©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

Fəsil 3. Qərb ölkələrində elmi məktəblər və dövlət idarəçiliyi - AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT...


Fəsil 3. Qərb ölkələrində elmi məktəblər və dövlət idarəçiliyi 



mədəniyyəti problemlərinin tədqiqinə yanaşmalar 



 



Dövlət idarəçilyi nəzəriyyəsinin 



əsas tarixi inkişaf mərhələləri haqqında 

 

Qərb ölkələrində inzibati-dövlət idarəçiliyi nəzəriyyəsinin təşəkkülü və 



inkişafını üç tarixi dövrə bölmək qəbul edilmişdir. Birinci - XIX əsrin 80-ci 

illərindən 1920-ci ilə kimi, ikinci - 1920-ci ildən 1950-ci ilə qədər, üçüncü - 

1950-ci ildən hazırkı zamanadək.  

Birinci dövr, başlanğıcı XIX əsrin sonuna aid olan siyasi elmi tədqiqat-

ların müstəqil sahəsi kimi, inzibati-dövlət idarəçiliyi nəzəriyyəsi əsaslarının 

formalaşması ilə  əlamətdardır. Bunun üçün zəmin yaradan sosiologiyanın 

çox sürətli inkişafı, xüsusən Sen-Simon və Kontun əsərləri oldu. Dövlətin 

inkişaf problemlərinə həsr olunmuş siyasi elmlərin inkişafının əsasını XIX 

əsrin birinci yarısında Almaniyada təsis edilmiş “Hüquq məktəbi” qoymuş-



dur. 1880-ci ildə ABŞ-da Kolumbiya kollecinin İdarə Şurası tərəfindən “Si-

İdarəetmə mədəniyyəti 

 

359



yasi elmlər məktəbi”nin yaradılması haqqında qərar qəbul edildi. Məktəb 

tezliklə elmi kadrların hazırlığını və hər kvartalda siyasi elmlər profilli jur-

nalın nəşrini təşkil etdi. Sonralar Yeni və Köhnə dünya ölkələrində analoji 

məktəblər geniş yayıldı. Demokratik dövlətçilik və vətəndaş cəmiyyəti mə-

dəniyyətinin inkişaf göstəricisi - ABŞ-da 1883-cü ildə “Pendlton Qanunu” 

kimi məşhur olan, müasir vətəndaş qulluğu institutunun qanunverici əsasını 

qoyan Mülki qulluq haqqında qanunun qəbul edilməsi oldu. O, dövlət vəzi-

fələrinə iddiaçılar üçün açıq müsabiqə imtahanlarının keçirilməsini nəzərdə 

tutur.  

Müstəqil elmi istiqamət kimi, inzibati dövlət idarəçiliyi nəzəriyyəsinin 



birinci inkişaf dövrü, “sələflər nəsli” adlandırılan, məmurlar tərəfindən ida-

rəetmə elminin ciddi şəkildə öyrənilməsi və inzibati-dövlət idarəetmə apa-

ratının siyasətdən ayrılmasının zəruriliyi haqqındakı ideyalarının qərb inzi-

bati-dövlət idarəçiliyinin prinsipləri və dəyərlər sisteminin formalaşmasına 

əsaslı təsir göstərdiyi - M.Veber, V.Vilson və F.Qudnaunun adları ilə bağlı-

dır.  Hakimiyyətin bölünməsi prinsipi əsasında qurulan demokratik dövlət-

lərdə icra hakimiyyətinin bir hissəsi olan dövlət administrasiyasının missi-

yası, qanunverici hakimiyyət və hökumət tərəfindən qəbul edilən siyasi qə-

rarların həyata keçirilməsi oldu. 

Dövlət idarəçiliyinin sistemləşdirilməsi və effektivliyinin yüksəldilməsi 

zərurəti dövlətçilik mədəniyyətinin inkişafı üzrə fəaliyyətin qaydaya salın-

ması və bu sahədə nəzarətin gücləndirilməsi, XIX əsrin sonunda qərb ölkə-



lərində əməyin şaquli bölgüsünə və vəzifələrin və idarələrin iyerarxik əla-

qəsinə  əsaslanan hakimiyyətin dövlət piramidasının yaradılmasına səbəb 

oldu. Bu dövrdə inzibati dövlət idarəçiliyi aparatında tədricən köklü dəyi-

şikliklər həyata keçirilməyə başlandı, dövlət idarəçiliyi sistemi üçün peşə-

kar dövlət qulluqçuları kadrlarının hazırlığı  və dövlət qulluqları, idarələri 

və məmurlarının funksiyasını, səlahiyyətini, vəzifələri və məsuliyyətini ni-

zamlayan xüsusi qanunvericiliyin yaradılması genişləndi. XX əsrin əvvəlin-

də dövlət idarəçiliyi sahəsində təhsil və elmdə sıçrayış ABŞ-ın ali təhsil mü-

əssisələri tərəfindən edildi. 1916-cı ildə Vaşinqtonda inzibati dövlət fəaliy-

yəti problemlərinin təhlilinə sistemli yanaşma işləyib hazırlamaq məqsədi 

ilə ilk Hökumət tədqiqatları İnstitutu təsis edildi. Sonrakı illərdə analoji ins-

titutlar və tədqiqat mərkəzləri Avropa ölkələrində də yaradılmağa başlandı. 

Dövlət qulluğunun mərkəzləşdirilməsi artdıqca, demokratik dövlətlərdə, si-

yasi rəhbərliyin qərarlarını həyata keçirmək üçün təyin edilmiş, dövlət ha-

kimiyyətindən, bürokratik aparatdan asılı olan kəmiyyət artımı baş verirdi. 

O, rütbə iyerarxiyasının formalaşması prosesində, bürokratiyanın bilikləri, 

peşəkarlığı  və  şəxsi xidmətlərinin qiymətləndirilməsinə  əsaslanan,  imtiyaz 

Fuad Məmmədov

 

 

360



prinsipindən hüquq prinsipinə keçidlə şərtlənən əsaslı keyfiyyət dəyişiklik-

ləri ilə müşayiət olunurdu.  

İnzibati-dövlət idarəçiliyi nəzəriyyəsinin  ikinci  inkişaf  dövrü - 1920- 

1950-ci illər müddətini əhatə edir. Keçən əsrin 20-ci illərində proqramlar və 

müəllimlərin seçimində böyük sərbəstlik, və yeniliklərə amerikan meylliyi 

ilə fərqlənən ABŞ-ın ali təhsil müəssisələrində tədris prosesinə, bu sahədə 

elmi tədqiqatların inkaşafına təkan verən dövlət idarəçiliyi kursunu fəal su-

rətdə tətbiq etməyə başladılar. Tədris sisteminin məlum mərkəzləşdirilməsi 

ilə fərqlənən Avropa ölkələrində, bu dövrdə elm və təhsilin yaranmış istiqa-

mətlərini təmsil edən ziyalıların  ənənəvi dairələrinin yeniyə müqavimət 

meylliliyi daha çox aşkar olunurdu. Məlumdur ki, belə mövqe ümumiyyət-

lə, ona xas olan təfəkkür stereotiplərindən imtina etmə çətinlikləri və yeni-

liklərə qısqanc münasibətlə insan psixologiyası üçün xarakterikdır ki, onlar 

da ənənəvi sahələri və nailiyyətləri şübhə altına ala və ya onlara əlverişli ol-

mayan rəqabət təşkil edə bilərlər.  

Bu sahədə ABŞ-da intellektual mədəniyyətin çox sürətli inkişafı onunla 

şərtlənirdi ki, ölkədə dövlət idarəçiliyi elminin xüsusi biznes idarəçiliyi el-

mi ilə yaxınlaşması prosesi əmələ  gəlirdi. Həm dövlət idarəçiliyi, həm də 

xüsusi müəssisələr üçün eyni dərəcədə əhəmiyyətli olan – “personalın idarə 

edilməsi”, “inzibati təşkilat”, “insan münasibətləri” və s. kimi fənlər mey-

dana çıxdı. Bu sahənin tərəqqisi, həmçinin həm dövlət, həm də xüsusi mən-

bələrdən milli inkişafın praktik məqsədlərinə yönəldilmiş Amerika intellek-

tual mədəniyyətinin maliyyələşdirilməsi imkanları ilə bağlı idi.  

XX əsrin 20-50-ci illərində dövlət idarəçiliyi nəzəriyyəsinin ən əhəmiyyətli 

nailiyyəti iki aparıcı elmi məktəbin – “klassik məktəb” və neoklassik “insan 

münasibətləri məktəbi”nin yaradılması oldu. Təşəkkülü və inkişafı A.Fayol, 

L.D.Uayt, L.Urvik, D.Muni, T.Vulsinin adları ilə bağlı olan “klassik məktə-

bin” vəzifəsi, inzibati-dövlət idarəçiliyinin  prinsipləri,  xarakteristikaları  və 

ümumi  qanunauyğunluqlarını  ifadə edən  klassik nəzəriyyənin  işlənib hazır-

lanması idi. Onun hazırlanması zamanı alimlər tərəfindən, F.Teylor, Q.Emer-



son və Q.Fordun hazırladığı, biznes idarəçiliyi təşkilində qəbul edilmiş, ida-

rəetməni minimal vəsaitlər sərf etmə ilə maksimal effektivliyə nail olmağa 

imkan verən mexanizm kimi nəzərdən keçirən  elmi menecment nəzəriyyəsi 

uğurla istifadə edilmişdir.  Nəticədə  “klassik məktəb”, dövlət təşkilatları  və 

onların strukturunun qurulmasının səmərəli idarəetmə sisteminin elmi əsas-

landırılmasını verən idarəetmə prinsipini işləyib hazırladı. Klassik nəzəriyyə-

nin əsas postulatları ənənəvi vərdişlər əvəzinə - elmin, ziddiyyətlər əvəzinə - 

harmoniyanın, fərdi iş əvəzinə - əməkdaşlığın seçilməsinə, hər bir iş yerində 

maksimal məhsuldarlığın təmin edilməsinə aparır.  

İdarəetmə mədəniyyəti 

 

361



Klassik nəzəriyyənin praktik nəticəsi, idarəetmə məsələlərinə bənzər si-

tuasiyaların sabit sosial mühiti şəraitində öz  effektivliyini göstərən xətti-

funksional tipli inzibati dövlət idarəçiliyinin iyerarxik nizamlanmış modeli-

nin yaradılması oldu.  

Klassik yanaşma dövlət idarəçiliyi sisteminin fəaliyyət mexanizmi, vəzi-

fə funksiyaları və idarəçilik əlaqələri haqqında aydın təsəvvür versə də, o, 

şəxsiyyət mədəniyyəti və  təşkilat mədəniyyəti ilə  şərtlənən  insan münasi-



bətlərinin mahiyyəti və xüsusiyyətlərini diqqətdən kənarda qoydu. Bu vəzi-

fəni XX əsrin 30-cu illərində meydana çıxan, təşkilatın effektivliyinin başlı-



ca amili kimi, insan amilinin prioritetliyi ideyasını vurğulayan neoklassik 

“insan münasibətləri məktəbi” yerinə yetirdi. Bu məktəbin təşəkkülü və in-

kişafı psixoloji amillərin – şəxsiyyətlərarası münasibətlər, təşkilatda kollek-



tivin  əmək məhsuldarlığına mühitin və motivasiyanın təsiri tədqiqatlarını 

genişləndırən - M.Follet, A.Maslou, E.Meylo, U.Merfinin adları ilə bağlıdır. 

Müəlliflər idarəetmə qərarlarının qəbulu prosesində ayrı-ayrı insanların və 

qrupların davranışının təhlilinə xüsusi diqqət ayırırdılar. “İnsan münasibət-

ləri məktəbinin” metodları personalın idarə edilməsi sahəsində kifayət qə-

dər effektiv olduğu halda, onlar operativ və strateji idarəetmədə gözlənilən 

nəticələri vermədi.  

İnzibati dövlət idarəçiliyi nəzəriyyəsinin inkişafında  üçüncü dövr XX 

əsrin 50-ci illərində başladı. Bu illərdə onun əsas istiqamətləri - “davranış” 

(və ya “bihevioral”), “sistemli” və “situasiya” istiqamətləri oldu. Dövlət 

inzibatçılığına yeni - “davranış” yanaşmasının işlənib hazırlanması ilk dəfə 

50-60-cı illərdə Q.Saymon, D.Smitsberq, V.Tompson, D.İston və başqaları 

tərəfindən həyata keçirilmişdir. Onların tədqiqatları, idarəetmə elminin fun-

damental  əsasları  və idarəetmə strukturunda işləyən fərdlər və qrupların 

davranışının təhlili yolu ilə idarəetmə prosesləri və təzahürlərinin izahı qis-

mində müasir sosial psixologiya və sosiologiyanın nailiyyətlərinin tətbiqinə 

yönəldilmişdir. “Davranış” istiqamətinin başlıca vəzifəsi - insan resursla-

rının inkişafı  və istifadəsinin effektivliyi hesabına idarəetmə effektivliyinin 

yüksəldilməsinin təmin edilməsindən ibarət idi. Bu məqsədlə kollektivdə 

sosial münasibətlərin müxtəlif aspektləri, qulluqçuların hakimiyyəti, nüfuzu 



və motivasiyasının xarakterik problemləri tədqiq edildi. “İnsan münasibət-

ləri məktəbindən” fərqli olaraq, “davranış” istiqaməti, fərdin  əməyinin və 

bütövlükdə idarəetmə sisteminin effektivliyinin davranış haqqında elmin 

düzgün tətbiqindən daha çox asılı olduğunu qeyd edərək, şəxsiyyətin idarə-

etmə imkanlarının dərk edilməsi, aşkarlanması və effektiv istifadə edilməsi-



ni  vurğulayırdı. Bu yanaşma  əsasən  personsalın idarə edilməsi  sahəsində 

effektivlik göstərdi. Eyni zamanda sıravi işçilərin qərarların qəbul edilməsi 



Fuad Məmmədov

 

 

362



prosesinə  cəlb edilməsinin heç də bütün idarəetmə situasiyalarında uyğun 

olmadığı aşkar olundu.  

İdarəetmə üçün daha effektiv olan 60-cı illərdə geniş yayılan  sistemli 

yanaşma oldu. Sistemli (F.M. – kulturoloji) yanaşma – hər birinin öz ma-

hiyyəti, funksiyaları, materiyası, enerjisı, hərəkət vektoru, əlaqə mexanizm-

ləri, inkişaf tarixi və qanunauyğunluqları olan, qarşılıqlı əlaqəli və qarşılıqlı 

asılı komponentlərə malik, obyektin bütöv sistem kimi öyrənilməsinə yö-

nəldilmiş tədqiqat prinsipləri məcmusudur. Sistemli yanaşmanın vəzifəsinə 

sinergetikanın konkret mexanizmlərinin təyin edilməsi, sistemin kompo-

nentlərinin qarşılıqlı təsiri və tənzimlənməsi, onların qarşılıqlı əlaqə tipləri, 

prosesin müxtəlif parametrlərinin ölçülməsi üçün universal alət ola biləcək 

meyar kimi, “təhlil vahidinin” qurulması daxildir. Məsələnin  sistemli ya-

naşmaya əsaslanan uğurlu həllinin alternativ modellərinin işlənib hazırlan-

ması, son nəticələrin effektivliyi baxımından qəbul edilmiş qərarların həya-

ta keçirilməsi prosesinə təsir göstərə biləcək bütün amillərin hesablanması-

nı nəzərdə tutur. Belə amillər arasında zaman, resurslar, motivasiya, ətraf 



aləmin dəyişməsi və s. ola bilər ki, idarəetmə sistemində onların yeri, funk-

siyası  və  səbəbiyyət asılılığını meydana çıxarmağa funksional və struktur 

təhlillər kömək edir. Sistemlər nəzəriyyəsinin tətbiq edildiyi bu yanaşmanın 

işlənib hazırlanmsına  D.İston, Q.Almond, T.Parsons məlum töhfə vermiş-

lər. Özündə müxtəlif elmi məktəblərin metodları və nailiyyətlərini inteqra-

siya edən,  təşkil və idarə etməni daim dəyişməkdə olan cəmiyyətin sosial 



komponentlərindən biri kimi nəzərdən keçirən sistemli yanaşma, dövlətin 

inkişafının strateji idarə edilməsi üçün geniş imkanlar açdı. Bununla bəra-

bər sistemli yanaşma idarəetmə funksiyaları və effektivliyinə təsir göstərən 

əsas sistem və dəyişən elementlərin aşkar edilməsini görüş dairəsi xaricində 

saxlayırdı.  

Bu məsələlərin həlli vasitəsi 70-ci illərin  əvvəllərində yaradılmış,  sis-

temli təhlilin məntiqi davamı və inkişafı olan situasiya yanaşması oldu. Bu 

yanaşmanın mahiyyəti, onlardan asılı olaraq idarəetmə qərarlarını korrektə 

etməyə yol verən konkret situasiyalara və şərtlərə elmin birbaşa tətbiqi im-

kanının istifadə edilməsindədir. Bu yanaşmanın əsas nəzəriyyələri “yumşaq 



təfəkkür” və  “təşkilati kibernetikadır”. Situasiya yanaşması - təşkilatın və 

ya idarəetmə sisteminin effektiv fəaliyyətinə  təsir göstərən, daim dəyişən 

konkret şəraitlərin - siyasi, iqtisadi, sosial, zaman və digər amillərin təhlili-

nə  əsaslanmışdır. Bu, rəhbərlər qarşısında qoyulmuş  məsələlərin yüksək 

həlli effektivliyini təmin edən, konkret vəziyyətə uyğun yanaşmalar və qə-

rarlar seçmək imkanı verir. Situasiya yanaşmasının qiymətli elmi əsası 



P.Çeklandın “yumşaq təfəkkür” sistemi və L.Zadənin qeyri-səlis məntiq nə-

zəriyyəsidir.  Sistemin ümumi qanunauyğunluqlarını  aşkar etməyə imkan 

İdarəetmə mədəniyyəti 

 

363



verən sistemli yanaşmanı tamamlayaraq, situasiya yanaşması konkret şəra-

itdə və ya dəyişən situasiyada idarəetmə məsələlərinin daha effektiv icrasını 

təmin edən xüsusi metodların, təşkilat tiplərinin, idarəetmə  səviyyələri və 

innovativ qərarların operativ planlaşdırılması  və seçilməsi imkanını verir. 

Situasiya yanaşmasının mühüm metodoloji nailiyyəti, konkret şəraitdə ida-

rəetmə prosesinin inkişafını müəyyən edən və onun təkamülünə təsir göstə-

rən situativ dəyişənlərin  əsas növlərinin müəyyən edilməsidir.  Onları iki 

qrupa bölmək qəbul edilmişdır. Birinci - təşkilata aiddir və məqsədləri, və-

zifələri, strukturları, texnologiyanı  və kollektivi daxil edir. İkinci - xarici 

mühitlə əlaqədardır və siyasi prosesi, elmi-texniki tərəqqini, iqtisadi inkişa-

fı, sosial-mədəni dəyişiklikləri və qrup maraqlarının təsirini əhatə edir. Meto-

doloji baxımdan idarəetmə məsələləri və qərarlarının situativ təhlilini - qoyul-



muş məqsədlərə nail olunmasını təmin edən elmi metodun seçilməsi, qəbul edi-

lən qərarın müsbət və mənfi nəticələrinin qiymətləndirilməsi, prosesin amilləri 

və effektlərini düzgün şərh etmə, daha effektiv üsulların istifadəsi bacarığını 

daxil edən ardıcıl praktik proses kimi təsəvvür etmək qəbul edilmişdir.  



 

Amerika Birləşmiş Ştatları 



 



ABŞ-ın dövlət idarəçiliyində klassik istiqamət. Leonardo D.Uaytın 

müddəası. M.Follet və A.Maslounun “İnsan münasibətləri məktəbi” 

konsepsiyaları. “Davranış” yanaşması, biheviorizm və bihevioralizm. 

“Ümumi dəyişənlər”, “təhlil vahidləri” və D.İstonun bihevioral me-

todologiyasının səkkiz prinsipi. Mak-Qreqorun statik və dinamik nə-

zəriyyəsi. F.Hersberqin “motivasiya gigiyenası”. “Postbiheviora-

lizm”, “modernizm” və “struktur funksionalizm”. “Bölüşdürmə” və 

“İnteqrasiya” - T.Parsonsun effektivlik təhlilinin iki prinsipi kimi. 

R.Mertonun funksional yanaşmasının üç funksional postulatı. A.Mas-

lou, M.Mak-Qreqor, R.Laykertin əsərləri əsasında qurulmuş təşkilati 

inkişaf konsepsiyası. 

 

Amerika hökumətinin idarəçilik fəaliyyətinin yaxşılaşdırılması metodla-

rının axtarışı məqsədilə sonradan ABŞ prezidenti olan professor V.Vilson, 

1887-ci ildə inzibatiləşdirmə problemlərinin tədqiqatını apardı və biznesdə 



tətbiq edilən,  dövlət idarəçiliyi sistemində  təşkil və idarəetmə üsullarının 

istifadəsinə əsaslanan ”inzibati effektivlik” modelini işləyib hazırladı. Alim, 

bürokratiyanın vəzifəsinin siyasi liderlərin qərarlarının həyata keçirilməsi 

olduğunu bildirən prinsip ifadə etdi. Bu zaman seçilmiş siyasi rəhbərliyin 

əvəzlənməsi dəyişməz inzibati aparatın fəaliyyətinə  təsir etməməlidir. 



Fuad Məmmədov

 

 

364



Kadrların seçim meyarında peşəkar səriştəliliyi əsas götürən V.Vilson bü-

rokratiyanı, iyerarxiya və funksiyaların bölünməsi üzərində qurulmuş de-

mokratik dövlətin idarəetmə aləti kimi nəzərdən keçirməyi təklif edirdi. 

Amerika politoloqu Frenk C.Qudnau ilə əməkdaşlıqda V.Vilson demokratik 

mədəniyyət prinsipləri və  dəyərlərinə uyğunlaşdırılmış  “peşəkar vətəndaş 

qulluğu modeli”ni işləyib hazırladı. Bu modelin xüsusiyyəti, onun elmi ida-

rəetmə metodlarına əsaslanması və dövlət idarəçiliyinin siyasi ideologiya-

dan asılı olmaması idi. Demokratiyanın inkişafının təmin edilməsi məqsədi 

ilə o, siyasətçilər və inzibatçılar arasında dəqiq ayrılma prinsipindən, fərdi 

və kollektiv səviyyədə subordinasiyadan, mövcud qanunvericilyə istinad 

edərək, seçilmiş siyasi rəhbərlik tərəfindən təyin edilən administrasiyanın 

fəaliyyətini istiqamətləndirmək və ona nəzarət etməkdən ibarət idi.  

Klassik istiqamətin banilərindən biri, 1926-cı ildə ABŞ administrasiyası-

nın fəaliyyət təcrübəsinin ümumiləşdirildiyi “Dövlət idarəçiliyi elminə gi-



riş”  adlı fundamental əsərini nəşr etdirmiş amerikalı professor Leonard 

D.Uayt  hesab olunur. Qoyulmuş  məqsədlərə nail olmaq üçün inzibati or-

qanların fəaliyyəti və inkişafının optimallaşdırılması imkanlarını təhlil edə-

rək L.D.Uayt, minimal xərclərlə dövlət idarəçiliyinin maksimal effektivliyi-

nin təmin edilməsi zəruriliyi haqqında müddəa irəli sürdü. Biznesdə təşkil-

etmə  təcrübəsini nəzərə alaraq o, dövlət idarəçiliyi mədəniyyətinin  əsas 



prinsipləri qismində: ixtisaslaşmanı, sərəncamların vahidliyini, qulluqçula-

rın sayının ixtisarını, məsuliyyətin həvalə edilməsini, mərkəzləşməni və per-

sonalın korporativ mədəniyyətə əsaslanan harmoniyasını irəli sürdü. Admi-

nistrasiya strukturunun rasionallığı  məsələlərini iyerarxik sistem kimi nə-

zərdən keçirən alim, onun başlıca funksiyaları kimi planlaşdırmanı və təşkil 

etməni qeyd edir.  

Amerika “insan münasibətləri məktəbinin” yaradıcıları sosial psixologi-

ya və sosiologiyanın nailiyyətlərinə istinad edərək, ümumilik iddiasında 

olan klassik yanaşmanın universallığını şübhə altına aldılar. 20-50-ci illər-

də Amerikada inkişaf etmiş bu istiqamətin nümayəndələri - M.Follet, 



E.Meyo, A.Maslou inzibati idarələrin fəaliyyət xarakterini orada çalışan 

fərdlər və qrupların davranışının təhlili vasitəsilə izah edirdilər. Klassiklərin 

müddəasının  əksinə olaraq, M.Follet ilk dəfə qeyd etdi ki, dəqiq işlənmiş 

struktur və yaxşı məvacıb heç də həmişə əmək məhsuldarlığının artımını tə-

min etmir, iş prosesində əməkdaşlar arasında yaranan qüvvələr isə bəzən, 

liderlərin idarəetmə prosesinin qoyulmuş  məqsədlərə yönəltmək səylərini 

üstələyir.  Məşhur  “tələbatlar iyerarxiyasını” işləyib hazırlayan  Abraham 

Maslou, idarəçilik prosesində insan münasibətlərinin mütəsna  əhəmiyyəti 

səbəblərini aşkar etməyə nail olmuşdur. Alim göstərirdi ki, insanların əməl-

lərinin əsas səbəbləri iqtisadi deyil, sosial tələbatlardır ki, bunlar da yalnız 

İdarəetmə mədəniyyəti 

 

365



qismən pul vasitəsi ilə ödənilə bilər. Fizioloji tələbatlarla yanaşı onun tərə-

findən - özünüqoruma, təhlükəsizlik və sülh tələbatları; məhəbbət və əlbir-

lik tələbatları; özünütəsdiq və tanınma tələbatları; yaradıcılıq vasitəsi ilə 

özünü aktuallaşdırma və  təkmilləşdirmə  tələbatları sadalanmışdır.  Effek-

tivliyin yüksəldilməsi məqsədi ilə A.Maslou insan münasibətlərinin idarə 

edilməsində kollektivdə psixoloji mühitin yaxşılaşdırılması, şəxsiyyətin özü-

nütəsdiqi və onun yaradıcı potensialının reallaşdırılması üçün əlverişli şə-

raitin yaradılması kimi üsullardan istifadə etməyi tövsiyə edirdi.  

50-ci illərdə ABŞ-da yaranan “davranış yanaşması” inzibati-dövlət ida-

rəçiliyi nəzəriyyəsində yeni pillə oldu. Əməkdaşlar arasında münasibətlərin 

tənzimlənməsini vurğulayan “insan münasibətləri məktəbindən“ fərqli ola-

raq “davranış yanaşması” - insanın davranışı haqqında elmlərin nailiyyət-

lərini dövlət idarəçiliyində tətbiq etmə yolu ilə idarəetmədə insanın imkan-

larının daha yüksək dərəcədə aşkar edilməsinə nail olmaq məqsədini qoy-

muşdu.  “Davranış yanaşması”nın  daha məşhur konsepsiyaları Amerika 

alimləri D.İston, D.Mak-Qreqor və F.Hersberqin konsepsiyalarıdır. İlk əv-

vəl “biheviorizm”



41 

kimi yaranan “davranış yanaşması” sonradan adını - in-

zibati-dövlət idarəçiliyi nəzəriyyəsini “dəqiq” elmə çevirmək məqsədini qo-

yan “bihevioralizmə” dəyişdi. Bu məqsədlə Amerika politoloqu D.İston el-



mi tədqiqatlardan sübutsuz, verifikasiya olunmayan - məqsədlər, niyyətlər, 

arzular, ideyalar kimi subyektiv əsassız amillərin eimi tədqiqatlardan çıxa-

rılmasının və yalnız yoxlanması və sübutu mümkün olanların saxlanmasının 

zəruriliyini göstərdi.  Alim ümumi dəyişənlərin  axtarışı  zəruriliyinə diqqət 

yetirirdi ki, bunlar da bütün sahələrdə insanın davranışını dərk etməyin əsa-

sını  təşkil edə bilərdilər. Buna əsaslanaraq,  “davranış yanaşması”  çərçivə-

sində dövlət idarəçiliyinin müəyyən anlayışları, kateqoriyaları və digər para-



diqmaları kimi nəzərdən keçirilən “qərar” (H.Saymon), “qərarların qəbulu”, 

“maraqlar qrupu” (D.Trumen), “məlumat” (K.Deyç) və “təhlil vahidləri” iş-

lənib hazırlandı. Hal-hazırda “qərarların qəbulu” paradiqması idarəetmə pro-

seslərinin tədqiqində ümumi konsepsiya kimi qəbul edilmişdir.  

Davranış yanaşmasının  əsas ideyalarının sistemləşdirilməsi  əsasında 

D.İston  bihevioral metodologiyanın səkkiz prinsipini ifadə etmişdir.  Bu – 

“qanunauyğunluqlar”, “verifikasiya”, metodika”, “kəmiyyət metodları”, 

“dəyərlər”, “sistemlilik”, “təmiz elm”, “inteqrasiya”dır.  Bu prinsiplərə 

                                                            

41

 Biheviorizm  –  psixologiyanın predmetini, davranış adı altnda stimullara sırf fizioloji 



reaksiyaların başa düşülməsini hesab edir. Bu, 20-ci əsrin  əvvəlində amerikan 

psixologiyasında yaranan və psixologiyadan şüur, təfəkkür kimi anlayışları  kənarlaşdıran 

istiqamətlərdən biridir.  

 

 



Fuad Məmmədov

 

 

366



uyğun olaraq, qanunauyğunluqları dərk etmək üçün ümumiləşdirilməsi və 

sistemləşdirilməsi mümkün olan təkrarlıq elementlərini aşkar edərək,  in-



sanların optimal idarə etməyə nail olmağa yönəldilmiş  fəaliyyətlərini mü-

şahidə etmək lazımdır.  Verifikasiya  müvafiq davranış üzərində müşahidə 

yolu ilə ümumiləşdirmələrin doğruluğuna əmin olmaq imkanı verir. Meto-



dika - müşahidə, qeyd etmə  və  təhlilin ciddi metodlarının seçimini təmin 

edən, məlumatların tənqidi öyrənilməsi və alınması üsullarının ayırd edil-

məsi və şərhi əsasında hazırlanmalıdır. Kəmiyyət metodlarını praktik effekt 

əldə etmə  məqsədilə yalnız  təyinatı üzrə  tətbiq etmək lazımdır. Dəyərlər, 



mənəvi qiymətləndirmə və empirik izahatın köməyi ilə müəyyən edilməlidir 

ki, bunları da elmi mənafe üçün analitik ayırmaq yaxşı olardı.  Sistemlilik, 



nəzəri və empirik biliklərin konkret və nizama salınmış biliyin hissələri ki-

mi nəzərdən keçirilməsini ehtimal edir. Təmiz elm idarəetmə prosesində in-



sanların davranışının elmi anlamını  və  şərhini nəzərdə tutur ki, onun da 

əsasında praktik idarəetmə məsələlərinin həlli üçün tövsiyələr hazırlana bi-

lər. İnteqrasiya, inzibati-dövlət idarəçiliyi nəzəriyyəsində insanın fəaliyyəti-

ni tədqiq edən digər ictimai və humanitar elmlərin nailiyyətlərinin istifadə-

sini nəzərdə tutur. Yeri gəlmişkən, son postulat yalnız ictimai deyil, həm də 

bəzi dəqiq elmlərin nailiyyətləri və metodlarını özündə birləşdirən univer-

sal fundamental elm kimi kulturologiyanın əvəzedilməz rolunu göstərir.  

 D. Mak-Qreqor statik (X) və dinamik (Y) idarəetmə nəzəriyyələrini işlə-



yib hazırladı. Statik idarəetmə strategiyasının əsas postulatları o ehtimalda 

cəmləşir ki, orta dərəcəli qulluqçu işləməyi sevmir, məsuliyyətdən qaçmağa 

can atır və öz təhlükəsizliyinin qayğısına qalır, bunun nəticəsində işçilərin 

əksər hissəsini işə məcbur etmək və  nəzarət altına almaq lazım gəlir. Bu-

nunla bərabər alim bu mühakimələri, hər bir ayrıca götürülmüş halda onla-

rın  ədalətliyinin sübutu şərti ilə  nəzərə alınmasını  zəruri sayırdı. D.Mak-

Qreqorun  dinamik idarəetmə strategiyasına uyğun olaraq, təşkilatın məq-

sədlərə nailolma vasitələri nəinki nəzarət və hədə, habelə daha artıq dərəcə-

də əməkdaşların maraqlılığı ola bilər. Bu zaman mükafatlandırma qulluq-

çunun sərf etdiyi səylərə proporsional olmalıdır, peşəkar hazırlıq və lazımi 



şəraitin mövcudluğu isə  işçidə tapşırılan işə görə məsuliyyət hissini doğu-

rur. Dinamik strategiya həm də onu vurğulayır ki, geniş insan dairələrinə 

xas olan yaradıcı yanaşma qabiliyyətləri və orta dərəcəli məmurun intellek-

tual imkanları idarəetmə sistemində kifayət qədər istifadə edilmir. Dinamik 

nəzəriyyənin praktik istifadəsi göstərdi ki, o, tabe olanlar üçün deyil, rəh-

bərlər üçün effektivdir, belə ki, sıravi qulluqçular hüquq əldə edirlər, lakin 

bu zaman onların məsuliyyəti artmır. Bunu nəzərə alaraq tabe olanların ida-

rəetməyə cəlb edilməsi özünü doğrultmur.  



İdarəetmə mədəniyyəti 

 

367



F. Hersberqin “motivasiya gigiyenası”  adlı idarəetmə konsepsiyası da 

insanların davranış motivlərinin təhlili üzərində qurulmuşdur. Onun əsasını 



kollektivdə ruhi sağlamlıq və yaxşı əhval-ruhiyyənin təmin edilməsi ideyası 

təşkil edir. İnsanların davranış motivlərinə təsir edən amillər onun tərəfin-

dən iki: işdən razı qalmağa yardım edən və maneçilik törədən qrupa bölün-

müşdür. İşdən razı qalma dərəcəsinin yüksəldilməsinə yardım edən amillə-



rə - iş uğurları, xidmətin etirafı, əmək prosesinin özü, məsuliyyət dərəcəsi, 

xidməti yüksəliş, professional inkişaf aid edilmişdir. Bu amillərin praktika-

da reallaşdırılması idarəetmə  fəaliyyəti məzmununun zənginləşdirilməsini, 

işçilərə daha çox fəaliyyət sərbəstliyinin verilməsini, o cümlədən, qərarları 

sərbəst qəbul etmək, özü üçün ixtisaslaşma sahəsi seçmək, öz karyerasında 

perspektiv  əldə etmək və s. nəzərdə tutulurdu. Alim tərəfindən  işdən razı 

qalmağa səbəb olan səkkiz motivasiya seçilmişdi. Bunlar: iş yerinin saxlan-

ması  təminatı; sosial status; təşkilatda  əmək siyasəti;  əmək  şəraiti; rəisin 

bilavasitə münasibəti;  şəxsi meyllər;  şəxsiyyətlərarası münasibətlər;  əmək 

haqqı idi. İşdən narazılığa neqativ təsir amilinə alim, kollektivdə işçinin na-

razılığına səbəb olan əlverişsiz sosial-psixoloji iqlimi aid edirdi. Onun tərə-

findən göstərilmişdir ki, mənəvi iqlimin sağlamlaşdırılması şərti ilə insanla-

rın baza tələbatlarına əsaslanan davranış motivlərinin düzgün formalaşdırıl-

ması idarəetmə effektivliyinin yüksəldilməsinə səbəb olur.  

Təcrübə göstərdi ki, sosial mədəniyyətin ictimai münasibətlər kimi sa-

həsi - siyasət və idarəetmənin xarakterinə əhəmiyyətli təsir göstərir. Bu qa-

nunauyğunluq dövlət, iqtisadi və sosial idarəetmə proseslərində özünü ta-

mamilə büruzə verir. Buna görə də bihevioralistlər tərəfindən kiçik qrupla-

rın təhlili üçün istifadə olunan sosiometriya prinsipləri, dövlət idarəçiliyinin 

makrososial mühitini təşkil edən ictimai inkişaf proseslərini bütövlükdə an-

lamağa kömək etmədi. Bu, ikinci dünya müharibəsindən sonra, həmçinin - 

“postbihevioralizm”, “modernizm” və “struktur funksionalizm” kimi insan 

amilinin təhlilinə əsaslanan idarəetməyə yeni Amerika yanaşmalarını yarat-



dı. “Postbihevioralizm” dövlət inzibatçılığında onun başlıca prinsiplərini 

saxlamaqla, zəruri dəyişikliklərin mümkünlüyünü elan etdi. O, “görüş dai-

rəsi” və aktual sosial-siyasi dəyərlər kontekstində idarəetmə prosesi şərhi-

nin genişləndirilməsi  məsələsini irəli sürdü. Bununla bərabər onun nüma-

yəndələri inzibati dövlət idarəçiliyi nəzəriyyəsinin əsasını təşkil edən dəyər 

meyarlarının aydın başa düşülməsinin vacibliyini göstərirdilər. D. İstonun 

”Siyasi sistem” əsərində  ənənəvi bihevioralizmin “empirik konservatizm” 

ideologiyasının aradan qaldırılmasının vacibliyi fikri söylənilmiş və tədqi-

qat texnikasına mükəmməl yiyələnməkdənsə, problemin mənasının elmi an-

lamının və ona münasibətin dərk edilməsinin vacibliyi xüsusi olaraq qeyd 

edilmişdir. D. İston demokratik ideallar və dəyərlərin möhkəmləndirilməsi-

Fuad Məmmədov

 

 

368



nə imkan yaradaraq, alimləri yaradıcı fəaliyyət naminə XIX əsrin elmi fəa-

liyyətsizliyindən imtina etməyə çağırırdı. O öz biliklərini və fəaliyyətini cə-



miyyətin inkişafı naminə tətbiqinə görə alimlərin xüsusi məsuliyyətini gös-

tərirdi. İdarəçilik nəzəriyyəsində bu pozitivist ideyalar, sivilizasiya dəyərlə-

rinin qorunması və elmi biliklərin həyata tətbiqi üçün intellektual-ekspertlə-

rin məsuliyyətini genişləndirmək tələbində öz əksini tapmışdır.  



“Stientist” və ya “həqiqi elmi” metodu təklif edən “modernizm”, bihe-

vioralizmin ifratçılığını və qüsurlarını, inzibati dövlət idarəçiliyi institutları-

nın özlərinin bilavasitə öyrənilməsi ilə bağlı olan, onun institusional yanaş-

ma ilə tamamlanması yolu ilə aradan qaldırmağa can atır. Bununla bərabər 



modernistlər kibernetika, fizika və riyaziyyatın nəzəri və empirik metodla-

rından geniş istifadə edirlər. Onların metodik vəsaitlər arsenalına riyazi 

statistika, ilk növbədə faktor analizi, imitasiyalı modellərin müxtəlif növlə-



ri, kontent-analiz metodu, verbal-abstrakt modellər və oyunlar nəzəriyyəsi 

daxildir. Modernizmin nümayəndəsi olan D.Springerin fikrincə, elmi nəzə-

riyyənin tamdəyərliliyi üçün stuktur, mədəniyyət və münasibətlər kimi ins-

titusional təzahürlərin müştərək təhlili zəruridir. Modernistlərin nöqsanı ob-

yektin elmi təhlilinin formallaşdırılmasına gətirib çıxaran, dəqiq elmlərin 

və təbiət elmlərinin istifadəsilə bağlı metodik vəsaitlərin mütləqləşdirilməsi 

hesab edilir.  

Amerika politoloqlarından D. İston, Q. Almond və T. Parsonsun tədqi-

qatları sayəsində, 50-ci illərin ortalarından etibarən ABŞ-ın inzibati-dövlət 

idarəçiliyi nəzəriyyəsində  “struktur funksionalizm” geniş yayıldı. Bu isti-

qamətin nümayəndələrinin diqqət mərkəzində dövlət idarəçiliyi sisteminin 

inteqrasiyasına və sosial sabitiyinə yardım edən və ya ona mane olan amil-

lər oldu. T. Parsons analizin iki prinsipini: “bölgü” və “inteqrasiyanı” for-

mulə edərək göstərdi ki, “bölgü” vəsaitlərdə cəmləşir və istər-istəməz ixti-

laflara gətirib çıxardığı halda, “inteqrasiya” məqsədlər üzərində cəmləşir və 

idarəetmədə sabitliyə səbəb olur.  

 Alim “bölgüyə” – “vəsaitləri”, “personalı” və “mükafatları” aid edir. 

O, “vəsaitlərə” - nəqliyyatı, yaşayış evini, maddi nemətləri, istehsal vasitə-

lərini və onlardan ən mühümlərini – pulu və hakimiyyəti daxil edirdi. “Per-

sonala” o, dövlət qulluqçularının təlimi, seçilməsi və təyin edilməsi ilə bağ-

lı olan personalın bölünməsi prosesini daxil edirdi. Bununla bərabər Par-

sons “personalın bölünməsini” tənzimləyən dörd prinsipi ayırd edirdi: uni-



versalizm, partikulyarizm, nailiyyətlər metodu və göştərişlər metodu. Uni-

versalizmin əsasını - təhsil, peşəkar ixtisaslaşma, iş stajı və s. kimi qiymət-

ləndirmə meyarları təşkil edir; partikulyarizmin əsasında - xüsusi qrupların 



spesifik maraqları durur; nailiyyətlər metodunun əsasını – şəxsiyyətin real 

peşəkarlıq nailiyyətləri təşkil edir; göstərişlər metodunun əsasını - siyasi 

İdarəetmə mədəniyyəti 

 

369



loyallıq, ictimai mənşə, milliyyət və s. təşkil edir. “Mükafatlara” o, nüfuz 

kimi mənəvi amili daxil edirdi. 



“İnteqrasiya” prinsipi onun bölgü ilə əlaqəsinin iki aspektində nəzərdən 

keçirilirdi. Birincisi - idarəetmə prosesində (məsələn, qulluq edənlərin təlim 

keyfiyyəti) vəsaitlərin nə dərəcədə düzgün bölüşdürülməsinin təhlilinə isti-

qamətlənmişdi. İkincisi - müxtəlif bölüşdürmə prosesləri (məsələn, onların 

təlim sisteminin özünün keyfiyyəti) arasında koordinasiyanın təhlilinə isti-

qamətlənirdi.  

Amerika politoloqu R. Merton funksional yanaşmanın üç universal pos-

tulatını formalaşdırdı: sistemin bütün hissələrinin funksional uyğunluğunu 

nəzərdə tutan, onun funksional birliyi:  sistemin  funksionallığını faydalılıq 

kimi nəzərdən keçirən universal funksionalizm və funksional zərurilik. La-

kin struktur funksionalizm bir qədər mücərrəd oldu və öz məhsuldarlığını 

yalnız cəmiyyətin sosial-siyasi sabitliyi şəraitində göstərdi. 

ABŞ-da müasir inzibati dövlət idarəçiliyi nəzəriyyəsində A.Maslou, 

M.Mak-Qreqor və R.Laykertin əsərləri üzərində qurulan təşkilati inkişaf 

konsepsiyası mühüm yer tutur. O, struktur dəyişikliklərin hesaba alınması, 

düzgün qiymətləndirmə və sistemin sosial-mədəni, o cümlədən siyasi, iqti-

sadi, xarici mühitdəki beynəlxalq dəyişikliklərə tez uyğunlaşması, həmçinin 

idarəetmə elmi və praktikasının ən yeni nailiyyətlərinin istifadəsi şərti ilə, 

dövlət administrasiyası sistemi funksiyasının effektivliyinin yüksəldilməsi-

ni nəzərdə tutur. Təşkilati inkişaf konsepsiyasında inzibati dövlət idarəçiliyi 

strukturunun ideal modeli qismində canlı orqanizm modeli nəzərdən keçiri-

lir. Bu modelə olan tələblər: xarici mühit dəyişiklikləri ilə  şərtlənən yeni 

idarəetmə məqsədlərinə uyğunlaşmaq qabiliyyəti; mövcud dövlət idarəetmə 

sisteminə destruktiv təsirin qarşısının alınması məqsədilə idarəetmə institut-

ları  işçilərinin  əməkdaşlığı  və onların dəyişiklikləri idarəetmə bacarığı; 

planlaşdırma və  dəyişikliklərin idarə edilməsi, məqsədlərin qoyulması  və 

qərarların qəbul edilməsi proseslərinə  əməkdaşları  cəlb etmənin vacibliyi; 

açıq kommunikasiyalar və əməkdaşların özünü reallaşdırması üçün əlverişli 

şəraitin yaradılması hesabına obyektiv ziddiyyətləri konstruktiv həll etmək 

bacarığıdır. Bu yanaşmanın mühüm vasitələri ən yeni idarəetmə texnologi-



yalarının öyrənilməsi,  habelə  mədəniyyətlərin harmonizasiyası  və  əmək-

daşların mədəni dəyərlər sisteminə təsir göstərmək əsasında davranışın tən-

zimlənməsi yolu ilə insan kapitalından istifadə effektivliyinin yüksəldilmə-

sidir. 

XX  əsrin axırlarında Amerika inzibati-dövlət idarəçiliyi məktəbi Böyük 

Britaniya dövlət idarəçiliyi nəzəriyyəsinə, onun tətbiqi tədqiqatlara daha çox is-

tiqamətlənməsinə yardım edərək, əhəmiyyətli təsir göstərməyə başladı.  


?


episode-6-the-atom.html

episodio-di-bieno-san.html

episodio-di-castano-primo.html

episodio-di-castione.html

episodio-di-gioia.html