəddin Xəlilov

səhifə35/43
tarix11.04.2018
ölçüsü5.01 Kb.

Elm və təhsil 


 
 
- 139 -
lənir,  alimlər  kənar  qayğılardan  azad  edilirlər.  Bir 
sözlə,  bioloji  genetika  xüsusi  rol  oynamasa  da,  so-
sial-mənəvi  genetika  inkişafın  əsas  hərəkətverici 
qüvvəsi kimi çıxış edir.  
Deməli,  elmin  inkişafına  yönəlmiş  dövlət  si-
yasətindən,  sosial  elm  sisteminin  nə  dərəcədə  sə-
mərəli  təşkil  olunmasından  çox  şey  asılıdır.  Bizim 
respublikada  bu  sahədə  vəziyyət  hələ  çox  ağırdır. 
Elm  adamı  ancaq  öz  başını  dolandırmaq  haqqında 
düşünməli olur. Alimin vətəndaşlıq mövqeyini fərdi 
hadisə  kimi  başa  düşənlər  səhv  edirlər.  Ayrıca  bir 
alim nə qədər böyük qeyrət sahibi olursa-olsun, heç 
bir böyük problemi həll edə bilməz. "Tək əldən səs 
çıxmaz" hikməti eyni dərəcədə elmə də aiddir. Adə-
tən  böyük  kəşflərdən,  dünya  miqyaslı  elmi  nailiy-
yətlərdən  danışarkən  gənclərin  yadına  qeyrət  his-
sini, milli iftixar hissini də salmağı unutmurlar. La-
kin  unudurlar  ki,  elm  sosial  hadisədir.  Bizim  elmi 
sahədə  geri  qalmağımız  gənclərimizin  intellektual 
potensialının və ya qeyrət hissinin zəifliyinə dəlalət 
etmir.  Elm  meydanı  güləş  meydanı  deyil.  Halbuki, 
müasir  dövrdə  hətta  güləşdə  və  boksda  da  mübari-
zənin taleyi rinqdə deyil, bundan xeyli əvvəl – pro-
fessional  məşqçi  məktəbinin  müntəzəm  fəaliyyətin-
də,  kadrların  seçilməsi  və  tərbiyəsi  prosesində  həll 
olunur.  Elm  üçün  kadr  hazırlığı  nəinki  aspirantura-
dan  və  ya  ali  məktəbdən,  hətta  lap  orta  məktəbdən, 
bağçadan başlanır. Ona görə də, milli elmi kadrların 

Azərbaycanda elm və onun aktual problemləri 


 
 
- 140 -
həqiqi yüksəlişini görmək istəyənlər təhsil sistemin-
də  sağlam  sosial-mənəvi  mühit  yaradılması  işindən 
başlamalıdırlar. Lakin burada çox ciddi əks əlaqə də 
var.  Təhsil  sistemindəki  vəziyyət  də  öz  növbəsində 
elmi  kadrların  intellektual  və  mənəvi  inkişaf  səviy-
yəsindən asılıdır. Ona görə də, təhsil siyasətinin tə-
məlində  sağlam  elmi  mühit  yaradılması  durmalıdır. 
Hər  hansı  bir  sahədə  atılan  yeni  bir  addım  bir  ba-
taqlıqdan  başqa  bataqlığa,  bir  xaosdan  başqa  xaosa 
gətirib  çıxarmasın  deyə  ciddi  elmi  prinsiplərə  əsas-
lanmalıdır.  Hazırda  elmi,  xüsusən  ictimai  elmləri 
təmsil edən adamlardan böyük əzmkarlıq, vətəndaş-
lıq və qeyrət tələb olunur. Lakin bu hələ azdır. Elmi 
işçilərin ciddi meyar əsasında, prinsipial surətdə se-
çilməsi, sağlam qüvvələrin səfərbər edilməsi, onlara 
qayğı göstərilməsi, elmin təşkilati strukturunun tək-
milləşdirilməsi  daha  böyük  səriştə,  daha  böyük  və-
təndaşlıq və qeyrət tələb edir. 
Respublikamızın  gənc  cəmiyyətşünas  alimləri 
üçün elmi tədqiqat mərkəzləri açmağa, yeni təşkilati 
forma fikirləşib tapmağa vadar edən də ilk növbədə 
elmi  mühitə  olan  ehtiyacdır.  Zira  şəxsiyyət  sosial 
mühitin məhsulu olduğu kimi alim də elmi mühitin 
məhsuludur.  Təəssüf  ki,  gənclərimiz  məhz  bu  sarı-
dan korluq çəkir, əsil elmi şəraitdə işləmək üçün xa-
rici  ölkələrin  məşhur  mərkəzlərinə  ezam  olunmağa 
çalışır,  hansı  isə  qrantın,  sponsorun  sayəsində  məş-
hur  bir  alimin  laboratoriyasına,  məktəbinə  "düşmə-

Elm və təhsil 


 
 
- 141 -
yi" üstün tuturlar.  Lakin  belə əlaqələr müvəqqətidir 
və respublikamızda tədqiqatları əsas, mərkəzi prob-
lemlərə yönəltməyə, yerli elmi məktəblər yaratmağa 
kömək etmir. Bu mənada aspirant və doktorantların, 
ali  təhsilli  kadrların  kənarda  hazırlanması  vəziyyət-
dən əsil çıxış yolu deyil. Hamısı birdir, onlar da as-
pirantlar kimi qayıdıb elmi mühitdən əsər-alamət ol-
mayan  bir  şəraitə  düşürlər  və  yaranmış  ziya  qığıl-
cımları  şölələnmək  və  başqalarının  da  yolunu  işıq-
landırmaq  əvəzinə  tədricən  sönür.  Bu  tədbirlər  yal-
nız  o  zaman  səmərə  verər  ki,  respublikanın  özündə 
elmi  fikir  ocağı  olsun,  necə  deyərlər,  "ümumdünya 
standartı" səviyyəsində elmi məktəblər olsun. Onda 
hər bir qığılcım elm ocağının daha da şölələnməsinə 
səbəb olar. 
Sual oluna bilər: Deyək ki, ictimai problemlər 
elmi  şəkildə  öyrənildi,  bəs  əldə  olunan  biliklər  is-
tifadə  olunacaqmı  və  kim  tərəfindən?  Axı,  bilmək 
azdır,  tətbiqin  özü  də  xüsusi  professional  mədəniy-
yət  və  təşəbbüskarlıq  tələb  edir.  Real  iş  elmi  bilik-
lərdən tətbiqi biliklərə, ondan isə əməli vərdişə keç-
məyi nəzərdə tutur. Hər bir sahədə düzgün texnolo-
giyaya, xüsusi metodikaya əsaslanan əməli vərdişlər 
əldə etmək çox çətindir. 
İctimai elmlərin tətbiq sahəsi daha çox cəmiy-
yətin elmi əsaslarla idarə olunmasını əhatə edir.  İn-
diyədək  bütün  elmlər  içərisində  tətbiq  üçün  ən  az 
rəhbər  tutulan  məhz  ictimai  elmlər  olmuşdur.  Öy-

Azərbaycanda elm və onun aktual problemləri 


 
 
- 142 -
rənmək və tətbiq olunmaq hüququ bu elmlərin əlin-
dən  alınmış  və  təbliğat  funksiyası  ilə  əvəz  edilmiş-
dir. Ona görə də, ən yüksək diletantizm məhz idarə-
etmə  sahəsində  özünü  göstərir.  Rəhbərlik  etməyə 
can  atanlar  rəhbərlik  işinin  yüksək  professional  ha-
zırlıq  tələb  etdiyini  və  bu  sahədə  ictimai  elmlərlə 
ittifaqın zəruri olduğunu unudurlar. Unudurlar, çün-
ki uzun illər ərzində idarəetmə sistemində təşəbbüs-
karlıq,  müstəqillik  onsuz  da  istisna  olunurdu.  Ona 
görə  də,  əksinə,  rəhbərlik  işlərinə  elmə  arxalanan, 
yaradıcı,  təşəbbüskar  adamlar  əvəzinə,  yaxşı  icra-
çılar cəlb olunurdu. Onlar sadəcə olaraq yüksək rüt-
bəli  rəhbərlərin  –  yuxarının  göstərişi  əsasında 
fəaliyyət  göstərirdilər.  Onların  elmi  biliyə  ehtiyacı 
yox idi. 
Bu  ənənə  hələ  tam  aradan  götürülməmişdir. 
Ona  görə  də,  bizim  vəzifəmiz  yalnız  yığılıb  qalmış 
ictimai  problemlərin  səbəblərini,  mahiyyətini  üzə 
çıxarmaq və onların həll yollarını tövsiyə etməkdən 
ibarət  ola  bilməz.  Biz  həm  də  bu  tövsiyələrin  hə-
qiqətən  nəzərə  alınması,  həyata  keçirilməsi  işində 
elm adamlarının özünün iştirakını nəzərdə tuturuq. 
 
 
 
 
 
 

:

books 460
books 460 -> Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc
books 460 -> Microsoft Word Rehim m son doc
books 460 -> Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt
books 460 -> Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah
books 460 -> Ərəstü Həbibbəyli
books 460 -> Oruc Ġbadlı Aliyə Zərgərli
books 460 -> 1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar
books 460 -> Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


gilermo-del-toro-nensi.html

gilgami-destani---shif-12.html

gilgami-destani---shif-3.html

gilgami-destani---shif-8.html

gilin-nahshin---frmoni.html