1 ... 35 36 37 38 39 40 41 42 43

Elm və təhsil - Səlahəddin Xəlilov

səhifə38/43
tarix11.04.2018
ölçüsü5.01 Kb.

Elm və təhsil 


 
 
- 151 -
sözlərinmi? Belə düşünmək olar ki, heç bir narahat-
çılıq  üçün  səbəb  yoxdur.  Hansı  söz,  hansı  forma, 
hansı  variant  qəbul  olunursa-olunsun...  Təəssüf  ki, 
belə  deyil.  Mahiyyət  özü  anlaşılmadıqda,  forma 
məzmuna,  təzahür  mahiyyətə  uyğun  seçilmədikdə, 
olduqca ziyanlı nəticələr hasil ola bilər.  
Əvvəla,  nəyin  təhsilə,  nəyin  elmi  yaradıcılığa 
aid  olduğunu  mütləq  nəzərə  almaq  lazımdır.  Yu-
xarıda  qeyd  etdiyimiz  kimi,  elmi  yaradıcılıq  prose-
sinin  öz  spesifikası  vardır  və  o,  Təhsil  Qanunu  ilə 
deyil,  Elm  Qanunu  ilə  tənzimlənməlidir.  Elmi  ad-
ların və elmi dərəcələrin verilməsi qaydaları da daha 
çox  elmi  fəaliyyət  sahəsi  ilə  bağlı  olduğundan  Elm 
Qanununda təsbit olunmalıdır. Lakin, bununla belə, 
məsələnin  təhsillə  əlaqədar  tərəfləri  də  vardır.  Belə 
ki,  elmi  adlar  verilərkən,  iddiaçının  bu  məqsədlə 
təhsil  alması  deyil,  təhsil  prosesində  subyekt  kimi 
iştirakı  nəzərdə  tutulur.  Burada  elmi  fəaliyyət,  elmi 
yaradıcılıq göstəriciləri ilə yanaşı, təhsil subyekti ki-
mi  fəaliyyət,  yüksək  səviyyəli  mühazirələr  oxumaq 
səriştəsi  və  təcrübəsi,  habelə  tədrisin  metodikasına 
dair tədqiqatlar tələb olunur.  
Sovet  sistemində  iddiaçının  təhsil  prosesində 
iştirakı  və  tədrisin  metodikası  sahəsindəki  xidmət-
ləri  ön  plana  çəkilirdi  və  bəzən  elmi  nailiyyətlərsiz 
və müvafiq elmi dərəcəsiz də professor adı verilirdi. 
Nəticədə ali məktəblərdə çalışan doktorların sayı ilə 

Azərbaycanda elm və onun aktual problemləri 


 
 
- 152 -
professorların  sayı  eyniləşirdi  və  hətta  bəzən  pro-
fessorlar daha çox olurdu.  
Qərb  ölkələrində  elm  adamları  bir  qayda  ola-
raq, universitetlərdə çalışdığından elmi dərəcəyə qo-
yulan  tələblər  də  çox  vaxt  professor  rütbəsinə  qo-
yulan  tələblərə  daxil  edilir.  Belə  ki,  xüsusi  elmi 
nailiyyətləri  olmayan  adamlar  professor  vəzifəsinə 
seçilə bilməzlər.  
Keçmiş  sovet  sistemində  isə,  elmi-tədqiqat 
institutlarının böyük bir qismi universitetdən kənar-
da  müstəqil  surətdə  (akademiya  sistemi  çərçivəsin-
də) fəaliyyət göstərdiyindən "professor" rütbəsindən 
fərqli olan  yüksək elmi dərəcə müəyyən edilməsinə 
böyük zərurət var idi. Akademiya sistemi daxilində 
təhsillə bağlı fəaliyyət ancaq aspiranturada dərs  de-
mək  və  elmi  rəhbər  olmaq  formasında  həyata 
keçirilirdi.  Professor  adı  da  bu  sahədəki  fəaliyyətə 
görə  verilirdi.  Aspirant  yetişdirməklə  az  məşğul 
olan, lakin, böyük elmi nailiyyətləri olan alimlər isə 
heç  vaxt  professor  adı  almırdı.  Və  bu  qəbahət  sa-
yılmırdı.  Çünki,  "elmlər  doktoru"  ilə  professor  ara-
sında səviyyə fərqi yox idi. Bir daha təkrar edirik ki, 
bu ancaq sovet sistemində idi. Xarici ölkələrin əksə-
riyyətində  isə,  doktorluq  və  professorluq  arasında 
səviyyə  fərqi  də  vardır.  Həm  də  bu  fərq  kifayət 
qədər  böyükdür.  Doktorlar  çoxdur,  professorlar  isə 
azdır.   

Elm və təhsil 


 
 
- 153 -
Beləliklə, Qərb ölkələrində və sovet sistemin-
də elmi dərəcə və adlara qoyulan tələblər arasındakı 
fərq  əslində  bütövlükdə  elm  və  təhsilin  təşkilati 
strukturu  arasındakı  fərqdən  irəli  gəlir.  Yəni,  Qərb 
dünyasında  akademiya  sisteminə  daxil  olan  müstə-
qil  elmi-tədqiqat  institutlarının  olmaması  nəzərə 
alınmalıdır. Və biz elm və təhsili Qərb modelinə uy-
ğunlaşdırmaq  istəyiriksə,  birinci  növbədə  akademi-
yalar  və  universitetlər  arasındakı  nisbət  və  münasi-
bət  məsələsini  aydınlaşdırmalıyıq.  Bu  hal  müstəqil 
Azərbaycan  Respublikasının  vahid  elm-təhsil  kon-
sepsiyasının  yaradılması  zərurəti  haqqındakı  fikri-
mizi bir daha aktuallaşdırır. 
Ölkəmizdə elm və təhsil arasındakı münasibə-
tin spesifikasını nəzərə almadan, elmi adlar və elmi 
dərəcələr  məsələsində  Qərb  ölkələrini  təqlid  etmək 
cəhdi uğursuzluğa məhkumdur. Lakin, sovet elm və 
təhsil  modelinin  fərqliliyini  şərtləndirən  əsl  səbəb-
ləri  aydınlaşdırdıqdan  sonra  biz,  həmin  modeldən 
sözləri  və  zahiri  əlamətləri  deyil,  məzmun  və  ma-
hiyyət xüsusiyyətlərini götürməyə çalışmalıyıq.  

Azərbaycanda elm və onun aktual problemləri 


 
 
- 154 -

Akademiya ilə universitetlərin fəaliyyəti 


ə


laqələndirilməlidir


∗∗∗∗

 


 
–  Səlahəddin  müəllim,  Azərbaycanda  elmin 
inkişafı ilə bağlı nə kimi islahatlar aparılmasını tək-
lif edərdiniz?

  


–  Elm planetar, ümumbəşəri hadisədir. Vahid 
böyük elm prosesinə daxil ola bilməyən, elə bil an-
caq  özü  üçün  yaradılmış  lokal  elm  strukturları  əsl 
elm  sayıla  bilməz.  Böyük  elmə  daxil  olmağın  öz 
şərtləri vardır. Bunlardan biri dünya miqyasında əl-
də olunmuş yeni elmi biliklərin və elmi axtarışların 
ön cəbhəsində olmaqdır. Cəbhə xəttindən geridə qa-
lanlar  müasir  elmi  prosesə  qoşulmayaraq  yalnız  ar-
tıq  keçilmiş  yolların  künc-bucağında  yer  tuta  bilər-
lər, lakin bu elm hesab edilə bilməz. 
Müəyyən bir xalq və  ya ölkə üçün elm  yalnız 
ayrı-ayrı  adamların  mənəvi  tələbatı,  intellektual əy-
ləncəsi olmayıb sənayenin, təsərrüfatın, ümumiyyət-
lə  istənilən  ictimai  fəaliyyət  sahəsinin  inkişafına 
xidmət edən ideya nəzəri təminat mənbəyidir. Elmi-
tədqiqat sahələri ilə müxtəlif praktik fəaliyyət sahə-
ləri arasında isə bir körpü olaraq müvafiq texnika və 
texnologiya sahəsi dayanır. Bu, olduqca böyük, bü-
tün ölkə miqyasında həyata keçən mürəkkəb ictimai 
                                                 

  «Azərbaycan»  qəzeti.  İqrar  Cəfəroğluya  verilmiş  müsa-
hibə – 5 yanvar,  2001-ji il. 

:

books 460
books 460 -> Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc
books 460 -> Microsoft Word Rehim m son doc
books 460 -> Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt
books 460 -> Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah
books 460 -> Ərəstü Həbibbəyli
books 460 -> Oruc Ġbadlı Aliyə Zərgərli
books 460 -> 1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar
books 460 -> Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


gimaev-latip-gimaevich--.html

gimbatov-a-sh---bagamaeva.html

gimn-barabannomu.html

gimn-vertragne-yasht-14-.html

gimnastika-dlya-budushih-2.html